LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə3/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   2   3   4   5   6   7   8   9   ...   216

Adət



2. adət bax vərdiş

3. adət bax xasiyyət 

adətkərdə bax vərdişli 

adıbilinməz bax naməlum

ADINA  (həftənin  4-cü  günü)  [Cavad:] 

Bu gün təkdir, sabah yox biri gün adınadır.. 

(Ə.Vəliyev);  CÜMƏ  AXŞAMI  Bir  cümə 

axşamı işin axırında Mirmehdi Həmidi çağı­

rıb dedi: - Baloğlan, zorsan, gücünə söz yox­

dur  (H.Abbaszade);  PƏNCŞƏNBƏ  [Vəli:] 

Pəncşənbə  günü  qızmış  bir  buğa  beş-altı 

adam yaraladı.. (A.Şaiq). 



adi bax sadə 

adil bax ədalətli 

adilik bax sadəlik 

adlı bax adlı-sanlı

ADLI-SANLI {ad qazanmış adam) Qoca 

Mərdana  təzə  bağ  qonşusu  gəlmişdi.  Adlı- 



sanlı bestəkardı (X.Hasilova); ADLI [İskən- 

dər:] Dünyada ən adlı bir tacidardı; Dağları 

titrədən  ordusu  vardı  (A.Şaiq);  MƏŞHUR 

Elə məşhur bir ixtisas sahibinin nə üçün səhv 

etdiyini başa düşə bilmirdi? (Y.Əzimzadə); 

ŞÖHRƏTLİ [Səməd:] Onlar varlı, şöhrətli, 

böyük adamlardır (C.Cabbarlı); TANINMIŞ 

[Ferman] ölkənin məşhur, tanınmış qızı ile 

yarışa girmişdi (Ə.Sadıq); ALİŞAN (köhn.) 

Ey  Hesənbəy,  əmiri-alişan;  Elmi-hikmətdə 

saniyi-Loğman  (S.Ə.Şirvani);  NAMDAR 



(kl.əd.) [Qərib:] Haqq səni dünyada namdar 

eyləsin.. (“Aşıq Qərib”), 



adres bax ünvan

AD-SAN,  ŞÖHRƏT  Çalışma-vuruşma 

ad-san üçün sen; Şöhrət, layiq olsa tapacaq 

səni  (D.Nəsib);  AD  Uymaram  şöhrətə;  Nə 



ada mən (D.Nəsib); ŞAN Mən nə var-dövlət 

üçün; Nə şan, nə şöhrət üçün; Həsrət çəkmə­

yirəm bil (M.Rahim); SAN Nə isə, qardaşı­

nın adına, sanına da layiq deyildi ki, meymun 

oynatsın (N.Nərimanov); NÜFUZ {bax).

1. ADSIZ, NAMSIZ {adı olmayan)

2. adsız bax imzasız 

advokat bax vəkil 1 

ADYUTANT, YAVƏR 

aerobus bax təyyarə

AERODROM Budur, biz artıq aerodrom­

dayıq  (M.Hüseyn);  AEROPORT  [Valeh:] 

Aeroportdan gəlirik.. (İ.Əfəndiyev); AERO- 

MEYDAN  Küçə!  Bayır!  Meydan!  Dörd 

motorlu uçaq! Aeromeydan! (R.Rza); TƏY­



YARƏ MEYDANI (LİMANI) Rəfiqə qa­

pıdan çıxdı. Evlərinin tinindəki dayanacaqda 

taksiyə əyləşib şoferdən təyyarə meydanına 

sürməyi xahiş etdi (H. Abbaszadə); Təyyarə­

nin yerə enməyinə bir saat qalmışdı. Təyyarə 

limanına getməyi qərara aldı (M.Rahim). 

aeromeydan bax aerodrom 

aeroplan bax təyyarə 

aeroplançı bax təyyarəçi 

aeroport bax aerodrom 

AFƏRİN, ƏHSƏN {tərif ifadə edir) Eşq 

olsun,  ay  xanım,  afərin,  əhsən  (M.Rahim); 



BƏRƏKALLA(H)  [Püstəbanu  bəyim:]  Ha 

qoçaq, ha qoçaq, barakallah, afərin! (N.Ve- 

zirov); MAŞALLA(H) [Nəsrulla:] Bərəkalla, 

xanım  qız,  maşalla  xanım  qız  (M.S.Ordu- 

badi); MƏRHƏBA Hər tərəfdən - Mərhəba 

turanlılar! Əhsən turanlılar! Afərin turanlılar! 

- səsi meydanı ağzına aldı (M.S.Ordubadi); 

YAŞA  [Koxa:]  Mətləb  üstə  gəldin,  afərin, 

yaşa  (S.Rüstəm). 

afət  bax fəlakət 

affıks bax şəkilçi 1 

afişa bax elan 

afiyət bax sağlamlıq 

aftab bax güneş

AFTAFA/AFTABA  {su  üçün  lüləkli  və 

qulplu qab) Nənəxanım suyu gətirib, afta­

fada  küncə  qoydu  və  palazları  geri  qatladı 

(Çəmənzəminli); LÜLƏYİN {dan.) [Molla 

Salman:] Nuru, sənin qiyasma görə mən gə­

rək  Qanın  olaydım;  bəs  mən  niyə  bir  həsir 

və lüləyindən qeyri bir zada malik deyiləm?! 

(M.F.Axundzadə). 



agah bax xəbərdar 

agent bax 1. casus; 2. müvəkkil 

agentlik bax 1. casusluq; 2. müvəkkillik

1. 

AĞ {rəng) Ağ köpək, qara köpək, ikisi 

də köpəkdir (Ata. sözü); BƏYAZ/BAYAZ 



{şair.)  Buludlar,  buludlar,  bəyaz  buludlar 

(M.Rahim); SÜDRƏNGİ Qayanın böyür-



14




Ağca

lərini deyirdin bəs südrəngi sapla tikmişdi­

lər (M.Aslan).

2. ağ bax kəfən

3. ağ bax döşəkağı



4. ağ bax çal

1. AGA (köhn.) (hakim istismarçı siniflərə 



mənsub adamAğanın dediyinə gərək din­

məz-söyləməz  əməl  eləyəsən  (Ə.Vəliyev); 



BƏY Bəyin tapşırığını sözsüz-sovsuz yerinə 

yetirərsən (Ə.Vəliyev); MÜLKƏDAR (bax); 



ZADƏGAN (bax).

2.  AĞA Sən ağa, mən ağa, inəkləri kim 

sağa?!  (Ata.  sözü);  BƏY  (məc.)  Dərə  xəl­

vət,  tülkü  bəy  (Ata.  sözü);  ALLAH  (məc.) 

[Tacir:]  Mən  Qacar  nəsliyəm,  şahlar  şahı­

yam;  Mən  də  yer  üzünün  bir  allahıyam 

(S.Vurğun); HAKİM, SAHİBKAR (bax).

3. ağa bax cənab

1. AĞAC (köhn.) (Təxminən 5-7 kilometrə 

bərabər məsafə ölçüsü) [Kərim baba:] Kənd 

ilə  pələngin  arası  təxminən  bir  ağac  olardı 

(A.Şaiq); FƏRSƏNG/FƏRSƏX [Odabaşı:] 

Şəhərdən on-on beş fərsəng kənara sağ-sol 

göz işlədikcə ağanın əmlakı idi (Ə.Haqver- 

diyev).


2. ağac bax əsa 

ağacdeşən bax ağacdələn 

AĞACDƏLƏN (zool., quş) Hardasa taq-

qataqla; Ağacdələn ağac dəlir (M.Rzaqulu- 

zadə); DƏLƏYƏN Uşaqlıqda ağaclara dır­

maşıb  dələyən  balaları  çıxardığı  irigövdəli 

palıd  ağaclarının  dövrəsində  dolanacaqdır 

(S.Rəlıimov); AĞACDEŞƏN (dial.). 



ağagörməz bax abasbeyi 

ağalanmaq bax yiyələnmək 

AĞAPPAQ (tamamilə ağ) Mizə dirsəklə­

nən Davud əvvəl qolundakı saata, sonra ota­

ğın  qar  kimi  ağappaq  divarında  taqqataqla 

işləyən xoruzlu saata baxdı (H.Abbaszadə); 



BƏMBƏYAZ  Simaş  bəmbəyaz  olmuşdu, 

gözləri dərinliyə düşmüşdü.. (M.İbrahimov); 



DÜMAĞ Soldatın rəngi dümağ oldu (M.Hü- 

seyn); QAR KİMİ Murad cavan bir oğlan­

dır, gur saçları qar kimi; Keşməkeşde ağart­

mışdır aqil atalar kimi (M.Rahim).



AĞARANTI (süd məhsulu) Sabah, birisi 

gün uşaqların ağarantısı da çıxacaqdır (Mir 

Cəlal); AĞARTI Ana., həmişə bir-iki sağ­

mal inəyə sahib olmuş, uşaqlarını ağartıdan 

korluq çəkməyə qoymamışdı (S.Rəhimov).

1. AĞARMAQ, BƏYAZLANMAQ (ağ 

rəng almaq)

2. AĞARMAQ (saç, saqqal və başa dən 

düşmək) O, indi artıq qocaldığından saçı, saq­

qalı  ağarmış,  çalışmaq  qabiliyyətini  xeyli 

itirmiş  olduğundan  ağır  işləri  oğlu  Səfərə 

buraxmış,  özü  bir  az  istirahətə  başlamışdı 

(A.Şaiq);  ÇALLAŞMAQ/ÇALLANMAQ 

İndi Rüstəmin qara gur saçları çoxdan sey-

!  reklənmiş  və  çallaşmışdı  (M.İbrahimov); 

DƏN  DÜŞMƏK  (fr.v.)  Saçıma  dən  düşsə, 

qoy düşsün, nə qəm (R.Rza).



3.  AĞARMAQ Xosrov onun kağız kimi 

ağardığını gördü və özünü irəli atdı..

| (M.İbrahimov); RƏNGİ SOLMAQ (QAÇ­



MAQ), SOLMAQ (bax). 

ağartı bax 1. ağarantı; 2. pudra 

ağbaş(lı) bax çalbaş(lı) 

ağbəxt bax xoşbəxt 

ağbəxtlik bax xoşbəxtlik 

AĞBƏNİZ(Lİ)  Uzunboy,  ağbəniz,  ala­

göz Gülbadamı qız ikən kənddə çox adam­

lar  istəyirdi  (N.Nerimanov);  Abbas  uzun 

,  boylu,  nazik  bədən,  ağbənizli..  bir  uşaq  idi 

(S.S.Axundov); AĞSİFƏT(Lİ) Yanında təzə 

kostyum geyinmiş, qıvrımsaçlı, ağsifətli, dol­

ğun bir gənc dururdu (M.Hüseyn); AĞÜZLÜ 

Olya hündürboylu, uzunsaçlı, ağüzlü, xumar­

gözlü ve dolu bədənli bir qız idi (Q.İlkin).

L  AĞBİRÇƏK(Lİ)  (yaşlı  qadın  haq­

qında)  [Fatma:]  Elə  eləmə  ki,  bu  ağbirçək 

vaxtımda küçələrə düşüm, ona-buna əl açıb, 

dilənim (H.Abbaszadə); QOCA O [Fatma] 

..düşünürdü  ki,  Bakıda,  Ali  Məhkəmədən 

hakimin qoca anaya ürəyi yanacaq (H.Abbas­

zadə).


2. AĞBİRÇƏK, AĞCANƏNƏ (dan.) 

(evin, ailənin ən yaşlı və hörmətli qadını) 

Evin ağbirçəyi Nübar., tündməcaz, dargöz 

və deyingən bir qarı idi (S.Rəhimov). 

ağca bax 1. pul; 2. pulcuq

15



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə