LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə210/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   206   207   208   209   210   211   212   213   ...   216

Yer

dər bəy:] Xala, sen də diribaş qansan? Məncə 

nə verərsən sənə elə bir dava verim kinöv­

rəstə cavan olasan (N.Vəzirov); YENGİYE- 

TİŞMİŞ  [Zibaxanım:]  Sənə  demodimmi, 

kişi, bu əlli yaşında yengiyetişmiş qız almaq 

sənə yaraşmaz? (M.F.Axundzadə); CAVAN 

(bax).

1. YER, ƏRZ, YER KÜRƏSİ (səma mü­

qabili)

2. yer bax torpaq 2



3. yer bax iş 2

4. yer bax yorğan-döşək

1. YERİMƏK Maşın yenicə yeriməyə ha­

zırlanırdı..  (Ə.Vəliyev);  HƏRƏKƏT  ET­



MƏK, HƏRƏKƏTƏ GƏLMƏK.

2. yerimək bax addımlamaq 



yerkökü bax kök II

yerli bax 1. həmyerli; 2. lokal

1. YERSİZ, EVSİZ-EŞİKSİZ (yeri, mə- 

kam  olmayan),  MƏSKƏNSİZ,  YERSİZ- 

YURDSUZ

2. yersiz bax 1. əbəs; 2. mənasız 1 



ycrtərponmə bax zəlzələ 

yertitrəmə bax zəlzələ

YEŞİK  (müxtəlif  mənalarda)  [Sənubər] 

...arakəsmədeki pəncərə sürahisinin altındakı 

karton yeşiyi çəkib altı-yeddi kartof, bir-iki 

soğan götürdü.. (Elçin); QUTU [Kərim] bu 

fikirlə qəzetləri qutuya saldı.. (M.İbrahimov). 

yetik bax 1. xəbərdar; 2. yetkin 

YETİM  Yetim  qız  da,  şahzadə  oğlan  da 

çıxıb  getdi  işinin  dalınca..  (Elçin);  ATA- 



ANASIZ [Hacı Murad:] Budur on iki ildir ki

ata-anasız  yetimi  öz  oğlum  kimi  bəsləyib, 

paltar,  çörək  verib,  bu  boya  çatdırmışam 

(S.S.Axundov); ÖKSÜZ Bilməm bu dağlar, 

bu məhabotli fırtına; Öksüz bu milləti çıxa­

rarını o bir yana? (A.Şaiq); SƏĞİR (həddi- 

biiluğa çatmamış yetim) Xudayar bəyin qəsdi 

Zeynəbin  və  səğirlərin  var-yoxuna,  puluna 

və mülkünə sahib olub, Zeynəbi çölə ötür­

mək idi (C.Memmədquluzadə). 



yetirmək bax çatdırmaq 

YETİŞDİRMƏK  (bostan  bitkisi,  meyvə 

və tərəvəz haqqında) ..respublikamızın alim-

406

Yeznə

ləri  iriyarpaqlı  yaxşı  ipək  verən  zərif  tut 

ağacları yetişdirmişlər (Axundov); BECƏR­

MƏK  Salman  kişi  Daşlıca  ağzında  bostan 

becərirdi (MirColal); BİTİRMƏK Kənari- 

çeşmimə  sancıldı  oxlanan  ney  tək;  Sudan 

qəmiş bitirən Kür kənanna bənzər (S.Ə.Şir- 

vani).


yetişmək bax 1. dəymək 1; 2. çatdırmaq;

3.  çatmaq 11; 4. yetkinləşmək. 

yetişməmiş bax kal

YETKİN,  DƏLİQANLI,  DOLĞUN, 

HƏDD-BÜLUĞA ÇATMIŞ, YETİK 

YETKİNLƏŞMƏK, YETİŞMƏK Çünki 

Sənəm  yetişmişdi,  istəyəni  də  yox  idi... 

(Çəmənzəminli); BIĞININ YERİ YENİCƏ 

TƏRLƏMƏK (dan.) Bığının yeri yenicə tər­

ləyən Kərim, ilk vaxtlardan hər cür ağırlığa 

dözməyə  ve  qayğı  çəkməyə  başlamışdı 

(S.Rəhimov);  HƏDDƏ  YETİŞMƏK  Sən 

de  yetişibsən  o  həddə  məgər;  Beyninə  ba­

yatı  uyar,  ağlarsan!  (M.P.Vaqif);  HƏDDİ- 

BÜLUĞA ÇATMAQ/YETMƏK [Mərcan 

boy:] Mənə qəyyum lazım deyil: Allaha şü­

kür, həddi-biiluğa çatmışam, əqlim haşım­

dadır (Ü.Hacıbəyov).



YEYİN [Aslan] canındakı üşütməni unu­

dub yeyin addımlarla şəhərə qayıtdı (M.Hü- 

seyn); BECİD (dan., zar.) [Şövkət:] Əyləş, 

dincini al, Kərim dayı, niyə belə becid yeri­

misən, lap ürəyin ağzına gəlir ki... (M.İbra­

himov); CƏLD Xavər ərinin üzünə belə bax­

mayıb evdən çıxdı, cəld addımlarla yüyürüb 

getdi  (B.Bayramov);  ÇEVİK  Usta  çevik 

addımlarla  perrona  çıxdı  (M.Hüseyn);  İTİ 

[Qəndab:] Qönçə idi. İti addımlarla yeriyirdi 

(B.Bayramov); SÜRƏTLİ (çoxyeyin) Tahir- 

zadə sürətli addımlarla qabağa keçəndə hamı 

susdu (Mir Cəlal); YELLİ (dan.) [Biqəm:] 

Pah atonnan, zalım balası gör nə yelli gəlir 

(Anar); ƏLÜSTÜ (bax), SÜRƏTLƏ (bax). 

L YEYİNTİ, İSRAF 

2. yeyinti bax azuqə 

yeyin-yeyin  bax  tez-tez 

YEZNƏ (bacının əri) Əmisi oğlanları say­

sız, yeznələri, tanış və dostları hesabsız idilər




(Ə. Vəliyev); DAM AD (kl.əd.) Oxudaq göz- 

lori  açılmamış  əhfalımızı;  Görmüşəm  elm 

oxumuş heyvərə damadımızı (M.Ə. Sabir); 

GİYƏV  (dial.)  Güləndamın  anası  toyuğu 

götürüb  acıqla  giyəvinə:  -  Moni  ağbirçək 

vaxtımda elə salıb oynadırsan (Ə.Haqverdi­

yev);  KÜRƏKƏNİ  İbrahim  bəyin göstərişi 

ilə  çox  çəkmədi  Vəliş,  oğlu  Qaraş,  arvadı 

Qarabirçək, kürəkəni Qorxmaz, darğa həyə­

tində cem oldular (Ə. Vəliyev), 

yəhəraltı bax tapqır

YƏHUDİ (İsrail milləti) [İmamquhı boy;] 

Qabaqcadan satıb yəhudiyə, hər desyatini iki 

min manata.. (N.Yezirov); CUHUD [Molla 

Həmid:] ..bunlar hamı müsəlmandırlar, bun­

ların  tərcihi  molun  cuhudlara  vacibdir 

(M.F.Axundzadə).

YƏQİN (ara söz kimi işlənir) [Tarverdi:] 

Ey, yəqin, bu adam da quldurluğa çıxıbdır.. 

(S.Hüseyn);  DEYƏSƏN  Uşağın  dalısında, 

deyəsən,  odun  şələsi  vardı  (Mir  Cəlal); 

EHTİMAL Ehtimal, hor kəs də belə təsəv­

vür  edirdi  (S.Hüseyn);  ƏLBƏT  [Səlimə:] 

Əlbət,  odunu  satılmır  nədi,  kəsdirib  bazarı 

ac-susuz  (Ə.Haqverdiyev);  GÖRÜNÜR 



Görünür,  bizim  fəhlələr  hələ  de  natiqlərə 

qiymət  verə  bilmirlər  (H.Nəzerli);  OLA 

BİLSİN  Kİ. 

yəmin  bax  and 

vəzdan bax Allah 1 

yığın bax 



1 . 

qalaq; 2. dəstə 



1 1  

yığılmaq bax yığışmaq 1 

yığıncaq bax 1. iclas; 2. mitinq; 3. məclis 

1; 4. ziyafət

1.  YIĞIŞDIRMAQ  Səfərlə  Tanrı  verdi 

Qurbanın  paltarım  yığışdırıb  götürərkən 

arasından  yerə  bir  məktub  düşdü  (A.Şaiq); 

YIĞMAQ.


2.  YIĞIŞDIRMAQ  Odur  ki,  [arvad]  evi 

yığışdırıb,  adəti  üzrə  yatağına  uzandı 

(Çəmənzəminli);  SƏLİQƏYƏ  SALMAQ 

Mülayim ev-eşiyi səliqəyə salmış, yığışdır­

mış,  böyük  bir  qonaqlıq  tədarük  görmüşdü 

(B.Bayramov); 

SİL-SÜPÜR 

ETMƏK, 

SİLİB-SÜPÜRMƏK.



Yəhəraltı

1. YIĞIŞMAQ [Pərviz:] Bu zaman başqa 

uşaqlar da başımıza yığışdılar (M.Ibrahimov); 

BİRİKMƏK Sanki Nərimanın sözləri onun 

təsəvvüründə birikib qalan dumanları dağı­

dırdı  (Mir  Cəlal);  CƏM  OLMAQ  Dalğa­

lanır, müjdə verən qonum-qonşu 

cənı olur; 

Başlanılan  sorğu-sual,  şirin  məclis  qurulur 

(M.Rahim);  KUTLAŞMAQ  Uşaqlar  bir  az 

da kutlaşıb nə olacağına baxırdılar (İ.Hüsey- 

nov);  TOPLANMAQ  Güllə  səsinə  adamlar 

toplandı  (M.Ibrahimov);  TOPLAŞMAQ 

Gecələr  qadınlar,  uşaqlar  otağımıza  yığılıb 

buxarının başına toplaşırdılar (S.S.Axundov); 

YIĞILMAQ  Yenə  pəncərəni  salıb,  ocağın 

qırağına  yığılardıq  dumana  qarşı  tədbirlər 

lazım idi (Çəmənzəminli).

2. yığışmaq bax köçmək 1

YIĞMAQ [Vəli:] Son, Tarverdi tez onları

[sandıqları] sındır, içinin şeylərini bir yerə yığ 

(S.S.Axundov);  TOPLAMAQ  Gəlinlər- 

qızlar  da  dağılıb  düzə;  Pambıq  toplayırıq 

durub  üz-üzə  (S.Vurğun);  CƏMLƏMƏK, 

BİRİKDİRMƏK 

(yavaş-yavaş  toplamaq), 

KUTLAMAQ.

yığnaq bax iclas

yıxanmaq bax 1. yuyunmaq; 2. çimmək

1. YIXILMAQ  Adilə  müvazinətini  sax­

laya bilməyib divanın üstünə yıxıldı (Ə.Qa­

sımov);  DƏYMƏK  Bir  gün  səhər-səhər 

Gülnaz;  Yol  gedərkən  saymaz-saymaz; 

Sürüşərək  birdən-birə; Üzü  üstə  dəydi yerə 

(M.Seyidzadə); DÜŞMƏK Dərsə gedən bir 

uşaq;  Çıxdı  buz  üstə  qoçaq;  Sürüşdü  bir­

dən-birə;  Düşdü  üz  üstə  yerə  (M.Ə.Sabir); 

SƏRƏLƏNMƏK  Elə  bu  vaxt  bulvardan 

qayıdan Mümtaz Mötəbərov qardaşların duz 

kimi yaladıqlarını görəndə, dümağ ağardı və 

qəfildən  qapının  kənarında  üzüüste  döşə­

məyə 

sərələndi... (M.Hüseyn); SƏRİLMƏK 

Kor seyid üzü üstə yerə sərildi (S.Hüseyn).

2. yıxılmaq bax devrilmək

3. yıxılmaq bax dağılmaq 1

yıxılmaz bax sarsılmaz

1.  YIXMAQ  (güləşdə  birinə  qalib  gəl­



mək)  [Balağa:]  Hamı  elə  təsəvvür  edir  ki, 

mən  səni  Nardaranda  yıxa  bilərdim,  özüm



Yıxmaq

407


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə