Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

65
Kurikulum. 2013. №3
Müasir dәrs: o necә olmalıdır?
tәlәblәri sә viyyәsindә verilmir. Bunlar da son
anda dәr 
sin xarakterinin dәyişmәsinә öz
mәnfi tәsirini göstәrmiş olur.
– Belә hesab edirik ki, müasir dәrsdә
döv lәt standartlarına, qabaqcıl tәcrübәnin nai -
liyyәtlәrinә, bu tәcrübәlәrin yekunlarının
elmi tәhlili nәticәsindә әldә olunan elmi-
metodik qәnaәtlәrә istinad olunması әn vacib
mәsәlә lәr dәndir. Müşahidәlәr göstәrir ki, bir
çox hal 
larda nәzәriyyәçilik baş alıb gedir,
gerçәk tәc 
rü 
bә kifayәt qәdәr öyrәnilmir,
pedaqoji pro 
ses 
dә qazanılmış nailiyyәtlәr
ümumilәşdiri 
lәrәk müәllimlәrә çatdırılmır,
bәzi hallarda isә qazanılmış müsbәt tәcrübә
az qala inkar olunur. 
Pedaqoji  vә psixoloji әdәbiyyatlar nәzәri
mәsәlәlәrlә o qәdәr yüklәnmişdir ki, dәrsin
han sı yolla gedәcәyi – praktik tәrәfi (tәtbiq
mәsәlәlәri), demәk olar ki, diqqәtdәn yayın -
maqdadır. Tәcrübә vә müşahidәlәr onu göstә -
rir ki, tәlim prosesindә şagird şәxsiyyәtinә
inamdan, onun fikir vә düşüncәlәrinә istinad
etmәkdәn, dәrslәri onun maraq vә tәlәbat la -
rının, ehtiyaclarının ödәnilmәsi istiqamәtindә
qurmaqdan, onlarda hәyati bacarıqlar forma -
laş dırmaqdan önәmli heç nә ola bilmәz.     
– Pedaqogika bu günlәrdә әn çәtin sınaq
qarşısındadır desәk, qәtiyyәn yanılmarıq. Ali
mәktәb tәlәbәlәrinin istifadәsindә olan bәzi
dәrsliklәri istisna etmәsәk, bu gün dәrs
tiplәrinin tәsnifatında itib-batırıq. Müşahidә -
lәr onu göstәrir ki, bizim pedaqoji әdәbiy 
-
yatda dәrs tiplәri haqqında söylәnilәn bir çox
fikirlәr günün tәlәblәrini qismәn ödәyir.
Mәlumdur ki, fәal (interaktiv) tәlim mәktәb -
lә  ri  miz  dә  geniş  surәtdә  tәtbiq  olunmaqdadır.
Bu sahәdә müәyyәn irәlilәyişlәr dә, çatış maz -
lıqlar da vardır. Axtaraq, görәk hansı pedaqoji
әdәbiyyatda bu texnologiyanın әsaslandığı
dәrs tiplәri tәdqiqata cәlb olun muş vә ya onun
istifadәsinә dair elmi-metodik tövsiyәlәr ve -
rilmişdir. Hәlә onu demirik ki, bәzilәri az qala
bu texnologiyanı çıxdaş etmәk istәyir, әnәnә
ilә müasirliyin sintezini bәhanә etmәklә fәal
(interaktiv) tәlimi küncә sıxışdırmağa çalışır -
lar. 
Müәllimlәrin istifadәsinә verilәn metodik
vәsaitlәrdә dә bu problem açıq qalır (Mәn
burada ad çәkib hörmәtli hәmkarlarımızı
incitmәk istәmirәm). Belә olan surәtdә bu
gün mәktәblәrdә istifadә olunan hәmin tex -
nologiyanın hansı dәrs tiplәrindәn danışmaq
olar? Fәal (interaktiv) tәlimdә induktiv, ya -
xud da deduktiv dәrs tiplәri, onların sәciyyәvi
xüsusiyyәtlәri barәdә cәmi bir-iki mәnbәdә
mәlumat vardır. Tәbiidir ki, belә bir vәziy yәt -
lә kifayәtlәnmәk olmaz. 
Artıq әnәnәvi dәrslәr öz dövranını başa
vurmuşdur vә onlara dair tәsnifatlar da za 
-
manın tәlәblәrinә qәtiyyәn cavab verә bil mәz.
«Azәrbaycan-2020: gәlәcәyә baxış» in 
ki 
şaf
kon 
sepsiyasında «yaddaş mәktә 
bi»ndәn «tә 
-
fәk kür vә düşüncә mәktәbi»nә keçid bir tәlәb
kimi irәli sürülmüşdür. Burada qeyd olunan
müddәalardan biri dә gәlәcәkdә fәal (interak -
tiv) tәlimdәn istifadә olunması zәru rili yi, bu
sahәdә işlәrin davam etdirilmәsidir. Demәli,
dәrs tiplәrinin tәkmillәşdirilmәsi, hә min böl -
gü lә rin yenilәşmәsi, onlardan praktik yönüm -
lü istifadә mәsәlәsi daim diqqәt mәrkәzindә
olmalıdır.  
– Bu mәsәlәyә yanaşmada iki  tәrәf özü -
nü göstәrir. Birinci tәrәfin fikri budur ki,
әnәnәvi dәrslә yeni tәlim texnologiyalarının
sintezi daha yaxşıdır. Fikirlәrini dә bu cür
әsaslandırırlar ki, burada zәngin tәcrübә top -
lanmışdır, onun içәrisindәn yaxşılarını götü -
rüb yenilәrlә sintez edәrәk müsbәt nailiyyәt -
lәr әldә etmәk olar. Bu fikrin mәrkәzindә bir
mәntiq dayanır ki, hәr bir yeni köhnәnin üzә -
rindә bәrqәrar olur vә onu danmaq, inkar elә -
mәk olmaz. İkinci tәrәf isә bu işdә – dәrsin
mәrhәlәlәrindә, onların istifadә etdiyi üsul vә
vasitәlәrdә xeyli fәrqli mәsәlәlәr olduğunu vә
bunları bir-biri ilә qarşılaşdırmaq, qovuşdur -
maq, bir araya gәtirmәk qәtiyyәn olmaz, –
deyir. Tәrәflәrin fikirlәrindә hәqiqәtin harada
olduğunu göstәrmәk  artıq görünәrdi. 
3
4
5


66
Kurikulum. 2013. №3
Fәxrәddin Yusifov
Elmi-texniki tәrәqqi, informasiya әsrinin
tәlәblәri bir çox mәsәlәlәrә yenidәn baxmağı
zәruri edir. Belә ki, müәllim Nәsimi barәsin -
dә mәlumat verir, şagird 3-5 dәqiqә әrzindә
әlindәki mobil telefonla onun barәsindә dәr -
hal yeni mәlumatlar әldә edir, müәllimә qu laq
asmaq heç yadına da düşmür. Sakitcә öz ax ta -
rı şını aparır, mövzu ilә bağlı ilkin mәlumat la -
ra sahib olur. 
Bu gün informasiyanın alınması yolları
çox qısalmış vә çeviklәşmişdir. Evdә balaca
körpәyә xörәk yedirtmәk istәyәndә, o, qaşığı
öz әlinә götürmәk istәyir. İstәyir ki, bu işi yal-
nız özü icra etsin. Bu fakt hamımıza – pe da -
qoqa, psixoloqa vә valideynlәrә yaxşı mә lum -
dur. Demәli, hәlә balaca körpәnin müstә 
qil
işlәmәyә bu cür marağı varsa, bunu xoş layır sa,
niyә dә biz bu fürsәti ona vermәyәk. Axı o,
yerimәyi öyrәnmәk üçün özü ayağa dur maq,
addım atmaq istәyir. Nә üçün onun bu istәyinin
qarşısına sipәr çәkәk. Uşaqlar mәktәbә qәdәm
qoyurlar, bu maneәlәrimiz, sipәr 
lәrimiz daha
da çoxalır. Onların düşün 
cә 
lәrini, fikirlәşmә
qabiliyyәtini,  müstәqil  ax ta rış lar  aparmasını,
müvafiq nәticәlәrә gәlmә 
si 
ni bacardığımız
qәdәr  mәhdudlaşdır mağa  ça lı şı rıq. 
«Mәn necә edirәmsә, onu da tәkrar et»
pedaqoji yanaşma tәrzi artıq günün tәlәblәri -
nә cavab verә bilmir. Heç kim bu yanaşmanı
qәbul etmәk istәmir, çünki istәnilәn mәsәlә
ba rә sindә hәr bir kәsin öz yanaşması, müşahi -
dәsi vә nәticә çıxarmaq qabiliyyәti vardır. Biz
bununla mütlәq hesablaşmalıyıq. Bu gün für -
sәt şagirdә verilmәlidir, o, özü qәrar vermә -
lidir ki, bunu necә etsәm qarşıma qoyduğum
mәqsәdә  çataram, bunun üçün seçdiyim han -
sı yol daha sәmәrәli ola bilәr vә s. Bu deyi -
lәnlәr istәr-istәmәz hәr iki dәrs modelini –
әnәnәvi vә yeni, tutuşdurmağı, onları mü qa -
yisә etmәk zәrurәtini ortaya gәtirir.
Ənәnәvi dәrslәrin mәrhәlәlәri hamımıza
yaxşı mәlumdur. Onun quruluşu  elәdir ki, o,
biliklәrin ötürülmәsi işinә, şagirdin hafizә si -
nin inkişafına xidmәt göstәrir. Çox sadә hәrә -
kәt mexanizmi vardır: dinlә, sualları cavab -
lan dır, tapşırığı verilmiş nümunә әsasında icra
et, evdә materialı öyrәn (әzbәrlә), mәzmunu
danış, nümunә әsasında çalışmalar yerinә ye -
tir. Bu prosesdә tәfәkkür işә qoşulurmu? Şa -
girdlәr dә hansı bacarıqların formalaşdırılması
önә çәkilir? Əlbәttә, suala müsbәt cavab ver -
mәk olmur. Halbuki şagirdlәrin mәntiqi, tәn -
qi di vә yaradıcı tәfәkkürünün inkişaf etdiril -
mәsi diqqәt mәrkәzindә olmalıdır. 
İnsanları digәr varlıqlardan fәrq lәn di rәn
әsas keyfiyyәt onun tәfәkkürә, dü şün cәyә sa -
hib olmasıdır.  Elә ola bilәrmi ki, onun bu dü -
şünmәk ixtiyarını әlindәn alaq? Amma uzun
illәrin tәcrübәsi göstәrdi ki, biz ba car dığımız
qәdәr öyrәnәnlәrin bu ixtiyarını әl 
lә 
rin 
dәn
almağa çalışmışıq.
Burada iki mәsәlәni xatırlamaq yerinә
düşür: biri Disterveqin «Pis müәllim hәqiqәti
sinfә gәtirәr, yaxşı müәllim onu tapmağın yo -
lunu göstәrәr», digәri isә Şәrq müdriklәrin -
dәn birinin dediyi «Ac adama bir balıq ver -
sәn, onun bir öynәsini yola vermәkdә kömәk
edәr sәn, amma balıq tutmağın yolunu öyrәt -
sәn, ona ömürlük  qida vermiş olarsan» fikir -
lәrdir. Bunlardan çıxarılan nәticә bizlәrә yax -
şı mәlumdur. Yeni tәlim texnologiyaları, xü -
su  sәn dә fәal (interaktiv) tәlim mәhz bu yol -
la rın tutulmasını tәlәb edir, dәrsin gedişa tını
şa 
girdlәr üçün müstәqil bir tәdqiqat, axta 
-
rışlar aparmaq işinә çevirir. 
İndi gәlin baxaq, görәk, bu iki dәrs mo -
del 
lәrini birlәşdirәn, yoxsa ayıran cәhәtlәr
çox 
dur? İkinci bir mәsәlә isә onların hansı
metodlardan istifadә etmәsidir. Mәlumdur ki,
әnәnәvi dәrslәrdә bir neçә metodun adı
çәkilir vә onlar bilavasitә müәllimin söz sahi-
bi ol ma sına aparıb çıxarır. Hәmin metodlar
müәl limә aiddir vә şagird üçün bu metodların
necә işlәmәsinin heç bir әhәmiyyәti yoxdur.
Am ma fәal (interaktiv) dәrslәrdә bu metod -
ların hәm sayı çoxdur (400-ә yaxın), hәm dә
onların hәr birinin hәm müәllimә, hәm dә
şagirdlәrә dәxli vardır. Çünki şagirdlәr hәmin
metodların mәzmununu, necә çalışdığını
öyrәnmәsәlәr, dәrsin müxtәlif mәrhәlәlәrindә
onlardan isti fa dә edә bilmәzlәr. Sizcә, ikinci
dәrs modeli 
nin hansı mәrhәlәsinә әnәnәvi
üsullar daxil ola bilәr? Bu iş qәtiyyәn
mümkün deyildir. Çünki dәrslәrin quruluşu,


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə