Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

97
Kurikulum. 2013. №3
Şagirdlәrdә tәdqiqatçılıq bacarıqlarının inkişaf etdirilmәsi
Sonda çox maraqlı nәticә әldә edilir.
Mәsәlәn, filmlәrә aid: 
«Ay camaat, bu kino ki var, çox qәliz
mәsәlәdir. Hәm qәlizdir, hәm dә ki, vacib». 
«Sükanı belә saxla!»
Lәtifәlәrә aid misal:
«Doyan o rәhmәtlik kimi olar».
«Dava yorğan davasıymış».
Dahi şәxsiyyәtlәrә aid nümunә:
«Azәrbaycan dünyaya günәş kimi
doğacaq!»(H.Əliyev)
«Nә böyük xәta etdim?!»(Ş.İ.Xәtai) vә s. 
Şagirdlәr bu nümunәlәri dinlәdikdәn son -
ra dilimizdә dolaşan ibarәlәrin mәnşәyini
araş dırmaq üçün onlarda böyük hәvәs vә ma -
raq yaranır. Müәllim bu tip araşdırmalar za -
ma 
nı uşaqları istiqamәtlәndirmәli, onlara
han  sı film vә ya kitabdan, hansı internet sayt -
la rın dan mәlumat ala bilәcәklәri barәdә mәs -
lә 
hәt vermәlidir. Mәsәlәn, bu cәhәtdәn şa 
-
gird  lә ri  mi  zә 
www.wikipediya.az,
www.millikitabxana.az,
www.azcinemaonline.az kimi intenet ün -
van la rını nümunә göstәrmәk olar. Bu tip araş-
dırmalar uşaqların dünyagörüşünü zәnginlәş -
di rir, milli kinomuza, xalq әdәbiyyatımıza vә
ta rixi şәxsiyyәtlәrә mәhәbbәt vә hörmәt aşıla-
yır. Onu da deyim ki, bu araşdırmadan son ra
şagirdlәr bu vaxta qәdәr heç  seyr etmәdik lәri
Azәrbaycan filmlәri barәdә ağız dolusu da nı -
şır, filmlәrdәn öyrәndiklәri dil әzbәrinә çev -
ril miş ibarәlәri öz aralarında böyük ma raq la
tәhlil edirlәr. Hәmçinin Mә hәm mәd Peyğәm -
bәr, N.Gәncәvi, M.K.Atatürk, H.Əli yev, N.Tusi,
İbn Sina, M.Füzuli vә s. bu kimi dahi şәx -
siyyәtlәrin mәşhurlaşmış kәlamlarını bö 
yük
sәylә araşdırıb ortaya çıxarırlar.
Qruplarla deyil, fәrdi şәkildә mәruzәlәrin
hazırlanması tapşırıldığı zaman uşaqların
xәyal gücündәn istifadә etmәk çox fәrqli  nә -
ticәlәrә gәtirib çıxarır. Çünki hәr kәsә mә lum -
 dur ki, kiçik yaşlı uşaqların xәyal vә tәsәvvür
gücü çox inkişaf etmiş olur. Mәsәlәn, «Bir -
günlük xәlifә» mövzusunu keçәrkәn mәtnә
uyğun olaraq dәrslikdә verilmiş aşağıdakı
sual   lar әsasında onlara öz xәyali qüvvәlәrini
işә salmağı tapşırmaq olar:
1.
Bir günlük mәktәb direktoru olsaydınız,
nә edәrdiniz?
2.
Bir günlük tәhsil naziri olsaydınız, tәh -
sildә hansı dәyişikliklәr edәrdiniz?
3. 
Bir günlük prezident olsaydınız, hansı
qәrarları verәrdiniz?   
Kiçik yaşlı mәktәblilәr özlәrindәn yaşca
böyük şagirdlәrdәn fәrqli olaraq gәlәcәk üçün
qurduqları planlarını, reallığa tam әsas lan ma -
sa belә, böyük maraq vә hәvәslә danış maqdan
çәkinmirlәr. Nәticәdә çox maraqlı vә tәkrar -
olun maz fikir vә ideyalar meydana çı xır. On -
la rın gәlәcәk üçün qurduqları bu böyük arzu
vә planlarının hәyata keçmәsi isә biz müәl -
limlәrdәn çox asılıdır. 
Araşdırma vә tәdqiqat aparmaq şagirdlәr -
dә özünәinam, müstәqil düşüncә, sәrbәst fi -
kir yü rütmә, әmәkdaşlıq, bir sözlә günümüzün
tә  lә  bi  olan  şәxsiyyәtin  formalaşmasında  mü -
hüm sayılan keyfiyyәtlәr formalaşdırır. Buna
görә çalışmalıyıq ki, şagirdlәrimi zi kiçik yaş -
larından araşdırma, mәruzә, layihә vә tәq 
-
dimat hazırlamağa hәvәslәndirәk. Aşağı sinif -
lәrdәn şagirdlә ri mi zin bu baxımdan bacarıq -
larını formalaş 
dır 
masaq vә lazımi dәrәcәdә
qiy  mәt lәndir mә sәk,  gәlәcәkdә  onları  buna
yö 
nәltmәk vә müsbәt nәticәlәr almaq  çox
çәtin olar.
* * *


98
Kurikulum. 2013. №3
Mәktәb riyaziyyatının әsasını tәşkil edәn
mövzular tәqribi hesablamalarla bağlıdır.
İKT-nin tәdrisә tәtbiqi tәqribi hesablamalarla
bağ lı mövzuların tәdrisinә yeni yanaşma tә -
lәb edir.   
V-XI siniflәrdә çox az mövzuya rast gәl -
mәk olar ki, orada tәqribi hesablama apa rıl -
masın. Bundan başqa tәqribi hesab la ma larla
bağlı konkret dәrslәr dә verilir. 
Hesablama prosesini sadәlәşdirmәk üçün
bәzәn bilәrәkdәn dәqiq qiymәti tәqribi qiy -
mәt lә әvәz edirik. Gündәlik hәyatımızda ve ri -
lәn informasiyaların dәqiqliyindәn baş 
la 
mış
kos mos  mәsәlәlәrinin  hәllinәdәk  tәq rib ilik lә
rast laşırıq. 
Hәmin dәrslәrin vә mövzuların tәrki bin -
dә tәqribiliklә bağlı mәsәlәlәrin hәllinin he -
sab   lama texnikası vasitәsilә öyrәnilmәsi me -
to  dikası xüsusi tәdqiqat tәlәb edir. Belә möv-
zulardan biri «Kalkulyatorlarla triqonometrik
funk   siyaların  qiymәtlәrinin  hesablanması»
möv   zusudur.  Tәdris  metodikasını  şәrh  et mә -
yә  başlamazdan әvvәl qeyd edәk ki, bu möv-
zuya proqramda 3 saatın ayrılması tәxminidir.
Ha 
zırda hesablama texnikasının tәtbiqi bu
saat ların bölgüsünә yeni baxış tәlәb edir vә
tәcrübәmizdә biz bilavasitә bunun şahidi ol -
muşuq.
Bu mövzu IX sinifdә tәdris olunur. Bu ra -
da şagirdlәrә izah edilir ki, triqonometrik
funk siyaların qiymәtlәrini 4 rәqәmli ri ya ziy -
yat cәdvәllәri ilә hesabladıqda dәqiqlik bir
çox praktik mәsәlәlәr üçün tәminedici olmur.
Mü 
hәndis kalkulyatorunda hesablama bir
neçә onluq işarә ilә hesablanır. Bu dәqiqliyi
da ha da artırmaq üçün kompyuterlәrә müra -
ciәt edi 
lir. Kompyuterlәrin kalkulyator reji 
-
min dәn isti fadә olunması mәqsәdәuyğun he -
sab edilir. Bu mәqsәdlә yüksәk sәviyyәli
proq ram laş dır ma  dillәrindәn  birini  seçmәk
olar. Bizi maraqlandıran hansı proqramlaş dır -
ma dilindәn isti fa dә edilmәsi deyil, hesabla -
ma nın sürәtlә icra edil mәsidir. Sadәlik üçün
Bey zik dilinә ba xaq.
Bu dәrsdә triqonometik funksiyaların ra -
di 
an vә hәmçinin dәrәcә ilә qiymәtlәrinin
hesab 
lanması üzәrindә dayanmaq lazımdır.
Kompyuterdә kalkulyator rejimindәn istifadә
edә rәk hesablamanı aparmaqla daha çox vax -
ta qәnaәt etmәklә dәqiqliyi dә artırmağa nail
olu ruq. Ona görә müәllimlәrә dә hesab la ma -
la 
rın kompyuterdә icra edilmәsini tövsiyә
edi rәm. Kompyuterdә triqonometrik funksi -
ya la rın qiymәtlәri radianlarla hesablanır, şa -
gird lә rә bunun sәbәbini izah etmәk olar. Bu,
he sab lama üçün alqoritmin seçilmәsi ilә bağ -
lı dır. Kompyuterdә tәqribi alqoritmlәrlә he -
sab lama  aparılır, 
bu  rada                       demәkdir.  
Əgәr ?sin(3) (ss) yazsaq, 3 radianlıq bu -
ca ğın sinusu hesablanır. Dәrәcә ölçüdәn ra -
KALKULYATORLARLA TRİQONOMETRİK  
FUNKSİYALARIN QİYMƏTLƏRİNİN HESABLANMASI
ZABUL ƏHMƏDOV  
Salyan şәhәri 1 №-li HTML-in riyaziyyat müәllimi, 
әmәkdar müәllim, «Ən yaxşı müәllim» müsabiqәsinin qalibi (2008)
zabul22@mail.ru
ÜLVİYYƏ ƏHMƏDOVA 
Salyan şәhәri 1 №-li HTML-in riyaziyyat müәllimi
ulvi02@mail.ru


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə