LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə213/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   208   209   210   211   212   213   214   215   216

Yuxulu

YUXULU (yatmış halda) Kəramət uşaq­

larını ancaq yatdıqları yerdə, yuxulu olduq­

ları  halda  oxşayar,  öpərdi  (Ə.Əbülhəsən); 

UYQULU (köhn.) Dideyi-bəxtim oyanmaz, 

nə ağır uyquludur (Füzuli).



YUXUSUZ (yatmadan) [Safo:] Yazıq yu­

xusuz idi, amma getdi.. (S.Rəhimov); BİXAB 

(kl.əd.) Bu Xətayi gözü seyyarətək bixabdır 

(Xətayi); UYQUSUZ Bəzimiz uyqulu, bəzi­

miz uyqusuz.. (M.Müşfiq).

I YUMAQ (paltar və s. haqqında) Paltarı 

yuyub qurtaranda ananın ürəyinə birdən qə­

ribə bir həvəs gəldi.. (M.İbrahimov); SUYA 



ÇƏKMƏK  (ikinci  dəfə  yumaq)  Güləbətin 

köynəyi  təpçiyib  yerinə  qoyaraq  anasına 

kömək edirdi: yuyulmuş paltarları suya çə­

kib  həyətin  ortasından  asılmış  ipə  sərirdi 

(M.İbrahimov);  YAXALAMAQ  (yüngül- 



vari yumaq).

II YUMAQ (top kimi sarınmış sap) Yer­

dən bir qara yumaq, bir do quru budaq köl­

gəsi  (R.Rza);  KƏLƏF  ..bir  şüşə  sirkə,  bir- 

iki kələf yezd ipliyi, bir pud ağ neft.. (Ə.Haq- 

verdiyev).

YUMMAQ (göz haqqında) Aslan yorğanı 

başına çəkdi, gözlərini bərk-bərk yumdu 



(M.Hüseyn); QAPAMAQ, 

yumru bax 1. girdə 1; 2. totuq 

yumşaq bax 

1

həlim; 2. mülayim 



1 

yumşaqxasivyətli bax həlim 

yumşaqlıq bax həlimlik 

yumşalmaq bax həlimləşmək 

YUMULMAQ (müxtəlif mənalarda: əsa­

sən göz haqqında) Əvvəlcə [Güləbətinin] 

gözləri yumulmağa başladı (M.İbrahimov); 



QAPANMAQ Elə bil düşdüyü bəlanı qanır; 

Yenidən gözləri yenə qapanır (A.Səhhət). 



yunusbalığı bax delfm 

yurd bax vətən

1. YUVA Bir quş səhər ertə bağça-bağda

Çör-çöp daşıyıb yuva tikirdi (A.Şaiq); AŞİ- 



YAN(Ə) (kl.əd., şair) Bülbüli-zarəm ki, hüs­

nün gülşənidir məskənim; Həlqeyi-zülfm şi-



Yüzillik

kənci  aşiyanımdır  menim  (Xətayi);  LANƏ 



(kl.əd.) Ölər, qalar bir-iki viranəsi; O da olar 

bayquşlar ianəsi (A.Səhhət); MƏVA (kl.əd., 



məc.)  Həm  gözəl,  həm  yeyin  tik  ruhumun 

məvasını;  Əldən-ayaqdan  düşən  qəlbimin 

sevdasını (M.Müşfiq).



2. yuva bax vətən 

yuvaraq bax girdə 1

YUYUNMAQ  Müsafirlər  frençlərini çı­

xarıb,  yuyunmağa  başladılar  (Çəmənzə­

minli); YIXANMAQ Gündəki vaxtında ya­

tağından  durdu,  yıxanıb  qurtaran  kimi  qapı 

açıldı  (M.S.Ordubadi);  ÇİMMƏK  (bax), 

ƏL-ÜZÜNÜ  YUMAQ,  YAXALANMAQ 

(dan.).

1.  YÜK  (daşınmaq,  aparılmaq  üçün  hər 

cür şey) [Yasavul:] Ağa, murov bir qaçaqçı da 

yük ile tutub göndəriblər (M.F.Axundzade); 

BAQAJ [Gülpəri] ..yaxındakı və baqajdakı 

şeyləri daşıyıb, ikinci klas salonunda yığdırdı 

(S.S.Axundov); BAR (kl.əd.) Gemü möhnət 

yükün  yoxdur  cahanda  çəkməyən,  emma; 

Şikəstə  Zakirin çərxi-fələk barın giran tut­

muş (Q.Zakir).



2. YÜK, AĞIRLIQ, HƏML

3. yük bax qayğı 1 

yükçü bax hambal 

yükdaşıyan bax hambal 

YÜKLƏMƏK (dalına yük vurmaq) Mağıl

keçən vaxtlar dəvə karvanları düşürdü yola, 

ticarət malını yükləyirdik dəvələrə (C.Məm­

mədquluzadə);  ÇATMAQ  Hər  birinə  ağır 

taylar çatdılar; Bizləye-bizləyə köçə qatdı­

lar (Q.Zakir).



yüksək bax 1. uca 1; 2. ülvi 1 

yüksəliş bax tərəqqi 

yüksəlmək bax ucalmaq 

yüksəltmək bax ucaltmaq 

yüngülayaq bax xoşqədəm(li) 

yüyürmək bax qaçmaq 1 

yüyürük bax beşik 

yüzillik bax əsr 1

412



Zabit

Zz

ZABİT  (ordu  və  donanmada  komanda 

heyətinə mənsub olan şəxs) [Heybət:] Zabit­

lər  əsgərləri  döyüb  söyürlər  (S  .Rəhimov); 

ƏFSƏR  (köhn.)  Gözəl-gözəl  xanımlar  əf­

sərlərlə  qol-qola  verib  gəzirdilər  və  söhbət 

edirdilər (Ə.Haqverdiyev), 



zabitə bax 1. intizam 1; 2. nüfuz 

zabitəli bax 1. tələbkar 1; 2. intizamlı 

zabitəsiz  bax intizamsız 

zad bax şey

ZADƏGAN (hakim sinfin yüksək təbəqəsi

Çünki Bağdadda dul qadınlar və öz ərlərin­

dən  intiqam  almaq  istəyən  zadəgan  qadın­

ların  görüb  istədikləri  adamlarla  tanış  ola­

raq  evlərinə  dəvət  etməsini  Fəxrəddin  hələ 

Gəncədə  ikən  eşitmişdi  (M.S.Ordubadi); 



ARİSTOKRAT  Siz  bugünkü  başı  yarılan, 

lakin başının deyil, beş şahılıq qatığın qey­

dinə qalan baqqalı, bir do zabitə yaltaqlanan 

şəhər  aristokratım  misal  götürə  bilərsiniz 

(M.S.Ordubadi); DVORYAN (tar.) Bəylər, 

ağalar, dvoıyanlar hamısı ikiqat olub gələn­

lərə  baş  eyirlər  (Ə.Haqverdiyev);  ƏSİL­

ZADƏ  (köhn.)  [Smimov:]  Siz  əsilzadəsi- 

nizmi? (M.S.Ordubadi); ƏYAN (köhn.) Mək­

tublar dalbadal axdı saraya; Əyanlar aldılar 

xanı araya (B.Vahabzadə); KÜBAR (köhn.) 

[Müdir:]  Bağdad  kübarlarının  hərəmxana­

larında mütləq məzhəkeçi qızlardan olmalı­

dır (M.S.Ordubadi); AĞA (bax). 



zağa bax mağara

zahid bax 1. ibadetçi; 2. guşenişin 

zahir bax 1. aşkar; 2. parlaq; 3. görünüş 

ZAL Baxır zala, salona; Nə o bilir, ne də 

biz; bu baxış ne baxışdı (Z.Yaqub); SALON 



Salon heyrət içindədir... Sükut edir başdan- 

başa (S.Vurğun).



ZALIM [Tağı:] Bəradər, mən deyəndə ki

.. padşah zalım idi, onun zamanında dədəm 

yazığın köynəyinin boynu barmaq qalınlı-

Zalını

ğında çirk bağlamışdı, siz nə dedüz? (M.lbra- 

himov); ALLAHSIZ (məc., dan.) Sonra da 

“allahsızın”  biridir,  Cəbrayıl  xəbər  gətirib 

ki, qanı halaldır - deyirdilər (M.İbrahimov); 



AMANSIZ Sinəmdə yer salıb o gündən bəri; 

Amansız  ovçunun  yara  izləri  (M.Rahim); 

BAŞKƏSƏN (dan.) [Əjdər:] O biri tərəfdən

deyir, cavan, bığıbunna sağlam oğlandır, gəl 

ki,  başkəsəndir  (Anar);  BİMƏRHƏMƏT 

Bimərhəmət əyanlarına şükr, xudaya! Bu sa­

hibi-milyonlarına şükr, xudaya! (M.Ə.Sabir); 



BİRƏHM  [Cabbar  bəy:]  Əhməd  boy,  bil­

mirsən  necə  zalımdırlar,  birəhmdirlər... 

(N.Vəzirov);  CƏFAKAR  Yox  böylə  iki 

dilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz 

(M.Ə.Sabir); CƏLLAD (məc.) [Rüstəm:] Gəl 

bu  cəlladın  qapısından  uzaqlaşaq  (A.Şaiq); 



ƏZAZİL  [Səslər:]  Deyirlər  Zəki  müəllim 

əzazildir (Anar); ƏZRAİL (məc.) [Qurban:] 

Amma  onu  çox  əzrail  arvad  söyləyirlər 

(Ə.Haqverdiyev); XUNXAR (kl.əd.) Xunxar 

olan  əfradi-beni-növüne  daim;  Bu  vəhşiyü 

ğurranlarma  şükr,  xudaya!  (M.Ə.Sabir); 

İMANSIZ 

(məc.) [Yunis:] ..o, Yaqutım anası 

necə  imansız  arvaddır...  (Ə.Məmmədxanlı); 



İNSAFSIZ  İnsafsız,  avam  bir  adam  olan 

əmim  arvadı  iri  mis  səhəngi  çiyninə  verib 

səhərdən  axşama  qədər...  mənə  su  daşıtdı­

rardı  (İ.Əfəndiyev);  QANİÇƏN  [Nüşabə:] 

Heç inanmaq olarmı bu qaniçənə? (A.Şaiq); 

QANSIZ (məc.) Nə qansız adamsan, a kişi! 

(Mir  Cəlal);  QƏDDAR  [Səlimə:]  Ən  qəd­



dar insanlann da qəlbində vicdan əzabı do­

ğuran bir düha məharətdən məhrum ola bil­

məzdi...  (M.Hüseyn);  MƏRHƏMƏTSİZ 

[Solmaz:]  Sus,  Altun  boy,  mərhəmətsiz! 

(C.Cabbarlı);  MÜSTƏBİD  (köhn.)  İbrahim 

xan  da  müstəbid  idi,  xalqa  olmazın  zülm 

edirdi.. (Çəmənzəminli); RƏHMSİZ [Mux­

tar:] Ana da təkcə balasına bu qədər rəhm­



siz  olarmı?  (B.Bayramov);  SİTƏMKAR 

[Hacı Qəmbər:] Əlavə mən deyirəm ki, əzi­

zim, qoy gedim bu tiği-sitəmkarı oxlatdırım 

(N.Vəzirov); YAMAN Dostuna dost, düş-

413



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə