LüĞƏTDƏ gedəN İXTİsarlar


Təəssübkeş 1. TƏƏSSÜBKEŞ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə187/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   183   184   185   186   187   188   189   190   ...   216

Təəssübkeş

1. TƏƏSSÜBKEŞ [Leylək:] Göydəki bir 

tanrı bilir ki, mən necə təəssübkeşəm, özüm 

de bu qapıdakı sərv ağacı kimi nə təhər dü­

zəm? (S.Rəhimov); FANATİK Onun [“Mol­

la  Nəsrəddin”  jurnalı]  ünvanına  Qarabağ 

bəyləri və Dağıstan fanatikləri hədəli mək­

tublar  göndərirdilər  (Anar);  MÜTƏƏSSİB 

Ana  mütəəssib  deyil,  nikbindir  (Çəmənzə­

minli); TƏƏSSÜBÇÜ.

2. təəssübkeş bax qeyrətkeş



1.  TƏƏSSÜBKEŞLİK,  FANATİZM, 

MÜTƏƏSSİBLİK

2. təəssübkeşlik bax qeyrətkeşlik 



TƏƏSSÜF, ƏFSUS (bax), HEYF 

TƏƏSSÜRAT Arabir silinir izin şimal­

dan; Coşqun çaya dönür təəssüratın (M.Ra- 

him); İNTİBA Lakin bu yalnız ilk intibadır 

(M.Hüseyn).



TƏFAVÜT [Pərviz xan:] Bir de siz cənab 

nə  üçün  ağa  ilə  nökərə  təfavüt  qoymursu­

nuz? (M.S.Ordubadi); FƏRQ Fəqət ikisinin 

məhəbbətində  bir  az  fərq  var  idi  (N.Nəri- 

manov).

təfsilən bax hərtərəfli; ətraflı 

təfsilli bax ətraflı 

təfsir bax izah 

təftiş bax nəzarət

təftişçi bax I. nəzarətçi 1; 2. müfəttiş 

təhdid bax 1. hədə; 2. qorxu 

təhəmmül bax səbir I 

təhər bax üsul

TƏHLİL,  ANALİZ  Şamxor  məmləkə­

tinə gəldikdə buranın torpağına gərək diqqət 

edək və bu torpaqdan bir az nümunə götürək 

və  coğrafi,  tarixi  laboratoriyada  o  torpağın 



təhlililə məşğul olaq görək bizim bu analizi­

miz nəyi göstərir və nə nəticə verir (C.Məm- 

modquluzadə).



TƏHLÜKƏ [Xacə:] Padşah, nə qədər ki, 

onlar sağdır, sizi təhlükə gözləyir (A.Şaiq); 



XATA (dan.) [Kəndlilərdən biri:] Əgər əli­

mizdən xata da çıxsa, biz elə eləmərik ki, bir 

yad adam bizim işimizdən xəbərdar olmasın 

(C.Məmmədquluzadə);  XƏTƏR  Yaxşı  ki, 

yolda xətər toxunmayıb (X.Hasilova); UÇU-

Təxəyyül

RUM  Yolumda  zülmət  var, uçurumlar var 

(Ə.Cavad);  VƏXAMƏT  (köhn.)  [Sitarə:] 

Gün-gündən  halım  kosbi-vəxamət  edir 

(A.Şaiq); VƏRTƏ Boz at, seni sor tövlədə 

bağlaram;  Əgər  bizi  bu  vərtədən  qurtarsan 

(“Qaçaq  Nebi”);  XATA-BALA,  FACİƏ 



(bax), QƏZA (bax).

TƏHLÜKƏLİ  (qorxusu  olan,  təhlükəli 

olan) Onda bir arxayınlıq hasil olurdu. Çünki 

təhlükəli an keçmişdi (M.İbrahimov); XATA­

KAR  Lakin  çin  nazirləri,  kraliçənin  yaxın 

adamları - acı meyvəli azman ağacın bu acı 

rişələri  öz  mövqelərini  saxlamaq  və  onlar 

üçün əlverişli olan dövlət üsulunun toxunul­

mazlığını qorumaq məqsədilə imperatriçəni 

inandırmağa  başladılar  ki,  xatakar  şeytan 

onun oğlunu yoldan çıxartmışdır.. (C.Məm- 

mədquluzadə);  XATALI  Görünür  mən  də 

nahaq yerə belə xatalı işə boyun qoymuşam 

(M.İbrahimov); XƏTƏRLİ [Pərviz:] Lakin 

toyuq-cücə olan yerdə bu xətərlidir, ona görə 

de başqa tədbirlərə el atırlar (M.İbrahimov); 



XƏTƏRNAK  Qeybəli  belə  bir  şübhəyə 

görə  təfsilatı  bilmək,  bu  şübhəli,  xətərnak 

Tavakalı  olduğu  kimi  görmək  məqsədi  ilə 

öz sorğu-sualından qalmırdı (S.Rəhimov).



TƏHRİK  (sözlə  və  ya  başqa  şirniklən­

dirici vasitələrlə birini bir iş görməyə vadar 

etmə, sövq etmə) Lakin heç bir sənət insanı 

əxlaqın təhrikindən və əqidələrin təsirindən 

qurtara  bilməz  (M.İbrahimov);  TƏŞVİQ 

Klassiklərimizin  yaradıcılığı  üzərində  uzun 

illər  tədqiqat  aparmış  akademik  H.Araslı, 

görkəmli  alim  Ə.Seyidzadə,  fıloloji  elmlər 

doktoru M.Quluzade və başqalarının Nəsi­

miyə,  onun  poeziyasına,  fəlsəfi  görüşünə 

həsr edilmiş məqalə və kitabları ədəbiyyat­

şünaslığımızda  gərəkli  səhifələr  kimi,  Nə­

simi irsinin təhlil-tədqiq və təşviqində mü­

hüm təşəbbüslərdir (R.Rza). 



təhriri bax yazılı

1. TƏHSİL, MAARİF, SAVAD

2. təhsil bax dərs 

təxəllüs bax ləqəb 

təxəyyül bax xəyal 1

361


Təxirsiz

TƏXİRSİZ  Fəxrəddin,  əlahəzrətin  bu 

şiddətli sualından heç də özünü itirmədi, çox 



təxirsiz bir surətdə verib dedi... (M.S.Ordu- 

badi); BİLATƏXİR [Əşrəf boy:] Təvəqqe 

eləyirəm,  bilatəxir  təşrif  aparasız  (N.Və- 

zirov); DƏRHAL, İSTİ-İSTİ, 



təxminən bax təqribən 

təxt-rəvan bax kəcavə

I tək bax 1. təkcə; 2. yalnız



II tək bax dib 

təkanlamaq bax itələmək 1 

TƏKCƏ, ANCAQ, BİR, BİRCƏ, TƏK,

YALNIZ, YEGANƏ 

təkallahlılıq bax monoteizm 

təkə bax dıbır

təkəbbür bax 1. mənəmlik; 2. lovğalıq 

təkəbbürlənmək bax lovğalanmaq 

təkəbbürlü bax lovğa 

təkəbbürlülük bax lovğalıq 

TƏKƏR (tex.) Muncuqlanır, düzülür; sol­

datın  alnında  tər;  Yerdən  qopmayır  təkər 

(R.Rza); ÇARX Qatar Biləcəri stansiyasın­

dan Bakıya hərəkət etdiyi zaman parovozun 

verdiyi fit, çarxların taqqıltısı onun qulaq­

larında ən ahəngdar bir musiqi kimi səslə­

nirdi (A.Şaiq). 

təkəş bax ədabaz

TƏKİD Tellonun təkidinə, Alonun acıq­

lanmasına  baxmayaraq,  Gülşənəm  özünü 

kənara çəkib dayandı (S.Rəhimov); İSRAR 

Ananın  israrına  baxmayaraq  on  gün  evdən 

çölə çıxmadı (Çəmənzəminli).

təklik bax tənhalıq, yalqızlıq; birlik 2 

TƏKNƏ (xəmir yoğurmaq üçün işlədilən 

dərin iri qab) Telli durub təknədən bir təndir 

çörəyi  çıxartdı  (Çəmənzəminli);  TABAQ 

Həmid yağlı barmaqlannı tabağın üstünə sa­

lınmış qar kimi ağ dəsmala sildi (H.Abbas- 

zadə).

təkrar bax təzədən

I TƏKYƏ Odur ki, har bir toya, teziyəye, 



təkyəyə adam çağırmaq lazım olsa, bunu da 

Hacı  Tağıya  tapşınrlar  (Ə.Haqverdiyev); 

ZAVİYƏ [Əli:] ..zaviyələrə gedər, rahiblərin 

həyatını  öyrənməyə  çalışardı  (Çəmənzə­

minli).

362


Tələbat

II təkyə bax 1. söykenəcek; 2. məhəccər 

təqaüd bax 1. pensiya; 2.stipendiya 

təqaüdçü bax pensiyaçı 

təqaza bax tolobat

TƏQRİBƏN Təqribən 200 il bundan əv­

vəl (1760-cı il) Ağa Məhəmməd şah Qacar 

(1742-1797) İran taxt-tacını sahib olan kimi 

iyirmi mindən artıq əhalisi olmayan Tehranı 

özünə paytaxt seçdi (M.Hüseyn); TƏXMİ­

NƏN Aradan təxminən birssat keçmiş günə­

şin son zərrələri üfüqdən qaib olduqda, qızıl 

inək darvazanın ağzında elobir böyürtü salır 

ki,  sanki  imdad  bəkləyen  bir  gemi  bağırır 

(S.S.Axundov);  TƏXMİNİ  OLARAQ, 

TƏQRİBİ  OLARAQ, 

təqsir  bax  günah 

təqsirkar  bax  günahkarl;  təqsirli 

təqsirləndirmək bax günahlandıraraq 

TƏQSİRLİ, GÜNAHKAR (bax), TƏQ­

SİRKAR

TƏQSİRNAMƏ, İTTİHAMNAMƏ 

təqsirsiz bax günahsız 

təqsirsizlik bax günahsızlıq 

TƏQVİM O, qarşısındakı təqvimə baxıb 

əlavə etdi, bu gün ayın iyirmisidir (Ə.Qa- 

sımov); KALENDAR Divanmdan asılan 

kalendardan hər gecə; Bir döyüş və bir zəfər 

yarpağını cırıram (S.Rüstem). 



təlaş bax təşviş 

təlatümlü bax coşqun 1

1. TƏLƏ [Pərviz:] Atanın göstərdiyi kimi 

tələ düzəltdik (M.İbrahimov); CƏLƏ Sərçə 

tutmaq  üçün  heç  cələ  da  lazım  gəlmirdi 

(S.S.Axundov); ÇƏRTMƏ Çərtməyə düşdü 

alaqanad quşu; Çərtmə o saat elədi bənd quşu 

(R.Əfəndiyev);  DAM  (kbd.)  Kimsə  məni 

aldadamaz  dam  ilə  (R.Əfsıdiyev);  DUZAQ 

Tülkü  iki  dəfə  duzağa  düşməz  (Ata.  sözü); 

TOR Bu sözü ağızda dcysrkən, sonra; Qəf­

lətən  olub  düşdü  göyərçin  tora  (R.Əfendi- 

yev).

2.  tələ bax hiylə

TƏLƏBAT,  EHTİYAC  [Şakir:]  Bildilər 

ki, bir şeyə ehtiyacı var, xahişsiz-filansız dü­

zəldilər (M.İbrahimov); HACƏT Sara cava-



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə