LüĞƏTDƏ gedəN İXTİsarlar


Zırı rovlu ala erkəc həmişə sürünün qabağmca ge­ dir, qoyunlara bələdçilik edirdi (Ə.Vəliyev).  zırı



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə216/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   208   209   210   211   212   213   214   215   216

Zırı

rovlu ala erkəc həmişə sürünün qabağmca ge­

dir, qoyunlara bələdçilik edirdi (Ə.Vəliyev). 



zırı bax 1. böyük 1; 2. qanmaz 

zırpı bax böyük 1 

zırpılaşmaq bax yoğunlaşmaq 

zırpılıq bax böyüklük 1 

zırrama bax səfeh, qanmaz 

ziba bax 1. bəzəkli 1; 2. gözəl 1 

zibalanmaq bax 1. gözəlləşmək; 2. bə­

zənmək


zibalı bax bəzəkli 1 

zibalıq bax gözəllik

ZİDD (başqasına əks olan, diiz gəlməyən

[Miko:] Sevdimalı əmi və başqaları bu təd­

birlərə yenə də zidd çıxsa, onda ciddi danış­

maq lazımdır (İ.Əfəndiyev); QARŞI [Nazlı:] 

Deməli,  dilbir  olmusunuz,  mənə  qarşı  blok 

yaratmısınız (Anar); ANTAQONİST, ƏKS, 



ƏLEYH, MÜXALİF (bax).

ZİDDİNƏ  [Qaçay:]  Mən  belə  davaların 

ziddinəyəm  (S.Rəhimov);  BƏRƏKS(İNƏ) 

[Göyərçin:]  O kimdir elə hökumətin bərək- 



sinə gedən? (S.Rəhimov); ƏKSİNƏ Tamam 

da senin əksinə gedir (S.S.Axundov); ƏLEY­



HİNƏ [Əlibala:] Mən orada bu İmamqulunun 

ağzından Kamalın təklifi əleyhinə bir kəlmə 

de  söz  eşitmədim  (M.İbrahimov);  QARŞI 

Surxay öz dostuna qarşı ittihamkar mühaki­

mələr yürüdürdü (İ.Əfəndiyev).

1.  ZİDDİYYƏT  C.Məmmədquluzadə 

varlığa  realist  münasibət  bəsləyən,  həyatı 

dərindən görən, onun ziddiyyətləri, çırpıntı­

ları  və  rəzalətləri  ilə  dərk  edən  bir  sənətkar 

idi  (M.İbrahimov);  BƏRƏKSLİK  Dönə- 

dönə  imtahan  etdim  fələk  dövranını;  Onda 

mən  bərəksliklər,  özgə  adət  görmədim 

(M.P.Vaqif); İXTİLAF (fikir ayrılığı nəti­



cəsində  doğan  ziddiyyət)  Bəs  nədəndir  ki, 

başqa kişilərlə başqa arvadlar arasında ixti­



laf  yoxdur?  (M.S.Ordubadi);  MÜNAFAT 

(kl.əd.) Fəqr ilə ğina əhlinə kim verdi müsa­

vat? Mənadə də, surətdə de var bunda müna- 



fat..  (M.Ə.Sabir);  TƏZAD  Burmayın  boy­

nunuzu mübarizə günündə; Sizi düşündürən



418

bu təzadlar önündə (S.Rüstəm); UÇURUM 

[Rəşad Naşad] ər ilə arvad arasındakı uçu­

rumu  dərinləşdirirdi  (M.Hüseyn);  ANTA- 

QONİZM, ZİDLİK.

2. ziddiyyət bax ədavət 



ZİDDİYYƏTLİ, İXTİLAFLI, TƏ­

ZADLI

zidlik bax 1. ziddiyyət; 2. ədavət 

zihəyat bax diri 

ziqiymət bax bahalı

1. ZİL (zildən, ucadan çıxan səs) Olmasa 

da  uşağın;  Yaxşı  səsi,  zil  səsi;  Amma  çox 

maraqlıdır  (Ə.Karim);  QAYIM  (köhn.) 

Xudayar  bəy  qayım  səslə  cavab  verdi 

(C.Məmmedquluzadə);  UCA  Müezzin  uca 

səslə  azan  verirdi  (Çəmənzəminli);  YÜK­



SƏK.

2. zil bax zəng 1 



zildən bax ucadan

I  ZİLLƏMƏK  (gözlərini  bir  nöqtəyə, 

harasa diqqətlə baxmaq) İlyas gözünü yerə 

zilləmişdi  (M.Hüseyn);  DİKMƏK  Bir  an 

düşündü,  sonra  gözlərini  qarının  üzünə 



dikdi...  (M.Hüseyn);  DİRƏMƏK  Pavluşa 

sözlərini  bitirib  gözlərini  Sergey  Vasifinin 

gözünə dirədi (M.Hüseyn).

II ZİLLƏMƏK, ZİLƏ ÇƏKMƏK (səsi 

zilə qaldırmaq)

zillənmək bax dikilmək

zillət bax əzab; 2. zəhmət 2

zimistan bax qış



zina bax fahişəlik

zinakar bax fahişə

zindan bax həbsxana

zindanxana bax həbsxana

zindanlamaq bax həbs etmək

zində bax diri

zinət bax bezək

zinətləndirmək bax bəzəmək

zinətli bax bəzəkli

zinqəhbə bax fahişə

zira bax çünki

zirab bax ayaqyolu

ziraət bax 1. səpin; 2. əkinçilik 2

Ziraət


Zircamə

zircamə  bax  tuman-köynək 

ZİREH Bütün qan və ölüm yayan zireh­

lərdən, güllələrdən daha möhkəm bir şey var

o da., insanın iradəsi, qayəsi, əməli... ölməz 

həqiqətidir (R.Rza); DƏMİR GEYİM Qı­

lınc  və  nizələrin əsər  etdiyi  dəmir  geyimlər 

vo polad dəbilqələr ağır əmud zərbələrindən 

əzilərək bədənlərə yeriyirdi (M.S.Ordubadi).



ZİRƏK ..sədri də davadan çıxıb ad qazan- ' 

mış  zirək  və  bacarıqlı  bir oğlandır  (M.Rza- 

quluzade);  CƏLD  [Qəhrəman  yüzbaşı:] 

Ədə,  cəld  tərpənişin!..  (C.Məmmədqulu- 

zadə); ÇEVİK Nurəddin özünə görə bilikli, 

çevik bir uşaqdır (S.S.Axundov); DİRİBAŞ 

Oğlu diribaşdır, yaxşı ov tulasıdır (A.Şaiq); 



QOÇAQ  Qoçaq  Aytən,  ovçu  Eliş;  Doğma 

bacı-qardaşdılar  (M.Rzaquluzadə);  OD- 



ALOV  (məc.)  [Minnətov:]  Hələ  Şeydanı 

demirsən,  od-alovdur,  zalım  oğlunun  qızı 

(R.Rza); BACARIQLI (bax).

ZİRƏKLİK,  DİRİBAŞLIQ  Diribaşlığı, 

xoş xasiyyəti ucundan çox çəkmədi ki, [Al- 

xan] pillə-pillə qalxdı (Ə.Vəliyev); CƏLD­

LİK [Əkbər]  .. özündə belə cəldlik, cəsarət 

və  möhkəmlik  hiss  etməmişdi  (Mir  Cəlal); 



ÇEVİKLİK [Buğac] öz gücünü, çevikliyini, 

bədəninin dözümünü sınayırdı (M.Rzaqulu- 

zade);  QOÇAQLIQ  Cahanın  qoçaqlığını 

ondan bil ki, bu yaşında üç-dörd ayın içində 

savadlandı (Ə.Haqverdiyev); HÜNƏR (bax), 

QIVRAQLIQ, 

zirvə bax təpə 1

ZİRZƏMİ  (yer  altında  olan  ev,  anbar 

və  s.)  Bu  halda  zirzəminin  qapısı  açıldı 

(M.IIüseyn); PODVAL (dan.) [Rus yoldaş:] 

Bizi xüsusi evin podvalında yerləşdirmişdi­

lər (M.Hüseyn); EV ALTI (köhn.). 



zişan bax şanlı 1 

zivər  bax  bəzək 

ziya bax işıq

ziyad bax 1. kütüm; 2. çox 

ziyadə bax çox

ZİYAFƏT (tənt.) (böyük qonaqlıq) Bu 

ziyafəti Fransadan gəlmiş bir dəstə jumalis- 

!

Ziyankar

tin  şərəfmə  düzəltmişdilər  (M.İbrahimov); 

BANKET [Balaxanım:] Nə olub? Banketdi? 

(Anar);  QONAQLIQ  Nazlı  xanım  o  gün 

böyük bir qonaqlıq düzəltmişdi (Y.Şirvan); 

YIĞINCAQ [Şerəfhisə xanım:] Müsyö Jor- 

dan beynimə salıbdır ki, Parisdə qızlar, ge- 

linlər  məclislərdə,  yığıncaqlarda  üzü  açıq 

oturub-dururlar (M.F.Axundzadə).



1. ziyalandırmaq bax işıqlandırmaq

2. ziyalandırmaq bax maarifləndirmək

1. ziyalanmaq bax işıqlanmaq 1

2. ziyalanmaq bax maariflənmek



1. ZİYALI (elm, texnika, mədəniyyət sa­

həsində təhsilə, xiisusi biliyə malik olan adam) 

Gördü  fikir  verən  yox  əsla  onun  sözünə; 

Dedi:  “Bunlar  xalq  deyil,  beş-altı  ziyalı­

dır..”  (M.Rahim);  ƏHLİ-ÜRFAN  (kl.əd.) 

Uş  Xətayi,  sözlərindən  əhli-ürfan  utanır; 

Cahilü  nadan  reşbü  namüsəlman  mənfəil 

(Xətayi); MÜNƏVVƏR (köhn.) Bu dil mü- 



nəvvər bir adamın düşüncələrini ifadə etmə­

dən acizdir (Çəmənzəminli); ELMLİ (bax), 



SAVADLI (bax).

2. ziyalı bax işıqlı



ZİYAN [Pərviz:] ..atam kənd rayonlannda 

onun təsərrüfata vurduğu ziyandan,.. danışdı, 

dedi ki, adətən siçovul görünən yerlərə zə­

hərli buğda tökürlər (M.İbrahimov); XƏSA­



RƏT [Zakirov:] Qəribədir, axşam mən bağı 

gəzəndə  hasarda  heç  bir  xəsarət  görmədim 

(Ə.Məmmədxanlı);  XƏTƏR  Yatar  görmə­

yəsən  heç  zaman,  qardaş!  (S.Rüstəm); 



MAZARAT  (dan.)  Dövlətlidən  xeyir  [ol­

maz]; kordan mazarat (Ata. sözü); RƏXNƏ 

[Mostoli şah:] Amma olar ki, işdən o qorx­

sun,  ağlına  rəxnə  yetişsin,  ya  azarlasın,  ya 

çolaq  olsun...  (M.F.Axundzadə);  ZAVAL 

Bu  körpəcə  meynəni  qoru  hər  bir  zavaldan 

(S.Rüstəm);  ZƏRƏR  [Dəmətoğlu:]  Bir 

dərmanla  bu  xəstəliyini  müalicə  edirsən,  o 

birinə zərər olur (H.Abbaszade).

ziyanəvər bax ziyanverici

ziyançı bax ziyanverici

ziyankar bax ziyanverici, ziyanlı

419



ZİYANLI  (müxtəlif  mənalarda)  Mən 

onun qəsdən ziyanlı bir addım atdığına inan­

mıram (M.Hüseyn); MÜZÜR Hələ bəziləri 

[Nasad əfəndinin] alçaq, müzür bir şəxsiy­

yət  olduğunu  söyləyirdilər  (S.Hüseyn); 

ZƏRƏRLİ [Alp Arslan:] Mən paytaxtı zə­

rərli ünsürlərdən təmizlədiyim zaman Qəti­

bəni də oğlunun yanma, Rey şəhərinə gön­

dərmişdim  (M.S.Ordubadi);  ZİYANKAR 

[Kərim baba:] ..qaıa buludu görürsünüzmü? 

Çox ziyankar buluddur (A.Şaiq); XƏTƏRLİ, 

ZİYANVERƏN.

ZİYANSIZ,  ZƏRƏRSİZ  (zərəri,  ziyam 

olmayan)

ziyanverən bax ziyanverici, ziyanlı

ZİYANVERİCİ(LƏR)  Onu  deyim  ki, 

tarlalarımızdan əl-ayaq çəkilən kimi torpağı 

ikiyaruslu kotanla 38-40 santimetr dərinlikdə 

şumlamağı, beləliklə torpaqda qalan pambıq 



ziyanvericilərini  məhv  etməyi  nəzərdə  tut­

muşuq  (Qəzetlərdən);  ZƏRƏRVERİCİ­



LƏR)  Zərərvericilərə  qarşı  mübarizə  işini 

isə daim nəzarət altında saxlamışıq (Qəzet­

lərdən);  ZİYANÇI  (dan.)  [Pərviz:]  Yaman 

ziyançıdır,  bunu  harada  gördünüz,  məhv 

edin!..  (M.İbrahimov);  ZİYANƏVƏR  Zi- 



yaııəvər tülkü xain oğrudur; Öldür, dua elər 

ərsiz qanlar (M.Rahim); ZİYANKAR [Bəh- 

lul:] Yox, xəlifə, men ədalət və həqiqət aşi­

qiyəm,  kim  olursa  olsun,  əyriləri,  ziyankar- 



ları islah etməyə çalışıram (A.Şaiq), ZİYAN­

VERƏN  Abşeronda  çoxdan  kökü  kəsilmiş 

canavar, tülkü, çaqqal kimi ziyanverən hey­

vanlar  haradansa  peyda  olub  (M.Rzaqulu- 

zadə).


ziyarət  bax ibadət 1 

ziyarətçi  bax  zəvvar 

ZİYARƏTGAH  (ziyarət  yeri)  Hörmət 

eləmədim  bir  şahənşaha;  Məzarın  döndüsə 



ziyarətgaha  (M.Rahim);  ZİYARƏTXANA 

Ortada  böyük  günbəzə  oxşayan  bir  ziyarət- 



xana  tikmişdilər  (M.Hüseyn). 

ziyarətxana bax ziyarətgah

Ziyanlı

420

ZİYİLOTU, DƏMROVOTU (bot.) Ziyil- 

otu  və  ya  dəmrovotu  köhnə  daş  divarlarda 

meşə kənarlarında, əkinlərdə və zibilli yer­

lərdə bitən və narıncı süd şirəsi olan çoxil­

lik otdur (M.Qasımov). 



zoğ bax fidan

zoqquldamaq bax 1. ağrımaq; 2. inildə­

mək


zoqqultu bax sancı 

zolaqlı  bax  zolaq-zolaq 

ZOLAQ-ZOLAQ  (zolaqlar  şəklində) 

[Zeynal] zolaq-zolaq xəstəxana pijamasının 

yaxası altında yavaş-yavaş barmaqlarını tər­

pətdi (B.Bayramov); MİLƏMİL Özbək qar­

daş  “Raxmat,  raxmat”  deyə-deyə  miləmil 

xələti  onun  çiyninə  saldı  (Ə.Babayeva); 



MİL-MİL ...Şahpeleng bahalı şal parçadan 

mil-mil  qara  şalvarı  onun  üstünə  atdı 

(M.İbrahimov);  ZOLAQLI  Əziz  çimmək 

paltarında uzanıb başını qırmızı zolaqlı çə­

tirin  kölgəsində  gizlədərək  bədənini  günə 

verirdi  (H.Abbaszadə);  ZOL-ZOL  [Aytə- 

miz:] Dərsdən gələn kimi dəlixana paltanna 

oxşayan  zol-zol  şalvarı  geyirsən  əyninə, 

əlinə bir kitab alıb yayılırsan divanın üstünə 

(Ə.Qasımov). 

zollamaq bax vurmaq 1 

zol-zol  bax  zolaq-zolaq 

zontik bax çətir

ZOOPARK  (heyvanlara  məxsus  zooloji 

bağ)  Atası  Musanı  zooparka  aparmışdı 

(S.Vəliyev);  HEYVANXANA  [Qanbay:] 

Mən heyvanları çox sevirəm, hər gün hey­

vanxanaya,  sirkə  getsəm,  yenə  doymaram 

(A.Şaiq); HEYVANAT PARKI, ZOOLOJİ 



PARK.

zor bax 1. güc; 2. məcburiyyət 

zorakı bax zorla

ZORAKILIQ, TƏCAVÜZ, TƏZYİQ 

zorba bax böyük 1 

zorbalaşmaq bax yekəlmək 

zorbalıq bax böyüklük 1 

zor-bəla bax zorla 

zor-güc bax zorla

Zor-güc


Zorla

ZORLA Adilə dilinin ucuna gəlmiş “heç 

siz  də  görünmürsünüz”  sözlərin  zorla  sax­

ladı  (Ə.Qasımov);  ZORAKI  [Qubernator:] 

Budur,  kişinin  mülkünü  zorakı  saldırıb  öz 

adına ki, nə var, iş bilmişəm... (C.Cabbarlı); 

ZOR-BƏLA İLƏ Universitetə qızıl medalla 

gəlmiş  Camalla  Mahirə  zor-bəla  ilə  kafi, 

Kamil  isə  əla  qiymətlər  aldı  (Y.Şirvan); 

ZOR-GÜC  Kamil  müəllim  sinfi  zor-güc 

sakit etdi... (A.Şaiq).



L  ZORLAMAQ,  MƏCBUR  ETMƏK, 

VADAR ETMƏK

2.  ZORLAMAQ,  BAŞINA  PİSLİK 

GƏTİRMƏK,  NAMUSUNA  TƏCAVÜZ 

ETMƏK, NAMUSUNA TOXUNMAQ

3. ZORLAMAQ, GÜC ELƏMƏK, GÜC 

GƏLMƏK

Züriyyət

zöhr bax günorta 

zöhrə bax Venera 

zökəm bax qrip 

zövc bax ər 1 

zövcə bax arvad 1

zövq bax 1. kef 1; 2. gözəllik; 3. ləzzət I

zövq-səfa bax kef 1

zövrəq bax qayıq

zülf bax saç 1

zülm bax əzab

zülmət bax qaranlıq 1

zülmətli bax qaranlıq

zülmkar bax zalım

zülmkarlıq bax zalımlıq

zümrə bax silk

zümrüd bax simurq

züriyyət bax 1. nəsil 1; 2. övlad 1

421


MÜNDƏRİCAT

On söz

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .   5



Lüğətin quruluşu..........................................................................................

7

Şərti ixtisarlar

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 9

A

a



......................................................................................................................................................................................... 1 1

Bb

................................................................................................................37



Cc

................................................................................................................ 64

ÇÇ............................................................................................................. 73

Dd

................................................................................................................85



Ee

............................................................................................................. 111

Əə

.............................................................................................................. 115



Ff

.............................................................................................................. 131

G

§............................................................................................................. 139



Hh

..............................................................................................................153

*

x

..............................................................................................................172



............................................................................................................ 185

J

J'..............................................................................................................201



Kk

..........................................................................................................................202

Qq.............................................................................................................216

L1

............................................................................................................... 240



Mm

.......................................................................................................... 246

Nn

.............................................................................................................. 275



9

°.............................................................................................................. 288

Öö.............................................................................................................293

p

P.............................................................................................................. 298



Rr

............................................................................................................... 309

Ss

............................................................................................................... 315



.............................................................................................................343

Tt

............................................................................................................... 354



9

U

..............................................................................................................376



Üü.................................................................................................................... ...

Vv

...............................................................................................................387



Y

y.............................................................................................................. 396



Zz

............................................................................................................... 413



422

Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə