LüĞƏTDƏ gedəN İXTİsarlar


UDUZMAQ (məc.) Rüstəm bildi ki, işi  uduzub (M.İbrahimov); FÜRSƏTİ ƏLDƏN



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə196/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   192   193   194   195   196   197   198   199   ...   216

2. UDUZMAQ (məc.) Rüstəm bildi ki, işi 

uduzub (M.İbrahimov); FÜRSƏTİ ƏLDƏN 

BURAXMAQ/VERMƏK [Sona:] Biz indi­

dən işə başlamasaq, fiirsəti əldən buraxarıq 

(H.Nəzərli).

UĞRUNDA (qoşma kimi; müxtəlif məna­

larda) [Səlimə] öz səadəti uğrunda necə çır­

pındığını.. təfsilatı ilə söyləsin (İ.Əfəndiyev); 



ÜÇÜN  Məhkəmə  sədri  üçün  məsələ  aydın 

idi  (S.Hüseyn);  YOLUNDA  Dost  yolunda 

bu  dünyada;  Başından  keçdiyin  varmı? 

(“Koroğlu”); NAMİNƏ.



uğur bax 1. xoşbəxtlik; bəxt; 2. nailiyyət

UĞURLU Əlbəttə, illərin uğurlu-uğarsuz 

olması insanlardan, onların əməllərindən ası­

lıdır (H. Abbaszadə); MÜBARƏK Gördüm 

nəzakətlə evimə girdi; Mübarək qədəmi səfa 

gətirdi (M.Rahim); DÜŞƏRLİ, XEYİRLİ.

1. UĞURSUZ Nə vaxtdır gözlərində hər 

şey donub buz olub; Elə bil ki, əzəldən dünya 



uğursuz olub (M.Rahim); BƏDUĞUR [Şo­

fer] qeyri-şüuri hərəkətlə qazı artıranda, əzə­

lini-axırını  cəmləşdirə  bilmədiyi  bəduğur 

fikirdən ayıldı, başını qaldırdı (B.Bayramov); 



MƏŞUM  [Maral:]  İki  sənə  əvvəl  böyle 

məşum qara günü kim xatırlardı? (H.Cavid); 

ŞUM (kl.əd.) [Zəhra Sənana:] Mən bilməm 

nədir bu t a l e y i — ( H . C a v i d ) ;  BƏDŞÜ- 



KÜM, NƏHS (bax), ŞÜKÜMSÜZ.

2. uğursuz bax ayağıağır

UĞURSUZLUQ [Höccətullah:] Bəli, bala

nazir, çox təəssüf ki, belə ələgelməz uğur­



suzluq  baş  veribdir  (S.Rəhimov);  BƏD- 

UĞURLUQ Nə isə, general geyiminin bunca 

bəduğurluğu Höccətullah xam az tərpətmə­

mişdi; heç de ona yaxşı bir şey vəd etmirdi 

(S.Rəhimov); MƏŞUMLUQ.

ULAQ  Bəli,  Məhəmmədhəsən  əmi  bir 

ulaq  aldı  (C.Məmmədquluzadə);  EŞŞƏK 

Dəyirmançı  bir  qoca;  Minmiş  qara  eşşəyə; 

Oğlu  da  arxasınca;  Gedirdilər  meşəyə 

(A.Şaiq);  HİMAR  (kl.əd.)  Əcəb  alimnü- 

mayanın, əcəb cahil müridamn; Əcəb vəhşi 

və  heyvanın,  otuz  milyon  himarın  var 

(Ə.Nəzmi); XƏR (kl.əd.) Yeddi-səkkiz ayda

Uduzmaq

378

xamlamışdı  xər;  Qolları  cəng  olub  qaldı, 

müxtəsər... (Q.Zakir); TOŞİ (məh.) [Gülba- 

dam:]  Oyan,  dur  gedək.  Dədən  səni  toşiyə 

mindirəcəkdir.. (N.Nərimanov); UZUNQU­

LAQ Çarvadarlar dolu xurcunu uzunqulağın 

belinə aşırar, özləri də üstündə yavaş-yavaş, 

tələsmədən  bu  kənddən  o  kəndə  sürərdilər 

(M.İbrahimov). 



ulas bax vələs

ULDUZ [Mirzə Sədrəddin:] Ağzım, dilim 

qurusun, ulduzlar gösterir ki, yaxın zamanda 

padşahın vücuduna böyük bir bəla toxunacaq 

(A.Şaiq);  ƏXTƏR  (kl.əd.,  şair)  Ulduzlar 

içində gözümə dəydi bir əxtər; Məftun ola­

raq  sevdim  onu,  heyrətə  daldım  (A.Şaiq); 



KÖVKƏB (kl.əd.) Qədimdən gözlərim köv- 

kəb kimidir (Xetayi); SİTARƏ Sonra başqa 

sitarəyə cəlb eləyir diqqəti; Söyləyir: “Bol­

dur onun sahibinin dövləti” (M.Rahim). 



umuz bax çiyin 

UNİKAL, NADİR 

union bax birlik 1 

UNİTAR, BİRLƏŞMİŞ, VAHİD 

uniya bax birlik 1

UNİVERSİTET Səmədullanın oğlu Fazil 

universitetin  fizika  fakültəsində  oxuyurdu 

(Elçin);  DARÜLFÜNUN  (köhn.)  1921-ci 

sənənin noyabr ayından indiyədək Azerbay­

can 


darülfünunda Azərbaycan ədəbiyyatı ta­

rixini tədris etməkdəyəm (Ə.Haqverdiyev).



UNUDULMAQ,  YADDAN  ÇIXMAQ 

[Xanımların]  ..öz  ərləri  ilə  yorğan-döşək­

lərində necə davranmaqlarının özü de deyə­

sən 


yaddan  çıxırdı,  bəlkə  də  unudulurdu, 

yaxud unudulmağa başlayırdı (S.Rəhimov); 



YADDAN ÇIXARILMAQ.

UNUDULMAZ [İradə:] O on unudulmaz 

anım  idi  (X.Hasilova);  SİLİNMƏZ  (məc.) 

[Bu  hadisə]  ..qəlbimdə  elə  silinməz  nəqş 

bağlamışdır ki, sanki., dünən vaqe olmuşdur 

(S.S.Axundov);  ÖLMƏZ  (məc.)  Səndəki 

gözəllik ölməz nemətdir; İnsanlar sənətə gə­

lir səcdəyə (N.Rəfibəyli); YADDAN ÇIX­

MAZ.

unutqan bax yaddaşsız

Unutqan



unutqanlıq bax yaddaşsızlıq 

UNUTMAQ  [Sona:]  Çoxunu,  olbettə, 

unutmuşam;  fəqət  bunu  çox  sevdiyimdən 

unutmamışam (N.Norimanov); HUŞUNDAN 



ÇIXMAQ Birdən qabaqdan bir güllə açıldı... 

yıxıldım...  Sonra  nə  oldu,  huşumdan  çıxıb 

(Çəmənzəminli);  YADDAN  ÇIXAR(T)- 

MAQ  Çox sağ olsunlar ki, Həmidi yaddan 

çıxarmırlar  (H.Abbaszadə);  YADIRĞA- 

MAQ (bax).

upuzun bax uzun 1 

ur bax şiş I

uruq bax 1. ailə; 2. tayfa I 

urusu bax pəncərə 1 

urvat bax hörmət 

urvatlı  bax  hönnətli 

urvatsız bax hörmətsiz 

usandırıcı bax bezikdirici 

usandırmaq  bax bezdirmək 

usanmaq bax bezmək 

USTA, SƏNƏTKAR Bunlar adi sənətkar­

lar, daşyonanlar, həkkaklar, zərgərlər, mis­

gərlər,  serraclar,  əsləhə  ustaları,  xəttatlar, 

nəhayət,  şair  ve  alimlər  idi  (Ə.Cefərzade). 

ustad bax 1. dədə 1; 2. müəllim 

UŞAQ  Uşaqların  hay-harayı  bir-birinə 

qarışdı  (B.Bayramov);  BALA  Bala  baldan 

şirindir (Ata. sözü); ÇOCUQ (köhn.) Müəl­

lim  vicdanlı  adamdı.  O,  çocuqlarm  evinə 

gedir, ailə vəziyyəti ilə tanış olurdu (M.Hü- 

seyn); TİFİL [Gülsüm:] Bəs o tifillər cəb­

hədə  necə  vuruşurlar?  (X.Hasilova);  VƏ- 

LƏD  (köhn.)  [Hatəm  xan:]  Pis  vələdin  üzü 

qara  olsun,  dillənə  bilmirəm!  (S.Rəhimov); 



ÇAĞA  (bax),  KÖRPƏ  (bax),  ÖVLAD 

(bax).

1.  UŞAQLIQ  ..amma  bu  günah  hissində 

artıq  bir  uşaqlıq  xatiratının  ilıqlığı  vardı.. 

(Elçin); ÇOCUQLUQ [Zəhra:] Məqsədimə 

çatdım. Dörd tərəfim çocuqluqda oynadığım 

yerlər (A.Şaiq); KÖRPƏLİK [Xacə Müfıd:] 

Həkimlər və cərrahlar çağırdı, onların hamısı 

dedilər  ki,  bu  iş  ancaq  körpəlik  zamanında 

mümkündür  (M.S.Ordubadi);  TÜFULİY- 



YƏT ..hər bir dərdin heyatında dəxi tüfuliy-

Unutqanlıq

yət, gənclik, erkəklik və ixtiyarlıq kimi müx­

təlif dövrlər mövcuddur (A. Şaiq); TİFİLLİK.

2. uşaqlıq bax bətn

UŞAQ-MUŞAQ  [Çıraq:]  Uşaq-muşaq 

uduzanda, əlbəttə, dilxor olarsan (İ.Əfendi- 

yev);  ÇOCUQ-MOCUQ  [Qoçu:]  Bura 

çocuq-mocuq  yeri  deyil  (H.Abbaszade); 

ÇOLMA-ÇOCUQ  [Vəzir:]  Mən  inkar  et­

dim ki, Teymur ağada heç güc yoxdur; əgerçi 

oruc bayramında bir neçə uşaq basdı; amma 

olar tamam çolma-çocuq idilər (M.F.Axund- 

zadə);  QOR-QODUQ  (məc.)  [Safo:]  Hər 

yerindən qalxan qor-qoduq çiyninə bir bafta 

yapışdırıb,  əlinə  tüpürüb  hərləyir..  (S.Rə­

himov).


uşaqsız bax övladsız

UTANCAQ  Kazım  utancaq  bir  halda: 

-  O  nə  sözdür  ki,  -  dedi  (Çəmənzəminli); 



ANA  UŞAĞI (məc.) Dördillik məktəb hə­

yatında özünü ana uşağı kimi aparan Səlim 

birdən-birə  dəyişdi  (M.Hüseyn);  BAŞI­

AŞAĞI  [Səfər]  fəqir,  başıaşağı  oğlandı... 

j (Ə.Haqverdiyev); HƏYALI Bir neçə müd­

dət idi öz şəklini jumalm arasında çəkirdin, 

həyalı cavanlar jurnalı qabaqlarına açan kimi 

gözləri sənə sataşanda həya təri basır, utanıb, 

büküb  qoyurdular  yerə  (M.S.Ordubadi); 

MƏHCUB (kl.əd.) [Nəsrulla Salam:] Munis 

və məlıcub xanımdır (M.S.Ordubadi); ŞƏR- 



MƏNDƏ (kl.əd.) Mahü səyyarələr şərmən- 

dədir  yüzümə  baxmaqdan;  Fələk  övcində 

xurşidi  həyada  səmigün  görcək  (Xətayi); 



ARLI.

UTANDIRMAQ Oğul fikirləşir, anasının 

dedikləri onu utandırır.. (Ə.Veliyev); BAŞI 



AŞAĞI ETMƏK (fr.v.) Yalnız teatr sevgisi 

onlan  dost-düşmən  yanında  xar  eləyir,  ata- 

ana yanında başı aşağı edirdi (S.Rəhimov); 

XƏCALƏT  VERMƏK  [Kamal:]  Mənə 

çox xəcalət verirsiniz - demişdi (Y.Şirvan); 



PƏRT  ELƏMƏK  [Könül:]  Heç  yaxşı  iş 

tutmadın,  onların  yanında  məni  pərt  elədin 

(X.Hasilova);  XƏCALƏTLƏNDİRMƏK, 

QIZARTMAQ (məc.).

utanıb-qızarmaq bax utanmaq

Utanıb-qızarmaq

379



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə