LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə7/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   2   3   4   5   6   7   8   9   10   ...   216

Alışdırmaq

Allahsızlıq

kənarında xaraba samanlığa yığıb odlamaq 

lazımdır  (S.Rəhimov);  YAXMAQ  (kl.əd.) 

[Qərib:]  ..Bu  qərib  ellərdə  yaxdı  nar  meni 

(“Aşıq  Qərib”);  YANDIRMAQ  Kibritin 

alovu  çubuğun  ləzzətini  aparır,  -  deyə 

[Məşədi  Kazım]  əlini  bürkünün  təpəsinə 

aparıb  bir  az  qov  çıxardı,  çaxmaq  daşı  ile 



yandırıb çubuğun başına qoydu... (M.S.Or- 

dubadi).


II alışdırmaq bax öyrətmək 

alışqan bax kibrit

I ALIŞMAQ, YANMAQ, ALOVLAN­

DIRMAQ,  ODLANMAQ  (od  tutub  yan­

maq)

II alışmaq bax öyrəşmək 

alış-veriş bax alver 

alış-verişçi bax alverçi

1. ALİ (siyasi), ƏN BAŞ, ƏN YUXARI

2. ali bax 

1

uca 1; 2. ülvi 1 



alicənab bax nəcib 

alicənablıq bax nəciblik

1. ALİM (müəyyən bir elm sahəsində mü­

təxəssis  olan,  çox  bilikli,  elmli  olan  şəxs) 

[Şəkərlinski:] Allaha şükür, özün alim adam­

san, hər şeyi başa düşürsən! (M.İbrahimov); 

DANA  (kl.əd.)  Ey  Həsən  bəy,  müəllimi- 

dana!  Ey  edən  aləmi  ehya!  (S.Ə.Şirvani); 

ƏLLAMƏ  (məc.)  (yalançı  alim)  [Tutubə- 

yim:]  Göyün  qırmızısını  neynirsen,  ay 



əllamə! (Çəmənzəminli).

2. alim bax bilikli 

alişan bax adlı-sanlı 

ALKOQOL, SPİRT 

alkoqolçu bax əyyaş 

ALKOQOLLU, SPİRTLİ 

ALKOQOLSUZ, SPİRTSİZ 

ALQIŞLANMAQ (birini təbrik etmək

üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq 

əl  çalmaq)  Qızlar  oynamaqlarını  bitirdilər, 

hər  tərəfdən  onları  alqışladılar  (S.S.Axun- 

dov);  ÇƏPİK  ÇALMAQ  (VURMAQ) 

[İskənder:]  Gərək  onda  görərdiniz  necə 



çəpik vururdular.. (S.Qədirzadə); ƏL ÇAL­

MAQ Yenə də əl çaldılar (S.Qədirzadə).

1. ALLAH [Hacı Qulu:] Ay arvad, Allah 

bu  muzduman  səni  bizim  kəndə  bəla  gön­

dərib,  əl  çekin  mendən  (M.İbrahimov); 

ÇƏLƏB (kl.əd.) Çələb Nəsimiyə çün əskik 

eyləməz  şal  (Nəsimi);  GÖZƏGÖRÜN­



MƏZ (dan.) [Şərəfnisə:] Ay gözəgörünməz 

görəsən  bu  uşaq  hara  gedir,  kimə  qoşulur? 

(Ə.Ceferzade); HAQQ (kl.əd.) Bu müşküllü 

gəl  səni  həll;  Haqq  tuta  əlin  ki,  tutasan  əl 

(Xətayi); XUDA [Dərviş:] Xanım can, şükür 

olsun  xudaya..  (N.Vezirov);  XUDAVƏND 

[Qafar:] Men ki, bu xanənin xeyirxahı oldu­

ğumu  xııdavənd  özü  bilir  (S.Rəhimov); 



XUDAVƏNDİ-ALƏM  [Seyid  Əhməd:] 

Xudavəndi-alənı bu camaatın qulağını bir az 

da uzatsın (Ə.Haqverdiyev); İLAHİ O gözəl­

lik ilahidən verilmiş; Əwəldəndi gözlərinin 

qarası  (Aşıq  Əmrah);  PƏRVƏRDİGAR 

[İbrahim bəy:] Əlacımız təkcə pərvərdigara 

qalıb  (Ə.Vəliyev);  RƏBB  (kl.əd.)  [Sona:] 

Mən  Qurana  and  içdim!  Ah,  rəbbim!  Ay 

mənim  Allahım!  (N.Nərimanov);  TANRI 

Bir  an  könlüm  yaşamaz  səndən  ayrı;  Hər 

bəladan saxlasın səni tanrı (A.Səhhət).

2. allah bax ağa 2

allahlıq bax hökmdarlıq, ağalıq



allahpayı bax sədəqə

1. ALLAHSIZ (Allaha, dinə inanmayan 

şəxs) ...Bu adam kafir və allahsız idi (Anar); 

ATEİST  Əlbəttə,  Nəsimi  bizim  anlamda 

ateist  deyildi  [düşmənləri onu allahsız ad­

landırsalar da] (Anar); BİDİN [Ağa Bəşir:] 

Pərvərdigara,  dünyada  necə  bidin  adamlar 

yaradıbsan!  (M.F.Axundzade);  DİNSİZ 

[Molla Qafar:] Menim məqsədim dini-islamı 

bu dinsizlər arasında intişar etməkdən ibarət 

idi  (S.Rəhimov);  KAFİR  İndi  beş  ildir 

tamam  dinimə  el  atmısız;  Sevgili  övladımı 



kafirə  oxşatmısız  (M.Ə.Sabir);  MÜRTƏD 

(söyüş  kimi  də  işlədilir)  [Güləndam:]  Ay 

mürtəd oğlu, mürtəd! Adamı da çimdikler- 

lərmi? (N.Vəzirov).

2. allahsız bax insafsız

ALLAHSIZLIQ (Allaha inanmama)

[Qarabəy:] Dediyimizdən belə çıxır ki,

22



kommunistlərin  allahsızlığı  barəsində  söz 

danışanların ağzına qıfıl vuraq (Ə. Vəliyev); 



ATEİZM  “Kəmalüddövlə  məktubları  ”mn 

əsas və mərkəz ideyası, leytmotivi ateizm­



dən, dinə ve islam fanatizminə qarşı kəskin 

və şiddətli mübarizədən ibarətdir (F.Qasım- 

zadə); KÜFR Nəhayət, islahat təşəbbüslərinə 

bir küfr təşkilatı kimi baxılır (M.S.Ordubadi); 



DİNSİZLİK (bax).

1. ALLANMAQ Bəzəklənir, düzəklənir, 

bağın fəzası rənglənir; Yaşıllanır, həm alla­



nır  şükufələr  çiçəklənir  (A.Sehhət);  AL 

GEYMƏK (məc.) Kəndimiz bəzənib, süsən, 

sünbüllər; Bağlar geyib al, başına döndüyüm 

(“Qoşma”);  BƏZƏNMƏK  Təbiət  bəzənir 

hünərimizdən;  Axan  şəlalələr  bizə  el  çalır 

(S.Vurğun).

2.  ALLANMAQ  (ALLAŞMAQ),  QI­

ZARMAQ (qırmızı olmaq) Nazlı pıqqılda­

yıb  güldü,  sifəti  əvvəlcə  yavaş-yavaş  ala- 

tala  qızardı,  sonra  tamamilə  allanıb  yandı 

(Ə.Kerim).



1. ALMAQ, GÖTÜRMƏK

2. almaq bax tutmaq 1

3. almaq bax bürümək



4. almaq bax evlənmək 

alnıaçıq bax namuslu 

aloe bax əzvay 1 

alovlanmaq bax alışmaq I 

alovlu bax 1. odlu 1; atəşin 1 

altdan-üstdən bax yalan 

altun bax qızıl

aludə bax mübtəla 1; vurğun 

aludəlik bax mübtəlalıq, vurğunluq 

ALVER (ticarət işi) [Səba:] Meni əcnəbi 

məmləkətlərindən  gələn  tacirlərin  alver 

etdiyi  bazar  tərəfinə  apara  bilərsenmi? 

(M.S.Ordubadi); ALIŞ-VERİŞ [Yelkənçi:] 

Onların  hamısında  da  əcnəbi  tacirləri  alış- 

veriş  edir  (M.S.Ordubadi);  ALĞI-SATQI 

[Məşədi  İman:]  Sənətimiz  alğı-satqıdır 

(Ə.Haqverdiyev); SÖVDƏ [Səba:] Əlverişli 

bir sövdə düzəldərsək, sizin üçün de, mənim 

üçün  də  dəyərli  bir  pay  düşər  (M.S.Ordu­

badi); TİCARƏT ..23-cü ildə yenə eli-qolu



Allanmaq

açıldı, ticarəti genişləndi (M.Hüseyn); VER- 



AL  Bu  rəmazanlıqda  nə  ver-aldı  bu?  Ax! 

Ne qəzetdi, bu nə jumaldı bu (S.Ə.Şirvani); 



BİZNES.

ALVERÇİ  (alverlə  məşğul  olan  adam) 

[Zabit:] Bolşeviklər deyirlər kialverçi svo- 

loçdur, onlar zəhmətkeşlərin qanını sorurlar 

(S.Rehimov); ALIŞ-VERİŞÇİ [Allahqulu:] 

Gəlib bir yerə çıxdıq alış-verişçilər həndə­

vərimizi  aldı  (Çəmənzəminli);  MÖHTƏ- 



KIR (böyük qazancla mal alıb satan) [Mü- 

qim bəy:] İstismarçı sinfin möhtəkir nüma­

yəndəsinin  ölümünə  acıyırsınız?  (S.Rəhi­

mov); SÖVDƏGƏR (parça alverçisi) [Hacı 

Saleh:] ..bu şəhərin sövdəgərləriııin əksərini 

mən pullu etmişəm (S.S.Axundov); TACİR 

[Sultan  bəy:]  Səni  bir  tacir oğlana verirəm 

ki,  həmi  cavan,  hemi  pullu,  həmi  mallı.. 

(Ü.Hacıbeyov);  TİCARƏTÇİ  Nemetulla- 

yev  illər  uzunu  bir  mahir  ticarətçi  kimi  bu 

işlə yaşardı (S.Rehimov).

ALVERÇİLİK, MÖHT ƏKİRLİK, Tl- 

CARƏTÇİLİK, SÖVDƏGƏRLİK 

ALYANAQ(LI)  (yanaqları  al,  qırmızı 

olan) Alyanaq uşaq yenə də qaçaraq poçtal­

yonu  qarşıladı  (M.İbrahimov);  QIRMIZI- 



YANAQ(LI) Musa kişi boydan uca, qollu- 

qanadlı,  yaşı  elli  beşi  keçmiş,  çalsaqqallı, 



qırmızıyanaqlı  bir  kişi  idi  (B.Bayramov); 

LALƏYANAQ(LI)  Görməmiş  lalə  dağı 

laləvanaq el gözəli; “Olari’a bəli demir, naz­

lanır “olmaz” ile yar (Şəhriyar), 



amac  bax  hədəf 

amadə bax hazır 

amal bax məqsəd, arzu 

aman bax 1. kömək; 2. güc; 3. rəhm;

4.  imkan 1; 5. əmin-amanlıq 



amansız bax zalım

AMİL, SƏBƏB, VASİTƏ, FAKTOR 

AMMA (bağlayıcı) [Aydın:] Yaxşı şəkil­

dir,  amma  hayıf  ki,  istidən  rəngi  pozulub 

(C.Cabbarlı);  ANCAQ  Söhbət  genişlənir, 

ancaq Şuşadan o yana adlamırdı (Ə. Vəliyev); 

FƏQƏT (kl.əd.) [Aydın:] Doğrudur, bir az 

mənliyimiz çeynənir, şərəfimiz tapdanır.



Amma

23


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə