LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə12/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   8   9   10   11   12   13   14   15   ...   216

Aləşhftcoyl

ATƏŞBÖCƏYİ  (zool.)  (üst  qabığı  işıq 

saqim böcək) Körük çalındıqca kömür qıza­

rır,  dükan  qismən  işıqlanır,  ətrafa  minlərlə 

qığılcımlar,  qoralar  sıçrayır,  atəşböcəkləri 

kimi uçuşur.. (Ə.Cəfərzadə); ATƏŞQURDU 

İsti tərəflərin dəryalarında çox kiçik, şəfəqli 

heyvanlar - atəşqurdları olur (H.Zerdabi). 



atəşfəşanlıq bax atəşbazlıq 

ATƏŞGAH  (atəşpərəstlərin  ibadətgahı) 

Tam bu sırada solmaz atəşgah qapısında gö­

rünür (C.Cabbarlı); ATƏŞGƏDƏ [Odabaşı:] 

Bu  səbəbdən  də  hər  şəhərdə  və  kənddə  bir 

və ya bir neçə atəşgədə var idi (Ə.Haqver- 

diyev);  AZƏRGƏDƏ  (qəd.);  MƏBƏD- 



GAH (bax).

atəşgədə  bax  atəşgah,  məbedgah 

ATƏŞİ-HİCRAN Şirin göftarın, dür xə­

yalların;  Atəşi-hicran  ə  yan,  gedər  oldu 

(M.P. Vaqif); AYRILIQ ODU Ayrılıq oduna 

könül  dayanmaz  (M.Rahim);  HİCRAN 



ATƏŞİ Bizim bu dövranın yeni qızları; Hic­

ran atəşinə yanmasın gərək (S.Rüstəm).

1.  ATƏŞİN  (məc.),  ALOVLU,  COŞ­

QUN, EHTİRASLI, HƏRARƏTLİ, QIZ­

ĞIN, ODLU (atəşin salam, atəşin nitq və s.).

2. atəşin bax odlu 1 

atəşqurdu bax atəşböcəyi

ATICI (yaxşı tüfəng atan) [Koxa:] Əqlim 

var, başım var, deyiləm qanmaz; Mən də atı- 



cıyam, yaxşı qulaq as (S.Rüstəm); NİŞANÇI 

Dostadə  on  nəfər  əla  nişançı,  iki  do  şəfqət 

bacısı  vardı  (M.Hüseyn);  SNAYPER  (əla 

atıcı, yaxşı nişançı) Mahir snayper kimi, hə­

dəfini  həmişə;  sərrast  vurandır  Həsən 

(M.Rzaquluzadə). 

atılmaq bax hoppanmaq 

atil bax tənbəl 

atillik bax tənbəllik 

atlas bax xəritə

ATLI (ata minmiş adam) Dərənin o biri 

tayında yoxuşun başında bir atlı dayanmışdı 

(Ə.Məmmədxanlı); ÇAPAR Kəblə Bəybala 

çaparı  hörmətlə  qarşıladı  (H.Abbaszadə); 

MİNİCİ  At,  miııicini  tanıyar  (Ata.  sözü); 

SÜVARİ Süvarilər Tülkü təpəsindəki ca-

32

Avamlıq

maata çatarkən ikinci zurnaçılar dəstəsi fəa­

liyyətə başladı (A.Makulu). 

atmaq bax tullamaq 

atüstü bax tələsik, əlüstü 

AUDİTORİYA (ali məktəbdə), DƏRS 

OTAĞI, SİNİF (orta məktəbdə), ZAL 

auksion bax hərrac 

aul bax kənd

AVADANLIQ  (ev  şeyləri,  ev  əşyaları) 

Əldə  edilən  qab-qacağı,  yorğan-döşəyi, 

cecimi,  kilimçəni,  ümumən  bütün  balıqçı 

paltar-palazını,  bütün  bu  ev-eşik  deyilənin 



avadanlığım burdaca töküb uzaqlaşmaq, öz 

məliklərinin  həyatlarını  xilas  etmək  Mina- 

bəyim üçün ümdə şərtdən idi (S.Rəhimov); 

ABADANLIQ Ancaq mənə verilən üç ota­

ğın nə bir stol-kürsüsü vardı ki, üstündə otu­

rub yazı yazasan, nə de bir qeyri abadanlıq 

vardı  (C.Məmmədquluzado);  BARXANA 



(köhn.)  Hər  kəs  öz  barxanasını  alıb,  bir 

kənara  çəkilir  (Mir  Cəlal);  DİR-DİRRİK 

Belə  ki,  [Tükəzbanın]  ərinin  ölməyi  onun 

dir-dirriyinə  böyük  zərbə  vurmamışdır 

i  (B.Talıblı);  ƏŞYA  Evin  əşyasım  siyahıya 

almağa  başlarkən  mizin  üstündəki  qalın 

cildli  kitab  arasından  bir  məktub  tapdım 

(M.Hüseyn);  MÜXƏLLƏFAT  Şöbənin 

var-yoxunu,  evinin  müxəlləfatımn  hamısını 

satıb  xərc  etdilər,  heç  bir  əlac  olmadı 

(Ə.Haqverdiyev).



AVAM (geridə qalmış, oxumamış, savad- 

I  sız  adam)  [Məmməd  ağa:]  Avam  da  var, 

avam da. Amma bunlar kimi avam mən gör­

məmişəm  (N.Nərimanov);  ANLAMAZ  Al 

külüngü  öz-özünə  qəbir  qaz;  Ay  yazıq,  ey 

biçara, ey anlamaz (A.Səhhət); CAHİL [Xos­

rov:] Gördüm, ancaq o qədər müqəssir ol­

murdum. Çünki cahil idim (A.Şaiq); LAY- 



ƏLƏM  (arx.)  [Rüstəm  bəy:]  Ay  qız,  sen 

qıfılla, sən danışma, sən bu cür işləri anla­

mazsan,  çünki  sən  bir  heyvan  layələmsəıı! 

(Ü.Hacıbəyov);  NADAN  Rüstəm  bilmədi 

ki, nadan yanında; Ağıla nə hacət, gözə nə 

hacət (B.Vahabzadə).



AVAMLIQ [Ömər] Allahü əkbəravam­

lığa bax! (N.Nərimanov); CAHİLLİK [Mü-


nəvvər:]  Ancaq  meni  dilgir  eden  camaatın 

cahilliyidir  (M.S.Ordubadi);  CƏHALƏT 

İşıq saçdın boğman üçün qalm, qatı qaranlığı; 

İşıq saçdın məhv etmoyo cəhaləti, nadanlığı 

(M.Rahim);  QƏFLƏT  Din  yoxsullar  üçün 

bir tiryəkdir ki, onları həmişo qəflətdə saxla­

yıb oyanmalarına mane olmuşdur (S.S.Axun- 

dov);  GERİLİK  (dan.)  Həyatda  gördüyün 

geriliklərin; Demə ki, hamısı ənənədəndir!.. 

(B.Vahabzadə);  NADANLIQ  [Məmməd 

ağa:]  Nadanlıq  gözlərini  bir  mərtəbədə  kor 

edibdir  ki,  namümkündür  söz,  nəsihət  ilə 

bunlara bir şey qandırasan (N.Nerimanov). 

avantüra bax macəra 

avantüraçı bax macəraçı; şarlatan 

avantürist bax macəraçı 

AVAR Şamil bütün qüvvəti ilə avar çə­

kərək, qayığı gölün o biri sahilinə doğru sü­

rürdü  (A.Şaiq);  KÜRƏK  [Zemigar  xanım] 

oğlunu tanıdı. Şamxal qabaqda oturub kürək 

çəkirdi (İ.Şıxlı).

1. AVARA (heç bir işlə məşğul olmayan, 

iş-güc görməyən adam) [Əli:] Men senətsiz- 

peşəsiz  avaraya  qız  vermərəm  (M.İbrahi­

mov); BAMBILI (dan.) [Gövhərtacın anası:] 

O  axmaq  bambılıda  sən  nə  görübsən? 

(Ə.Haqverdiyev); HƏPƏND (köhn.) (söyüş 

kimi  də  işlənir)  [Əhməd  bəy:]  A  gədə,  hə- 

pənd  uşağı,  men  çeşmək  oğrusu  idim? 

(Ə.Haqverdiyev); SƏRSƏRİ [Zeynalı] belə 



sərsəri  heyata  ..bəzi  arqadaşları..  sürüklə­

mişdi (S.Hüseyn).



2. avara bax veyl 

avaralanmaq bax veyllənmək 

avarıya bax qəza 1

avaz(ə) bax səs 

aviator bax təyyarəçi 

avizə bax qəndil 

avto bax avtomobil 

avtobioqrafiya bax tərcümeyi-hal 

avtomaşın bax avtomobil 

AVTOMOBİL Bax, bir avtomobil gəlir 

(C.Məmmədquluzadə); ATSIZ ARABA 



(dan.) Bir neçə dəqiqədən sonra atsız araba 

əjdaha kimi özünü soxdu həyətə (C.Məm- 

mədquluzadə); AVTO Ürəklər, nəbzlər

Avantüra

sürətlə vurur... Qatarlar, avtolar gəlir dıılhıı 

dal (S.Vurğun); AVTOMAŞIN Bə/i Irakloı 

hissələri və avtomaşın üçün rezin təkərini .ıl 

maq lazım idi (İ.Əfəndiyev); MAŞIN (ilan ı 

[Fariz:] Fikrət, narahat olma, mən sənə ıııa 



şin taparam (H.Abbaszade). 

avtor bax müəllif 

avtoritet bax nüfuz

AY (göy cismi, planet) Yırtaraq Ay gecənin 

örtüyünü; Məhv qılmışdı o zülmət yuxııım 

(M.Müşfıq); QƏMƏR (şair.) Sən günəşlə 

ayılan, qəmərlə yatanların; Balıqçı gürcü 

lərin, Kürə tor atanların... (M.Rahim); MAH 

(şair.) Dedim ki, diriğ, neyləyim ah! Mən 

zərrə ilən nə ol mah? (Xətayi). 



ayağıağır bax ağırayaq 1 

ayağısürüşkən bax əxlaqsız 1 

ayağıyüngül bax xoşqodəm(li)

I  1.  AYAQ  Fikrət  bir  an  arvadın  onun 

ayaqlarını qucaqlayıb, yalvarması səhnəsini 

sanki uzaqdan seyr etdi (H.Abbaszade); QƏ­



DƏM [Fatma:] Qədəmlərinin altında ölüm, 

qurbanın  olum,  başına  dönüm,  ay  hakim, 

məni  oğulsuz,  nəvələrimi  atasız  qoyma 

(H.Abbaszade); PAY (kl.əd.) Mərhəba, sən 

bizə, ey türfə cavan, xoş gəldin! Payinə peş­

kəş ola baş ile can, xoş gəldin (M.P.Vaqif).

2. ayaq bax son

3. ayaq bax dəfə



II ayaq bax piyalə

AYAQQABI  [Aytəmiz:]  Nə  istəsən,  nə 

fason  istəsən  paltar,  ayaqqabı  qalanıb  bir- 

birinə  (Ə.Qasımov);  BAŞMAQ  (köhn.) 

Həsən  tüklü  ayaqlarım  yumayıb,  elə  o  cür 



başmağın içinə saldı.. (M.İbrahimov); QON­

DARA (köhn.) [Sitarə:] Yaşıl, lətif otlar üzə­

rində almas paraları kimi parlayan şəbnəm­

lərdən  ətəklərimiz,  qondaralarımız  bütün- 

bütünə  islanaraq  yüyürdük  (A.Şaiq);  POS- 



TAL  (dial.)  Bütün  müridlər  kimi  guya  ani 

zikrə gedən Hacı Əmrah əfəndi dua oxuduq­

dan sonra üstü bıçaqla kəsilmiş postallarını 

qapının ağzında soyundu (İ.Şıxlı). 



AYAQQABIÇI, BAŞMAQÇI (ayaqqabı 

\ ustası)

ayaqqabısız bax ayaqyalın 1

Ayaqqabım/

33


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə