LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə11/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   7   8   9   10   11   12   13   14   ...   216

Asi

Aşkar

asi bax 1. üsyançı; 2. günahkar 1 

asiləndirmək bax hiddətləndirmək 

asiman bax göy I 

asimani bax təmiz 1 

asket bax guşənişin 

asqı bax paltarasan 1 

ASQIRIQ Adam üzünü silib dəsmalı ci­

binə qoymamış Salman kişinin yeni asqırıq 

yaylımı başlayır (R.Rza); SƏBİR Ta gəlirik 

biz də bir az anlayaq; Məhzəri-irfanda vurur 

tək səbir (M.Ə.Sabir); ASQIRTI.

ASQIRMAQ Xəstəxanaya çatanacan o 

nə öskürdü, nə də asqırdı (Mir Cəlal); SƏ­



BİR GƏTİRMƏK (VURMAQ) Arvad 

qanov qırağı ilə gedirdi, birdən səbir gətirdi 

(“Qaraqaşın nağılı”), 

asqırtı bax asqırıq 

aslan bax 1. şir; 2. igid

1. ASMAQ Qudurğan hitlerçilər; ..kəndli­

lərdən; Asmışdılar üç nəfər (M.Rzaquluzadə); 



DAR AĞACINA ÇƏKMƏK [Fəxrəddin:]

..Günahsız qardaşlarımızı və əziz vətəndaş­

larımızı dar ağacına çekmişdilər (M.S.Ordu­

badi); DARA ÇƏKMƏK [Fəxrəddin:] Əmir 

İnancı  da,  onun  vəziri  Toxtamışı  da  dara 

çəkdilər (M.S.Ordubadi); EDAM ETMƏK 

[Səfiyə:] ..Fləbs olunanların hamısını edam 



etmişdilər (M.S.Ordubadi).

2. ASMAQ, QARMAĞA KEÇİRMƏK

3. asmaq bax sərmək 2 

asta bax yavaş 

asta-asta bax yavaş-yavaş 

ASTANA (qapının girəcəyi) [Güləbetin]

tez  dönüb  içəri  girmək  istəyəndə  astanada 

arıq, uzunboylu atası ile qarşılaşdı... (M.İb­

rahimov); GİRƏCƏK Ziynet qayıtdı, girə­



cəkdə  dayandı  (B.Bayramov);  KANDAR 

..Mümtaz  Mötebərov  qardaşların  bir-birini 

duz kimi yaladıqlarını görəndə, dümağ ağardı 

və qəfildən qapınm kandarında üzüstə sərildi 

(M.Hüseyn);  QAPININ  AĞZI  Şahnigar 

gözü alışana qədər qapının ağzında dayandı 

(İ.Şıxlı).

astma bax sinəgirlik 

astronavt bax kosmonavt 

astronavtika bax kosmonavtika

ASUDƏ Alır asudə nəfəs; Bax, bu məhəb­

bət, bu həvəs (S.Rüstəm); ARXAYIN(CA) 

Otuz-qırx addımlıqda iki atlı arxayınca söh­

bət  edərək  gəlirdi  (Çəmənzəminli);  DİNC 

Elə ki azacıq dinc olur yerim; İstəsəm gecə­

dən bir çimir dadam... (M.Araz); Ac başım, 



dinc başım, səbr, təvəkkül; Çırpınmaq bilmə­

yən xəstə bir könül... (M.Müşfiq); RAHAT 



Rahat nəfəs çəkə bilmir uyquda (A.Sehhət).

ASUDƏLİK  [Əli:]  Aşna,  dərvişlikde  de 

asudəlik yoxmuş (Çəmənzəminli); ARXA­

YINLIQ Lakin arxayınlıq şəraitində nə qə­

dər olsa belə, en xırda şey... əsgəri narahat 

edir  (Ə.Əbülhəsən);  AZADLIQ,  DİNC­

LİK,  RAHATLIQ  Uşaqlığım,  gəncliyim; 

rahatlığım, dincliyim; Menim Azadlığımdır 

(B.Vahabzadə), 



aş bax 1. plov; 2. xörək 

aşçı bax aşpaz 

aşxana bax yeməkxana 

AŞIQ  (sazla  çalıb  oxuyan,  həm  də  söz 

qoşan şair) Aşıq, bu yerləri sən xəbər alsan

Ayıldı  dünyanın  şöhrəti  insan  (S.Vurğun); 



OZAN (arx.) [Dedə Qorqud:] Ata ayağı iti, 

ozan dili çevik olar (Anar); YANŞAQ (arx.) 

[Cəfər Paşa Koroğluya:] Yanşaq, indi de sən 

özün kimsən? Kimin yanşağısan? (“Koroğlu”).

AŞIRIM (dağın aşılacaq yeri) Orxan ya­

macı qalxıb, aşırımın üstündə dayandı. Dağın 

o  biri  ətəyinə  səpələnmiş  naxırı  gördü 

(İ.Məlikzadə);  GƏDİK  Dəvə  boynu  kimi 

əyri  dağ  gədiklərini  Murad  dəfələrlə  Əzizə 

tərifləmişdir (Ə.Veliyev).



1. AŞIRMAQ, ÇEVİRMƏK, YIXMAQ

2. aşırmaq bax yemək 1 

aşiq bax vurğun 

aşiyan bax yuva 1

AŞKAR (gizli olmayan) [Hatemxan:] Bu 

ki hamıdan qabaq senə aşkardır (S.Rəhimov); 



AÇIQ Nədir günahınız, açıq danışm; Üstümə 

qayıdan  yazılarım,  siz!  (M.Araz);  AÇIQ- 



AŞKAR  [Musa:]  Görürəm  ki,  açıq-aşkar 

özbaşınalıq edir (B.Bayramov); AYDIN [iran 

qızı:] indi de oğluna mehz Ulduzu namizəd 

seçməsinin səbəbi mənə aydın idi (M.İbra­

himov); BARİZ Atanın bu xüsusiyyətləri

30



qızı ilə qarşılaşdığı zaman daha bariz bir şə­

kildə meydana çıxır (M. Arif); BƏLLİ [1-ci 

kəndli:]  Dinirik  cəza,  dinmirik cəza.  Bizim 

sözümüz bəllidir (M.F.Axundzade); ƏYAN 

[Zəki  Əfəndi:]  Əgər  yaxşı  yazdın  və  sənin 

ləyaqətin bizə aşkar və əyan oldu... (C.Məm- 

mədquluzadə); MƏLUM [Nurmohəmməd:] 

Belə isə cəsarət edib soruşuram: bir yolun ki

indiki  şəraitdə  heç  bir yerə  çıxmadığı  mə­

lumdur,  o  yol  ilə  getməyin  ki  xeyri  nədir? 

(M.İbrahimov); NÜMAYAN (kl.əd.) Tavus 

kimi cilvələnir o canan; Göz önündə dərhal 

olur 


nümayan  (A.Şaiq);  VAZEH  [Vəzir:] 

Qərəzin  budur  ki,  mən  mətləbi  vazeh  açıb 

sənə  danışam  (M.F.Axundzadə);  ZAHİR 

Tahir, zahir hünərlərin var; Bahir, zahir sə- 

mərlerin var (M.Ə.Sabir), 

aşna bax 1. dost; 2. oynaş 

aşnabaz bax arvadbaz 

aşnabazlıq bax arvadbazlıq; eşqbazlıq 

aşnalaşmaq bax dostlaşmaq 

AŞPAZ  Noxudu  bozbaşa  salanda  aşpazı 

qoyub axund ilə məsləhət eləyirik (C.Məm- 

mədquluzadə); AŞÇI Aşçı Nataşa borş gə­

tirdi..  (Çəmənzəminli);  XÖRƏKBİŞİRƏN 

Gecənin  qaranlığında  şəfəqlər  oynaşır,  çu­

qun qazanlarda xörəkbişirənlərin kölgəsi bir 

nəhəng kimi uzanıb zəmilərin ortasında gə­

zişirdi (İ.Şıxlı).



aşpazxana bax mətbəx 

aşüftə bax pərişan 1 

aşüftəhal bax pərişan 1 

aşüftəlik bax pərişanlıq 

AT (ev heyvanı) Göy ot xımırtladan atların 

fınxırtısmdan  və  gecə  böcəklərinin  həzin 

səslərindən başqa heç nə eşidilmirdi (İ.Şıxlı); 

MADYAN (dişi at) Oruc ata yanaşmaq, tut­

maq  istədi.  Lakin  madyan  fınxırıb  dərhal 

aralandı  (Q.Xəlilov);  SƏMƏND  Deyirsən 

deməli  şikəstdir  sənin;  Məhəbbət  yolunda 

mindiyin səmənd (Ə.Kürçaylı).

ATA,  DƏDƏ  “Soyuqluq”  sözünün  mə­

nasını hələ də başa düşməyən Qaraş, bir dəfə 



dədəsindən  xəbər  aldı,  atasının  əvəzindən 

anası cavab verdi (Ə.Vəliyev); PAPA (dan.) 



Papam da mamama həmişə Mila xanım de-

Aşna

yir (Ə.Qasımov); PƏDƏR (kl.əd.) Bihörmot 

olubdur pədərə pəser; Yüzdə biri yaxşı olur 

ittifaq  (Q.Zakir);  VALİD  (kl.əd.)  Madər- 

ləriniz  etdi  sizə  mehrü  məhəbbət;  Ağuşi- 

şəfəqqətdə  sizi  bəslədi  rahət;  Validləriniz 

xərcinizə etdi kefalət... (M.Ə.Sabir), 

ata-ana bax valideyn 

ata-anasız bax yetim 

ATA-BABA  (nəslin  ilk  baniləri)  Lakin 

Xalıqovun  ləqəbi  ata-babasının  əlden-ele 

keçən peşəsi ilə əlaqədardır (B.Bayramov); 

ABAVÜ  ƏCDAD  [Həmzə:]  Adə,  ay  şey­

tan oğlu şeytan, ürəyim düşdü ki, vay sənin 



abavü əcdadın gorbagor olsun (C.Cabbarlı); 

DƏDƏ-BABA Bunlar dədə-baba ayran ta­

panda çörək, çörək tapanda ayran tapmazlar 

(S.Rəhimov);  ƏCDAD  [Qürbət  Kərim:] 

Ondan tək mən qorxmuram, Allah göstermə­

sin, elinə girəvə düşsə, əcdadımızı qəbirdən 

çıxardar (M.Hüseyn); ABA. 



atabaxan bax mehtər 

ata-baba  bax  dədə-baba 

ATALI, DƏDƏLİ (atası olan)

ATALIQ  (həqiqi  atanın  əksi)  ..Məleykə 

bütün əhvalatı açıb Könülə danışdı, məlum 

oldu  ki,  təqsir  atalığındadır  (X.Hasilova); 

DƏDƏLİK Amma Nəcəfqulunu da hərdən 

bir  döyərdim  ve  bu  da  qaçardı  dədəliyinə 

şikayətə  (C.Məmmədquluzadə);  ÖGEY 

ATA Şərifin doğma atası da, ögey atası da 

müharibədə həlak olmuş, anası xərçəng xəs­

təliyindən ölmüşdü (Ə.Kərim). 

ataman bax dəstəbaşı 

ATASIZ, DƏDƏSİZ (atası olmayan) 

atçapan bax minici 1 

atdanmaq bax döyünmək 

ateist bax allahsız 1 

ateizm bax allahsızlıq 

atəş bax od

ATƏŞBAZLIQ  (fişənglərlə  keçirilən 

şənlik) Bəli, bu gecə kənddə; Atəşbazlıq ola­

caq  (M.Rzaquluzadə);  ATƏŞFƏŞANLIQ 

Qaynaq  şamlarının  gözqamaşdırıcı  qığıl­

cımları  ətrafa  sıçradıqca,  bayram  günləri 

düzələn atəşfəşanlığı xatırlayırdı (Əlizadə); 



FİŞƏNGBAZLIQ.

Atəşbazlıq

31



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə