Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

95
Kurikulum. 2013. №3
Mәn şagirdlәri düşünmәyә sövq edirәm
Belәliklә, dәrs zamanı fәal tәlim metod la -
rın dan istifadә edәn zaman tәdrisin şagird lәr
üçün bilik, bacarıq vә vәrdişlәrә, yüksәk
mәnәvi keyfiyyәtlәrә malik şәxsiy 
yәt kimi
ye tişdirilmәsindә mühüm rolu olduğunun şa -
hidi oluram.  
Bu  gün  yeniliklәri görmәsәn, inkişaf  et -
miş ölkәlәrdә gedәn proseslәri dәrk etmәsәn,
ümu 
miyyәtlә, tәhsilin inkişafından danışa
bil mәz sәn. Ümummilli liderimiz Hey dәr  Əli -
 yev  demişdir:  «Hәyatını  müәl lim li yә  hәsr
edәn insanlar, hәqiqәtәn, fәdakar, xalqına,
mil 
lә 
tinә sәdaqәtli vә eyni zamanda qәhrә 
-
man lıq  göstәrәn insanlardır». 
Mәn bu fikri örnәk götürәrәk müasir
döv rün  tәlәblәrinә  uyğun  savadlı,  demokra -
tik  düşüncәli  vә  vәtәnpәrvәr  ruhlu şagirdlә -
rin tәrbiyә olunması, eyni zamanda tәlimin
sә mәrәliliyinin yüksәldilmәsi üçün daim sәy
göstәrirәm. 
* * *
Hal-hazırda innovativ dәrslәrin şagirdin
maraq vә sәviyyәsinә uyğun qurulması tәkcә
müәl limlәrdәn deyil, şagirdlәrdәn dә bәzi ba -
ca rıq vә vәrdişlәri tәlәb edir. Şa gird  lә rin din -
lә yib-anlama, danışma, oxu vә yazı baca rıq la -
rının inkişafı üçün  müxtәlif üsul vә vasi tә lәr -
dәn istifadә olunması onlarda nitq  mәdә niy -
yәtini vә ünsiyyәt qurma qabiliyyәtini for ma -
laş 
dırır, hәrtәrәfli şәxsiyyәt kimi yetişmәsi
üçün yaradıcı tәfәkkürün inkişaf etmәsi üçün
zәmin yaradır. Bu baxımdan araşdırmalar apa   -
rıl 
ması, mәruzәlәrin hazırlanması vә onun
tәqdimat şәklindә çatdırılması çox әhәmiyyәt
kәsb edir. Əslindә hәr hansı bir mövzuda
tәqdimat hazırlamaq şagirdlәr üçün bir neçә
cәhәtdәn maraq doğurur. Onlar müstәqil ( tәk
vә ya qrup şәklindә) olaraq araşdırma aparır,
ümumilәşdirәrәk bir nәticәyә gәlir, müәllimin
kömәyi olmadan yeni biliklәr әldә edirlәr.
Müәl lim sadәcә olaraq şagirdlәri araşdırıla caq
mövzu ilә bağlı lazımi mәnbәlәrә yönlәn dirir,
onlara gәrәkli informasiyanı haradan ala
bilәcәklәri barәdә mәslәhәtlәr verir. Araşdır -
ma lar әsasında mәruzәlәr hazırlamaq şagird -
lәr dә söz ehtiyatını zәnginlәşdirir, öyrәndik -
lәri yeni bilik vә mәlumatları qruplaşdıraraq
mәtnqurma qabiliyyәtini üzә çıxardır. Onu da
qeyd edim ki, şagirdlәr sәrbәst bir şәkildә
araşdıraraq öyrәndiklәri yeni biliyi mәruzә et -
 dik lәri zaman fikir vә cümlәlәri ardıcıl olaraq
sıralayır, hadisәlәri tәsnif edir, әlaqә 
lәn 
dirir,
analiz-sintez edәrәk nәticә çıxarmağı bacarır.
Mәruzә qruplar tәrәfindәn vә ya fәrdi şәkildә
hazırlana bilәr. Xüsusәn qrup şәklindә edilәn
mәruzәlәrә böyük diqqәt ayırmaq lazımdır.
Çünki bu zaman şagirdlәr öz aralarında bölgü
apararaq işin hansı qismini kimin yerinә
yetirәcәyi barәdә qәrar verirlәr ki, bu da öz
aralarında әmәkdaşlıq vә qarşılıqlı yoldaşlıq
münasibәtlәrini formalaşdırmaq üçün bir
zәmin yaradır. Bu zaman müәllim ça lış malıdır
ki, bölgü әdalәtli aparılsın, araşdır ma zamanı
da, tәqdimat zamanı da bu belә da vam etsin.
Bәzәn mәruzә hazırlamaqda müәl 
 
lim vә
ŞAGİRDLƏRDƏ TƏDQİQATÇILIQ BACARIQLARININ 
İNKİŞAF ETDİRİLMƏSİ
VƏSİLƏ SOVQATOVA 
Xaçmaz şәhәri 5 №-li tam orta mәktәbin 
Azәrbaycan dili vә әdәbiyyat müәllimi
ms.vesile@mail.ru


96
Kurikulum. 2013. №3
Vәsilә Sovqatova
valideynlәrin kömәyi lazım ola bi lәr. Ancaq
bu zaman diqqәt etmәk lazımdır ki, müәllim
vә ya valideyn işdә birbaşa iştirak etmәsin
sadәcә olaraq mәslәhәtçi kimi yardım etsin.
Müәllim tәrәfindәn araşdırma mövzuları
elә seçilmәlidir ki, onları tәdqiq edәrkәn
şagirdlәr müstәqil işlәyә bilsinlәr. Mәsәlәn,
Azәrbaycan dili dәrsliyindә tәdris olunan
«Azәr 
baycan qalaları» mövzusundan xalqı 
-
mı 
 
zın ta qәdimdәn müdafiә vә müşahidә
mәq sәdilә tikdiyi istehkamlar barәdә şagird -
lәr әtraflı mәlumat qazanırlar. Şuşa qalası,
Qız qalası, Çıraqqala, Pәri qalası buna misal
olaraq göstәrilә bilәr. Bu mövzu keçilәrkәn
dәrslikdә belә qalalardan biri sayılan Şuşa
qalasının tarixi vә işğalı barәdә araşdırma-
tapşırıq vardır. Belә bir mövzuda araşdırma
aparmaq şagirdlәrdә hәm vәtәnpәrvәrlik duy -
ğusu aşılayır, hәm dә tarixә böyük maraq vә
hәvәs yaradır. Belә araşdırmalar zamanı Azәr -
baycan tarixi fәnni ilә inteqrasiya yara dıl ması
mәhz buna xidmәt edir. Bu tapşırıq qrup
şәklindә deyil, hәr bir şagirdә fәrdi olaraq
verilsә, daha mәqsәdәuyğun sayıla bilәr.
Çünki xalqımızın әn ağrılı yeri olan Qa ra bağ
vә onun dağlar gözәli Şuşa haqqında, onun
tarixi, alınmaz bir qala olması vә ermәnilәr
tәrәfindәn necә әlә keçirilmәsi ba rәdә hәr bir
şagird mәlumatlı olmalı, qәdim tariximiz vә
yaxın keçmişimiz barәdә konkret informasi -
ya lar әldә etmәyi bacarmalıdır. 
Tәdqiqat üçün seçilәn mövzu ilk baxış -
dan  şagirdә maraqlı gәlmәli, araşdırmaq, tәh -
lil etmәk vә nәticә çıxarmaq üçün onda hәvәs
oyatmalıdır. Tәqdimat zamanı isә müәllim şa -
girdlәrin nitqinә, istifadә etdiyi әyaniliyә,
hazırladığı vәsaitә xüsusi olaraq fikir vermәli,
fәrqlәnәn işlәri vә müsbәt cәhәtlәri xüsusilә
qeyd etmәlidir. Bu, şagirdlәrdә böyük ruh
yüksәkliyi vә motivasiya yarada bilәr. Ancaq
bu zaman zәif çıxışlar da kәskin tәnqid edil -
mәmәli, şagirdlәrin uğursuzluqları, sәhv 
lә 
ri
uzun-uzadı tәhlil edilmәmәlidir. Çünki bu za -
man müsbәt nәticә göstәrmiş tәrәfdә yersiz
eqoizm, özündәnrazılıq, qarşı tәrәfdә isә pa -
xıl lıq vә kin formalaşa bilәr ki, bu da tәdris
pro sesindә  yolverilmәzdir.
Tәqdimatın formasını şagirdlәr mövzuya
uyğun olaraq seçә bilәrlәr. Bu qrafik infor -
masiya (cәdvәl), videomaterial, şәkillәrdәn
app li kasiya, izahlı mәtn vә ya esse forma sın -
da ola bilәr. Xüsusәn esse ilә tәqdimata hazır -
la  şar kәn şagirdlәr özlәrinin yaradıcılıq vә tәs -
virçilik bacarıqlarını göstәrә bilәrlәr. Bildiyi -
miz kimi esse  sәrbәst vә yaradıcı bir yazı for -
masıdır. Belә ki, esse nәqli, tәsviri vә müha -
kimә xarakterli ola bilәr. Əsas mәsәlә burda
se çilmiş problemi tәhlil edәrkәn faktları yox,
onların yaratdığı tәәssüratları tәsvir etmәkdә -
dir. Ancaq çox tәәssüf ki, bәzi şagird lәr artıq
V sinifdә oxumalarına baxmayaraq, in şa ya zı -
sını essedәn fәrqlәndirә bilmirlәr. Bu nun da
sәbәbi tәbii ki, biz müәllimlәrdәdir. Çünki bә -
zi müәllimlәr, xüsusәn ibtidai tәhsil zamanı
esse yazısına bilәrәkdәn vә ya bil mәyәrәkdәn
«barmaqarası» baxırlar. Bunun da acı nәticәsi
şagirdlәrin  bu  barәdә  mәlumat sız lı ğına  gәti rib
çıxarır. Öz tәcrübәmdәn deyә bilәrәm ki, esse
haqqında uşaqlar dәqiq mәlu 
matlandı 
rıl 
dıq 
-
dan sonra şәxsi tәәssüratlarına әsaslanaraq
ya zı yazmaq onların daha çox xoşlarına gәlir.
Mә sәlәn, «Qışda şәhәrimiz», «20 Yanvar gü -
nü biz nә edirik?» vә s. möv zularında esse ya -
zar  kәn tam şәkildә tәsvirçi lik vә ya nәql etmә
xarakterli qeyri-adi vә ye ni likçi fikirlә rini ifa -
dә edirlәr ki, bu da ma raq lı vә lazımi nә ti cәyә
gәtirib çıxarır.
«Rәvayәtli ifadәlәr» mövzusunu keçәr 
-
kәn isә şagirdlәrә qrup şәklindә bir sıra rәva -
yәt li ifadәlәrin mәnşәyini araşdırmağı tapşırı-
ram. Uşaqlar üç qrupa ayrılır vә aşağıdakı
möv  zu lar da  araşdırma  aparırlar: 
1.
Filmlәrdәn dilimizә gәlәn ifadәlәr;
2
. Lәtifәlәrdәn yaranan ifadәlәr;
3.
Hәr hansı bir tarixi şәxsiyyәtlә bağlı
ifa dә lәr.


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə