LüĞƏTDƏ gedəN İXTİsarlar


UYDURMA Düşünsək hə­ yan  dərindən  əgər;  Bütün  uydurmadır  bu  söylənənlər (S.Vurğun). YALANÇI



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə206/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   202   203   204   205   206   207   208   209   ...   216

(B.Bayramov); UYDURMA Düşünsək hə­

yan  dərindən  əgər;  Bütün  uydurmadır  bu 

söylənənlər (S.Vurğun).

YALANÇI  Ucadır bayrağı yalançıların; 

Hökm edir hər yanda ikiüzlülük (M.Rahim); 



KAZİB (kl.əd.) Bir mömin idim vel gəzən, 

əvvəlləri  kasıb;  Avarə,  fırıldaqçı,  hər  iqva- 

lidə  kazib  (Ə.Nozmi);  KƏZZAB  (kl.əd.) 

[Molla:]  ...məgər  bu  azdırmı,  -  dedi,  -  özü 

də  rəis  hüzurunda,  kəzzab!  (S.Rəhimov); 

ƏYRİ  Əyri  adamın  bacarıqlı  olmağı,  düz 

adamın  əfelliyindən  cəmiyyət  üçün  daha 

qorxuludur (M.İbrahimov); ADAMALDA­

DAN.

yalan-palan  bax  cəfəngiyat 

yalçın bax sıldırım 

yalın bax çılpaq 1 

yalınayaq bax ayaqyalın 1 

YALQIZ  [Tarverdi:]  Yenə  mən  yalqız 

gəldim  (M.F.Axundzadə);  TƏK  [Şahin:] 

Qonşumuzda  o  qoca  arvad  tək  yaşayırdı 

(B.Bayramov);  TƏNHA  [Kamil]  bulvarda 



tənha  bir  kölgəlik  seçib  əyləşdi  və  dənizə 

tamaşa  etməyə  başladı  (Y.  Şirvan);  FƏRD 



(kl.əd.) Ey tifli-sade, gəzmə soqaqlardaboyle 

fərd  (M.Ə.Sabir);  YALNIZ  [Xanım:]  Liza, 

daha bundan sonra evdə yalnız qaldıqda da­

rıxmayacağıq: təzə kirayəçi öz ölkələrindən 

bizə  nağıl  eyləyəcək,  qəribə-qəribə  şeylər 

eşidəcəyik (Çəmənzəminli); VAHİD.

YALQIZLIQ  (tək  qalma)  [Ferman]  üz- 

gözünü düzəltmiş, qızın yalqızlığından isti­

fadə edərək buraya gəlmişdi (M.İbrahimov); 

YALNIZLIQ Bir gün acı bir sis o gülümsər 

üzü sardı; Yalnızlığa imrəndi, uzaqlaşdı bə­

şərdən  (H.Cavid);  TƏKLİK  Üç  ay  təklik 

olacaq yaxın dostum, yoldaşım (M.Rahim); 



TƏNHALIQ (bax). 

yalquzaq bax canavar 1 

yalman bax yal II 

yalmanmaq bax yaltaqlanmaq 

YALTAQ (yaltaqlıq edən şəxs) Sağında, 

solunda  yaltaq  kübarlar;  Bir  yanda  Füzuli; 

bir  yanda  Leyla  (B.Vahabzadə);  QABYA- 

LAYAN  (dan.)  [Fərhad:]  Kəs  səsini,  qab-

Yalançı

398

yalayanın  biri!  (Ə.Haqverdiyev);  YALAQ 

[Qumru:]  Getsin  yalaq  Sekineni  aldatsın 

(Mir Cəlal); QUYRUQBULAYAN (dan.).

YALTAQLANMAQ [Şəkərlinski:] Yal­

taqlanma ona Alışov, peşman olarsan (M.İb­

rahimov);  QUYRUQ  BULAMAQ  (dan.) 

[Ağa  Mərdan:]  İndi  durum  gedim  məhkə­

mədə  olan  haşiyenişinləri  püxtə  və  amadə 

edim  ki,  sabah  müdafiə  vaxtında  baqədri- 

lüzum 


quyruq bulasınlar (M.F.Axundzadə); 

QILIQ ELƏMƏK Ömər xan kimi bir dila­

vər  ona  qılıq  eləyir,  amma  axmaq  Məm- 

mədhəsən dirsək göstərir.. (Çəmənzəminli); 

YALMANMAQ Bu anda boz tula sahibinə 

yalmanmağa başladı (M.Hüseyn); KÜÇÜK- 

LƏNMƏK,  QODUQLANMAQ  (dan.), 

YALTAQLIQ ELƏMƏK.

YALTAQLIQ Dünyada yaltaqlıq nə ol­

duğunu  Mirzə  bilməzdi  (Ə.Haqverdiyev); 



TƏMƏLLÜQ 

(köhn.) [Əbülhəsən bəy:] Bu­

rada  ancaq  saxta  təriflər  eşidəcək  və  çirkin 

təzimlər, təməllüq və riyakarlıqlar görəcəyik 

(M.S.Ordubadi).



yalvarıb-yaxarmaq bax yalvarmaq

YALVARMAQ  Acı-acı  yalvarır  pər­

vərdigara; Deyir ban oğlumun bəxti geymə­

sin  qara  (M.Rahim);  AYAĞINA/AYAQ­

LARINA DÜŞMƏK O, sevindiyindən xacə 

Müfidin əllərini öpür və ayaqlarına düşmək 

istəyirdi (Ə.Məmmədxanlı); DUA ETMƏK 

(din.) [Qoca neft sahibkarı:] Dua edin ağalar, 

dua  edin!  (Ə.Məmmədxanlı);  İLAN  DİLİ 

ÇIXARMAQ (fr.v.) [Güləndam:] Yusif bəy 

ilan  dili  çıxardır...  Elə  zanyır,  elə  zarıyır, 

adamın  yazığı  gəlir...  (N.Vəzirov);  LƏLİ­



MƏK (dial.) Çox ləlidim, yenə insafa gəl­

mədi (ADDL); YALVARIB-YAXARMAQ 

Ənvər yalvarıb-yaxardı (Ə.Vəliyev); YAL­

VAR-YAPIŞ ELƏMƏK (dan.) Qəmər zin- 

danbanı çağınb yalvar-yapış elədi (“Nağıl”).



YAMAC [Alo:] O biri şəriklər də ağzını 

tutub yamaca, sən de həmişə fikirdə, sükut­

dasan  (S.Rəhimov);  DAĞ(IN)  DÖŞÜ  Mən 

buradan  şəhərin  arxa  tərəfindəki  üfüqdən 

görünən dağın döşünə səpələnmiş Zeberli

Yamac



kəndinin qırmızı evlərini görürəm (M.Hacı- 

yev); DÖŞ [Atlılar] diki çıxıb döşə çatdılar 

(Çəmənzəminli); YAL Hatəmxan ona., yu­

xarıdakı yalı gösterdi (S.Rəhimov).



YAMAQ [Pinəçi Qafar:] Başını nə ağrı­

dım, hər çustun yamağına yüz mindən az al­

mıram (M.F.Axundzadə); PİNƏ Otur evdə, 

atanın eylə pinə çul-çuxasını (C.Cabbarlı).



YAMAQÇI [Əntiqənin] ..anası da sağm- 

çıdı,yamaqçıdı (Mir Cəlal); PİNƏÇİ [Fey- 

zulla:] Olsaydı gedib pinəçi, ya qalayçı, ya 

da dəllək olardı (Anar).



I yaman bax 1. pis; 2. əzazil; 3. qarğış

II yaman bax yaxşı 1 

YAMSILAMAQ (başqasının danışığını

eyni ilə təkrar etmək) [Hacı:] Zəhrimar b b b 

baba!  -  deyib  [Güləbetini]  yamsıladı.. 

(M.İbrahimov);  AĞZINI  ƏYMƏK  (məc.) 

Sübhanverdizade onun ağzını əyə-əyə söy­

ləndi  (S.Rəhimov);  TƏQLİD  ETMƏK/ 

ELƏMƏK  Forma  məsələsinə  gəldikdə, 

Cabbarlı Sabirin qüvvətli satirasının bezi za­

hiri  cəhətlərini  almış,  daha  doğrusu,  onları 

təqlid etmişdir (M.Arif); TƏQLİDİNİ GƏ­

TİRMƏK [Tarverdi:] Bax, bax, mənim təq­

lidimi gətirir (M.F.Axundzadə). 

yan bax 1. tərəf 1; 2. qıraq 1; 3. böyür 

YANAQ Sənubər heç ne demədi, birdən- 

birə yanaqlarını iki əli arasına alıb dəli kimi 

üz-gözünü  örtməyə  başladı  (Elçin);  ARİZ 

(kl.əd.) Qanadın altına qoyma başını, Tökmə 

gül  arizinə  göz  yaşını  (A.Səhhət);  ÜZAR 



(kl.əd.) Gülşəni-ol nigara get, ləlü ləbü üzarə 

bax (A.Şaiq). 

yanardağ bax vulkan 

YANAŞMAQ (bir şeyin, bir kəsin yanına 

gəlmək) Alo kişi irəliyə yeriyib danışanlara 

yanaşdı  və  hündürdən  söyləndi...  (S.Rə­

himov); YAXINLAŞMAQ Onlar kəndə ya- 



xınlaşmış, yorğun atları yavaş-yavaş sürür­

dülər (M.Hüseyn); YAN ALMAQ Bu zaman 

qatar sürətini azaldıb fit verə-verə stansiyaya 

yan aldı (A.Şaiq); YANLAMAQ ...Müəllim 

tez  Meracı  yanlayaraq  qabağa  göndərdi 

(Ə.Vəliyev); YAXLAŞMAQ Ana! Əl çekəsi

Yamaq

deyilik sendən! Deyərək, öz oğlu yaxlaşdı 

ona (S.Vurğun); YOVUQLAŞMAQ. 

yanbız bax omba

yandırıb-yaxmaq bax yandırmaq 1

1. YANDIRMAQ, YAXMAQ (çox ağır 

təsir etmək) Bütün Azərbaycanı məlul-müş­

kül görürdüm; Dünyanı yandırdı, yaxdı şəhid 

qanı  (Z.Yaqub);  YANDIRIB-YAXMAQ 

Fiıqət odu məni yandırıb-yaxar.. (Q.Zakir).



2. yandırmaq bax alışdırmaq I 

yanıxmaq bax heyfsilənmək 

yanıqlı bax həzin 

yanılmaq bax çaşmaq 

yanımaq bax hədələmək 

yanlamaq bax yanaşmaq 

yanlış bax səhv

yanmaq bax alışmaq I; 2. heyfsilənmək 

yanşaq bax 1. aşıq; 2. naqqal 

yanşamaq  bax  çərənləmək 

yan-yörə bax ətraf 1 

YAPINCI  (adətən  çobanlar  üçün  uzun 

geyim) Atlı yəhərin qaşındakı tüfəngin qun­

dağını yapıncının altında gizlətmişdi (İ.Şıxlı); 



CÜRCƏN(Ə)  Qoyun  otaran  çobanlar  cür- 

cənələrini  başına  salıb  sürünün  dövrəsində 

hərləndilər  (Ə.Vəliyev);  QARTI  Dünya 

malından var: sicim, çatısı; Patavası, çuxası, 

həm qartısı (A.Şaiq).



1. YAPIŞDIRMAQ, YAPMAQ

2. yapışdırmaq bax vurmaq 1 

YAPIŞQAN Yapışqan kimi nəmli hava

dalğalandı (M.İbrahimov); KLEY [Balaxa­

nım:] Mağazada Be Ef kleyi tökülüb qalıb, al 

yapışdır (Anar).

1. YAPIŞMAQ, SUVAŞMAQ

2. yapışmaq bax tutmaq 2



1. YAPMAQ, YAPIŞDIRMAQ

2. yapmaq bax etmək



3. yapmaq bax tikmək 1; qayırmaq 1 

yar bax 1. yoldaş 1; dost; 2. sevgili 1

1.  YARA  [Fəxrəddin  bəy:]  Hacı  Murad, 

Xəlil  necədir,  yarası  sağalıbdırmı?  (N.Və- 

zirov); XORA (dəri üstündə irinli xırda ya­

ralar) Bu plastır., dərinin xroniki iltihabında 

yara və xora üzərinə qoymaq üçün işlənir



Yara

399


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə