Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

93
Kurikulum. 2013. №3
Tәlimdә zәruri şәrtlәrdәn biri dә müәllim
vә şagirdlәrin fәaliyyәtidir. Tәlimin cәrәyan
etdiyi şәrait, onun necәliyi, tәlim üçün müna -
siblik  dәrәcәsi  şagirdlәrin  mәnimsәmә  key -
fiy yә ti nә  tәsir  göstәrir, onun sәmәrәsini artı -
ra vә ya azalda bilir. Bütün hallarda müәl limin
peşәkarlıqla qurulmuş fәaliyyәti şagird 
lәrin
tә limә marağını güclәndirir. Mәhәmmәd Pey -
ğәm 
bәr (s.ә.s.) müәllimliyә yüksәk qiymәt
ver 
miş 
dir. O, hәdislәrinin birindә demişdir:
«Ən xe yirli sәdәqә odur ki, bir mü sәlman elm
öy rә nә vә sonra onu  öz  müsәl man qardaşına
öy rәdә». 
Tәlimin hәyata keçirdiyi vәzifәlәrdәn biri
tәrbiyәdir. Tәlim hәm dә tәrbiyә edir. Tәlimin
tәrbiyә imkanları çoxdur. Öyrәdilәn material -
la rın mәzmununda, öyrәtmә üsul ların da, tә -
lim zamanı müәllimin nitqindә, mühakimә
tәrz lәrin dә,  davranışında,  görkә min dә  vә  s.
cә hәt lәrdә bu cür imkanlar olur. Tәlim zama -
nı şagirdlәrin şüurlu vә fәal olması belә bir
ideyaya әsaslanır ki, şagird tәlimin obyekti
de yil,  subyektidir. Şagird  müstәqil düşün mә -
li, fikir yürütmәli,  müşahi dә aparmalı, nәticә
çı 
xart 
malı, yol verdiyi sәhvlәr üzәrindә iş 
-
lәmәli, onları aradan qaldırmalı,  plan  tәrtib
et mәli, plan üzrә fәaliyyәt göstәrmәli, mate -
rial  toplamalı, onları qruplaşdırmalı, tәcrübә
qoy malı, aldığı nәticәni özü tәhlil etmәlidir. 
Mәn dәrs zamanı hәr bir şagirdә düşün -
mәk, axtarışa  qoşulmaq, öz fikrini bildir mәk
imkanı yaradıram.  Hәr zaman  şa gird lәrә  qo -
şu 
lur, düşünür, araşdırır, mübahisә edirәm.
Şa 
 
gird 
lәr sinifdә baş verәnlәrin iştirakçısı
olur. Müasir dәrsin mәrhәlәlәrindә öz üzәri -
mә düşәn vәzifәlәrә diqqәtlә yanaşı ram. Tәd -
qi qat  zamanı şagirdlәrin sәmәrәli fәaliyyәtini
tәşkil etmәk üçün dәrsdә lazım olan tәchizat
vә  lәvazimatları  müәyyәn edirәm. Problemli
vәziyyәtin yaradılması zamanı mәqsәdim
mә sәlәdәki ziddiyәtlәri qabartmaqla sual qo -
yaraq, şagirdlәri  düşünmәyә  hazırlamaq dır.
Dәr sin  әvvә lin dә  şagirdlәrlә  salamlaşı ram.
Mәn şagirdlәrimdәn birinә, o isә başqa birinә,
belәliklә, növbә ilә hәr kәs bir-birinә xoş söz -
 lәr söylәyir. Onlar bununla dәrsә yüksәk әh -
va li-ruhiyyә ilә başlayır, ünsiyyәt vasitәlә rin -
 dәn, nitq etiketlәrindәn düzgün istifadә qay -
da larına әmәl etmәklә  onlara yiyәlәnirlәr.
Dәrslәrimdә rollu oyunlara vә mәntiqi
çalışmalara daha çox üstünlük veri rәm. Şa -
gird lәr müstәqil düşünmәklә fikirlәri ni daha
sәrbәst söylәyir, fakt vә hadisәlәrә fәal mü -
nasi bәt bәslәmәklә çeviklik nümayiş etdirir -
lәr. Fikrimi әsaslandırmaq üçün sınaq 
dan
keçirdiyim bir tәcrübә nümunәsini tәq 
dim
edi  rәm.
Azәrbaycan dilindә «Söz birlәşmәlәri»
möv zu sunu keçәrkәn «Zirәk uşaqlar» adlı oyun
keçirdim. Bağlı sәbәtin içәrisinә yaşıl, sarı vә
qırmızı alma qoydum. Sәbәtin içәri 
sindә nә
olduğunu tapmaq üçün şagird lәrә «açar sözlәr»
verdim: bölgәlәrimizdәn biri onun 
la mәş 
-
hurdur, müxtәlif rәngdәdir, faydalı vә dadlıdır,
vitaminlә vә dәmirlә zәngindir. Şa 
gird 
lәr
müxtәlif fikirlәr söylә 
dilәr. Cavab açıqlan 
-
dıqdan sonra onları rәnglәrinә görә qruplaş 
-
dıraraq söz birlәşmәsi şәklindә ifadә etdik. 
Proyektor vasitәsilә müxtәlif şәkillәr nü -
mayiş etdirdim. Şagirdlәr şәkillәrә әsasәn bil -
dik lә rini söylәdilәr. Mövzu baxımından mәq -
sә dә uyğun  qrup işi tәşkil  etdim. Bu  zaman
oyun  xarakterli müvafiq  çalışma  nümunә -
lәri  hazırladım.
Oyun xarakterli tәrtib etdiyim çalışmalar -
dan bir neçәsini tәqdim edirәm. 
MƏN ŞAGİRDLƏRİ DÜŞÜNMƏYƏ SÖVQ EDİRƏM
MEHRİBAN QULAMOVA
Bakı şәhәri 240 №-li tam orta mәktәbin ibtidai sinif müәllimi
mehriban.qulamova@mail.ru


94
Kurikulum. 2013. №3
Mehriban Qulamova
Tәlim prosesindә müstәqil iş böyük әhә -
miy 
yәtә malikdir. Ondan istifadә olunarkәn
şa gird öz bilik vә bacarıqlarını tәtbiq etmәk
im kanı qazanır. Müәyyәn problemin hәllindә
tә 
şәbbüs göstәrir, öz imkanlarından istifadә
edir. Mәsәlәn, mövzunun dәrk olunması üçün
şagirdlәrimә müvafiq tapşırıq verirәm. Onlar
fәaliyyәt göstәrir, yeni mәlumatlar әldә edir,
fikir mübadilәsi aparır, әmәkdaşlıq edirlәr.
Şagirdlәrimin yorğunluğunu aradan gö 
-
tür mәk üçün belә bir maraqlı oyun nümayiş
et dirirәm. Tapşırıqlar hazırlayıb qutuların içә -
 risinә qoyur vә onları şagirdlәrә tәqdim edi -
rәm. Şagirdlәr tapşırığa әsasәn jest vә mi 
-
mikalardan istifadә edәrәk fikirlәrini yoldaş-
larına çatdırırlar. Yoldaşları isә onlara müva -
fiq cavablar verirlәr. Belәliklә, sinifdә fәallıq
ya  ra  nır. 
Bu cür tapşırıqlarla şagirdlәrimi düşün 
-
mә yә sövq edirәm. Onlar  hәm düşünür, hәm
dә üz vә әl-qol hәrәkәtlәri ilә fikirlәrini ifadә
etmәyә çalışırlar. Bu prosesdә  onların  düşün -
cә qabiliyyәtlәri inkişaf  edir. 
Bir sıra pedaqoji vә psixoloji tәdqiqatlar -
dan vә müşahidәlәrdәn aydın olur ki, tәlimdә
mәnimsәmәnin sәviyyәsi ilә şagirdlәrin tәdris
imkanları arasında qanuna uy ğun asılılıq var -
dır. Tәlimin qanunauyğun luq larından biri öy -
rәdәnin vә öyrәnәnlәrin fәaliyyәtlәri arasında
qarşılıqlı asılılıqda özünü göstәrir. Bu tәrәflәr
ardıcıl olaraq biri digәrini tamamlamaqla,
hәm dә biri digәrini stimullaşdırır.
Şagirdlәrә insanların hәmişә qeyri-adilik
axtarışında olduğunu öyrәdirәm. Onlar nağıl
qurur, hekayә quraşdırır, bir-birinin mәtnini
din lәyir, tәhlil edirlәr. Bunların  müsabiqәlәr
şәklindә qurulması vә yekunlaşdırılması daha
çox didaktik әhәmiyyәt daşıyır. Azәrbaycanın
müxtәlif bölgәlәri haqqında mәlumat topla maq
tapşırığı alan şagirdlәr topladıqları mә lumatları
paylaşırlar. Onlar hәm düşünür, ax tarışlar apa -
rır, bununla sәrbәst mәlumatlar әl  dә etmәklә
tәdqiqatçılıq  bacarıqlarına  yiyә lә nir lәr.


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə