LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə9/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   5   6   7   8   9   10   11   12   ...   216

Araçı

Arxaik

sız  olurdu  (M.S.Ordubadi);  GAHBAGAH 

Aşiqəm  dərdimendə;  Dərd  dedim  dərdi- 

mendə;  Gah  dərd  məni  aparır;  Gahbagah 

dərdi  men  de  (Bayatı);  GAH-GAH  Açaq 

üzdən, gözdən tamam niqabi; Gah-gah içib 

sərxoş olaq şərabı (M.P.Vaqif); HƏRDƏN­

BİR  [Leyla:]  Yenə  etibarlıdır,  hərdənbir 

məktub-zad  yazır..  (B.Bayramov);  NÜD- 



RƏTƏN Alış-veriş nüdrətən olur (Ə.Haq­

verdiyev).



araçı bax vasitəçi 

araçılıq bax vasitəçilik 

ARAHƏKIMİ (təhsilsiz, qeyri-elmi üsul­

larla müalicə edən adam) Gülbacı arahəkimi 

idi (H.Abbaszade); TÜRKƏÇARƏ Həkim­

lərə  verməyə  pulu  olmayan  məhəllə  kasıb- 

kusubunu türkəçarə ilə ucuz qiymətə müa­

licə eləyirdi (H.Abbaszade). 

araqarışdıran bax fitnəkar 

ARAQÇIN (üstü zərli baş geyimi) Başında 

göy araqçın; Duruşunda əzəmət (B. Vahab­

zadə);  TƏSƏK  (toxunmuş  və  ya  parçadan 

tikilmiş  araqçın)  Başında  bir  kirli,  bir  əski 

təsək;  Dünyada  qazancı  bir  budur  desək... 

(S.Vurğun).



1. aralanmaq bax ayrılmaq I

2. aralanmaq bax çatlamaq

3. aralanmaq bax uzaqlaşmaq 

aralaşdırmaq bax uzaqlaşdırmaq 1

1. ARALI (bir az açıq), YARIQAPALI, 

YARIÖRTÜLÜ

2. aralı bax uzaq



ARALIQ,  ARA,  ORTA,  ORTALIQ, 

MİYAN

aramaq bax axtarmaq

aram-aram bax yavaş-yavaş 

aramla bax yavaş

L  ARAMSIZ  Göz  yaşları  aramsız  axan 

Natəvan  dayana-dayana  sözlərini  deyirdi 

(H.Abbaszadə); BİLAARAM ..qaragöz şo­

fer bilaaram öz istəklisi və bu səfərdən ona 

edəcəyi  söhbətlər  haqqında  düşünürdü 

(İ.Əfəndiyev); 



BİARAM 

Oturub  yan-yana 

beş-altı  adam;  Danışırlar  qəzəblə  biaram 

(S.Rüstəm).



2. aramsız bax səbirsizliklə, səbirsiz

3. aramsız bax dalbadal; birbaşa



4. aramsız bax narahat 

aran bax düzəngah

ARANMAQ Orda hər şey alm təri və 

zəhmətdən yaranardı; Yaşamaqçm ən mü­

qəddəs, təmiz yollar aranardı (M.Dilbazi); 

AXTARILMAQ Alman komandanlığının 

əmrinə görə, bütün evlər, zirzəmilər axtarı­



lırdı (M.Hüseyn). 

ara-sıra bax arabir

L ARAŞDIRMAQ, TƏDQİQ ETMƏK, 

TƏHLİL ETMƏK 

2. araşdırmaq bax axtarmaq 

araşmaq bax axtarmaq 

ARAYIŞ, SƏNƏD (yazılı məlumat) 

arayiş bax bəzək 

arbitr bax hakim 1

ARDIC (bot.) (ağac) Qəmər ardıcın yaşıl 

qanadlarına  baxdı..  (S.Rəhimov);  ƏR-ƏR 

[Əbülhesən  bəy:]  Ətrafında  ər-ər  ağacları 

düzülmüş  geniş  xiyabanda  bir  neçə  dəqiqə 

yol getdik (M.S.Ordubadi).

ARX  Çinar  altı,  arx  kənan;  Axar  sular 

nəğmə deyir (M.Rahim); CU (kl.əd.) Sərvət, 

dilərəm  yanımda  bir  cu;  Gülzari-cemalimə 

gərək su (Xetayi); QAC (məh.) Gəl yoldaş, 

çalışaq,  eyləyək  birlik;  Arada  xəndək,  qac 

daha  olmasın  (Miskin  Əli);  QANOV  “Ji- 

quli”nin  altından  tozlu  sel  axıb  darvazanın 

qırağındakı qanova tökülürdü (H.Abbaszadə).



1. ARXA Tutulanların ikisinin arxasında 

iri  şələ  vardı  (Ə.Vəliyev);  BEL  Yasavul 

əyilmiş  belini  düzəltməyə  çalışaraq,  “mən 

tapmışam” - dedi (S.Rəhimov); DAL Şah­

mar  zülfü  dal  gərdəndə  ilantək;  Hərdən 

tərpənəndə  bulunmaq  gərək  (M.P.Vaqif); 



KÜRƏK  O,  hərdən  Cebini  kürəyinə  alır, 

gəzdirir, bezi günlər axşama qədər yerə qoy­

mur.. (S.Rəhimov); MİYAN (kl.əd.) Miya- 

nında  saçın  ucun  hörməyi;  Bütün  dünyada 

bu yan sevmişəm (M.P.Vaqif).

2. arxa bax kömək, havadar 

ARXAİK (dilç.), QƏDİM, KÖHNƏL­

MİŞ (arxaik sözlər) Müxtəlif tarixi, iqtisadi

26



Arxalanmaq

Aristokrat

səbəblər  nəticəsində  bəzi  söz  ve  ifadələr 

dildə  işlənməkdən  çıxır.  Belə  sözlər  köh­

nəlmiş və ya arxaik sözlər adlanır (N.Məm- 

mədov,  A.Axundov);  KÖHNƏ  Köhnə, 

doğma sözləri; Bircə-bircə yazırıq; Onların 

dəftərində (Ə.Kərim).



ARXALANMAQ  [Tahir:]  Fərəc de ha­

zırlıq edir, çünki dalında adamı var, o Səb- 

zəliyevə  arxalanır  (Anar);  GÜVƏNMƏK 

Xalqıma güvənib, arxalanmışam; Arxamda 

alınmaz  minbir  qala  var  (H.Hüseynzadə); 

BEL BAĞLAMAQ (fr.v.) ...Azadlıq uğrunda 

vuruşmalara; Sənə bel bağlayıb girmişəm.. 

(M.Rahim); ÖYÜNMƏK Qovğa günü öyün- 

düyüm nər dəlilər yerindəmi? (“Koroğlu”).

L  ARXAYIN,  ARXAYINCA,  DİNC, 

ƏMİN,  XATİRCƏM,  QAYĞISIZ,  RA­

HAT, SAKİT

2. arxayın bax asudə

3. arxayın bax əmin 1 

ARXAYINLAŞMAQ [Qəndab:] Mən bu

qədər arxayınlaşdımsa da ürəyimin çırpıntısı 

azalmadı (B.Bayramov); ARAM OLMAQ 

[Molla Qafar:] Kerbelayı, bir aram ol (S.Re- 

himov); ARXAYIN OLMAQ Mahmud ar­

xayın  ola  biləcəyini  yəqin  etdi  (Ə.Əbül- 

həsən);  ƏMİN  OLMAQ  Qəlbim,  ürəyim 

də  əmin  ol  safdır;  Neyləyim  ki,  fələk  çox 

biinsafdır (Ə.Cavad); XATİRCƏM Bir ya­

xın  gəlmədi,  bilməm,  necə  xatircəm  olum; 

Çox  kəmənd  atmışam  ol  zülfi-pərişanım 

üçün (Ə.Vahid); RAHAT OLMAQ [Pəri:] 

Bir növ ilə Saranı da bu evdən çıxara bilsəy­

dim, onda daha rahat olardım (C.Cabbarlı).

ARXAYINLIQ, ASUDƏLİK, DİNC­

LİK, XATİRCƏMLİK, RAHATLIQ, 

SAKİTLİK (bax) 

arxitektor bax memar 

arxitektorluq bax memarlıq

I ARI Birdən onun [ayının] lap yanından; 

Vız-z-z!  -  edib  bir  an  keçdi  (M.Rahim); 



ZƏNBUR (kl.əd.) Hər bir çiçək üstə qondu 

zənbur;  Döşürməyə  çıxdı  danesin  mur 

(Xetayi).



II arı bax təmiz 1

ARIQ Uzunboy, arıq zabit möhkəm ge­

yinmişsə  də  dişi  dişinə  dəyir  və  şaqqılda- 

yırdı  (S.Rəhimov);  CANSIZ  (dan.)  Emma 

cansız, arıq, nazik, lətif bir alman qadını idi 

(E.Sultanov);  CILIZ  (dan.)  Şahpəleng  ne 

düşündüsə dilənçi qızı içəri çağırdı, bu, qa­

raçı uşağına oxşar balacaboylu, cılız, qaraya­

nız  bir  qız  uşağı  idi  (M.İbrahimov);  ÇƏ­

LİMSİZ  (dan.)  [Vahid:]  Hencəri,  xanım, 

deyəsən  geyimin  necədirsə,  tərpənişin  de 

elədir;  çəlimsiz,  yaraşıqsız  (M.İbrahimov); 

ƏTSİZ [Quş] ..qarının ətsiz barmaqları ara­

sından  çıxa  bilmədi  (M.Hüseyn);  QAYIŞ- 



BALDIR (qıçları nazik) Mən də o meydan­

larda vuruşanlardan biri; Men də o ölməz­

lərin 

qayışbaldır  şairi  (S.Rüstəm);  SISQA 

(dan.) [Qəndab:] Onların yanında doğrudan 

da  sısqa  uşağa  oxşayırdım  (B.Bayramov); 

SKELET (məc.) Analar skeletdir aclıqdan! 

Dözə bilməz bu derdə hər insan (S.Rüstəm); 



SÜDDƏN YANIQ Gülo üç aylıqdan anasını 

itirmiş  ve  süddən  yanıq  qalmışdı  (S.Rəhi­

mov); ZƏİF (xəstəlikdən arıq) [Hacı Mehdi:] 

And olsun Allaha, vuraram, zəif, cansız canın 

çıxar (Ə.Haqverdiyev).

ARIQLAMAQ  Bir  saatın  ərzində  arıq- 

lamış, balacalanmış, ordları batmış, gözləri 

çuxura  düşmüş  Gülebetinə  baxan  ananın 

ürəyi tel-tel oldu (M.İbrahimov); BİR DƏRİ, 

BİR  SÜMÜK  OLMAQ  (fr.v.)  [Kazım:] 

Aşna, bir dəri, bir sümük olmusan ki... (Çə­

mənzəminli);  DÜŞKÜNLƏMƏK  (dan.) 

[Xosrovun atası] xeyli diişkünləmişdi (M.İb­

rahimov); QUPQURU QURUMAQ (məc.) 

(həddindən çox arıqlamaq) [Ələsgər:] İkinci 

arvadı  al,  bir  gün  olar  hərəsi  bir  tərəfdən 

ağızlarını  açıb  ac  qurd  kimi  seni  yeyərlər, 

qupquru  quruyarsan..  (Ə.Haqverdiyev); 

SINIXMAQ (dan.) Həmid anasım qucağına 

götürdü, arvad necə də sınıxmışdı.. (H.Abbas­

zadə);  ZƏİFLƏMƏK  (dan.)  [Zərif]  Göz 

qapaqlarını qaldıra bilmirdi. Çox zəifləmişdi 

(Ə.Kərim).

ari bax 1. bəli; 2. çılpaq 1; 3. məhrum

aristokrat bax zadəgan

27



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə