Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

81
Kurikulum. 2013. №3
Sinifdәnxaric tәdbirlәr şagird şәxsiyyәtinin formalaşmasında mühüm vasitәdir 
II aparıcı: İndi isә Rәsul Rzanın «And»
şeirini dinlәyәk (Uşaqlar növbә ilә şei ri de -
yir lәr).
Bu vaxt Şah İsmayıl Xәtainin sәsi eşi 
-
dilir:
Unutmayın, vәtәn övladları, dәdә-baba -
ları 
mızdan sizә üç әmanәt qalıb: «tor 
pa 
ğı 
-
mız», «dilimiz», «dinimiz». Bu әmanәtlәri qo -
ru yub gәlәcәk nәsillәrә ötürmәk sizlәrin bor -
cudur.
I aparıcı: Hә, әzizlәrimiz, bununla da
«Mә nim Qorqud dilim, Əlәsgәr dilim» adlı
tәd  birimiz  sona  çatdı.
* * *
İnsanın tәrbiyәsi vә tәlimi mürәkkәb, ge -
niş, hәmişә aktual mәsәlәdir. Tәbiәt tәrәfin -
dәn hәr bir uşağa böyük potensial verilib.
Onun hәyata keçirilmәsi onu әhatә edәn
böyük insanlardan çox asılıdır. Müәllim isә
ha mıdan daha artıq ona sәrbәst, yaradıcı, mә -
suliyyәtli, öz müqәddәratını tәyin etmәyә,
özü 
nü tәsdiq etmәyә, özünü reallaşdırmağı
bacaran şәxs olmağa kömәk edә bilәr. Tәh -
silin mühüm mәqsәdlәrindәn biri dә mәk tәb -
linin sabahkı yüksәk texnoloji cәmiy 
yәtdә
hә 
yatın reallığına vә әmәyә hazırlığıdır.
Uşağın şәxsiyyәtinin formalaşmasına diqqә -
tin artması son vaxtların aktual mövzuların -
dandır. Qa 
bi 
liyyәtli uşaqların vә istedadlı
gәnc lәrin ak tiv axtarışı müasir tәhsilin әsas
istiqamәtlәrin dәn biri olmalıdır. 
Ənәnәvi tәlimin nöqsanı mәktәbdә bir
çox tәlim üsullarının standartlaşdırılmasıdır:
proqramı mәnimsәmәyә hamı üçün eyni vaxt,
dәrsin eyni davam etmәsi, şagirdin fәrdi for -
ma laşmasına vә inkişafına mәktәbin zәif diq -
qәt yetirmәsi. Bütün bunlar tәlim işindә bir sı -
ra mәnfi hallara sәbәb olur: şagirdlәrin kifa yәt
etmәyәn tәlim motivasiyası, öz qabiliy yә tin -
dәn aşağı sәviyyәdә oxuması, şagirdlәrin pas -
siv liyi, acizliyi vә bütün bunların nәticә si –
peşәnin tәsadüfi seçimi vә gәlәcәk böyük hә -
yatda öz hәyatını qura bilmәmәk.
Problem hәm dә ondadır ki, yüksәk nai -
liyyәtlәrә meylli uşaqlar bunları dәrhal nü ma -
yiş etdirmәyә dә bilәrlәr, onlarda tәbiәt tә rә -
findәn qoyulmuş bacarıq vә istedadların ol ma -
 sı haqda heç şübhәlәnmirlәr dә. Bunun üçün
dә müasir mәktәb qarşısında çox asan ol ma yan
mәqsәd durub: gәlәcәkdә lazımi isti qamәtdә
inkişaf imkanını vermәk vә ona kö mәk etmәk
üçün hәr uşağın yaradıcı poten sialını müm -
kün qәdәr dәqiq qiymәtlәn dir mәk.
Fitri qabiliyyәtlәr fәaliyyәt zamanı nәinki
üzә çıxır, hәmçinin dә formalaşır. İnsanın ya -
radıcı tәfәkkürü, yaradıcı qabiliyyәtlәrinin in -
kişafı, yalnız onun aktiv yaradıcı fәaliyyәtә
qo şulması zamanı mümkündür. «Texnologi -
ya» fәnninin blok-modul quruluşu fәaliyyәtin
müxtәlif növlәri ilә mәşğul olmaq imkanını
verir, müxtәlif peşә növlәri ilә tanış edir. Nә -
ticәdә şagirdlәr özlәrini yaxşı tanımaq imkanı
әldә edirlәr.
Dәrslәrimdә layihә üsulundan çox istifa -
dә edirәm, hәm dә mövzunu şagirdlәrin istә -
yindәn asılı olaraq seçmәyә imkan veri rәm.
Öz fәaliyyәtinin reallaşdırılmasında uşaq baş -
da olmalıdır. Ona bu prosesin әn әsas iştirak -
TEXNOLOGİYA DƏRSLƏRİNDƏ LAYİHƏ 
ÜSULUNDAN İSTİFADƏ
FƏRİDƏ ŞƏRİFOVA
Bakı şәhәri 318 №-li tam orta mәktәbin texnologiya müәllimi
faridas74@mail.ru


82
Kurikulum. 2013. №3
Fәridә Şәrifova
çı sı kimi baxılmasının tәrәfdarıyam. Uşağın
özü dә qabiliyyәtini inkişaf etdirmәli, fitri is -
te dadının üzә çıxarılmasında iştirak etmәlidır.
Fikrimcә, layihә üzәrindә işlәyәrkәn әsas
pedaqoji mövqe ondan ibarәtdir ki, uşağa
mәhz öz fantaziyalarını göstәrmәkdә mane
olma maq, uşaqdan problemin standart hәllini
tәlәb etmәmәk, ona sәhv etmәyә imkan ver -
mәk, sonra isә onlara öz sәhvlәrini müstәqil
düzәltmәyә imkan vermәk, tәdris materialını
tam izah etmәmәk – uşaqları müstәqil axtarış
sevincindәn mәhrum etmәmәk.
Layihә üzәrindә iş şagirdlәrә özlәrini
müx 
tәlif sahәlәrdә sınamaq imkanını verir:
la yihә mәmulatını hazırlamaq üçün onlar tәk -
cә müәyyәn peşә növü ilә mәşğul olmurlar,
hәmçinin verilәn peşә üçün tarixi mәlumat -
ların axtarışı üçün müәyyәn vaxtda tarixçi-
tәd 
qiqatçılara çevrilirlәr. Mәmulatın maya
dә 
yәrinin hesablanması prosesindә uşaqlar
öz 
lәrini iqtisadiyyatçılar rolunda sınayırlar.
Mә mulatın reklamının tәrtibi zamanı onlar öz
kreativliyini yoxlayırlar. Bütün layihәnin hә -
ya  ta keçirilmәsi zamanı ana dili, әdәbiyyat,
in for matika fәnlәrindәn biliklәr lazımdır. Ya -
radıcı layihәnin müdafiәsi prosesindә natiqlik
bacarığı sәlislәşir, ictimai çıxışların qorxusu
tәdricәn itir.
Uşaqların yaradıcı istedadlarının inkişa -
fın da әlavә tәhsilin rolu böyükdür. Mәktәb -
lilәrin ayrı-ayrı maraqları üzrә kollektivlәr dә
iştirakı hәr uşağa onun fitri qabiliyyәtinә uy -
ğun olan mәşğuliyyәt tapmasına imkan verir
vә bu sahәdә müvәffәqiyyәtә nail olub öz-
özünә qiymәt vermәni vә hәmyaşıdları 
nın,
müәl limlәrinin, valideynlәrinin gözlәrin dә öz
statusunu qaldırmaq imkanını verir. Dәrnәk -
lәrdә mәşğul olmaq uşağa özünü tanımaq,
mü vәf fәqiyәt hissini yaşamaq imkanını verir.
Bu isә istәnilәn uşaq üçün, xüsusilә özlәrinә
әmin olmayan, bu vә ya digәr kompleks lәr -
dәn әziyyәt çәkәn, mәktәb fәnlәrinin mәnim -
sә nil mәsindә çәtinlik çәkәn uşaqlar üçün va -
cib dir. Bununla belә maraqlar üzrә yaradıcı
kol lektivlәrdә mәşğul olmaq uşaqlarda yara -
dıcı fәaliyyәtә vәrdiş, axtarış, icad etmә, qey -
ri-standart hәlli qәbul etmәni tәlәb edәn, әn
müxtәlif tәşәbbüslәrә qatılma hәvәsini for 
-
ma 
laş 
dırır. Kollektiv layihәnin üzәrindә
işlәyәr kәn şagirdlәrin kommunikativ bacarıq-
ları in ki şaf edir, bu da onların gәlәcәkdә müa-
sir dün yaya uyğunlaşması üçün çox vacibdir. 
Bәs layihәni necә hazırlamaq lazımdır?
Burada әsas mövzunun şagird üçün yaxın
vә maraqlı olmasıdır. Hәr fәaliyyәtin uğuru (o
cümlәdәn layihәnin) onun düzgün tәşkilin dәn
asılıdır. Layihәnin hazırlanmasında müәl 
li 
-
 min, şagirdin vә valideynin әmәkdaşlığı va -
cib 
dir. Müәllim öz üzәrindә istiqamәtlәn 
di 
-
rәn, mәslәhәt verәn, hәvәslәndirәn funksi ya -
sını daşıyır. Şagird vә valideyn birlikdә işlә -
yir, uşaq fikri yerinә yetirir, valideyn isә ona
lazım olan mәlumatı tapmağa, bәzәn isә fik -
rini reallaşdırmağa kömәk edir. Bu hәm dә
ona görә yaxşıdır ki, valideynlәr uşaqlarının
hә yatında aktiv iştirak edirlәr, onların ümumi
yaradıcı maraqları, öyrәşdiklәri ev ünsiyyәt
çәr çivәsindәn kәnara çıxır.
Belәliklә, layihә fәaliyyәti aşağıdakı mәr   -
hә lәlәrdәn  ibarәtdir: 
1.
Layihәnin problemi. 
2.
Layihәnin mövzusu. 
3.
Layihәnin mәqsәdi. 
4.
Layihәnin mәsәlәlәri.
5.
Fәrziyyәlәr. 
6.
İş planı. 
7.
Layihәnin mәhsulu.
8. 
Nәticә. 
«Azәrbaycanın tarixi abidәlәri» layi hә si.
Uşaqlar arasında sorğu keçirib onları ma -
raqlandıran mövzulardan birinin Azәrbay ca -
nın tarixi abidәlәri olduğunu aydınlaşdır dım.
Şagirdlәrә bu mövzuda layihә hәyata keçi rә -
cәyimizi bildirdim. Buna iki hәftә vaxt ayır -
dıq. Sinifdә uşaqlarla layihәnin planını hazır -
la dıq:
1.
Layihәnin mövzusunu seçmәk (mәsә -
lәn, hansı abidә haqda layihәni hazırla 
ya 
-
caqlar);
2.
Layihәnin mәqsәdini müәyyәn etmәk;
3.
Layihәni  hazırlayarkәn  hansı  mate  ria l   -
 dan istifadә edәcәklәrini seçmәk;
4.
Modeli hazırlamamışdan әvvәl abidә
haq da tarixi materialları vә abidәnin foto-şә -
kil lәrini  toplamaq;


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə