LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə199/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   195   196   197   198   199   200   201   202   ...   216

Ürəyinazik

firəyinazik bax ürəyiyumşaq 

ürəyiincə bax ürəyiyuxa 

ürəyitəmiz bax safurəkli 

ürəyiyuxa bax ürəyiyumşaq 

ÜRƏYİYUMŞAQ  [Əbdülqadir:]  Yox, 

bura mənim kimi ürəyiyumşaq adamın yeri 

deyil (Ə.Hacızado); İNCƏQƏLB(Lİ) Ma­

hirə  incəqəlbli,  təmiz,  olduqca  həssas  bir 



qız  idi  (Y.Şirvan);  QƏLBİNAZİK  Özün 

çox  qəlbinaziksən,  hamını  da  elə  bilirsən 

(M.S.Ordubadi); RƏHMDİL Mən senin bir 

rəhmdil seyyadmam, gel qoynuma.. (M.Müş- 

fıq); ÜRƏYİNAZİK [Rəşid:] Ilamı bilir ki, 

mən necə ürəyinazik adamam, heç qarışqaya 

da  qəsd  eləmərəm...  (M.İbrahimbəyov); 



YUXAÜRƏKLİ  [Nazlı:]  Mən  sən  düşün­

düyün qədər de yuxaürəkli deyiləm (Ə.Kə­

rim); ÜRƏYİİNCƏ, ÜRƏYİYUXA. 

ürfan bax maarif

ÜRPƏRMƏK (tük haqqında), BİZ-BİZ 

DURMAQ, DİKƏLMƏK, QABARMAQ, 

ÜRPƏŞMƏK

ürpəşmək bax 1. ürpərmək; 2. titrəmək

üryan bax çılpaq 1

ÜSLUB (dilç.), STİL, TƏRZ, DİL

ÜSLUBİ (dilç.), STİLİSTİK (üslub ba­

xımından)

ÜSLUBİYYAT (dilç.), STİLİSTİKA 

üst-baş bax paltar

ÜSUL (müxtəlif mənalarda) [Rüstəm boy:] 

Bu üsul ilə nə qədər şar salmışam, özüm de 

hesabını  itirmişəm  (S.S.Axundov);  ÇƏM 

(dan.)  [Çingiz:]  ...Bəri  başdan  menə suyun 

yerini, evin-eşiyin çəmini öyrədin (C.Mem- 

mədquluzadə);  DÜSTUR  Həmən  bu  düs­

turu öyrənib də sən; Ər oğlu ər kimi tab et 

bəlaya (S.Vurğun); QANUN ..hər bişmişin 

öz qanunu və öz xasiyyəti var (C.Memməd- 

quluzade); QAYDA [Şahbaz boy:] Gələn il 

bir  özgə  qayda  ilə  paltar  geyəcəklər 

(M.F.Axundzadə);  MİNVAL  [Qarovulçu:] 

Bu minvalla hökumətin iki yüz otuz üç pud 

ununu  oğurlayıblar  (H.Abbaszadə);  SİS­



TEM [Qubernator:] Yox, bu sistemdir, plan-

384

Üz

dır (C.Cabbarlı); TƏHƏR [At:] ..bir də po­

laddan bir bıçaq qayırtdırsın, sonra mən sənə 

təhərini deyərəm (Nağıl); TƏRİQ Axliycv 

münaqişə təriqi ile yazdığı sonrakı məqalə­

lərində əsas yanlış fikrini bir az da dərinləş­

dirdi (M.İbrahimov); TƏRZ Arvad gözucu 

vərəqəyə baxıb, iri ağzının qalın dodaqlarını 

iyrənc  bir  tərzdə  büzdü  (H.Seyidbəyli); 



VASİTƏ Mirzə Səfər eşitmişdi ki, şeir yaz­

maq üçün iki vasitə lazımdır: xəlvət otaq və 

bir  şüşə  şərab  (Ə.Haqverdiyev);  VƏCH 

(kl.əd.)  Elə  asan  vəchlə  başa  düşdülər  ki, 

dəxi bu dildən başqa qeyri bir dil axtarmağa 

hacət qalmadı (C.Məmmədquluzadə); VƏ­

SİLƏ  [Mirzə  Məhommodqulu:]  Bu  vəsilə 

ilə sizləri bəlkə qaranlıq aləmindən çıxardı 

(C.Məmmədquluzadə); YOL (dan.) [Həcər 

xanım:] Onda bircə yol qaldı (S.S.Axundov); 



METOD, TAKTİKA (bax).

ÜSUL-İDARƏ  (dövlət  quruluşu)  [Qızıl 

Arslan:] Torpaq quruluşu işlərini dəyişmək 

istəsək,  hökumət  və  dövlət  üsul-idarəsini 

dəyişməliyik (M.S.Ordubadi); EHKAM La­

kin  burada,  bu  ehkamda  sinfi  ayrı-seçkilik 

var  idi;  məzlum  və  zalım  var  idi;  məhkum 

və hakim var idi (S.Rəhimov); QURULUŞ 

Dövlət  quruluşu  belədir,  məmləkətdə  qo­

yulmuş  qanunların  hamısı  zəncirin  həlqəsi 

kimi bir-birinə bənd olubdur (M.S.Ordubadi).



üsyan bax qiyam

ÜSYANÇI, ASİ, QİYAMÇI (bax)

ÜŞÜMƏK  Küçələrdə  it  soyuqdan  zin­

gildəyir, üşüyür (A.Səhhət); DİŞİ DİŞİNƏ 



DƏYMƏK  [Nazı  əri  Mirzə  Çopurova:] 

..özünə bir isticə çul toxusaydın., bir ocağı 

keçmiş yoxsul, yağışlı rüzgarda, həmin çu­

luna bürünərdin... nimdaş paltonun içində di­



şin dişinə dəyməzdi!.. (S.Rəhimov); BUYUX- 

MAQ,  DONMAQ  (bərk  üşümək),  VİCƏ- 

LƏNMƏK (vüngülvari üşümək).

ÜZ Bu mənzərəni görən Cahangirin hid­

dətli üzü birdən şən bir təbəssümlə parladı, 

dodaqları  açılaraq,  şaqqırtılı  bir  qəhqəhə 

qopdu (Çəmənzəminli); BƏNİZ O zaman




bu gözəl çıraq kimi Leyla müəllimənin bü­

tün üzünə işıq salır və solğun bənizində so­

yuq bir mehribanlıq görürdük (M.İbrahimov); 

BƏT-BƏNİZ  [Tutubəyim:]  Özü  ikicanlı, 

zəif,  xiffət  eləməkdən  bət-bənizi  qaçıb 

(Çəmənzəminli); CAMAL Mən səni xoşla­

yıram ən gözəl şeir kimi; Görürəm camalını, 

menə görünməsən də (M.Rahim); ÇÖHRƏ 

Nurlu yerində sakit otursa da, çöhrəsi gülürdü 

(H. Abbaszadə); DİD AR (arx.) Tale yarı yar­

dan  aralı  saldı;  Öksüz ruhum didarə həsrət 

qaldı (H.Cavid); QABAQ (arx.) Büllur bu­

xaq, lalə yanaq, ay qabaq; Şahmar zülfü pəri­

şanlar dolanır (Aşıq Ələsgər); LİQA (kl.əd.) 

Göstərdi mahi-ruzə üfüqdən liqasını; Çəkdi 

azançılar  da  obaşdan  səlasını  (A.Səhhət); 

RÜXSAR (kl.əd., şair.) Ta ki, məni gördü ol 

qəlbi  qara;  Çəkdi  yaşmağını  o  gül  rüxsara 

(M.P.Vaqif); RÜ(U)X (kl.əd., şair.) Xəti rey- 

hanüdür  gər  kim,  göyərmiş  kövsər  üstünə; 

Və ya rüxundən ayətdir oxunmuş bedr ilə ayə 

(Nəsimi); SİFƏT Qaraşın sifətini çulğayan 

kədər o qədər qalınlaşdı ki, az qala ata oğlu­

nun  sifətini  tanımamaq  dərəcəsinə  gəldi 

(Ə.Vəliyev);  SİMA  Əvvəlki  şirin  xəyallar 

və  xoş  ümidlər  [Fikrətin]  simasını  örtdü 

(M.İbrahimov);  SURƏT  O  saat  Qaraoğla­

nın vahiməli, pırtlaq gözləri və çapıq surəti 

gözlərinin  önündə  dururdu  (S.S.Axundov); 

ÜZAR  (arx.)  Hala  da  tülu  etmədimi  fəsli- 

baharın?! Ey canlı çiçək, örtülü qalsınmı iiza- 



rın?! (M.Hadi); VƏCH (kl.əd., şair.) Leyk 

hanı  səndə  bəsirət  gözü; Ta görəsən vəchi- 

dilarasım?! (M.Ə.Sabir), 

üzar bax yanaq, üz 

üzban  bax  qabaq-qabağa 

üzbəsurət bax üzbəüz 

ÜZBƏÜZ Fikrət qadının qolundan yapı­

şıb,  ..dəyirmi  stolun  arxasında  əyləşdirdi, 

özü do onunla üzbəüz oturdu (H.Abbaszade); 

DİZ-DİZƏ  Təbiət  bizimlə  durub  diz-dizə; 

Başından  keçəni  danışır  bizə  (S.Vurğun); 



QABAQ-QƏNŞƏR [Veliş:] Elə ki, qabaq- 

qənşər oturub şirin söhbətə başladıq.. (Ə.Ve-

Ü zar

liyev); NƏFƏS-NƏFƏSƏ Tahir [Lətifə ilə] 



ııəfəs-ııəfəsə dayandı (M.Hüseyn); RUBƏRU 

Dün mənimlə rubəru buldu nigar, oldu rəqib 

(Xetayi);  ÜZBƏSURƏT  Rəiyyət  Vəliş 

Qarabağın məşhur mülkədarı İsmayıl bəylə 



üzbəsurət  oturub  danışır  (Ə.Vəliyev);  ÜZ- 

ÜZƏ Bir azdan o, sədrlə üz-üzə dayanmışdı 

(X.Hasilova); QABAQ-QABAĞA (bax).



ÜZƏNGİ, RİKAB Abbas əhd eləmişdi ki, 

Gülgəz  Pəriyə  çatıb  onu  kəcavəyə  mindi­

rəndə onun 

üzəngisini özü basıb ata mindir­

sin.  Abbas  sözünü  qurtarıb  Gülgəz  Pərinin 



rikabmı basıb, ata mindirdi (“Abbas ve Gül­

gəz”).


ÜZGÜÇÜ  [Gimon:]  Üzgiiçii  qorxusuz 

üzər həmişə (A. Şaiq); DALĞIC (su keçir­



məyən paltarla su altında üzən üzgüçü) Xilas­

etmə stansiyası heyətinin starşinası, 1-ci də­

rəcəli dalğıc Mixail Arzamaskin kursu dəyi­

şib  hadisə  yerinə  dalğaların  istiqamətində 

yaxınlaşmağı əmr etdi (Qəzetlərdən); QƏV- 

VAS (kölın.) Qəvvas olub o dəryada mən çox 

üzmək  istədim  (B.Vahabzadə);  ÜZÜCÜ 

Hərçendi Yasəmən çox üzücü idi, amma bu 

iti axan, daşları və böyük kolları yumalayan 

seldə  üzmək  mümkün  deyildi  (S.S.Axun- 

dov).


ÜZGÜN  [Zakir]  sonra  üzgün  bir  halda 

cavab verdi (H.Seyidbəyli); HALSIZ [Meh­

riban]  çox  halsız  idi  (S.Hüseyn);  ÜZÜK 

[Kərəm:] Derdü qəm çəkirəm, üzüyəm, üziik 

(“Əsli  və  Kərəm”);  ƏZGİN,  ƏZİNİK, 

YORĞUN (bax).

I üzmək bax dərmək

II üzmək bax yormaq

ÜZRLÜ (icazəsi olan) Ancaq yenib-qal­

xan döşünü oli ilo basaraq, qızışmış müha­

kiməsini toplamaq, üzrlü bir bəhanə ilə içəri 

girmək  üzərində  dayandı  (S.Rəhimov); 



MƏZUR [Şeyx Senan:] Meni, şeyxim, ba­

ğışla, məzurim; Çünki məğrur, həm də mən- 

vurim (H.Cavid); SƏBƏBLİ.

ÜZRSÜZ, BİÜZR, SƏBƏBSİZ

üzsilən bax məhrəba

Üzsilən

385



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə