LüĞƏTDƏ gedəN İXTİsarlar


Zalımlıq məninə  yamanam  (Aşıq  Əziz);  YIRTICI



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə214/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   208   209   210   211   212   213   214   215   216

Zalımlıq

məninə  yamanam  (Aşıq  Əziz);  YIRTICI 



(məc.)  [Solmaz:]  O  çox  yırtıcıdır  (C.Cab- 

barlı); ZÜLMKAR [Bəhİul:] Sizin zülmkar 

olduğunuz hamının bildiyi, danışdığı köhnə 

və  məlum  bir  şeydir  (A.Şaiq);  ƏZAZİL 



(məc.).

ZALIMLIQ  (zülm  etmə,  əziyyət  vermə) 

[Nadir:] Siz özünüz bizim ilə qonşu olan Rə­

him  xanın  zalımlığını  və  onunla  bərabər  nə 

qədər  qüvvətli  olduğunu  bilirsiniz  (C.Cab- 

barlı); BİRƏHMLİK [Hacı Nuru:] Görərsi­

niz  ki,  o  vaxt  ləzgilər  nə  qədər  sizin  baba­

larınızın başına gətiriblər, nə birəhmlik on­

ların  haqqında  ediblər  (M.F.Axundzadə); 



CƏLLADLIQ  [Səlimə]  Belə  də  cəlladlıq 

olar?!  (İ.Əfəndiyev);  İNSAFSIZLIQ  [Sə­

limə:]  Əgər  mən  bu  insafsızlığın  qabağını 

ala  bilmirdimsə,  başqa  neyləyə  bilərdim? 

(İ.Əfəndiyev); QANSIZLIQ (məc.) [Qərib:] 

Bu nə işdir, bu nə ədavətdir, bu nə qansızlıq­



dır (Mir Cəlal); QƏDDARLIQ [Məsimov:] 

Canlı insana qəsd etmək, arvadına güllə at­

maq!  Bu  ən  böyük  qəddarlıqdır  (H.Abbas- 

zadə);  AMANSIZLIQ,  DAŞÜRƏKLİ- 



LİK, ƏZAZİLLİK (məc.), XUNXARLIQ, 

MƏRHƏMƏTSİZLİK, 

MÜSTƏZAD- 

LIQ,  RƏHMSİZLİK,  SİTƏMKARLIQ, 

YIRTICILIQ  (məc.),  ZÜLMKARLIQ 

zaloq bax girov 1 

zaman bax 1. vaxt 1; 2. çağ I 

zamat bax saqqız

ZAMİN (zəmanət verən adam) Mən za­

minəm ki, olmaya bir illət ilə fövt (S.Ə.Şir- 

vani); ZAMİNKAR, ZƏMANƏTÇİ, ZƏ- 



MANƏTKAR. 

zamin kar bax zamin 

zaminlik bax zəmanət 

ZARAFAT, HƏNƏK Girdi zarafata 

xeyli sevinəcək; Axı, insanlan şux şaxlar hə- 



nəh (M.Rahim); Hənək-lıənək, axırı dəyənək 

(Ata. sözü); DİLXOŞLUQ (dan.), MAZAQ 



(vıılq.) (adətən kişi ilə qadın arasında).

ZARAFATCIL Fəhlələr Eldarı zarafat- 

cil bir adam kimi tanıyırdılar (S.Vəliyev);

414

Zatıqırıq

BAMƏZƏ  O  çox  baməzə  qoca  idi,  zarafat 

etməyi  və  lətifə  söyləməyi  çox  sevirdi 

(M.S.Ordubadi);  DEYİB-GÜLƏN  Əslində 

Həmzə  qaraqabaq  deyildi,  hamı  onu  zara- 

fatcıl,  deyib-gülən  bir  adam  kimi  tanıyırdı 

(Ə.Qasımov); HƏMƏKİ (dial.) Usman çox 



həməki adamdı (ADDL); HƏNƏKÇİ.

ZARAFATLA [Cövdət:] Ramizi görüncə 

qımışdı və barmağını silkələyib zarafatla onu 

hədələdi (H.Abbaszadə); ZARAFATYANA 

Hə,  qoçaq,  bir  pillə  yuxarı  ilə  necəsən?  - 

deyib  [mədən  müdiri]  zarafatyana  soruşdu 

(M.İbrahimov).



ZARAFATLAŞMAQ [Fərzəli:] Hücum, 

yəni  zarafatlaşma,  —  deyə  Fərzəli  onun 

çənəsini  qaldırdı  (S.Rəhimov);  ZARAFAT 

ETMƏK  O  çox  baməzə  qoca  idi,  zarafat 

etməyi  və  lətifə  söyləməyi  çox  sevirdi 

(M.S.Ordubadi);  DİLXOŞLUQ  ETMƏK 

[Qulammirzə] çarpayının kənannda əyləşib, 

dilxoşluq  edir  (Çəmənzəminli);  HƏNƏK- 

LƏŞMƏK, MAZAQLAŞMAQ (bax).

ZARAFATSIZ (zarafat olmadan, həqi­

qətən)  [Ferma  müdiri:]  İndi  gəl,  zarafatsız, 

özümüzü yoxlayaq (Ə. Vəliyev); BİZARA- 



FAT  Bizarafat  deyirəm  ki,  hər  kəs  rastıma 

gəlir,  -  hamısını  yavaş-yavaş  dinə soyumuş 

görürəm  (C.Məmmədquluzadə);  CİDDİ 

Doğrudan, ona nə olub? - deyə Könül yenə 



ciddi bir tərzdə soruşdu (Ə.Qasımov). 

zarafatyana bax zarafatla 

zarıldamaq bax 1. zarımaq; 2. ağlamaq 

zarıltı bax inilti

ZARIMAQ Safo kişi zarıdı: - Nə istəyir­

siniz? (S.Rəhimov); SIZILDAMAQ [Zöhrə:] 

Mən  do  indidən  yapışım  başımdan,  başla­

yım  sızıldamağa  (M.İbrahimov);  VAYIL- 



DAMAQ  [Alo  yasavula:]  Əyə,  salam, niyə 

vayıldayırsan..  (S.Rəhimov);  ZARILDA­

MAQ Məlahət zarıldayırdı (S.S. Axundov); 

ZIQQILDAMAQ Məmmədhüseynin arxası 

yerə  deyəndə.,  zıqqıldadı  və  qışqırdı  (Mir 

Cəlal);  İNİLDƏMƏK  (bax). 

zatıqırıq bax 1. nacins, 2. fırıldaqçı



Zaval

zaval bax ziyan 

zavallı bax yazıq 1 

zaviyə bax 1. künc; 2. təkyə I 

zeh bax haşiyə

zehin bax 1. düşüncə 2; 2. yaddaş 

zehinli bax yaddaşlı

ZENİTÇİ {hərbi) [Könül:] Nə olacaq, gə­

lən kimi zenitçilərimiz onu qovacaq (X.Ha- 

silova); TOPÇU Cahangir acıqlandı. Üzünü 



topçulara tutaraq amiranə bir səslə: “Atəş!” 

- deyə bağırdı (A.Şaiq). 



zəban bax dil I 

zəbərdəst bax istedad 

zəbt bax işğal 

zəbun bax zəif 1 

zəbunluq bax zəiflik 

zəf bax zəiflik 

zəfər bax qələbə

ZƏHƏR Qaraca qız Pəricahan xanımdan 

bunu eşitcək, Ağca xanımın qolundan zəhəri 

sorub yerə tökməyə başladı (S.S.Axundov); 

AĞI/AĞU Şeir bağçasından çiçək dərdilər; 

O,  şərbət  istədi,  ağu  verdilər  (M.Rahim); 



ZƏHR (kl.əd.) Məcnun Leyla deyib bu dağı 

bilər;  İçən  zəhrin  dadın  budağı  bilər  (Aşıq 

Ələsgər).

ZƏHƏRLƏMƏK  [Tağı  əmi:]  İlan  çal­

dıqda pərdələr yırtılıb zəhər yaralının qanına 

qarışır, onu zəhərləyib öldürür (S.S.Axundov); 

MƏSMUM  ETMƏK  {köhn.)  [M.Ə.Sabir] 

yaxın  dostlarından  birinə  yazmış  olduğu 

məktubunda  “Dünyadan,  həyatımdan  biza- 

ram, bəradər, yəqin et ki, şərən məsul olma­

saydım,  özümü  məsmum  edər  və  dünyanın 

əzabından  xilas  olardım...”  (A.Şaiq);  AĞI- 



LAMAQ,  AĞULAMAQ,  ZƏHƏR  VER­

MƏK.

1. ZƏHƏRLƏNMƏK [Tağı  əmi:] ...ilan 

özü tənbəkinin qırından zəhərlənib tələf olur 

(S.S.Axundov);  AĞULANMAQ  Ver  şəfa 

ləbindən,  yazığam  mənə;  Zehri-fərağınla 



ağalanmışam (Q.Zakir); AĞILANMAQ.

2. zəhərlənmək bax yemək 1 

zəhərləyici bax zəhərli

Zəif

ZƏHƏRLİ  {zəhəri  olan)  Gördüm  bağ 

salanları;  Xallı  kəpənəkləri,  zəhərli  ilanları 

(M.Rahim); ACILI Qoca arvad kişi ile acılı 

ilan  kimi  dik  qalxdılar...  (Divanbəyoğlu); 



AĞULU Gözümün yaşın ki, saldım içdigim 

sudur mana; Bağrımın qanın ki, gördüm ağulu 

aşımdır ol (Xətayi); ZƏHƏRLƏYİCİ [Con:] 

Yeni xəbər, yeni raket, yeni zəhərləyici mad­

dələr (R.Rza).

zəhləaparan bax bezikdirici 

zəhlətökən bax bezikdirici 

zəhlətökUcü bax bezikdirici 

zəhm bax qorxu

1. ZƏHMƏT [Həkim:] Nə zəhmət; bor­

cumuzdur,  ay  ata  (B.Vahabzadə);  ƏZİY­



YƏT [Mirzə Cavad:] Ay balam, nahaq yenə 

bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? 

(Ə.Hanverdiyev);  NARAHATLIQ  ..sərni­

şinlər  heç  bir  narahatlıq  hiss  etmir(dilər) 

(M.İbrahimov).

2.  ZƏHMƏT,  ƏZİYYƏT  {ağır  iş,  ağır 

zəhmət)  Məgər...  minlərlə  qızlar  bundan  da 

yüz qat artıq zəhmətə, ağırlığa, əziyyətə döz­

məyə hazır deyildir? (M.İbrahimov); CƏFA 

[Molla İbrahimxəlil:] ...siz mənim əməyimi 

və 

cəfamı 

zaye 


etmək 

fikrindəsiniz 

(M.F.Axundzadə); ZİLLƏT Andıqca Bakı­

dakı keçmiş dərdi, zilləti... (S.Rüstəm).



3. ZƏHMƏT, İŞ [Gülbadam] işdən, zəh­

mətdən qorxmazdı.. (N.Nərimanov); RƏNC 

Yox, yox əlinizin zəncidir bunlar; Sizin bağ- 

banlıqda təcrübəniz var (Ə.Kürçaylı).

4. zəhmət bax əmək

zəhmətkeş bax 1. əməkçi; 2. eməksevən 

zəhmətsevən bax əməksevən 

zəhmətsevər bax əməksevən, əməkçi 

zəhr bax zəhər

zəhrimarlanmaq bax yemək 1 

zəxm bax yara 1 

zəxmdar bax yaralı 

zəxmnak bax yaralı

L  ZƏİF  [Azər:]  Nağı  kimi  zəif  adamları 

eləyir yalançı, ikiüzlü, qorxaq, yaltaq (M.İb­

rahimov); ACİZ Padşah düşməni aciz say-

415



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə