LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə209/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   205   206   207   208   209   210   211   212   ...   216

cek tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm 

elin  (M.Ə.Sabir);  YEDİZDİRMƏK  [Di­

larə;] Yaxşı gedək mətbəxə, yedizdirim səni 

(Anar); BOĞMALAMAQ (vulq.), QİDA­



LANDIRMAQ, SAXLAMAQ (məc.), YEM 

VERMƏK  (quşa,  heyvana  aid),  YEMƏK 

VERMƏK.

yedirtmək bax yedirmək 

YEGANƏ İndi onun yeganə dostu çama­

dan  idi  (Ə.Kərim);  BİR  Əhməd  ananın  bir 

oğludur (Mir Cəlal); BİRCƏ [Mehri xanım:] 

Sen  mənim  bircə  balamsan!  (Ə.Haqverdi- 

yev); TƏKCƏ [Dursun:] Bu Aydəmir mə­

nim təkcə qardaşımın yoldaşıdır (C.Cabbarlı); 



TƏK, VAHİD (bax). 

yehaye bax rüşvətxorluq 

yekdil bax həmrəy

YEKDİLLİKLƏ, BİRGƏ, HƏMRƏY­

LİKLƏ, İTTİFAQƏN 

yekə bax böyük 1

1. YEKƏBAŞ Pişik nə pişik!.. Ay dad!.. 

Yekəbaş,  palazqulaq..  (M.Rzaquluzadə); 

QABAN BAŞ (məc.) [Molla Qafar:] Ay eş­

şək qulaq, qaban baş, heç görmüsən yeriyən 

daş?!  (S.Rəhimov);  BAŞI  YEKƏ,  İRİ- 

BAŞ(LI).

2. yekəbaş bax qanmaz 

yekəxana bax lovğa 

yekəxanalanmaq bax lovğalanmaq 

yekəxanalıq bax lovğalıq

1. YEKƏQARIN (qarnı həddindən artıq 

yekə,  yoğun  və  s.)  Karvanın  qabağı  həyətə 

çatar-çatmaz  yekəqarın  və  təcrübəli  lələ 

hay-küylə çölə çıxıb qışqırdı.. (S.Rəhimov); 

QARINLI Ağayar., yaşı təzəcə qırxı ötmüş 

qarınlı  bir  kişi  idi..  (Ə.Əbülhəsen);  QAR- 

NIŞİŞİK [Əmiraslan baba:] Bu kəndin qar- 

nışişik  Lələş  adlı  kondxudası  vardı  (S.Rə­

himov);  QARNIYOĞUN  Qəfəsin  dalında 

bir  qarnıyoğun..  oturub,  yazıya  məşğul  idi 

(C.Məmmədquluzadə); 



BOÇKAQARIN 

(dan.), 

DAQQAQARIN, 

İRİQARIN, 

QARNI YEKƏ, LOPAGÖDƏN(Lİ) (dan.).

2. yekəqarın bax qarınqulu 

yekəlik bax 1. böyüklük 1; 2. lovğalıq

Yedirtmək

404

YEKƏLMƏK [Safo:] Axı Şamo körpəli­

yindən onun-bunun qapazı altında yekəlibdir 

(S.Rəhimov); BÖYÜMƏK Girdiman dağ­

larının təmiz havasında böyümüş bu qoca­

nın, yetmiş yaşı vardısa da, hələ qocalıqdan 

şikayət etmirdi (M.Hüseyn); İRİLƏŞMƏK, 



İRİLMƏK [Fərmanın] ortaboylu nazik vü­

cudu  getdikcə  iriləşir,  bədənindəki  uşaq 

kövrəkliyi daha az hiss olunurdu (Ə.Sadıq); 

ZORBALAŞMAQ  (dan.,  məc.)  Günlər 

keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş 

boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı 

isə günbəgün 



zorbalaşırdı (N.Nerimanov). 

yeknəsəq bax 1. saya; 2. cansıxıcı 

yekrəng bax 1. saya; 2. cansıxıcı 

yeksər bax büsbütün 

yekşənbə bax bazar II

I YEL Budur, asta-asta danışır qonaq; Elə 

bil yel əsir Muğan düzündə (B. Vahabzadə); 



BAD (kl.əd.) Hər səhər bad əsər, ariz cananə 

dəyər;  Toxunur  sərvə  gəhi,  gah  gülüstanə 

dəyər  (M.V.Vidadi);  KÜLƏK  Dinlə,  ey 

qum çölü; dayan, ey külək! Qurtuluş istəyir 

döyünən ürək (S.Vurğun); MEH (yüngülyel) 

Hava buludlu idi, deyəsən yağış yağacaqdı. 

Həzin meh də əsirdi (M.İbrahimov); NƏSİM 

(zəif səhər yeli) Sanki su səpirdi sabah nə­

simi;  Onun  iztirablı  solğun  üzünə  (M.Dil- 

bazi);  SƏMUM  (səhralarda  əsən  isti  yel) 



Səmum  səhranın  qumlarım  bumlğan  kimi 

havaya qaldırıb.. (Y.Əzimzadə).



II yel bax revmatizm 

yelbeyin bax kütbeyin 

yeldaşı bax şillə 

yelək bax lələk 1 

yelən bax haşiyə

YELİN  (heyvanlarda:  inəkdə,  qoyunda, 

keçidə və s.) Tut qoyunun belini; Ələ gəlmir 

yelini;  Bir  doyunca  görəydim;  Onu  sağan 

gəlini  (Bayatı);  ƏMCƏK  [Bağır:]  Səni  elə 

südlü,  elə  yelinli  inək  eləyərəm  ki,  gündə 

səndən dörd sərinc süd sağarlarəmcəklərim 

yara  eləməsələr,  əl  çəkməzlər  səndən... 

(İ.Məlikzadə);  MƏMƏ  Keçinin  məmələri, 

elə  bil  ki,  bulaqdı;  südü  sanki  qaymaqdı 

(M.Rzaquluzadə).



Yelin


1.  YELLƏNMƏK,  TƏRPƏNMƏK, 

YIRĞALANMAQ

2. yellənmək bax dalğalanmaq



L YELLƏTMƏK, YELLƏNDİRMƏK 

2. yellətmək bax içmək



1. YELLİ, KÜLƏKLİ

2. yelli bax yeyin



3. yelli bax hiddətli 

yelpazə bax yelpik 

yelpənək bax xiyar 

yelpinc bax yelpik

YELPİK  [Məlik:]  O  gözəl  Münirə  do 

əlində  yelpik  üzünü  yelpikləyirdi  (A.Şaiq); 



YELPAZƏ {böyiikyelpik) Balkonun iki tə­

rəfində  duran  xidmətçilər  tavandan  asılmış 

böyük 

yelpazəyə hərəkət verirdi (M.S.Ordu­

badi); YELPİNC Yelləyir körpə ağaclar bizi 



yelpinc sayağı (S.Rüstəm).

1. YEMƏK O, pendir-çörək yeyir, baxan­

ları  həvəsə  gətirirdi  (Ə.Qasımov);  AŞIR­



MAQ (məc., dan.) [Qonaqlar] sabah açılan­

dan qalxıb bir cüt... toyuğun da çığırtmasını 



aşırdılar  (S.Rəhimov);  BASMAQ  {dan.) 

Boynuyoğun mollalar, tacirlər, seyidlər., hər 

gün gəlib yağlı plovdan basırdılar (Ə.Haq- 

verdiyev); GƏVƏLƏMƏK {köniilsiiz ye­



mək) Gecənin yarısı çörək gəvələyək.. (Ə.Ke- 

rim);  İÇƏRİ  ÖTÜRMƏK  (məc.,  dan.) 

Qulunun  iştahası  çox  idisə  də,  axırda  əlacı 

kəsilib, rəngsiz dodaqlarını aralayıb, dolmanı 



içəri  ötürdü  (Çəmənzəminli);  QARNINI 

OTARMAQ (dan., zar.) “Tahbxan, eşitdi­

yimə görə kəndlərdə veyllənib qarnını ota­



rırsan..." (S.Rehimov); QURŞAĞIN/TOQ- 

QANIN  ALTINI  BƏRKİTMƏK  (dan.) 

[Cahangir bəy:] Xəlil, sen də gəl otur, bir az 



qurşağının altını bərkit, balam! (N.Vəzirov); 

[Məmməd:]  Girdim  restorana  ki,  toqqanın 



altını  bərkidim  (Ə.Qasımov); ÖTÜRMƏK 

(məc.) Kərbəlayı Həsən ucadan “bismillah” 

çəkib dolmanın birini buğlana-buğlana ötiirdii 

(Çəmənzəminli);  TƏPİŞDİRMƏK  (məc.) 

Varis qarşısındakı soyuq şorbanı təpişdirər- 

kən qızı gözucu süzdü (A.Şaiq); TIXMAQ 

(dan.) [Əsli:] ..Amma, beş adamın payını tıxır

Yellənmək

(İ.Məlikzadə); ZƏHRİMARLANMAQ



(daıı., vıılq.) [Ata:] Gəl, axmaq balası, naha­

rım  zəhrimarlan  (Ə.Haqverdiyev);  ZƏQ- 



QUMLANMAQ (dan., vulq.) [Qurbanəli:] 

Acından öldüm ki, bir az əppəkdən-zaddan 

ver,  zəqqıımlanaq  (N.Nərimanov);  AĞI- 

LANMAQ  (vulq.),  BOĞMALANMAQ 

(vulq., acgözlüklə yemək).

2. yemək bax xörək

YEMƏKXANA Binanın alt mərtəbəsində 

olan  geniş  yeməkxanada  stollar  qoyulmuş, 

üstləri  təmiz,  ağ  süfrələrlə  örtülmüşdü 

(S.Rəhimov); AŞXANA Bu gün Kamal mə­

dənin birmertəbəli balaca aşxanasında otu­

rub  nahar  edirdi  (M.İbrahimov);  RESTO­



RAN  Dayan,  girmə  içəri!  Gəlmə  restora­

nıma,  tez  ol  qayıt,  dön  geri!  (M.Rahim); 

TƏAMXANA (köhn.) ...ayaqyalın küçələrə 

salanlara bir xəstəxana, bir darülxeyrat təam- 



xanası bina etməkdən baş qaçırdıb da, yenə- 

dəmi  “millət”,  “insaniyyət”  sözlərini  ağzı­

nıza  alıb  çeynəyəcəksiniz?  (N.Nərimanov); 

TRAKTİR  (köhn.)  [Səfər:]  Traktirdə,  du- 

xanda podvallarda; Kef elədim teatrda, bal­

larda (A.Səhhət). 

yemiş bax qovun 

yemsək bax axsaq 

ycmsəmək  bax  axsamaq 

yenə  bax  təzədən 

yengiyetişmiş bax yeniyetmə 

yeni bax tezə, müasir 

yenidən bax təzədən

1. YENİLİK, YENİ XƏBƏR

2. YENİLİK, YENİ (TƏZƏ) BİR ŞEY

3. YENİLİK, DƏYİŞİKLİK

4. yenilik bax müasirlik 

yenilikçi bax novator 

yenilikçilik bax novatorluq 

yenilməz bax 1. məğlubedilməz; 2. sarsıl­

maz


YENİYETMƏ  (gənclik  yaşma  (14-17) 

ayaq qoymuş oğlan və qız) Burada ahıl qa­

dınlardan  tutmuş  yeniyetmə  qızlaradək  hər 

nəslin  nümayəndəsinə  rast  gəlmək  olardı 

(X.Hasilova); NÖVRƏSTƏ (köhn.) [İskən-



Yeniyetmə

405


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə