LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə4/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   2   3   4   5   6   7   8   9   ...   216

Ağcaqanad

Ağır

AĞCAQANAD [Mərdan:] Bürkü cəhən­

nəmə, ağcaqanad göz yummağa qoymurdu 

ki... (X.Hasilova); DİTDİLİ (dial.) Qərvənd 

çox  ditdili  və  milçək  olan  yerdir  (Ə.Haq- 

verdiyev); HÜNÜ Ancaq hünü, milçəklərin 

vız-vızı;  Bu  sükutu  pozur...  (A.Sehhet); 



MIĞMIĞA  (məh.)  Nə  etin  incidər,  sənin 

insan;  Nə  dərin  mığmığa,  sinəkdən  qaç 

(M.Ə.Möcüz).

AĞCAQAYIN (bot.), İSFƏNDAN, QA­

YIN, QAYINAĞACI 

ağcanənə bax ağbirçək 2 

ağciyər bax qorxaq 

ağgünlü bax xoşbəxt 

ağgünlülük bax xoşbəxtlik

1. AĞI (ölü üstündə söylənən yanıqlı söz­

lər) Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə 

evi  hönkürtü  götürmüşdü  (Çəmənzəminli); 



NÖVHƏ  Məhərrəmin  birindən başlayaraq, 

onun  qədər  davam  edən  imam  təziyyəsi, 

mərsiyə,  ııövhə,  dəstə  təpmə,  məhəllələr 

arasında  adət  şəkli  almış  dalaşmalardan 

sonra  bütün  bu  həngamə  aşura  büsatı  ilə 

bitirdi (Çəmənzəminli).

2. ağı bax zəhər

I  AĞIL  Lakin  insan  ağlının məhdudlu­

ğunu  duyaraq  zəfımden  kədərlənirdim 

(Çəmənzəminli);  KAMAL  Vaqif,  öyünme 

ki, kamalımız var; Allaha şükür kikamal da 

yoxdur (M.P.Vaqif); DÜŞÜNCƏ Düşüncə, 

tərbiyə,  zəka  zinəti;  Budur  qadınlığın, 

məncə,  qiyməti  (S.Vurğun);  DƏRRAKƏ 

Xanpəri  indi  hər  işi  dərrakə  ile  görürdü 

(Ə.Vəliyev);  ZƏKA  [Məhsəti:]  ..Nizamini 

dağlar qədər əzəmətli göstərən də onun zə­



kasıdır (M.Hüseyn); ƏQL [Orxan:] Səbrim 

tükənmiş,  qərarım  kəsilmiş;  Huşum,  əqlim 

uçmuş, uyqum çəkilmiş (H.Cavid); İDRAK 

(bax).

II AĞIL (içərisində nıal-qara, davar sax­

lamaq  üçün  yer)  Qaraca  Çoban qoyunların 

yerləşdiyi  ağılların  qapısını  bərkitdi... 

(Anar); QAHAL Bu gün Bəxti də evdə yat­

mayıb,  özünü  mal-qaranm  qahalına  verdi 

(S.Rəhimov).

ağılanmaq  bax 

1

zəhərlənmək;  2.  ye­



mək 1

ağılkəsən bax ağlabatan

AĞILLANDIRMAQ,  BAŞINA  AĞIL 

QOYMAQ, DOĞRU YOLA SÖVQ ET­

MƏK, PİS YOLDAN ÇƏKİNDİRMƏK

AĞILLANMAQ, AĞLI BAŞINA GƏL­

MƏK, AĞLINI BAŞINA YIĞMAQ, DÜ­

ZƏLMƏK (məc., dan.)

1. AĞILLI [Malik:] Bəhlul baba, deyir­

lər  siz  çox  ağıllı  bir  adamsınız  (A.Şaiq); 



DÜŞÜNCƏLİ [Vahid:] Gözəldir, təmizdir, 

düşüncəlidir,  amma  hikkəlidir..  (M.İbrahi­

mov);  KAMALLI  [Piri  baba:]  Çingiz  çox 

ağıllı,  kamallı  cavandır  (S.S.Axundov); 

DƏRRAKƏLİ, MÜDRİK [Uşaq Leonardo:] 

Axı  insan  ağıllıdır,  dərrakəlidir,  müdrikdir 

(R.Rza); AQİL Qiylü qalə düşməz kim olsa 

aqil (Q.Zakir); ƏHLİ-KAMAL Vardır hər 

guşədə  yüz  əhli-kamal..  (S.Ə.Şirvani); 



BAŞIDOLU (dan.) [Mustafa bəy:] ..Çünki 

doğrudan da başıdolu oğlansan (Ə.Haqver- 

diyev).

2. ağıllı bax ağlabatan



AĞILSIZ, AĞLIKƏM, BAŞSIZ (məc.), 

GİC, KƏMAĞIL, KƏMSƏR

ağımsov bax ağımtıl

AĞIMTIL  (ağ  rəngə  çalan,  azacıq  ağ) 

İldırım çaxdıqca hörümçək toru kimi bütün 

meşəni,  ağacların  yarpaqlarım,  budaqlarını 

sarmış bu tor ağımtıl bir şəfəqlə parıldayırdı 

(M.Ənvər); AĞIMSOV Ağımsov tüstü onun 

[Cahandar ağanın] enli dodaqlarının üstünə 

enmiş qalın bığlarının arasına doldu (İ.Şıxlı); 

AĞIMTRAQ.

ağımtraq bax ağımtıl

1.  AĞIR  (çəkisi  ağır  olan)  Ağır  sandıq 

seçmə  parçalarla  dolu  idi  (Mir  Cəlal); 



VƏZNLİ İlk məşq kiçik vəznli millərlə baş­

lar,  get-gedə  ağır  vəznli  millərə  keçirdilər 

(Çəmənzəminli);  SANBALLI  Gecəm  belə 

keçdi, səhərim gəlsin! Dadıma sanballı söz­

lərim gəlsin! (M.Müşfıq).

2. AĞIR (yara haqqında) ..Ağır yaralan­

mış  bir  müsəlman  süvarisi  Gürcüstan  milli 

xalq qvardiyasının xəstəxanasında müalicə

16



Ağır

Ağlaşma

edilməkdədir  (M.Hüseyn);  BƏRK  O,  bərk 

yaralanmışdı (M.Hüseyn).

3. ağır bax çətin; gərgin 2

4. ağır bax ağırtərpənən; yavaş

5. ağır bax ağırtebietli 

ağır-ağır bax yavaş-yavaş

1.  AĞIRAYAQ  (ayağı  uğursuz),  AYA- 

ĞIAĞIR,  BƏDQƏDƏM,  BƏDSÜKÜM, 

QARADASAN (dan.)

2. ağırayaq bax hamilə 



ağırbaşlı bax ciddi 1 

AĞIRLAŞDIRMAQ (vəziyyət haqqında)',

ÇƏTİNLƏŞDİRMƏK,  GƏRGİNLƏŞ­

DİRMƏK  (məc.),  MÜRƏKKƏBLƏŞ­

DİRMƏK

1. AĞIRLAŞMAQ, ÇƏKİSİ ARTMAQ

2.  AĞIRLAŞMAQ, ÇƏTİNLƏŞMƏK, 

GƏRGİNLƏŞMƏK  (məc.),  MÜRƏK­

KƏBLƏŞMƏK (bax)

ağırlıq bax 1. vüqar 1; 2. qəm; 3. çəki I; 

yük 2


AĞIRTƏBİƏTLİ 

Nurəddin... ağırtəbiətli 

bir uşaq olur (S.S.Axundov); AĞIR (məc.) 

Ağır  tərpən,  ağır  dur  (Ata.  sözü);  CİDDİ 

Tanıyanlar bilir, yeddi yaşında; Ciddi bir qız 

idin,  əqli  başında  (Ə.Cavad);  VÜQARLI 

[Möhsün:] Necə ola bilər ki, o vüqarlı müəl­

lim, ..birdən-birə sönsün? (S.Rəhimov).

AĞIZ  ..ağsaqqal  və  qarasaqqal  kişilər 

mollanın  ağzından  belə-belə  boş  vədləri 

eşidib  inanırlar..  (C.Məmmədquluzadə); 

DƏHAN/DƏHƏN 

(kl.əd.) Ey dəhaıu şəkər, 

ləbləri  badə;  Gül  camalın  eşq  əhlinə  ayinə 

(M.V.Vidadi); Qönçə dəhəni çəməndə xən­

dan; Gülməkdən ənar açıldı dəndan (Xetayi).



AĞIZBAAĞIZ (lap dolu) Gecə çənlər 

ağızbaağız neftlə dolardı (Şamlı); LƏBƏ­

LƏB Coşqun dağ selləri ləbələb daşan Kü­

rün, Arazın sahillərini dolaşıb, Alazan çayı 

boyunca gəzdik (B.Bayramov); DOPDOLU, 

ağızdan bax 1. şifahi; 2. əzbərdən 

ağızdolusu bax həvəslə I 

AĞIZLAŞMAQ (mübahisələri düşmək) 

Mən ömrümdə söyüşməmişəm. Birisi ilə 



ağızlaşmamışam (Mir Cəlal); SÖZLƏŞ­

MƏK  Kərimov  Aydınla  sözləşəndən  sonra 

özünü qalib hiss edir (H.Seyidbəyli). 



ağızsürütməsi bax ağızucu 

AĞIZUCU Doktor harasa tələsirmiş kimi 

ağızucu  dedi:  -  Göstəriş  vermişəm  (H.Ab- 

baszadə); AĞIZSÜRÜTMƏSİ Həmzə ağız­



sürütməsi bir neçə söz dedi (Ə.Əbülhesən); 

BAŞDANSOVDU Mehmanın başdansovdu 

sözündən, soyuq söhbətindən sonra adamlar 

dağılışıb getdilər (S.Rəhimov).

AĞQIZIL, PLATİN 

AĞLABATAN  (inanıla  bilən,  mümkün 

olan) Sənin sözün ağlabatan sözdür (M.İbra- 

himov); BAŞABATAN [Mehman:] Hələ özü 

ile  başabatan  bir  söz  demir  (S.Rəhimov); 

AĞLASIĞIŞAN [Heydər bəy:] Ağlasığışaıı 

iş  deyil  (S.S.Axundov);  AĞILLI  [Malik:] 

Nə ağıllı fikirdir, ay Sona!.. (M.İbrahimov); 

AĞILKƏSƏN, MƏQSƏDYÖNLÜ, 

ağlabatmaz bax ağlasığmaz 

ağlagəlməz bax fövqəladə 1 

AĞLAĞAN  Çoxlarının  bezdiyi  və  uzaq 

qaçdığı., ağlağan uşaqları Nazim sanki əfsun 

ile ələ alar, sakit edərdi.. (Mir Cəlal); GİR­

YAN  (kl.əd.)  Məni  bu  möhnət  yerə  qoydu 

didəsi giıyan (Natəvan); KÜR.



AĞLAMAQ Tural üçün qırx qadın ağla­

yırdı  (Anar);  BOZLAMAQ  (arx.)  (yana- 

yana, uca səslə ağlamaq) ..üç kərə şahnəfiri 

bozluyub, dağa-daşa səs salıb (M.F.Axund- 

zade);  GÖZ  YAŞI  AXITMAQ  (TÖK­



MƏK) (fr.v.) [Gülüş:] Ay qızım, əziz balam

belə  mısmırıq  töküb,  göz  yaşı  axıtmaq  da 

yaxşı  deyil  (X.Hasilova);  [Vəzir:]  Aman; 

Bizans  torpağına  qayıdan  zaman;  Göz  yaşı 



tökürdü (S. Vurğun); ZARILDAMAQ (zar- 

zar ağlamaq) ..bir dükanın qabağında üç uşaq 

durub zarıldayırdı (Çəmənzəminli), 



ağlamalı bax pis; faciəli 

ağlamsınmaq bax doluxsunmaq 

AĞLASIĞMAZ  ..bu  nəhəng  addımını; 

Ağlasığmaz  bu  qəşəng  addımını..  (S.Rüs­

təm); MƏNTİQSİZ O, yenə arabir məntiq­



siz sözlər deyir (A.Şaiq). 

ağlaşma bax matəm

17


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə