LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə6/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   2   3   4   5   6   7   8   9   ...   216

Ajan

Alaqapı

(dan.)  Bərk  ayaqda,  çətin  vaxtda  İbrahim 

bəy  Vəlişin  külfətinə  əl  tutub  kömək  dur­

muşdu (Ə.Veliyev); ARVAD-UŞAQ (dan.) 

Hətta Həsən pəncərənin tıqqıltısına dik atı­

lıb,  hirsli  evdən  çıxdı,  dalınca  da  arvad- 

uşağı  yetirən  kimi  Kərbelayı  Fərəcin  saq­

qalından  yapışıb  küncə  basdı  (Çəmənzə­

minli); ƏYAL (köhn) İndi egərçi ona zəh­

mət  olar;  Qışda  əyali,  özü  qarət  olar 

(M.Ə.Sabir); Para nədir? Üzünü gördüyüm 

bir  il  yoxdur;  Fəqət  əyal  yanında  xəcalət 

çoxdur  (Ə.Nəzmi);  ƏHLİ-ƏYAL  (köhn.) 

Əhli-əyali ibarətdir bir anasından, bir arva­

dından  və  yeddi-səkkiz  yaşlı  bir  oğlundan 

(C.Məmmədquluzadə); 

ÖVRƏT-UŞAQ 

(köhn.) [Xan:] Bir həftəyədək, ümidvaram, 

İrəvana  gelim  övrət-uşaq  ilə  (C.Memmed- 

quluzadə); FAMİLİYA [Səmedxan:] ..hö­

kumətinin bu həqirə həvalə etdiyi böyük və­

zifə menim və mənim 

familiyamın hamısını 

sərəfraz buyurdu.. (M.S.Ordubadi); ƏHLİ- 



BEYT  (kl.əd.)  İnsan  öz  əhli-beytindən 

kənar  oldu,  onun  üçün  bir  növ  narahatlıq 

hasil olacaq (C.Memmədquluzadə); URUQ 

Uruğun  olsun,  Urumda  olsun  (Ata.  sözü); 

EV  [Məşədi  Səttar:]  Əhvalın  necədir,  ev, 

uşaq salamatdırmı? (Ə.Haqverdiyev). 



ajan bax polis 1 

akrobat bax canbaz 

akrobatlıq bax canbazlıq 

aksioner bax səhmdar

I aksiya bax səhm

II AKSİYA (siyasi), ÇIXIŞ, İŞ, HƏRƏ­

KƏT

AKT, PROTOKOL 

aktiv bax fəal

aktivləşmək bax fəallaşmaq 

aktivlik bax fəallıq 

aktrisa bax aktyor 

aktyor bax artist 

aktyorluq bax artistlik 

akuşka bax pəncərə 1 

aqibət bax son 

aqibətsiz bax sonsuz I 

aqil bax ağıllı 1; müdrik

I  AL  (rəng)  [Cavahir]  Senin  sinəni  təzə 

al qanıma boyadım (M.Hüseyn); QIRMIZI 

Qəlbimizdən  asmışıq  beş  guşəli  ulduzu; 

Bayrağımız qırmızı, bu gün yer, göy qırmızı 

(S.Rüstem); ƏHMƏR (kl.əd.) Boyu bağ içrə 

sərvi-nazə  bənzər;  Yanağı  həmçü  verdi- 

əhmərdir (Xətayi); QIZIL Köhnə bəy evinin 

üstündə qızıl bayraq yellənən gündən, kən­

din  heyatı  dəyişdi,  yeni  səmtə,  yeni  yola 

düşdü (M.İbıahimov).



II al bax hiylə

III al bax qulyabanı

1.  ALA (qarışıq rəngdə olan; açıq-mavi 

göz haqqında) Çevrilib ala gözləriylə menə 

baxdı  (N.Xəzri);  ŞƏHLA  Küsmüş  qızlar 

kimi kirpiklərini bir-biri üzərinə tökən nər­

giz  gülü  də  şəhla  gözlərini  açıb  qızılgülün 

çöhrəsindəki qırmızılığa baxırdı (M.S.Ordu­

badi).


2. ala bax ala-bula 

ala-babat bax babat 

ala-bəzək bax ala-bula 

ALA-BULA (müxtəlif rənglərdən ibarət

olan)  Ağaclar  ala-bula rəng alırdı (M.Hü­

seyn); ALA Fısıllıqdan fışıldayıb çıxan ala 

ilan Dədə Qorqudun ayağına yanaşdı, başını 

qaldırıb onu çalmaq istədi (Anar); ALACA 

[Dilbər:] ..gündə 3-4 manat faytona verəndə 

özünü  itirir,  elə  bil  men  də  onun  üçün  çit- 



alaca  geyəcəkdim  (C.Cabbarlı);  ALA- 

BƏZƏK Bir dəfə bağda ala-bəzək bir qurdu 

yarpağa  büküb  gətirdim  (S.S.Axundov); 



ƏBLƏĞ  [Fəxrəddin:]  Əbləğ  at  meydanda 

topla bərabər fırlanırdı (M.S.Ordubadi). 



alaca bax ala-bula

ALAÇIQ (çubuqla qurulmuş köçəri mən­

zili) Üçüncü gün Pasıgilin alaçığının qaba­

ğında toy vurulmuş yenə belə şenliklər ol­

muşdu (S.Rəhimov); ÇADIR Atam çadırı­

mızın yanındakı armud ağacı altında oturub 

Kərim  baba  ile  söhbət  edirdi  (A.Şaiq); 



XEYMƏ (köhn.) ..Xalq geniş meydana top­

lanır, ortada xeymə qurulur, tarixi libas gey­

miş  şəbihlər  gəlir.. (Çəmənzəminli). 

ALAF, YEM (heyvanlar üçün) 

alaqapı bax darvaza

20



Ala-qaranlıq(dan)

Alışdırmaq

ALA-QARANLIQ(DAN)  Men  səhər 

ala-qaranlıqdan çöllərdə işləmişdim (M.İb- 

rahimov); İshaq kişinin arvadı səhər tezdən 



ala-qaranlıq qayğanaq bişirib gətirdi (M.Hü- 

seyn); TÜLKÜDURMAZDAN (dan.) [Ata:] 

Ala-qaranlıqdan,  tülküdurmazdan  gedəcəm 

(Q.Xəlilov); OBAŞDAN Elə bil, səhər obaş­



dan işə getməyəcək (Ə.Qasımov); SÜBH­

DƏN  [Aytəmiz:]  Anamla  sübhdən  oyanıb 

heyəti  süpürür,  güllərə  su  verirdik  (Ə.Qa­

sımov);  SÜBH  TEZDƏN  Mərdan  neçə 

dəfə sübh tezdən yerindən qalxıb onu (bəs­

təkarı)  görmək  istəməmişdi.. (X.Hasilova); 

İŞIQLANMAMIŞ  O  [Cəfərqulu],  həftədə 

bir  axşam,  qaranlıq  düşəndən  sonra  gələr, 

qəpik-quruşdan  anama  verib  işıqlanmamış 

çıxıb gedərdi (H.Mehdiyev); XORUZ BANI 



(fr.v.)  Səhər  [yolçu]  xoruz  banında  ayıldı 

(Ə.Memmədxanlı); TORAN (bax).



ALANA (içinə qoz ləpəsi, badam və s. dol­

durulmuş quru meyvə, qax) ..Məşədi Rəhim 

cəld  qaçdı  dükanın  metamdan  əvvəl  bir 

neçə  alana  getirdi  (C.Məmmədquluzadə); 

MİYANPUR  (köhn.)  Süfrədə  tut  qurusu, 

miyanpur, innab., da olardı (H.Sarabski).

alaşa bax yabı

ala-toranlıq bax ala-qaranlıq

1. ALAY Diviziyanın alayları, hər alayın 

bölgüləri kənd aralarında, meşəlikdə, dağda- 

daşda  yerləşmişdi  (S.Rəhimov);  POLK 

(köhn.)  Firudunu  polk  qərargahının  qarşı­

sında saxlamışdılar (Mir Cəlal).



2. alay bax camaat

alay-alay bax dəstə-dəstə

albalı bax gilənar

alçaq bax 1. gödək 1; 2. alçaqboy(lu);

3.  əclaf



ALÇAQBOY(LU)  (boyca  alçaq  olan) 

Direktor  alçaqboylu,  arıq  kişiydi  (X.Hasi­

lova); ALÇAQ Heç yadımdan çıxmır, kon­

sul  özü  bir  uca  adamdır,  amma  mən  alçaq 

adamam  (C.Məmmədquluzadə);  BƏSTƏ- 

BOY(LU) Həm də bəstəboylu, qara qıvrım 

saçlı Səkinəni yadına saldı, sanki qızın surəti 

gəlib  gözünün  qabağında  durdu  (M.İbra­

himov); GÖDƏKBOY(LU) Kürəkənlə kü­

sülü olan gödəkboy, sarıbəniz, göygöz, saçı 

pırtdaşıq  arvad  qızının  ayağının  altına  daş 

qoyub danladı (Ə.Vəliyev); QISABOY(LU) 

Ə gözün kor ha deyil, bax odur dayna! - deyə 

[qara  oğlan]  sağ  qolunu  havada  oynatdı, 

kooperativ dükanının eşik divarına söykən­

miş  qısaboylu...  qoca  bir  kişini  göstərdi 

(M.Htiseyn); GÖDƏK (bax).



ALDANMAQ [Göyərçin:] Əvvəlləri tov- 

landığım, gedərək aldandığım ağzı iyli adam 

tərəfindən  qonaq  yanında  gecələr  evdə  tek 

buraxıldığım  vaxtlar  indi  yadıma  düşür 

(S.Rəhimov); UYMAQ [Xuraman:] Uydum 

bu dünyada nazü nemətə; Özüm de bilmə­

dim  uydum  şöhrətə  (S.Vurğun);  BAŞDAN 

ÇIXMAQ (fr.v.).

ALDATMAQ  [Sona:]  Bura  bax,  birdən 

məni aldadarsan ha.. (M.İbrahimov); BAŞ­



DAN  ÇIXARMAQ  (fr.v.)  Hansı  müflislər 

sizi başdan çıxardıblar? (C.Məmmədqulu­

zadə);  BAŞINI  PİYLƏMƏK  (fr.v.)  [Gü- 

lendam:]  İndi  buna  kələk  qur,  onun  başını 



piylə  (N.Vəzirov);  KƏLƏK  GƏLMƏK 

[Salamov:] Adə, ..sən de mənə kələk gəlir­

sən?  (C.Cabbarlı);  YALAN  DANIŞMAQ 

(DEMƏK) Sandı ki, aldadır, qız yalan de­

yir.. (M.Rahim).

aləm bax dünya; 2. camaat 

aləmşümul bax cahanşümul 

altcı bax 

1

müştəri I; yırtıcı 1 



ALIN Bu torpaqla, bu Tərtərlə; Alnımız­

dan axan tərlə (M.Müşfıq); NASİYƏ (köhn.) 

Münevver xanım bir ay müddətdir ki, ana­

sını  görməmiş,  kəsrəti-sürurunda  çöhrəsi 

getdikcə  qızarır,  parlaq  nasiyəsindən  həya 

təri  yuvarlanıb  səssiz  bir  şrapnel  parçası 

kimi qabağında partlayır (M.S.Ordubadi), 



alışdımyandım bax xara 

I ALIŞDIRMAQ (kibritlə bir şeyi yan­

dırmaq)  Veysəl  bir  de  kibriti  alışdıranda 

Ziynet  dik  atıldı,  Ulduzu götürdü, koridora 

çıxartdı  (B.Bayramov);  ÇATMAQ  Odun 

topladılar,  ocaq  çatdılar  (Ə.Kərim);  OD- 



LAMAQ  [Vəzir:]  Bütün  tənbəlləri  şəhərin

21


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə