Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

91
Kurikulum. 2013. №3
Tarix fәnninin tәdrisindә İKT-dәn istifadә 
gün nә baş verir? Belә qәnaәtә gәlirik: şagird -
lәrin böyük әksәriyyәti enerjini mobil telefon
vasitәsilә, kompyuter vasitәsilә, televiziya
va   si tәsi ilә gәrәksiz yerә sәrf edirlәr. Az ener -
ji sәrf edәnlәr kimlәrdir? Ümumtәhsil pillәsi -
nin 1-4-cü sinif şagirdlәri. Eyni bir müәllimin
nә za rәtindә olması, valideyn tәpkisi, ümumi
dәrs prosesinә, tapşırıqların hәllinә, uğurların
vә gerilәmәlә rin izlәnmәsinә nәzarәtin olma -
sı tәdrisdәn yayınma hallarının qarşısını  alan
amillәrdir. Şagird ibtidai tәhsil sәviyyәsini
ba  şa vurur, bu mühiti tәrk edәrәk yeni fәnn
müәl limlәri ilә tәmasda olur. Müxtәlif sәviy -
yәli  mәsuliyyәt yükünә görә fәrqlәnәn müәl -
limlәr. Tәdrisdәn yayınma tәbii ki, olmalıdır.
Mәhz bu mәrhәlәdә tәhsilalanların ciddi
şәkildә enerji itirmәdәn marağının tәmin edil -
mә si ilә tәlim-tәdris prosesinә cәlb olun ma sı
әn vacib şәrtdir. Bәs necә?
İlk növbәdә mәsuliyyәtlilik prinsipi özü -
nü aktiv büruzә etdirmәklә tәlim-tәdris prose -
sin dә tәrbiyә anlamını qoruyub saxla malı dır.
Şagird dәrs zamanı konstruktiv vә fәrdi şә -
kildә intellektual polemik iştirakçı kimi  pro -
se 
sә cәlb olunmalıdır. Bu prosesi intensiv
etmәk mәqsәdi ilә İKT avadan 
lıqlarını
mütlәq dәrsin ayrılmaz hissәsinә çevirmәk
gәrәkdir. Öyrәdәn vә öyrәnәnin orqanizminin
minimal enerji sәrfinә nail olaraq – yәni tәlim
prosesini  «Neqaentropiya prinsipi» әsasında
qur maqla mәqsәdә çatmaq olar. Qısaca olaraq
belә deyәk ki, tәdrisin gedişatına bu günün
şagirdinin tәlәbi ilә yanaşmaq, problemlәrin
hәllini mövcud bütün informasiya vasitәlә rin -
dәn, avadanlıq ların dan istifadә etmәklә tәd -
risin tamlığını, keyfiyyәtini yüksәltmәyә İKT
vә digәr fәnn sahәlәrinә inteqrasiya әla qә lә -
rini yaratmaq prinsiplәri әsasında nail ol maq
mümkündür.
İnsanın, cәmiyyәtin, ictimai formasiyala -
rın inkişafının yaranmasından әvvәlki dövrü
vә son ana kimi mövcud olacaq zamanı izlә -
yәn әksәr şagirdlәr üçün «sevimli dәrs» olan
ta rix fәnninin tәdrisindә biz nümunә olaraq
İKT-nin әhәmiyyәtliliyi vә problemli situasi -
yalar yaradacaq nüanslara nәzәr yetirәk. 
Şagird tәfәkkürünün, bacarıqlarının, in 
-
tui si ya sının  formalaşmasında  qazanılan  bili-
yin ro lu mühümdür. Bu baxımdan tarix fәnni -
nin dә әhәmiyyәti xusisi yer tutur. Ümumi lik -
dә tarixi biliklәrin düzgün istiqamәtdә qaza-
nılması şagirdin dünyagörüşünü, mәntiqini,
zә 
 
kasını, çevikliyini vә әlәlxüsus da hәyati
bacarıqlarının inkişafına zәmin yaradır. Belә
olan halda biz nә etmәliyik ki, şagirdlәrimizin
inkişafını tәmin etmәk mәqsәdi ilә tarix fәn -
ninin  tәdrisini zamanın, şagirdin, dövlәt stan -
dart larının, fәnnin mәzmun tәlәblәrinә uyğun
qura bilәk? Bununla yanaşı beyni yük lü şa -
girdin zehni fәaliyyәtini güclәndirmәklә, onu
düşündür 
mәk 
tarix dәrsini sәmәrәli tәşkil
edәk. 
Mәsәlәn, qәdim dünya tarixi fәnnindәn
«Yunan-İran müharibәlәri» mövzusunun tәd -
ri si nә  diqqәt yetirәk. Dәrs başlayarkәn müәl -
lim bioloji yorğunluqda ola bilәcәk, güclü
tәd ris olunmuş texniki fәnn dәrslәrin dәn bi -
rin dәn gәlmiş, vә ya fiziki tәrbiyә dәrsindәn
gәlmiş, ilk dәrsә natamam psixoloji durumda
gәlmiş vә bu kimi hallarda olan sinifә daxil
olur. Müәllim şәxsiyyәtә yönәl miş tәlim prin -
sip lәrinә uyğun olaraq fәal tәlim mexanizm -
lә rindәn  yararlanacaq: 

Diqqәti cәlb edәn vә maraqlı olan;

Müxtәlif fәrziyyәlәr yaradan;

Müstәqil tәdqiqat üçün mümkün olan;

Şagirdin imkanlarına müvafiq olan;

Şagirdә öz bacarığını tәtbiq etmәyә im -
kan verәn.
Xüsusiyyәtlәri nәzәrә alaraq  motivasiya,
problemli situasiya yaratmaqla dәrsә başla 
-
maq mümkündür. Lakin önәmli hissә budur
ki, müәllim bu mәrhәlәni: 
1-
şifahi, 
2-
şәkil lәr -
lә iş, 
3-
xәritәlәrlә iş, 
4-
audio fayldan istifadә,
5-
video görüntü, 
6-
elektron resurslardan is ti -
fa dә ilә hәyata keçirә bilәr. 
Şagird bunlardan hansına daha maraqla
yanaşacaq, onun marağını bunlardan hansı
da ha çox tәmin etmiş olacaq? Əlbәttә, infor-
masiya texnologiyaları olan versiyalar. Bun -
la 
rın içәrisindә isә biz hamısını tәtbiq edә


92
Kurikulum. 2013. №3
Nizami Mәmmәdli
bilәrikmi? Tәbii ki, dәrsin mәzmununa, stan -
dartın tәlәbinә daha yaxın olanı vә tәdqiqat
sualı vasitәsilә tәlim nәticәlәrinin uğurlu alın -
masına xidmәt edәn vasitә әn optimal va rian t -
dır. Nә sәviyyәdә problemli sinif olursa olsun,
müәllimin ilk metodik hәmlәsi vә İKT-dәn
düzgün yerdә, dәqiq şәkildә istifadә tә lәb lәrә
cavab verәcәksә, şagirdin marağını cәlb edә -
cәk. 
Dәrsin gedişindә qrup işindәn istifadә
etmәk olar. İş vәrәqi nümunәsi:
İş vәrәqi: – Yunan koloniyaları vә İran
dövlәtinin güclәnmәsinin әsas sәbәblәrini
verilmiş linkdәn istifadә edәrәk müәyyәnlәş -
di rin vә WORD proqramında bu haqda fikir -
lәrinizi әsaslandıraraq mәtn tәrtib edin.
http://az.wikipedia.org/wiki/Yunan-
%C4%B0ran_m%C3%BCharib%C9%99l%
C9%99ri
http://www.shagird.info/tarix/VI_sinif_te
stler/tarix_6_main.html?paraq_num=23
http://musabiqe.edu.az/index.php?opti-
on=com_mtree&task=viewlink&link_id=309
3&Itemid=34
http://oxu.tv/?sec=video&id=529
Tapşırığın xarakterinә vә növünә diqqәt
yetirәk. Şagird araşdırmaçılığa sövq olunur.
Bu zaman, o, problemlә üzlәşmәsi sәbәbin -
dәn yalnız zehni vә fiziki fәaliyyәtlә mәşğul
olacaq. Lakin tapşırığın yerinә yetirilmәsi şa -
girdi elә şәkildә prosedural bilik qazanmağa
sövq edir ki, burada müәllim hәm standartı
reallaşdırır, hәm formativ qiymәtlәndirmә
apa ra bilir (müşahidә üsulu – müşahidә vәrә -
qә lәri vasitәsi ilә), hәm dә tapşırıqların növü -
nә әsasәn şagirdlәrin mәntiqi tәfәkkürü vә
yaradıcı tәfәkkürünü inkişaf etdirir. Tap 
-
şırığın yerinә yetirilmә mәrhәlәsindә şagirdlәr
әmәk  daşlıq vә aktivlik nümayiş etdirir. Tәd -
qiqat sua lının cavabı axtarılır. Şagirdlәrin in -
ter netdәn yararlanmaqla tәdqiqat işini apar -
ma ları  isә yuxarıda dediyimiz kimi öyrәdәn
vә öyrәnәnin orqanizminin minimal enerji
sәr 
finә nail olaraq – yәni tәlim prosesini
«Neqaentropiya prinsipi» әsasında qurmaq
mәqsәdini reallaşdırır. İnduktivlik rahat nәzә -
rә çarpır. Produktiv mәhsul hazırlanır vә bü -
tün bunlar mövzudan asılı olaraq 15-20 dә qiqә
çәr çivәsindә baş verir. Şagird dәrsin әsas vaxt
aparan bu hissәsinin necә bitdiyinin fәr 
qi 

varmadan çox yüksәk hәvәslә çalışır. Za man
itkisinә yol verilmәmәsi üçün müәl 
limin
öncәdәn hazırlığı vә hazır linklәrin verilmәsi
( h t t p : / / a z . w i k i p e d i a . o rg / w i k i / Yu n a n -
%C4%B0ran_m%C3%BCharib%C9%99l%
C9%99ri) xüsusi önәm daşıyır. 
Digәr qrup tapşırıqları da buna bәnzәr xa -
rak ter daşıyacaq vә bütünlükdә dәrsin mәz -
mu nunu әhatә edәrәk mәntiqi, yaradıcı tәfәk -
kürün inkişafına, hafizәnin möhkәmlәndiril -
mә sinә xidmәt göstәrәcәkdir.
Dәrsin sonunda müәllim şagirdlәrin qa -
zan dıqları biliyin zәnginlәşmәsi vә möhkәm -
lәnmәsi mәqsәdi daşıyan ev tapşırıqları verir.
Tapşırıqlar sosioloji tәdqiqat xarakteri daşı -
yır. Şagirdlәr tapşırıqları hazırladıqdan sonra
e-poçt vasitәsi ilә müәllimin vә digәr şagird
yol daşlarının ünvanlarına göndәrir. Mümkün
qәdәr bu addımdan sonra onlar sosial qrup -
larında bunu müzakirә edirlәr. Bu zaman şa -
gird neqativ istiqamәtdә internetdәn yararlan -
maqdan vaz keçәrәk müsbәt tәyinatı üzrә fәa -
liyyәt göstәrir. Belәliklә, şagirdin informasi -
ya toplama vә onu emal edәrәk paylama ba -
carıqları da inkişaf edәcәkdir.
Ümumi olaraq belә bir qәnaәtә gәlirik:
İKT ilә inteqrasiya olunan tәdris prosesi şa -
girdlәrin bütün diqqәtini cәlb etmәklә vә tә -
limi onların tәlәblәri ödәnmәklә aparmaq
dövlәt standartlarının gerçәklәşmәsi istiqa 
-
mә tin dә әn uğurlu bir vasitәdir. 
* * *


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə