LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə2/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   2   3   4   5   6   7   8   9   ...   216

Abi-niysan

Acımaq

atırdı.. (Çəmənzəminli); SUYİ-HEYVAN 



(kl.əd.) Suyi-heyvan üçün zülmət içində; 

Xətayi Xezrii İskəndər gəlübdür (Xətäyi). 



abi-niysan bax neysan 

abi-zindəgani bax abi-həyat 

abqora bax qorasuyu 

abstrakt bax mücərrəd 

ABYEŞİK [Rüstəm:] Bu meşə abveşiyi- 

nin ağzını əzən vaxtım da olubdur (S.Re- 

himov); MEŞƏ GÖZƏTÇİSİ (KEŞİK­



ÇİSİ) Meşə keşikçisindən yadigar qalmış 

qovluğu açdı, içindəki təzə və köhnə xatirə­

ləri, məktubları oxumağa başladı (Ə.Yusif- 

oğlu).


1. AC (yeməyə ehtiyacı olan) A kəndlilər

Səhəri ac, axşamı ac; Qatlaşmayın əziyyətə 

(M.Rahim); Çığırma, yat, ay ac toyuq, yu­

xunda çoxca darı gör (M.Ə.Sabir); QARNI- 



BOŞ Ətrafda yığışıb uşaq, böyük; Qarıııboş, 

əl boş (R.Rza); NAHARSIZ Soxuldu quy­

ruğu yerdən götürə; Neçə gündü naharsızdı, 

ötürə  (Q.Zakir);  QARNI  AC,  QURSAĞI 



BOŞ.

2. ac bax tamahkar, acgöz(lü)



3. ac bax yoxsul 

ac-acına bax acqarına 

acgödən bax qarınqulu 

ACGÖZ(LU) (heç nədən, heç şeydən gözü

doymayan)  Acgözdür,  hərisdir,  başqaların­

dan pay umandır (M.Rahim); TAMAHKAR 

..Əbülfət  Mirzənin  və  ümumiyyətlə  qacar 

şahzadələrinin  tamahkar  və  rüşvətxor  ol­

duqlarını  bilirdim  (M.  S.Ordubadi);  AC, 

DOYMAZ, GÖZÜAÇ, GÖZÜDOYMAZ, 

QARINQULU (bax), LƏLÖYÜN (dan.).

ACI,  TƏLX  (kl.əd.),  ZƏHƏR  (məc.), 

ZƏHƏR KİMİ (çox acı), ZƏQQƏTO (çox 

acı).

ACIDİL  (acı  söz  deyən)  Ya  da  ki,  çox 

sevirəm,  eşqimiz  şiddətlidir;  Ya  mən  acı­



diləm çox, ya da qız hiddətlidir (M.Rahim); 

ƏZVAY  (məc.)  Bəli,  dünyada  əzvay  adam 

az deyil (Anar); DİLİACI.



ACIQ (nəyəsə qarşı oyanan psixi bir na­

rahatlıq) Cəmil... güləndə acığından Tahirin

əlləri titrəməyə başladı (M.Hüseyn); HİRS 

Məmməd bəyin qan beyninə vurdu, hirsin­

dən  titrədi...  (Çəmənzəminli);  QƏZƏB 

Mən... həya və qəzəbdən boğular kimi olub 

söz  tapa  bilmədim  (M.İbrahimov);  QEYZ 

Pası yırğalana-yırğalana qeyz və istehza ilə: 

-  Mən  neyləmişəm?!  -  dedi  (S.Rəhimov); 

HİKKƏ  Bu  gülüş,  yamanca  dəydi  hədəfə; 

Dala da baxmadı o hikkəsindən (B.Vahab­

zadə);  KİN  [Həmid]  məcrasına  sığmayan 

çay kimi, kini, hiddəti coşub-daşırdı (H.Ab­

baszadə); HİDDƏT (bax).

1. ACIQLANMAQ Dedim gözəl, bir busə 

ver o xaldan; Acıqlandı, dedi, al, sənə qur­

ban (Aşıq Abbas); QABARMAQ Göyərçin 

Xudaverdini  görüb  qapıdan  cəld  çıxaraq, 

Maroya 

qabardı  (S.Rəhimov);  BİRİNİN 

ÜSTÜNƏ  QIŞQIRMAQ,  SƏRT  SÖZ 

DEMƏK, TƏPİNMƏK.

2. acıqlanmaq bax hirslənmək



ACILAMAQ (acı sözlər demək) [İmam-

qulu:]  Adamlarla  hesablaşmamağım,  yaxşı 

təkliflə  gələnləri  acılayıb  yola  salmağım., 

bunun  nəticəsidir  (M.İbrahimov);  İYNƏ- 



LƏMƏK(«əe.)  [Əlyarov:]  Əvvəldən  vardı 

hüsnü  camalı,  indi  olub  dəli  Bayramalı!  - 

deyə  o  yenə  Xəlili  iynələdi  (M.Hüseyn); 

QƏLBİNƏ  DƏYMƏK  Sallanıb  -  sallanıb 

özünü  öymə;  Elə  süzgün  baxıb  qəlbimə 



dəymə  (Aşıq  Ələsgər);  QƏLBİNƏ  TO­

XUNMAQ Ninanı məhəbbətlə saxla, onun 

qəlbinə  toxunma  (M.S.Ordubadi);  SANC­

MAQ (məc.) Elman Rafiqi qızışdırır, Rafiq 

Ədhəmi sancır (Ə.Kerim).



acılı bax zəhərli

acılıq (məc.) bax fəlakət

I ACIMAQ [Zeynal:] Əgər vəziyyətimə 

acıyırsınızsa,  sözümü  kəsməyin  (B.Bayra­

mov);  QƏLBİ  YANMAQ  (fr.v.)  Qəlbim 



yanar, ona deyərəm; “Ay yazıq çocuq! Sən 

sevgili vetencigimin gül fidanısan (A. Səh­

hət);  RƏHMİ  GƏLMƏK  Rəhmin  gəlsin, 

ay  nene;  Rəhmin  gəlsin,  ay  nənə;  Qapıda 

duran oğlana; Rəhmin gəlsin, ay nene (Xalq 

mahnısı); YAZIĞI GƏLMƏK ..Balaca

12



Acımaq

Adət

quşcuğazlara yazığın gələrsə, analarını bura­

xarsan.. (S.S.Axundov).

II  ACIMAQ  (xəmir  haqqında),  GƏL­

MƏK, QICQIRMAQ, KÖPMƏK

III acımaq bax heyfsilənmək 

acışmaq bax göynəmək 

acıtma bax maya II

aciz bax 1. zəif 1; 2. bacarıqsız 

acizlik bax zəiflik

ACQARINA (ac halda, heç bir şey yemə­

dən) [Gülzar Könülə:] Ay qız, onu acqarına 

iç, sinən üçün də yaxşıdır, boğazın üçün də 

(X.Hasilova); AC-ACINA [Selim:] Ac- 

acma yatıblar (C.Cabbarlı); AC-SUSUZ 

[Sitarə:] ..mənim üçün Fərhadın evində ac- 



susuz dolanmaq. Nəsrəddin şahın ləziz taam­

larından yaxşıdır (C.Cabbarlı). 



ac-susuz bax acqarına 

açıq bax aşkar 

açıq-aşkar bax aşkar 

açıqfikirli bax tərəqqipərvər 

açıq-göy bax abı 

açılmaq bax çiçəklənmək 1 

açun bax dünya

1. AD, İSİM (kl.əd.) [Sərxan:] Bağışlayın 

isminizi  bilmirəm.  Cavad  tez  adını  dedi 

(Ə.Vəliyev); NAM Koroğlu namun götürən; 

Yurdunda can olan yoxdu (“Koroğlu”).

2. ad bax ad-san

3. ad bax sərlövhə



ADA (Jıər tərəfdən su ilə əhatə olunmuş 

quru sahə) [Geoloq:] Mənə elə gəlir ki, qu­

ruda qazılan bəzi quyuların neft yataqları bu 



adaya qədər uzanır (M.Hüseyn); CƏZİRƏ 

(köhn.)  Çin  bəhrində bir cəzirə var idi; Zi- 

yadə basəfa ələfsar idi (Q.Zakir), 



adax bax nişan 1 

adaxlamaq bax nişanlamaq 1 

adaxlandırmaq bax nişanlamaq 1 

adaxlanmaq bax nişanlanmaq 

adaxlı bax nişanlı 

adaxlıbazlıq bax nişanlıbazlıq 

adam bax 1. insan; 2. havadar; 3. oynaş 

ADAMAYOVUŞMAZ  (adamlarla  ün­

siyyət bağlamayan) [Xədicə:] Tərs Tahir əti­

acının,  kəneyin,  adamayovuşmazın  biridir 

(Anar);  QANISOYUQ  Şəhərimizdə  yaxşı 

və namuslu adamlarla bərabər, üzüdönük və 



qanısoyuq  adamların  da  olduğunu  boynu­

muza almalıyıq (M.S.Ordubadi); QARAQA­



BAQ  Sülh  zamanı  qaraqabaq  olanlar  belə 

mehribanlaşır, bir-birinə təsəlli verir (Ə.Əbül- 

həsən);  ADAMDANQAÇAN,  ADAM- 

SEVMƏZ, İNSANDANQAÇAN, İNSAN- 

SEVMƏZ,  İNSANGİRİZ,  MƏRDİMGİ- 

RİZ, MİZANTROP. 

adamdanqaçan bax adamayovuşmaz 

adamiyyət bax insanlıq 

adamoynadan bax masqaraçı 

adamsatan bax xain 1; xəbərçi; satqın 

adamsevməz bax adamayovuşmaz 

ADAŞ, HƏMAD (adları eyni olan adam) 

ADDIM  Ağacın  kölgəsindən  beş  addım 

aralanmamışam  ki,  Ulduzun  səsini  eşidib 

döndüm  (M.İbrahimov);  QƏDƏM  (dan.) 

...atlı  və  Hacı  Namazalı  girdilər  kəndə  və 

Kerbelayı  Mirzəli  düzəlib  bir-iki  qədəm 

qabağa yeriyib söylədi: “Allah axırın xeyir 

eləsin!” (C.Məmmedquluzadə).

ADDIM-ADDIM  Gəzməsəm  də addım- 

addım; Kerəçini, Benoresi; Hindli qardaş, öz 

səsindir;  Şerimdəki  üsyan  səsi  (M.Rahim); 



QƏDƏM-QƏDƏM  Gəzəcəkdir  qədənı- 

qədəm  bağımı;  Görəcəkdir  üzümlü  çarda­

ğımı (A.Səhhət); YAVAŞ-YAVAŞ (bax).



ADDIMLAMAQ Alo kişi köynəkcək və 

ayaqyalın  onun  [Gülsənəmin]  arxasınca 



addımladı (S.Rəhimov); ADDIM ATMAQ 

[Əbülhəsən  bəy:]  O,  menə  söykənərək 



addım  atırdı  (M.S.Ordubadi);  YERİMƏK 

...Kərbəlayı  Mirzəli  düzəlib  bir-iki  qədəm 

qabağa  yeriyib  söylədi:  “Allah  axırın  xeyir 

eləsin!” (C.Məmmədquluzadə).



1. ADƏT, ƏNƏNƏ Cənnət deyil; Xeyr, 

hər el-obanm; Öz ənənəsi var, öz adəti var 

(M.Rahim);  DƏB,  QAYDA  Sizin  tədbiri­

nizlə, sizin tələbinizlə; Bu köhnə qaydanızla, 

bu  köhnə  dəbinizlə  (M.Rahim);  RƏSM 

(köhn.) Rəsmdir kim, şahlar viranədən olmaz 

xərac (S.Ə.Şirvani).

13



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə