Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

75
Kurikulum. 2013. №3
Biologiyadan inteqrativ dәrslәrin tәşkili
ha şüurlu şәkildә tәmin olunar. Bu tip inteqra -
tiv biliyә yiyәlәnmәk üçün, sözsüz ki,
riyaziy yat fәnninin böyük üstünlüklәri vardır.
Belә ki, biologiya dәrslәrindә tәnasüb, nisbәt
vә hissә anlayışlarından istifadә etmәklә
bioloji mәsәlәlәri hәll etmәyә nail olunur.
Riyazi an la yış lar әsasında ümumilәşmә apar -
dıqda, bio 
loji proseslәri daha yaxşı izah
etmәk olur vә nәticәdә inteqrativ biliklәr
inkişaf edir.
Hәmçinin fizika fәnni dә tәbiәt fәnlәrin -
dәn  biri kimi bu sahәdә geniş imkanlara ma -
lik dir. Tәbiәtdә baş verәn fiziki, kimyәvi vә
bioloji proseslәr, materiyanın hәrәkәt forma -
ları, kimyәvi elementlәrin atomlarının quru -
lu şu, molekulyar qüvvәlәrin elektromaq nit tә -
biә ti, cazibә vә itәlәmә qüvvәlәri vә s. kimi
proseslәr biologiyanın fizika vә kimya ilә sıx
inteqrasiyasına nümunәdir. Materiyanın fiziki
vә mexaniki hәrәkәt formaları fizikanın әsas
obyekti sayılsa da, onun digәr hәrәkәt forma -
la rı (bioloji vә kimyәvi) biologiya vә kimya -
nın obyekt 
lәridir. Bioloji mәsәlәlәrin hәlli
zamanı fiziki anlayışlardan: hәcm, kütlә, sıx -
lıq, çәki vә s. istifadә edilir. Molekullar ara -
sın da qarşılıqlı cazibә qüvvәsi olmayan ideal
qazlara aid inteqrativ mәzmunlu mәsәlәlәrin
tәrtibindә vә hәllindә Avoqadro qanunların -
dan daha geniş istifadә edilir. Elmә mәlumdur
ki, qazın hәcmi artdıqda tәzyiq azalır, azal -
dıq da isә әksinә, artır. Bu, Boyl-Mariott qa -
nu  nu adlanır. Dünyanın әksәriyyәt canlıları -
nın vә hәtta insanın tәnәffüs aparatı mәhz bu
prin 
siplә işlәyir. İnsanın qan damarlarında
yük  sәk parsial tәzyiq yarananda karbon qazı
qanda hәll olur, yәni hemoqlobinlә birlәşәrәk
toxumalardan ağciyәrlәrә gәtirilir. Əksinә,
ağ ci yәrlәrdә parsial tәzyiq az olduqda,  bu an
karbon qazı qandan ayrılaraq nәfәsvermә za -
manı xaric olunur. Demәli, hemoqlobin yal -
nız oksigenin ağciyәrdәn toxumalara daşıyı -
cısı deyil, o hәm dә hüceyrәlәrdә yanma pro -
se si zamanı әmәlә gәlәn karbon qazını toxu -
malardan ağciyәrlәrә daşıyır. Göründüyü ki -
mi, bioloji mәsәlәlәrin hәlli zamanı nisbi küt -
lә, parsial tәzyiq, atom vә s. anlayışları şa -
gird lәrә xatırladıb bir araya gәtirmәklә onlar -
da inteqrativ biliklәr inkişaf etdirilir.
Eyni zamanda biologiyanın tәdrisi pro se -
sin 
dә canlılarda gedәn kimyәvi proseslәri,
onların mahiyyәtinin mәnimsәdil mәsi mәqsә -
di 
lә kimyәvi qanunlara, anlayış 
lara, mәlu 
-
mat lara vә kimyәvi tәnliklәrә istinad edilir.
Bit kilәr üzәrindә kimyәvi maddәlәrdәn isti fa -
dә edib tәcrübәlәr qoyulması, müşahidәlәr
apa rıl ma sı, nәticәlәr çıxarılması vә s. biolo -
giyanın kimya ilә әlaqәli keçirilmәsindә
hәlledici rol oynayır. Belә tәcrübәlәr kimya -
dan qazanılan biliklәrin doğruluğunu bir daha
tәsdiq edir. Biologiyanın kimya ilә әlaqәli
tәd risi tәkcә biologiyanın deyil, hәm dә kim -
yadan biliklәrin şüurlu mәnimsәnilmәsi üçün
çox vacibdir.
Belәliklә, tәdris prosesindә fәnlәrarası in -
teq rasiya dәrslәrin canlı vә maraqlı keçmә -
sinә, şagirdlәrdә tәdqiqatçılıq meyllәri 
nin
güc lәn mә sinә,  dәrsin  keyfiyyәtinin  yüksәl -
mә si nә  zәmin  yaradır.
* * *


76
Kurikulum. 2013. №3
Tәhsil elә bir prosesdir ki, mәktәb, şa 
-
gird 
lәr vә valideynlәr arasında әmәkdaşlığı
әha tә  edir.
2003-cü ildәn fәaliyyәtә başlayan Azәr -
bay can  Milli  Valideyn-Müәllim  Assosiasiya -
sı nın da әsas mәqsәdi valideynlәri tәhsil pro -
se sinin şәffaf idarә olunmasında fәal iştiraka
cәlb etmәk, ailә-mәktәb, valideyn-müәllim
әmәk 
daşlığının genişlәndirilmәsi sayәsindә
tәhsilin keyfiyyәtinin artırılmasına nail ol 
-
maq, tәhsildә ictimai nәzarәti hәyata keçir 
-
mәkdir. Assosiasiya ölkәmizin müxtәlif re 
-
gionlarında yerlәşәn yüzlәrlә mәktәbdә öz fi -
lial larını yaratmış vә tәhsilin keyfiyyәtinin ar -
tı rılması istiqamәtindә valideynlәrlә mәqsәd -
yön lü maarifçilik işini aparır. İşlәdiyim mәk -
tәb dә dә Valideyn-Müәllim Assosiasiyası fәa -
liy yәt göstәrir. Bu Assosiasiya mәktәbdә şa -
gird lә rin sәmәrәli tәhsil almasına, mәktәblә
ailә nin qarşılıqlı әmәkdaşlığına, valideyn vә
müәllimlәrin potensialını birlәşdirmәyә çalı -
şan, ictimai fәallığı artıran bir tәşkilatdır. Bu
tәş 
kilatın әsas iş prinsipi aşağıdakılardan
ibarәtdir:

Valideyn vә müәllimlәrin fәaliyyәt bir li -
yinә nail olmaq;

Yaradıcı gәnclәri üzә çıxarmaq vә in ki -
şaf etdirmәk;

Ölkәyә layiqli şәxsiyyәt, vәtәndaş ye tiş -
dir mәk;

Tәhsilin, tәrbiyәnin, tәdrisin sәviyyә si ni
qaldırmaq;

Davamiyyәti güclәndirmәk;

Tәlim, tәrbiyә vә tәdrisin keyfiyyәtini
yük sәlt mәk;

Beynәlxalq standartlara yiyәlәnmәk;

Valideynlәrin ictimai fәallığını vә mә -
su liy yәtini  artırmaq;

Valideynlәrin şagirdlәrin inkişafındakı
rolunu artırmaq;

Valideynlәrin qәrarların qәbulunda iş -
ti ra kını  tәmin  etmәk;

Valideynlәri mәktәb hәyatına cәlb et 
-
mәk;

Müәllimlәrin ailәlәrlә tanışlığını tәmin
et mәk;

Müәllimlәrin ictimai mәsuliyyәtini ar -
tır maq;

Mәktәbin maddi-texniki bazasını güc 
-
lәn dirmәk;

Mәktәbin idarәolunmasına ictimai nә -
za rәti hәyata keçirmәk;
– 
Mәktәbin ictimai әhәmiyyәtini artır maq;

Mәktәbin şәffaf idarәolunmasını, sәmә -
rәli fәaliyyәtini tәşkil etmәk;

Şagirdlәrin tәhsilә marağını artırmaq;
– 
Şagirdlәrin hüquqlarını tәmsil vә mü da -
 fiә  etmәk;

Şagirdlәrin hәyati bacarıq vә bilik lәrini
inkişaf etdirmәk;

Şagirdlәrin yaradıcılıq potensialını
aşkarlamaq vә dәstәklәmәk vә s.
Valideynin vә müәllimin yaxşı müna 
si 
-
bәt lәri şagirdin nailiyyәti üçün şәrait yaradır,
onun özünüqiymәtlәndirmәsini artırır vә güc -
lәndirir. Bu әmәkdaşlığı artırmaq üçün analar,
atalar, nәnә vә babalar mәktәbin tәdbirlәrinә
cәlb edilmәlidir. Bu, uşağın tәhsilә olan mara -
ğını nümayiş etdirmәyә sövq edir vә şagirdin
özünü qiymәtlәndirmәsini artırır. Valideynin
mәk tәb hәyatına cәlb olunması uşağın bilik
vә bacarıq imkanlarını da yaxşılaşdıra bilәr.
Əgәr şagird bilirsә ki, onun valideyni öv la -
dının uğurları ilә maraqlanır, bu, ona müsbәt
tәsir göstәrir. Mәktәb valideyni mütәmadi
ola raq uşağının  nailiyyәtlәri vә ya davranışı
barәdә yeni mәlumatlar әldә etmәk hüququ
VALİDEYN, MÜƏLLİM VƏ ŞAGİRD ƏMƏKDAŞLIĞI
İLAHƏ RÜSTƏMOVA
Bakı şәhәri “Zәngi” liseyinin ibtidai sinif müәllimi,
“Ən yaxşı müәllim” müsabiqәsinin qalibi (2008) 


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə