LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə190/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   186   187   188   189   190   191   192   193   ...   216

Kasıbın nəyi var ki, ona tərəf olan da ola?! 

(Ə.Əbülhəsən); HAVADAR (bax), TƏRƏF- 



GİR, TƏRƏFKEŞ.

TƏRƏFDARLIQ, HAVADARLIQ, 

TƏRƏFGİRLİK, TƏRƏFKEŞLİK 

tərəfgir bax tərəfdar 

tərəfgirlik bax tərəfdarlıq 

tərəfkeş bax tərəfdar 

tərəfkeşlik bax tərəfdarlıq 

tərəhhüm bax rəhm

TƏRƏKƏMƏ  Bir  dəfə  minarədən  azan 

verirdi molla; Tənkəmə gedirdi kənd yanın­

dakı yolla (M.Rahim); KÖÇƏRİ Din nədir, 

məscid nədir bilməzdi bu köçəri; Ömrii çöldə 

keçərdi uzun illərdən bəri (M.Rahim).

TƏRƏQQİ O kəndin tərəqqisi uğranda, 

.. daha varlı, daha mədəni həyat sünnəsi uğ­

randa  mübarizə  aparmalıdır  (Ə.Qasımov); 

İNKİŞAF  Xalq  təsərrüfatımızın  ümumi 

inkişafında yaylaqlarımızın, kurortlarımızın 

iqtisadi  əhəmiyyəti  böyükdür  (Ə.Vəliyev); 



İRƏLİLƏMƏ  Xalq  ədəbiyyatının  dilində 

böyük bir irəliləmə görünürdü (M.İbrahimov); 



İRƏLİLƏYİŞ  Altı  ay  çökmədi,  məktəbdə 

böyük  bir  irəliləyiş  göründü  (Mir  Cəlal); 



YÜKSƏLİŞ  Dünyada  hor  könül  yüksəliş 

arar; Varlığın nə ilki, nə axm var (S.Vurğun).



TƏRƏQQİPƏRVƏR Bu acı həqiqətlərlə 

üz-üzə  gələn  Məhərrəm  əmi  faydalı  işlər 

görmək məqsədi ilə inqilabçı tərəqqipərvər 

ziyalılara yaxınlaşmağa qərar verdi (A.Şaiq); 



AÇIQFİKİRLİ O zəkalı, açıqfikirli və cəsa­

rətli  bir  adam  idi  (M.İbrahimov);  FİKRİ- 



AÇIQ  [Naşad:]  Qonşunuz  fıkriaçıq  ziyalı 

bir  gəncdir?  (S.Hüseyn);  QABAQCIL  Bu 

mübarizədə qabaqcıl fəhlələr də fəal iştirak 

edirdi  (A.Şaiq);  QABAQGÖRƏN  Xalqın 

bütün açıqfikirli, qabaqgörən igid və namus­

lu  oğulları  yenilməz  inqilabi  bayraq  altına 

toplaşaraq, alçaq düşmənlərlə öz mübarizə­

sini  daha  artıq  gücləndirirdi  (H.Sarabski); 



MÜTƏRƏQQİ (bax).

TƏRƏZİ Mən meyvəni uşaqların dağıt­

masından  qoruyur,  tərəzidə  meyvə  çəkir, 

atama kömək edərdim (Q.Xəlilov); MİZAN/

Tərəfdarlıq

MİZAN-TƏRƏZİ  (din.)  [Dayə:]  Qiyamət 

günü mizan-tərəzi qurulacaq, padşahı Allahın 

hüzuruna  gətirəcəkdir,  əcr  verildikdə,  gö­

yün üzündə o nahaq qan çəkilib gedəcəkdir 

(Çəmənzəminli); QAPAN (bax).

TƏRİF [Əsgər:] Tərifdə səxavətini men­

dən  əsirgəməyib  (H.Abbaszadə);  MƏDH 



(kl.əd.) Yaxşı tanıyıram Cahangiri mən; Xoş­

lanmaz heç zaman o mədhlərdən (B.Vahab- 

zadə); VƏSF (köhıı.) Vəsfin yayılıb mahala; 

Maşallah o xetti xala (Aşıq Ələsgər).



TƏRİFLƏMƏK  [Qazalaqçı]  Balağam 

çox təriflədi (H.Abbaszadə); MƏDH/SƏNA 



ETMƏK  Nizami  zamanının  başqa  şairləri 

kimi mədh və səna etməkdən çəkinərək şair­

lik və şerin qədrü qiymətini hər şeydən yük­

sək tutan bir şair olduğunu sözlərindəki vü­

qar  və  ciddiyyət  dəlildir  (A.Şaiq);  TƏRİF 

!  ELƏMƏK/ETMƏK  Bir  ingilis  xanımı; 

O gündən ballarda; Onu tərif eləyir (M.Ra­

him);  VƏSF  ETMƏK  (köhn.)  Edər  vaiz 

mükerrər vəsf abi-kövsəri, amma (Q.Zakir); 



ÖYMƏK.

təriq bax 1. yol I; 2. üsul 

TƏRİQƏT (din.) Didir bir-birini təriqət­

lər, nəsillər (B.Vahabzadə); SEKTA, 

tərki-dünya  bax  guşenişin 

TƏRLAN (quş ovlamaq üçün ələ öyrədi­

lən ovçu quş) Səhər irişincə min nəğmə urar; 

Şahbazı, tərlanı bizim dağların (S.Vurğun); 



ALICI  QUŞ  Dönüb  cəbhəçiler  alıcı  quşa; 

Atılan  güllələr  getməyir  boşa  (M.Rahim); 



BAZ (kl.əd.) Dörd şey vardı ovu almış dəs­

tinə; Bir şahin, bir doğan, bir əspir, bir baz 

(Xətayi).

TƏRPƏNMƏK  (yavaşca  tərpənmək) 

Qurbanoli  bəy  yerindən  heç  tərpənmədi 

(C.Məmmədquluzadə);  QIMILDANMAQ 

Pişik onun [Məstanın] səsini eşidəndə hər bir 

şeyi anlayırmış kimi, gözlərini ona zilləyir, 

yerindən  qımıldanmayaraq  diqqətlə  dinlə­

yirdi (M.Hüseyn); YIRĞALANMAQ “Sa­

valan”  beşik  kimi  yırğalanırdı  (H.Abbas­

zadə);  HƏRƏKƏTƏ  GƏLMƏK/BAŞ- 

LAMAQ.

Tərpənmək

367



Tərpənmək

2. tərpənmək bax getmək 1 

tərs bax höcət

TƏRSANƏ Tərsanələr yaradan, işıqlı ev­

lər tikən; Bağ salan, şiş dağlara tunellər, yol­

lar  çəkən..  (M.Rahim);  VERF  ..Gəmi  inşa 

edən ver/’ilə tanış olduq (Ə.Sadıq).



1.  TƏRSİNƏ  Diqqət  edib,  baxsan  əgər 

dərsinə;  Hər  sözü  təlim  eləyir  tərsinə 

(M.Ə.Sabir);  BAŞ-AYAQ  Ümumi  yaşayış 

evindəki balaca otaqda səhər tezdən yuxu­

dan qalxan cavanlar Cəmillə Tahiri bir çar­

payıda  baş-ayaq  yatmış  gördülər  (M.Hü- 

seyn).

2. tərsinə bax əksinə

tərtib bax 1. tərtibat; 2. nizam 1

1. TƏRTİBAT, TƏRTİB {tərtib olunma)

2. tərtibat bax kompozisiya 

tərz bax üslub, üsul 

təsək bax araqçın

TƏSƏLLİ Həmid Çopur Abdullanın tu­

tulmasından  müəyyən  təsəlli  tapsa  da,  onu 

burada görmeməyinə təəssüf eləyirdi (H. Ab­

baszadə);  TƏSKİNLİK  Əgər  bir  nəfər  bir 

çaydamı, dənizdəmi olsun, boğulub gözdən 

itsə, bu itiyi tapmaq ayrıca bir iztirabdır, hətta 

itiyin  axtarış  dərdindən  xilas  olmaq,  istər- 

istəməz  qəmli-kədərli  də  olsa  yenə  də  bir 



təskinlikdir (S.Rehimov); OVUNDURMA, 

TƏSKİN.

TƏSİSÇİ, BANİ 

təskin bax təsəlli 

təskinlik bax təsəlli 

təskülah bax dəbilqə 

TƏSNİFAT Türkiyədə dramaya dair təs­

nifat ancaq Əbülhəmid sultanlığı zamanında 

aləmə gəlmiş (Ə.Haqverdiyev); KLASSİ- 



FİKASİYA, TƏSNİF.

TƏSNİFATÇI, KLASSİFİKATOR (təs­

nifat mütəxəssisi)

təsvir bax mənzərə 3 

TƏŞBEH, BƏNZƏTMƏ, OXŞATMA, 

TƏMSİL

2. TƏŞBEH {ədəb.), TƏMSİL 

təşəxxüs bax lovğalıq 

təşəxxüslənmək bax lovğalanmaq

368

Təvazökar

təşəxxüslü bax lovğa

təşəkkür bax minnətdarlıq

1. TƏŞKİLAT (partiya, həmkarlar və s. 

təşkilatı) Nəhayət, Ərgünəş rayonunun par­

tiya təşkilatı haqqında qəzetlər çap olunmuş 

qərardan  həqiqəti  öyrənə  bildim  (C.Əli- 

bəyov); ÖZƏK (köhtı.) Bir-iki aydan sonra 

altı-yeddi nəfərdən ibarət bir firqa özəyi təş­

kil etdi (Ə.Haqverdiyev).



2.  TƏŞKİLAT  [Muxtar:]  Səbəb  də  bu 

oldu ki, Şuşa gimnaziyasında gizli cavanlar 



təşkilatı aşkara çıxarılıb (Ə.Voliyev); İTTİ­

FAQ  [Murad:]  Şuşa  gimnaziyasında  gizli 

işləyən  cavanlar  ittifaqı  müsavat  hökuməti 

əleyhinə  yazılı  şəkildə  tələblər  qoymuş 

(Ə.Vəliyev).



təşviq bax təbrik

TƏŞVİŞ Güləbətin onun səsindəki qorxu 

və təşvişi duyub dərhal sakit etməyə çalışdı 

(M.İbrahimov);  İZTİRAB  [Arif:]  Sorma, 

heç sorma, Nazənin xavər; Meni məhv etdi 



iztirabü kədər (H.Cavid); SƏKSƏKƏ [Rü­

babə:]  Bu  iki  pudluqlar  bu  həyətə  gələni 



səksəkə içindəyəm, ay qadanızı alım, mənə 

yazığınız gəlsin (H.Abbaszadə); TƏLAŞ Və 

ikisinin də qorxu və təlaşdan gözləri kəllə­

sinə çıxmışdı - sinələri dəmirçi körüyü kimi 

qalxıb-enirdi, ikisi de birdən dedi: - Qədeş, 

bilirsən  nə  olub?  (H.Abbaszadə);  NARA­



HATLIQ {bax).

TƏTİK (odlu silahda) O cani tətiyi çək­

mişdi, bəli; Güllə açılmamışdı... (N.Xəzri); 

ŞEYTANI  Hər  ikisinin  eli  birdən  tüfəng­

lərin şeytanım çəkdi.. (S.Rəhimov).

TƏVAZÖKAR [Mədinə:] Xoşuma gələn 

odur  ki,  çox  təvazökardır  (M.  İbrahimov); 



SADƏLÖVH  Molla  onun  möcüzələrinə 

inanaraq öz dövlətini gümüşə dəyişmək üçün 

gətirən sadəlövh, avam əhalini əsli olmayan 

gümüşlə  aldadıb  talayır  (Ə.Haqverdiyev); 



TÜRKƏSAYA(Q)  (dan.)  Yazıq  türkəsaya 

adamdır, birdən keçər bir cüvəllağının əlinə.. 

(M.İbrahimov); ŞİKƏSTƏNƏFS Bu adam 

nə həqirdir, nə şikəstənəfsdir (C.Məmməd- 

quluzadə).



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə