LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə192/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   188   189   190   191   192   193   194   195   ...   216

Tiryəki

(bax), TİRYƏKÇƏKƏN, TİRYƏKKEŞ

(köhn.).

tiryəki bax tiryəkçi 

tiryəkkeş bax tiryəkçi 

tişə bax külüng

TİTRƏMƏ (dilç.) Hər hansı bir səs elas­

tik cismin titrəməsi və hava dalğalarının axını 

nəticəsində  emele  gəlir  (N.Məmmədov, 

A. Axundov); EHTİZAZ Lakin bezi səslərin 

tələffüzündə səs telləri gərgin vəziyyət ala­

raq  bir-birinə  daha  çox  yaxınlaşır,  bunun 

nəticəsində  də  səs  tellərinin  ehtizazı  əmələ 

gəlir (N.Məmmədov); VİBRASİYA.



TİTRƏMƏK  (müxtəlif  mənalarda)  Axı 

on ildən bəri; Titrəməyib, əsməyib; Heç bi­

rində əlləri (B.Vahabzadə); ƏSMƏK Dünən 

qabağından o qız tələsdi; Keçdi şimşək kimi, 

ürəyim  əsdi  (M.İbrahimov);  ÜRPƏŞMƏK 

Kamilin əti ürpəşdi (Y. Şirvan), 



toxa bax kətmən

toxtamaq bax 1. dözmək; 2. sakitləşmək 1 

TOXUCU  Toxucu  qızların  mahir  əlləri; 

Misli  görünməyən  gülşən  yaradıb  (M.Ra- 

him);  CULFA  (köhn.)  Atam  əllaf,  babam 

dülgər idi; Qardaşım culfa, əmim karger idi 

(M.Ə.Sabir); ZƏRBAFTA Yoxdur bərabə­

rin  sənin  bəhrdə;  Nə  insanda,  nə  zərbafda, 

nə zərdə (Aşıq Abbas).

1. TOXUM  Traktor  gəlmişdir  yeri  sök­

məyə;  Dırmıq  çəkib,  şuma  toxum  səpməyə 

(R.Əfəndiyev); DANƏ Bəsler, a kəlim, da- 

nələri yer qucağında; Qalxar yaşıl otlar, gö­

yərər hər bucağında (A.Şaiq).

2. toxum bax sperma

3. toxum bax tum 1

4. toxum bax maya II 

toxunmaq bax sürtüşmək 1 

tok bax cərəyan 2 

TOKAR, TORNAÇI

TOQQA  Safo  qapının  ağzına  getdi  və 

Alonun toqqasından yapışıb: - Çoxdan gö­

rüşmürük...  (S.Rəhimov);  BANDAJ  (idııı., 

elastik  kəmər)  İdmanda  zədələnmə  halları­

nın qarşısını almaq üçün ən yaxşı qoruyucu 

vasitələr; sipərlərdən, maskalardan, bandaj-

Torağay

lardan istifadə edilməsindən, oynaqların bint- 

lenməsindən ibarətdir (Babayev); KƏMƏR 

Çıxar əynindəki tozlu şineli; Qoy kəmər sıx­

masın o incə beli (M.Rahim); QAYIŞ Qara 

oğlan sualın cavabını gecikdirməyindən qa­

dın özünə doğru gələn adamlara ani bir nəzər 

fırladaraq hələ belindəki enli qayışdan əlini 

çıxarmamış qoca kişini diqqətlə gözdən ke­

çirdi (M.Hüseyn).

1. TOQQUŞMAQ, BİR-BİRİNƏ DƏY- 

MƏK/TOXUNMAQ

2. toqquşmaq bax vuruşmaq 1

TOP (oyun topu) [Pərviz:] Bizimkilər ha 

eləyib geri qayıdana kimi onların hücumçu­

ları  bizim  müdafiə  xəttini  yarıb  topu  qapı­

mızdan içəri keçirdilər (M.İbrahimov); KOS 

Bu zaman Nəcəfin kosu düz Zərifənin qaba­

ğına düşdü (S.Vəliyev); KUY (köhn.) [Mü- 

tərra:] Sizin mərhum qardaşınız kuy və çöv- 

kan  oyununda  qalib  gəldiyi  üçün  Dürrətül- 

bağdad onu sevmişdi (M.S.Ordubadi), 

topal bax çolaq 

topçu bax zenitçi

toplamaq bax 1. yığmaq; 2. cəmləmək 

toplanmaq bax yığışmaq I 

toplaşmaq bax yığışmaq 1

1. TOPPUZ  (köhn.)  Bu  hədiyyələr  bay­

raq,  qılınc,  xirqə,  toppuz,  tac  və  fermandan 

ibarət  idi  (Çəmənzəminli);  ƏMUD  (köhn.) 

(polad toppuz) Koroğlu qanrılıb geriyə baxdı 

ki,  görsün  Giziroğlu  uzaqdadı,  yaxında  bir 

də  onu  gördü  ki,  təpəsinə  bir  əmud  dəydi 

(“Koroğlu”); GÜRZ Bu əcaib zəbanilər tut­

duqları insanları gürzlə şappalayıb odlu zən­

cirlərlə dağlayırdılar (Çəmənzəminli); ŞEŞ- 



PƏR (altıdilli toppuz) Giziroğlu Mustafa bə­

yin  bir  şeşpəri  var  idi  ki,  ucu  haça  (“Kor­

oğlu”).

2. toppuz bax çomaq



TORAĞAY (zool.) Tufan da qonağımdır; 

Göylərin şimşəyi də; Tərlan da qonağımdır; 



Torağay, çəkçəki də (M.Rahim); ALAQA­

RANLIQ Onu [Tanyam] həbsxananın qalın 

divarları, alaqaranlıq koridorlan sıxır, qaçıb 

qurtarmağa çarələr düşünürdü (A.Şaiq);

371



QARIÇQAY  Xoyu  məlaikdir,  özü  pərinaz; 

Cilvəsi qarıçqay, cıqqası şahbaz (M.P. Vaqif).

TORAN Toran yavaş-yavaş qovuşur, qü­

rubun sumağı boyaları tutqun pəlmələrə bü­

rünürdü  (Çəmənzəminli);  YARIQARAN­

LIQ  Lakin  men  istəsəm  de,  istəməsəm  de 

başımı aşağı salıb, bu cansıxan, yarıqaranlıq 

otaqda  saatlarımı  saya-saya  çörək  pulu  qa­

zanmalıyam (M.Hüseyn).

TORBA  [Adolf:]  Mən  bir  qara  torbadan 

başqa heç bir əza görmədim (S.S. Axundov); 

KİSƏ Fikr eyləsin asan tutacaq səni; Xəyali- 

xam ilə atıb kisəni (Q.Zakir).

TORNAÇI, TOKAR

1. TORPAQ Dənizləri aşaram; Torpaqda 

da,  suda  da;  Şən,  fərəhli  yaşaram  (M.Dil­

bazi);  XAK  Ani-vahiddə  xütteyi-Şirvan; 

Oldu, səd heyf, xak ilə yeksan (M.Ə.Sabir); 

QUBAR (kl.əd.) Bir gün düşərəm soyuq mə­

zara; Bir gün susaram dönüb qubarə (A.Şaiq); 

ZƏMİN  Əhli-zəmanə  qanına  çox  təşnədir, 

zəmin; Qanın kimin tökərsə fələk, ol zaman 

içər (Füzuli).

2. TORPAQ (ərazi sahəsi) [Heydər bəy:] 

Xofa  düşməyə  haqqımız  var,  çünki  ..  qa­

nunda  torpaq  kəndlinindir  (S.S.Axundov); 

YER [Azer baba:] Yerimi şumlayıb əkən də 

sənsən (S.Vurğun).

3.  TORPAQ  Burada  hər  qaya,  hər  qarış 



torpaq,  hər  ağac,  hər  daş  onun  köməyidir, 

havadarıdır  (M.İbıahimov);  ƏRAZİ  Böyük- 

böyük torpaqlarərazilər, dəstə-dəstə adam­

lar, cürbəcür münasibətlər (C.Əlibəyov).



4. torpaq bax vətən 

tosqun bax kök I

TOST  (içki  məclisində deyilən  söz) Əhli- 

hal  insanların  keçib  məclislərindən;  Bəzən 

şeir oxudu, bəzən də ki, foVdedi (M.Rahim); 

SAĞLIQ  Yüz  sağlıq  deyilir  şərəfimizə; 

Düşmən  can  desə  də  düşməndir  yenə... 

(S.Vurğun). 

toşi bax ulaq

TOTUQ  [İsfəndiyarın]  totuq  yanaqların­

dan az qala qan damırdı, amma xəstə idi, özü 

də çox bərk xəstə idi (M.Hüseyn); KOPPUŞ



Toran

372


[Səlimə:] Men yaxınlaşıb başı-gözü yaylıqla 

sarınmış Salatının yun əlcəkli balaca əllərin­

dən tutaraq, isti evdən çıxdığı üçün qızarmış 

koppuş yanaqlarından öpdüm (İ.Əfəndiyev); 

POTA Birinci Çopur Abdullanın əminəvəsi 

Firuzla onun özü tək 

pota bir oğlan güləşdi 

(H. Abbaszadə); YUMRU Yumru, totuq uşaq­

lar qızıl taxtalarda qumaş yastıqlara söykə­

nən möminlərə şərab paylayırdılar (Çəmən­

zəminli).

TOVLAMAQ [Ağa Mərdan:] Gərək mən 

onları bura gətirib tovlayam ki, xilaf şəhadət 

etsinlər  (M.F.Axundzadə);  DİLƏ  TUT­

MAQ [Hacı:] Sən get dilə tut, boynuna qoy 

(M.İbrahimov);  XOŞ  DİLƏ  GƏTİRMƏK 

[Anaxanım:]  Dörd-beş  ildir  onun  qonşulu­

ğunda oluram, ildə neçə qız tovlar, xoş dilə 



gətirər, sonra incidər, qaçırar, yenisini gəti­

rər  (Çəmənzəminli);  QILIĞINA  GİRMƏK 

Və  heç  vaxt  heç  kimin 

qılığına  girməməyə 

çalışmışdı...  (Anar);  TOVLAŞDIRMAQ 

[Göyərçin:]  Hamısını  öyrən,  hamısını  bil, 

onu tovlaşdır, çıx gel (S.Rəhimov); BAŞINI 

BİŞİRMƏK  (fr.v.),  ALDATMAQ  (bax), 

QILIQLAMAQ. 

tovlaşdırmaq  bax  tovlamaq 

TOY  (evlənmə  mərasimi)  [Surxay:]  Ca­

maat, Musa dayının toyu qarışdı hamımızın 

toyuna  (S.Rəhman);  DÜYÜN  Düyün  oldu, 

bütün xublar yığıldı; Gəlmədi bir bizim gül­

bədən  gəlin  (M.P.Vaqif);  XEYİR  İŞ  (dan.) 

[Qəndab:]  Gözəldir,  -  deyə  şəkli  sinəmə 

sıxdım.  Xeyir  iş  nə  vaxtdır,  Allah  qoysa? 

(B.Bayramov);  TOY-DÜYÜN  [Serçəcik:] 

Kimindir  bu  toy-düyün  (M.Seyidzadə). 

toy-düyün  bax  toy 

töhfə bax hədiyyə

TÖHMƏT Burax, dostum, burax bu töh­



mətləri!  (M.Müşfıq);  QINAQ,  MƏZƏM­

MƏT Ata ticarətə uyub qazanc gətirir, tacir­

lər  mühiti  isə  getdikcə  qınağı,  məzəmməti 

artırır (Ə.Əbülhəsən); DANLAQ (bax).

1.  TÖKMƏK  Stol  üzərindəki  qrafindən 

stəkana su töküb içdim (A.Şaiq); AXITMAQ 



Axıtdım alnımın inci tərini; Yanmadım ömrü­

Tökmək


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə