LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə8/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   4   5   6   7   8   9   10   11   ...   216

Amnistiya

Anlamaq

fəqət  əvəzində  altun  alırsınız  (C.Cabbarlı); 

LAKİN İzzət qarı obaya yaxınlaşıb dincini 

almaq istədisə də, lakin üfüqdə qızartı işarəsi 

görüb  fikrini  dəyişdi  (Ə.Memmədxanlı); 

LEYK  (kl.əd.)  Leyk  dövri-zəmanə  eylədi 

ğədr;  Kim,  sənə  layiqincə  qoymadı  qədr 

(A.Səhhet); VƏLİ (köhn.) Diridirlər əgərçi 

surətdə; Ölüdürlər, vəli, həqiqətdə (A. Səh­

hət).

amnistiya bax əfV-ümumi

AN (ən cüzi vaxt, zaman) Gözünü uşaq­

dan, anadan bir an; Ayıra bilmirdi Növrəstə 

qarı (R.Rza); DƏM [Malik:] Amma nə şirin 

dəmlər idi.. (A.Şaiq); LƏHZƏ Xəlqe ağzin 

sirrini hərdəm qılır izhar söz; Bu sirdir kim

olur hər ləhzə yoxdan var söz (Füzuli).

ANA  [Pərviz:]  Anam  mənim  sözümə 

inanmayıb  çantama  baxdı  (M.İbrahimov); 



CİCİ (dial.) [Muxtar:] Ay cici, sən burada 

neyləyirsən?  (M.Hüseyn);  MADƏR  (arx.) 

Didə  məxmur,  özü  misli-mələk;  Madəri 

onda  edər  böylə  dilək (A.Səhhət); MAMA 



(dan.) [Zeynal:] Mamanı da maşına mindirə- 

cəm (I.Molikzadə); MƏMƏ (məh.) [Yaşar:] 



Məmə, bu kaftar meni çox incidəcək? (S.Reh- 

man);  NƏNƏ  (dan.)  [Güləbətin:]  Həmzə 

necədir,  nənə,  işləri  yaxşıdırım?  (M.İbra­

himov); VALİDƏ (arx.) Validəsi oğurluğu 

anladı;  Yavrusunu  nə  qarğıdı,  nə  danladı 

(A.Səhhət).



anadandoğma bax anadangəlmə 1

1.  ANADANGƏLMƏ  (lap  doğulandan 

xas olan) Əlbəttə, bu hisslər onun ürəyində 

anadangəlmə deyildi (M.İbrahimov); ANA­

DANDOĞMA (Kerbelayı Qədim:] ..on beş 

yaşında,  anadandoğma  kor  oğlunu  gətirib 

yıxdı məscidin qapısına (Ə.Haqverdiyev).

2. anadangəlmə bax 



1

fitri; 2. çılpaq 



1

3. anadangəlmə bax çılpaq 1

ANAKONDA (ilan), SU UDAVI A.Uel-

lesin  verdiyi  melumata  görə,  Sen  Con  adlı 

bir tədqiqatçı Cənubi Amerikanın Kaliman- 

tan  (Borneo)  adasında rast  gəldiyi anakon- 



danın  (su  udavı)  uzunluğu  7  metrdən  artıq 

olmuşdur (“Elm və həyat”).



1. ANALIQ (ana vəzifəsini görən) [Şam- 

xal] anasına haqq versə de atası ilə necə rəf­

tar  edəcəyini,  ona  nə  deyəcəyini,  evə  təzə 

gətirilmiş analığı ilə necə oturub-duracağını 

aydınlaşdıra bilmirdi (İ.Şıxlı); ÖGEY ANA 

(Əlibəy:) Bunda qalmamışdır nə namus, nə 

ar; Vəfasız olurmuş ögey analar (S. Vurğun).

2.  ANALIQ (ananın öz uşaqlarına olan 



münasibəti,  ana  vəzifəsi)  Cəmilənin  analıq 

vəzifəsi de vardır (S.Rəhimov); NƏNƏLİK 

[Hacı  Murad:]  Durub  təzədən  ona  nənəlik 

edə bilmərəm ki... (S.S.Axundov).



analiz bax təhlil 

anarxiya  bax  hərc-mərclik 

ANBAR (mal, məhsul və s. saxlamaq üçiin 

yer)  [Səfərəli  xan:]  Bənd-bərəni  bağlayıb, 

hər  yerdə  adamlar  qoydum  ki,  kəndlərdən 

şəhərə  ərzaq  buraxmasınlar,  hökumətə  la­

zımdır deyə başını bağlayıb anbarlara vur­

sunlar  (A.Şaiq);  BAZA  Daireittifaq  sədri 

Nemetullayev əmtəə bazasında olduğundan 

bu  səfərbərlikdə  qalmışdı  (S.Rəhimov); 

NƏMİ (məh.) Qəhrəman alaçıqdakı nəmidə 

gizləndi (Ə.Voliyev). 



ancaq bax amma

AND (bir şey haqqında verilən vəd, söz) 

Sevgi yollarında ucuz adlara; Yalan tövbə­

lərə,  yalan  andlara  (S.Rüstəm);  QƏSƏM 

Genə haman and və qəsəm, genə bir-birinin 

üstünə atmaq, gecə göz yaşı... (C.Məmmed- 

quluzadə); YƏMİN (köhni) Noldu söylə, o 



yəminlər, peymanlar? Ah, nə qeder riyakar- 

mış insanlar? (A.Şaiq). 



andır bax sovxa 

anektod bax lətifə I 

anış bax arzu

anlaq bax 1. düşüncə 1; 2. idrak; 3. şüur 

anlaqlı bax şüurlu 

anlaqsız bax şüursuz 

ANLAMAQ, QANMAQ, BAŞA DÜŞ­

MƏK  [Talıbxan:]  Veli,  sen  hərəkətsiz  daş 

üstündə oturub muşqurursan, ancaq qan, başa 



düş, anla ki, yerimək lazımdır (S.Rəhimov); 

BAŞ AÇMAQ Vəli yenə hadisələrdən baş 

açmırdı (Mir Cəlal); BAŞ ÇIXARMAQ

24


Anlamaz

Arabir

[Məhərrəm:]  Məgər sənin  işindən  men  baş 



çıxardıram?  (N.Vəzirov);  BAŞ  TAPMAQ 

[Süsən:]  Hə,  bağışlayımz,  baş  tapmadım 

(M.S.Ordubadi);  DƏRK  ETMƏK  Zeynal 

[Şərifənin]  nələr  dediyinə  və  nə  istədiyini 

eşidib  dərk  edə  bilməyirdi  (M.Hüseyn); 

DÜŞÜNMƏK Şirzad düşündü ki, Yarməm- 

mədi  bu  qədər  eybəcər  edən  qorxudur 

(M.İbrahimov); QAVRAMAQ [Mişa:] Ca­

van  oğlansan,  zehnin  itidi,  tez  qavrayırsan 

(H. Abbaszadə).

anlamaz bax qanmaz 

ANLAŞILMAZ  O,  yenə  müəmmalı  və 

anlaşılmaz 

sözlər 


danışmağa 

başladı 


(M.S.Ordubadi); QARANLIQ O hansı qa­

ranlıq məsələdir? (M.S.Ordubadi); QARI­

ŞIQ-DOLAŞIQ  Qarışıq-dolaşıq  yazıların 

içində kitabın adını tapa bilmədim (C.Məm­

mədquluzadə);  QARMA-QARIŞIQ  [Na­

rınc:] Gecə elə qarma-qarışıq yuxular gör­

müşəm  ki!  (M.İbrahimov);  QƏLİZ  [Mür- 

vət:] Elə de qəliz adı var ki... (H.Abbaszadə); 



MÜƏMMALI  [Zeynal:]  Ömrümdə  birinci 

dəfə idi ki, belə müəmmalı intizar çekirdim 

(B.Bayramov).

anlaşmaq bax razılaşmaq 

ANLATMAQ  Bu  xüsusda  müdirlə  gö­

rüşüb  əhvalatı  ətraflı  olaraq  ona  anlatdı 

(A.Şaiq);  AYDINLAŞDIRMAQ  Rasim 

Mirzecanlı bacısı oğlunun yaralanmasını xə­

bər verəndən sonra hakim mütləq məsələni 

aydınlaşdırmalı  idi  (H.Abbaszadə);  BAŞA 

SALMAQ  Bezi  kəndlərdə  kimin  lehinə, 

kimin  əleyhinə,  nəyə  qarşı  əl  qaldırmağı 



başa salmaq özü böyük hünər idi (Mir Cəlal); 

İZAH  ETMƏK  [Səlimə:]  Sonra  mən  bu 

üsulun  bütün  elmi  əsaslarını  izah  elədim 

(İ.Əfondiyev); QANDIRMAQ Necə təhlü­

kəli bir oyuna girişdiyini Rasimə qandırmaq 

mümkündür? (M.İbrahimov).

1. ANLAYIŞ, DƏRKETMƏ, DÜŞÜN­

MƏ, İDRAK {bax)

2. anlayış bax məfhum 

anmaq bax xatırlamaq 

anons bax elan

ansızın bax birdən 

anşlaq bax elan 

antaqonist bax zidd 

antaqonizm bax ziddiyyət 1 

ANTİK {ədəb.), QƏDİM, KÖHNƏ 

antiteza bax təzad 1 

antrakt bax fasilə 1 

aorta bax şahdamar

APARAT {tex.), ALƏT, CİHAZ, QURĞU

aparmaq bax daşımaq; 2. oğurlamaq; 

3. udmaq II

APTEK {dərman satan müəssisə) Nazim 

aptekdə  işləyirdi,  çox  təkəbbürlü  adamdı 

(S.Vəliyev);  ƏCZAXANA  Əczaxanaya 

getmək, həkim yanma yüyürmək, kətan is­

latmaq  və  sairə  (Ə.Haqverdiyev);  DƏR- 



MANXANA  {köhn.) Həkimlərin nüsxəsini 

heç dərmanxanaya aparmadım (Mir Cəlal); 



DAV AXANA {köhn.) Mahmud deruni alə­

minə  qərq  bir  halda  sol  küçəyə  döndü  və 



davaxanaya yaxınlaşdıqda dönüb dala baxdı 

(Çəmənzəminli).



APTEKÇİ {aptekdə dərman satan adam) 

Axırda aptekçinin ona yazığı gəlib, üstündə 

zəhər adı yazılmış bir şüşədə bir qədər gülab 

töküb  ona  [Züleyxaya]  verdi  (C.Cabbarlı); 



DAVAÇI Settarxandan sonra Əli davaçı ilə 

danışmağa  başladı  (A.Makulu);  ƏCZAÇI, 



FARMASEVT Bu nədir? Tüvk farmasevt- 

əczaçılarının  buraxılışı  (C.Məmmədqulu- 

zadə); PROVİZOR.



1. AR {utanılacaq şey) Məndə ar olsaydı 

ölmək  ixtiyar  etməzmidim?  (M.Ə.Sabir); 



AYIB  [Həpir:]  Mənə  ayıb  olardı  ki,  atam 

bu  qoca  vaxtında  güzəran  qeydi  çəkə  (Mir 

Cəlal).

2. ar bax həya, namus

ara bax 1. fasilə 2; 2. məsafə; 3. aralıq 

ARABİR [Yelena:] Zəki arabir bizi yad 

edir  (A.Şaiq);  ARA-SIRA  Binanın  kiçik 

dəhlizi və iclas otağı işdən-gücdən danışan 

və  ara-sıra  zarafat  edib  gülən  adamlarla 

dolmuşdu  (M.İbrahimov);  BƏZƏN  Qətibə 

bəzən  Hüsaməddindən  şübhələnir  və  onun 

Toğrul tərəfinə keçdiyini zənn edərək rabat-



25


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə