LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə191/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   187   188   189   190   191   192   193   194   ...   216

Təvəqqe

təvəqqe bax xahiş

TƏYYARƏ Biz təyyarə ilə göyə qalxdıq 

(M.Hüseyn);  AEROBUS  Sentyabrın  2-da 

Heydər  Əliyev  adma  Beynəlxalq  Hava  Li­

manında “Azerbaycan Hava Yollan” Dövlət 

Konserni ilk dəfə olaraq yeni A-139 tipli sər­

nişin aerobusuııu təhvil almışdır (Qəzetlər­

dən); AEROPLAN (köhn.) [Gülsüm:] Aero- 

planı  deyirəm  de,  hər  gün  gələcək?  (X.Ha- 

silova); HAVA GƏMİSİ Azerbaycan Res­

publikasında  dövlət  qeydiyyatına  alınmış 

hava  gəmisi  Azərbaycan  Respublikasına 

mənsubdur  (Qəzetlərdən);  UÇAQ  {köhn.) 

Dördmotorlu uçaq! Aeromeydan (R.Rza).

TƏYYARƏÇİ Təyyarəçi ətrafı nəzərdən 

keçirdi:  qaçışan  buludlardan  başqa  bir  şey 

görmədi  (Çəmənzəminli);  AEROPLANÇI 

{köhn.)  [Almaz:]  Anıma  biz  sizi  traktorçu, 

maşmçı, aeroplançı eləmək istəyirik (C.Cab- 

barlı); AVİATOR Aviatorlar təzə təyyarə­

nin  önündə  xatirə  şəkli  çəkdirdilər  (Qəzet­

lərdən); PİLOT Kim isə yandan faşist pilo­

tunu nişan aldı (M.Hüseyn).

1.  TƏZAD,  ANTİTEZA  {ədəb.,  dilç.) 

Müəyyən bir cümlə və ifadə bir-birinin ziddi 

olan iki söz və ya fikri bir-biri ilə qarşılaşdır­

mağa aııtiteza {təzad) deyilir (A.Abdullayev).



2. təzad bax ziddiyyət 1

təzadlı bax ziddiyyətli

TƏZƏ [Usta:] Amma mənim üçün bu təzə 

bir  şey  deyil  (M.Hüseyn);  CƏDİD  {kl.əd.) 

Vah!..  Bu  imiş  dərsi-üsuli-cədid?!  Yo...x! 

Yo...x! Oğul, məktəbi üsyandı bu! (M.Ə.Sa- 

bir); TƏR İlk məhəbbətə salam; Uzaq dosta 

teleqram; Göndərilər təzə, tər; Bahar çiçek- 

leriyle (Ə.Cəmil); YENİ Yeni mahnılarla kim 

maraqlanmır?! (H.Abbaszadə).



TƏZƏDƏN Doğrudan da [söhbət] tükə­

nirdi ki, bu vaxt Eldar gəldi və hər şey təzə­



dən  çözələndi  (M.İbrahimov);  BİR  DAHA 

Yolçu  bir  daha  xarabalığı  gözdən  keçirdi 

(Ə.Məmmədxanlı);  DÜBARƏ  Sən  məni 

doğrasan  da  ney  kimi  para-para;  Deməli­

yəm parçala, istəsən kəs dübarə (M.Rahim); 

TƏKRAR O [Könül], təkrar səhnəyə qayı-

Tibb bacısı

darken yanaqlarında diktorun rəngli dodaq­

larının  izi  qalmışdı  (X.Hasilova);  YENƏ 

[Hacı] sonra döşəkçosi üzərində bardaş qurub 

lampanı titrək elləri ile yandırar, başı üstün­

dəki köhnə İran sandığını açar, kisə-kisə pul­

ları  bir-bir  çıxanb  sayar,  qorxaq  baxışlarla 

ətrafı süzdükdən sonra kisələri yenə de bir- 

bir  sandığa  yerləşdirib  ağzını  bağlardı 

(A.Şaiq); YENİDƏN [Cövdət] qapını örtüb 



yenidən yataq otağına, arvadının yanına gəldi 

(H.Abbaszadə).



TƏZİM Xacə  çıxıb bir az vəqtdən  sonra 

ehzar  olunan  əşxas  gəldilər  və  lazimeyi-ta- 



zim  əmələ  gətirib  müntəziri-fərmayiş  ol­

dular  (M.F.Axundzadə);  GÜRNUŞ  {arx.) 

Münəccimbaşı  şahın  hüzuruna  daxil  olub 

giirnuşdan  sonra  əl-əl  üstə  qabaqda  dumb 

dua və səna etdi (M.F.Axundzadə); İKRAM 

Xəlqin işi bizlərə ikram idi; Ax!., necə keyf 

çəkməli  əyyam  idi  (M.Ə.Sabir);  BAŞ  EN­



DİRMƏ, BAŞ ƏYMƏ, 

təziyə  bax  matəm 

tıxamaq bax soxmaq 

tıxmaq bax yemək 1 

TINCIXMAQ ..İstidən ürəkləri tıncıxan­

lar  da  divarlara  dalbadal  tüpürüb  canlarını 

rahat  edirdilər  (Çəmənzəminli);  NƏFƏSİ 



TƏNG OLMAQ, SIXILMAQ.

TISBAĞA  Bir  tısbağa,  bir  kəsəyən,  bir 

qarğa;  Yoldaş  olmuş  idi  bundan  sabiqa 

(Q.Zakir);  BAĞA  Bağalar  başlarını  qırağa 

çəkib  hərəkətsiz  durmuşdular  (A.Şaiq); 



ÇANAQLIBAĞA  Girmişdi  əqrob  bağa; 

Gəlib  çanaqlıbağa;  Əqrəblə  sirdaş  oldu; 

Dost oldu, qardaş oldu (M.Seyidzadə).

TİBB  Arvad  əsil yaranmasından tibb el­

minə  möhtacdır  (Çəmənzəminli);  TƏBA­



BƏT  Düşməzdi  önümdə  dostum  bu  günə; 

O,  lənət  yağdırır,  min  dəfə  lənət;  Təbabət 

elminin gücsüzlüyünə (B.Vahabzadə).

TİBB BACISI Xəstəxananın işçiləri, tibb 

bacıları vaxt tapdıqca Zeynalla söhbət edər, 

ona istədiyi kitabı, qəzeti oxuyardılar (B.Bay- 

ramov); SESTRA {dan.) [Şəkər:] Doktor Qə- 

dirova, nə olar siz həkim, men sestra olanda



369


(B.Bayramov);  ŞƏFQƏT  BACISI  Mayor 

şəfqət bacısına nəzakətlə dedi.. (X.Hasilova).

TİCARƏT, BİZNES, KOMMERSİYA, 

ALVER (bax)

ticarətçi bax alverçi 

tif bax yatalaq 

tifil bax uşaq, çağa 

tifillik bax uşaqlıq 1 

tiğ bax qılınc

TİKAN  Mən  çox  xəcalət  çəkdim;  çünki 

xəyalıma  gəldi  ki,  nökərimiz  evi  süpürəndə 

süpürgənin  tikanı  düşüb  fərşin  üstünə  və 

batıb  qonağın  yumşaq  yerinə  (C.Memmed- 

quluzadə); XAR (kl.əd.) Qəlbimizdə eşqimiz 

vermiş əzəldən baş-başa; Yad, yaman gözlər 

bizim bağ-bağçam xar bilməsin (S.Rüstəm).

1. TİKƏ, BÖLÜK, HİSSƏ, PARÇA

2. tikə bax loğma; para 1 

tikəkabab bax kabab 

tikili bax bina

tikinti bax inşaat

L  TİKMƏK  (inşaata  dair)  [Qardaş:] 

Tozlu küçələrin, palçıq evlərin hamısını sö­

küb  təzə  evlər 

tikəcəyik  (M.İbrahimov); 

BİNA  ETMƏK  [Qulu:]  ..nəqd  pul  eləyib 

gedəsən  ziyarətə,  ovdan  tikdirəsən,  məscid 



bina  edəsən  fəqir-füqəraya?!  (N.Vəzirov); 

BİNA QOYMAQ [Məşədi  Əsgər:] ..gəmi­

çilik  şirkəti  bina  qoydu  (Qantəmir);  İNŞA 



ETMƏK/ELƏMƏK  [Qulam  müəllim:] 

Qoy  bu  qızlarımızdan.,  birisi  də  bizim  bu 

dağlı  məhəlləsində  yeni-yeni  binalar  inşa 

etsin (S.Rəhimov); QURMAQ Bu axır vaxt­

larda  Qafqazın  müsəlmanları  gözlərini  açıb 

başladılar hey bir ucdan məktəb binası qur­

mağa  (C.Məmmədquluzadə);  SALMAQ 

..Nahiyənin  rəhbərləri.,  dərənin  üstündən 

körpü  salırdılar  (Ə.Əbülhesen);  YAPMAQ 

(köhn.)  Bir  imarət  yapmağa  min  ev  yıxan 

memar tək (Füzuli).



2. TİKMƏK (paltar və s.) [Ballı:] Kişinin 

yaxasını  niyə  cırırsan.  Axır  təzəcə  tikmişəm 

(Çəmənzəminli);  SIRIMAQ  [Gülcahan:] 

Vay, yorğanı sırıyanda yaddan çıxıb [qayçı] 

içində qalıbdır (T.Ş.Simürğ).

Ticarət

370

TİLOV Tilov atıb gözlərini zilləyərək bir 

nöqtəyə; Balıq tutur, sevincindən o sığmayır 

yerə,  göyə  (S.Rüstəm);  QARMAQ  [Tağı:] 

Məmmədağanın balıq qarmağı burada qal­

mışdı (S.S.Axundov). 

tilsim bax cadu 1 

tilsimçi bax sehrbaz 

tilsimləmək  bax  sehrləmək 

tilsimli bax sehrli 

timpan bax təbil 

timsal bax 1. nümunə; 2. məsəl 

TİNG (əkiləcək cavan ağac və s.) [Nəbi:] 

Heç inana bilmirdim ki, çöp kimi qoyub get­

diyim ting nəhəng ərik ağacına çevrilmişdir 

(Mir  Cəlal);  DİNGƏLƏN  Bu  yaxınlarda 

harada alma ağacı var. Baxdılar ki, göz işlə­

dikcə  bir  dənə  dingələn  də  yoxdur  (Nağıl); 



ŞİTİL  [Əzim:]  Bunun  şitillərini  qışda  bir- 

bir əlimlə əkmişəm - dedi (A.Şaiq); DİNGİ. 



tip bax 1. forma 1; 2. surət 1

I  TİR  Xülasə  kar  xəlfə  civardakı  xırda 

evləri bir-bir satm alır, tələbələrinə uçurtdu- 

rur  tir-taxtasını  və  damlını  bizə  daşıtdırırdı 

(Çəmənzəminli);  PƏRDİ  Evlərin  taxtapu- 

şundakı  küləş  töküldüyündən  qum  pərdilər 

artıq öküz qabırğaları kimi çıxmışdı (B.Bay- 

ramov); ŞALBAN Həmidin ağır şalbaııları

t

  tək  daşıması  onun  döşünə  yatdı  (H.Abbas- 



' zadə); KƏN.

II tir bax ox 1 

tiraj bax say 2 

tiren bax qatar 1

I TİRƏ, TƏPƏCİK, TƏPƏLİK

II tirə bax nəsil 2

TİRYƏK  Gəncliyində  uyaraq  kefə,  eyş- 

işrətə; Qul olmuşdu tiıyəkə səfalətə, şəhvətə 

(M.Rzaquluzadə); ƏFYUN Baba dərviş, ye­

tər,  bu  əfsanə;  Yetər,  əfyun  içirtdin  insanə 

(S.Rüstəm).

TİRYƏKÇİ  Hacı  dik  atıldı,  elə  bil  ki, 

yuxuya  getmiş  tiryəkçi  qəfil  səs  eşitdi 

(M.İbrahimov); TİRYƏKİ Mən cılız və tir­

yəki bir adamın səsinə oxşar bir ses eşitdim 

(M.İbrahimov); ƏFYUNÇU, NARKOMAN



Tiryəkçi


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə