Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

77
Kurikulum. 2013. №3
Valideyn, müәllim vә şagird әmәkdaşlığı
ilә tәmin etmәlidir. Mәktәb valideynin hüqu -
qu nu tәmin etmәlidir ki, o, şәxsәn vә ya seçi -
lәn nümayәndә vasitәsilә mәktәbin idarәçili -
yin dә iştirak etsin. Mәktәb hәyatında aktiv iş -
ti rak etmәk üçün valideyn hәr zaman mәktәb -
dә mühafizә olunan istәnilәn açıq informa si -
yanı tәlәb edә bilәr. Valideynlәr ümumi mәk -
tәb probleminin hәllindә, vәsait vә digәr re -
surs ların axtarışında aktiv rol oynaya bilәrlәr.
Yaxşı әmәkdaşlıq bacarığı uğurlu münasibәt -
lәrin әsas şәrtidir. Dәrs ili müddәtindә vali deyn
iclaslarının keçirilmәsi bu әmәkdaşlığın yaran -
masına kömәk edәn amillәrdәndir. Əmәk daş -
lığa hәvәslәndirilmәnin başqa-baş 
qa üsulları
vardır. Yaxşı olar ki, müәllim bu barәdә dәrs
ilinin әvvәlindә düşünsün. Müәl limә aşağıdakı
tövsiyәlәri vermәk olar:
1.
Valideynlәri qarşıdakı sinif tәdbirlәri,
ev tapşırığının yerinә yetirilmә keyfiyyәtlәri,
si zin ümidlәriniz vә sinfin tәşkili mәsәlәlәri
barәdә tanış edin.
2.
Hәr zaman valideynlәri uşağın müsbәt
nәticәlәri ilә tanış edin. Bu onlara imkan ve -
rir ki, uşağı tәriflәsinlәr. Bununla isә, uşağın
özünüqiymәtlәndirmәsi artır.
3.
Problemin olması halında, mütlәq
valideyni vәziyyәtdәn xәbәrdar edin. Prob lem -
lәrin kәskinlәşmәmәsinә qәdәr onlarla әla  qә
saxlayın. Görәndә ki, problem artıq uzun 
müddәtdir ki, mövcuddur vә o, bu ba rәdә heç
nә bilmir, bu, valideynә mәnfi tәsir gös tәrir.
4.
İl әrzindә bir neçә dәfә valideynlәri
övladlarının nailiyyәtlәrini müzakirә etmәyә
dәvәt edin. Onlara tez-tez mәktub göndәrin
(mәktәbli kitabçasında qeyd edәrәk vә ya
elektron poçtla) vә fәnnin mәqsәdlәrini, әsas
mәsәlәlәrini, uşağın problemlәri vә nailiy 
-
yәtlә ri ni  izah  edin. 
Yaxşı tәşkiledilmiş әmәkdaşlıq valideyn
vә müәllim münasibәtlәri üçün dә çox vacib -
dir. Valideynlә üzbәüz söhbәt münasibәtin
qu rul masının әn effektiv formalarından biri -
dir, çünki bu, ümumi mәqsәdlәrә çatmaq
üçün birgә çalışmağın әsasını qoyacaqdır.
Vali 
deynlә görüşün uğurlu aparılması üçün
bir neçә qaydaya riayәt etmәk mәqsәdә 
-
uyğundur. Mәsәlәn, yaxşı olardı ki, mobil
telefonu sön 
dürәsiniz vә yaxud da sәssiz
rejimә qoyasınız. Bununla sizin söhbәtinizin
vacib 
liyi vә vali 
deynә olan hörmәt vurğu 
-
lanır. Söhbәt üçün elә bir otaq seçin ki, onun
qapısını bağlaya bilәsiniz. Bununla siz onlara
göstәrirsiniz ki, söhbәt mәxfidir vә sәmimi,
vasitәsiz  münasi bәt lәrin  yaranması na  şәrait
yaradırsınız. Hәr zaman valideyni sәmimiy -
yәtlә qarşılayın. Tәş 
kilatçılıq görüşә daha
rәsmi çalar verir. Əv 
vәlcәdәn müzakirә
olunası mәsәlәlәrin si ya hısını tәrtib edin vә
әgәr şagird konkret tap şırığı yerinә yetirmәk -
dә vә ya dәrslәrini mә 
nim 
sәmәkdә çәtinlik
çәkirsә, o zaman onun ya zı işini vә ya dәrsliyi
özünüzlә götürün.
Şagirdin yazı işindәn istifadә etmәk prob -
lemin hәllini aydın şәkildә nümayiş etdiril -
mә si üçün çox yaxşı vasitәdir. Valideyn hiss
etmәlidir ki, siz onunla görüş üçün hazırlaş -
mı sınız. Əgәr valideyn hәyәcanlanır sa, o za -
man müxtәlif üsullara müraciәt edә bilәrsiniz
ki, o, özünü daha sәrbәst hiss etsin. Hәr ikiniz
dә söhbәt üçün şagird partası arxasında әylәşә
bilәrsiniz. Əgәr hәmsöhbәt lәrdәn biri hәyә -
can 
lanırsa vә hәmsöhbәtlәr arasında sәdd,
mә sәlәn, stol varsa, bu, etimadsızlıq anını da -
ha da artırır. Buna görә dә yaxşı olardı ki, elә
söhbәtin әvvәlindәcә uşağa qayğı göstәrdiyi -
nizi vә ona müsbәt yanaşma nızı göstәrәsiniz.
Hәmişә qısa şәkildә şagirdin güclü tәrәf -
lәrini söylәyin. Əlbәttә ki, valideyn övladının
nailiyyәtlәri ilә qürur duyur. Müәllim mә 
-
zәm  mәtlә  söhbәtә  başla dıq da,  görüşün  tonu
ikitә rәfli müdafiәedici olur. Valideyndә onun
öv la dı na  sәmimi  yanaşmağınızda  şübhә
yarana bilәr. Unutma yaq ki, dәcәl vә sözә -
baxmayan uşaq kiminsә sevimli әrköyün
balasıdır. Vali 
deynlәr o ümidlә gәlirlәr ki,
övladının nailiy 
yәtli vә müsbәt tәrәflәri
barәdә mәlumat al 
sın 
lar. Siz onlara hiss
etdirmәlisiniz ki, şa girdә sәmimi yanaşırsınız
vә şagirdin müsbәt bacarıqlarının inkişafına
qayğı göstәrirsiniz. Eyni zamanda onun
dәrslәrindә baş verәn ge rilәmәlәr dә sizi na -
rahat edir vә bunu aradan qaldırmaq üçün
vali 
deynin sizә kömәyi la 
zımdır. Birlikdә
fәaliyyәt, әmәkdaşlıqla bunu aradan qal 
-


78
Kurikulum. 2013. №3
İlahә Rüstәmova
dırmaq olar. Valideyni diqqәtlә din 
lәyin.
Onların problemlәrini nәzәrә alın. Mә sә lәn,
o, sizә şikayәtlәnir ki, uşağına kitab oxut maq
üçün vaxt tapmaqda çәtinlik çәkir. Bu
vәziyyәtdә cavab verә bilәrsiniz: «Başa dü -
şürәm ki, vaxt tapmaq çox çәtindir. Bәlkә
çalışıb uşaqdan xahiş edәsiniz ki, siz yemәk
hazırlayan zaman o, ucadan oxusun».
Bu cür cavab valideynә hiss etdirir ki, siz
onu başa düşürsünüz vә ona problemi hәll et -
mәkdә kömәk etmәyә çalışırsınız. Görüş za -
ma 
nı valideynә çox vaxt ayırmağa çalışın.
Kon kret hadisәni tәsvir edin vә mәslәhәt is tә -
yin. Bununla valideynin sәriştәsini vurğula -
yır sınız vә әmәkdaşlıq münasibәtlәrinin möh -
kәm lәn mә si nә  şәrait  yaratmış  olursunuz. 
* * *
Müәllimin qarşısına qoyduğu әn ali vә -
zifә öz yetirmәlәrindә mәnәvi keyfiyyәtlәrin
formalaşdırılmasıdır. İnsan nә qәdәr savadlı,
bi likli olursa olsun, cәmiyyәtә o zaman fay -
dalı olur ki, әsl şәxsiyyәtә xas olan mәnәvi
key fiyyәtlәrә yiyәlәnsin. Bu baxımdan müәl -
limin üzәrinә çox mühüm vәzifә düşür.
Bilirik ki, şagirdin gәlәcәkdә әldә edәcәyi
bilik vә ba 
carıqların әsasları hәlә ibtidai
mәktәbdә tәh sil alarkәn qoyulur. Bәs şәxsi,
mәnәvi key fiyyәtlәr necә? Şübhәsiz ki, onun
da әsasl a rına ibtidai sinifdә oxuyarkәn yiyә -
lәnir. Mü әl limin bu mәnada vәzifәsi nә qәdәr
ağır olsa da, bu işin öhdәsindәn gәlmәk üçün
qarşısında geniş imkanlar da möv 
cuddur.
Sinif dәn xa ric tәdbirlәrin tәşkili dә bu imkan-
ların reallaş 
dırılması baxımından müs 
tәsna
rola  ma lik dir.
Dәrs ili әrzindә tәşkil etdiyim sinif dәn -
xaric tәdbirlәrdә şagirdlәr böyük maraqla işti -
rak edirlәr. Çalışıram ki, onlar tәdbirlәrin yal -
nız iştirakçısı deyil, hәm dә tәşkilatçısı olsun -
lar. Elә olanda, şagirdlәr hәlә kiçik yaşların -
dan tәşkilatçılıq bacarıqlarına yiyәlәnir, kol -
lek tivlә işlәmәk vәrdişlәri әldә edir, bir-biri -
lәrinin fikirlәrinә ehtiramla yanaşmağı öyrә -
nir, liderlik xüsusiyyәtlәri әldә edirlәr. Amma
bu zaman müәllimin vәzifәlәri daha da mü -
rәk kәblәşir. Sinifdә elә uşaqlar olur ki, onla r
kollektiv mühitinә bir qәdәr çә tin alışır. Ya -
xud da elә uşaqlar olur ki, bü 
tün prosesә
nәza rәt etmәk iddiasında olurlar. Bu zaman
vәzifә, tapşırıq bölgüsünün düzgün aparıl 
-
ması müәl lim dәn prosesә ustalıqla ya naş ma
bacarığı tәlәb edir. Müәllim prosesi elә
pedaqoji-psi xo loji әsasda qurmalıdır ki, tәşkil
olunan si nifdәnxaric tәdbirlәrdә bütün sinfin
iştirakı ey ni sәviyyәdә tәmin olunsun. Müәy -
yәn müd dәt keçәndәn, şagirdlәrlә tanışlıqdan
son ra, onların psixoloji xarakterlәrinә bәlәd
olan dan sonra bilirәm ki, sinifdә hansı uşaq
han sı bacarığın sahibidir. İstәnilәn halda, şa -
girdә düzgün yanaşma mәhz hәmin psixoloji
ciz gi lәrin  müәyyәnlәşdirilmәsi  fonunda  müm   -
kün dür.
Sinifdәxaric işlәrin әhatә dairәsi olduqca
genişdir. Bu sahә özündә nitq inkişafı üzrә
sinifdәnxaric işlәri, ayrı-ayrı fәnlәr üzrә әtraf
alәmlә tanışlıq, musiqi, tәsviri incәsәnәt,
әmәk tәlimi, fiziki tәrbiyә üzrә sinifdәnxaric
işlәri birlәşdirir. Göründüyü kimi ibtidai sinif
müәlliminin qarşısında sinifdәnxaric tәdbir 
-
SİNİFDƏNXARİC TƏDBİRLƏR ŞAGİRD ŞƏXSİYYƏTİNİN
FORMALAŞMASINDA MÜHÜM VASİTƏDİR
SƏBAHƏT AĞAYEVA
Bakı şәhәri 67 №-li tam orta mәktәbin ibtidai sinif müәllimi,
tәdris işlәri üzrә direktor müavini


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə