LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə186/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   182   183   184   185   186   187   188   189   ...   216

termometr bax hərarətölçən 

TERROR [Rüstəm bəy:] Mənim eşitdi­

yimə  görə,  -  dedi,  -  Ağabəyin  Qafqazdan 

getməsinin  səbəbi  “Difai”  məsələsi  olmuş, 

çünki  “Difai”  terror  gücü  ilə  zənginlərdən 

pul tələb etməyə başlamışdı (Çəmənzəminli); 

TƏDHİŞ 

(k ö k

i l

).

TERRORÇU, QƏSDÇİ, TERRORİST, 

TƏDHİŞÇİ

TERRORÇULUQ, QƏSDÇİLİK, TƏD- 

HİŞÇİLİK 

terrorist bax terrorçu 

teyf bax kabus 

tez bax əlüstü, təcili

TEZDƏN, ERKƏN Kənddə səhər erkən 

oyanmağa adət etmiş Çiçək, Neft Daşlarında 

da tezdən durdu (Ə.Qasımov); ERTƏ(DƏN) 

Sübh ertə oyanardı qarı; Durğuzar idi hamı 

xidmətkarı (A. Səhhət); OBAŞDAN Elə bil, 

səhər obaşdan işə getməyəcək (Ə.Qasımov); 



SÜBHDƏN  [Aytəmiz:]  Anamla  sübhdən 

oyanıb  həyəti  süpürür,  güllərə  su  verirdik 

(Ə.Qasımov); ALAQARANLIQ (bax).

TEZLİKLƏ  [Şahbaz:]  Qəm  etmə,  ya­

ran  yüngül  yaradır.  Tezliklə  sağalarsan.. 

(S.S.Axundov);  BİR  AZDAN  Bir  azdan.. 

qayalıqların başı qıpqırmızı işığa qərq oldu 

(S.Rəhimov);  ƏNQƏRİB  Vaqifin  ağlına, 

kəmalına, şir danışıqlarına bənd olub həmi­

şəlik  yanında  saxlayıb,  ənqərib  vəzirlik 

mənsəbini ona verir (Ə.Haqverdiyev); TEZ 



BİR ZAMANDA, YAXIN GÜNLƏRDƏ, 

YAXIN ZAMANDA.

TEZ-TEZ  Əmi  bir  az  tənəffüs  edək, 

-  deyə  Nərgiz  tez-tez  otaqdan  çıxırdı 

(S.S.Axundov);  İTİ-İTİ  Tramvay  sürətini 

artırdıqca  [Tahirin]  də  fikri  iti-iti  işləməyə 

başlayırdı  (M.Hüseyn);  YEYİN-YEYİN 

İkisi  de  qoşuldular  tez  xizəyə;  Başladılar 



yeyin-yeyin  yeriməyə..  (M.Rzaquluzadə); 

SÜRƏTLƏ (bax). 

təamxana bax yeməkxana 

təb bax 1. ilham; 2. xasiyyət 

təbabət bax 1. tibb; 2. həkimlik 

təbəə bax vətəndaş

Termometr

təbəqə bax 

1

.

 

silk; 2. qat 



1

TƏBƏSSÜM [Mahironin] qaşqabağı sal­

lanmışdı,  dodaqlarını  və  gözlərini  bəzəyən 



təbəssüm yox olmuşdu (Y.Şirvan); GÜLÜM­

SƏMƏ Bumaşov gülümsədi. Bu gülümsəmə 

onun həmin şərtə razı olmadığını aşkar bü- 

ruzə verdi (Çəmənzəminli); QIMIŞIQ Lakin 

onun gözündə sevinc dolu bir işıq; Rəngsiz 

dodaqlarında mehriban bir qımışıq (R.Rza); 

GÜLÜMSÜNMƏ.

təbib bax həkim 1

təbiblik bax həkimlik

1. TƏBİƏT,  NATURA  [Yavər:]  Qoyun 

təbiət  özü  sizin  həkiminiz  olsun,  latınlar 

deyərdi:  natura  sanat  madikus-kurat  yəni 

təbiət  müalicə  edir,  təbabət  müşahidə 

(M.İbrahimov).



2. təbiət bax xasiyyət

1.  TƏBİİ,  ƏSİL,  HƏQİQİ  (süni  əksi), 

NATURAL

2. təbii bax fitri

3. təbii bax normal

4. təbii bax şübhəsiz 2

TƏBİL O biri gün şəhərin məhəllələrində 

şeypur çalınıb, təbil vuruldu (Çəmənzəminli); 



BARABAN Həvəskarlar oyanıb qurtardıq­

dan sonra orkestrin baraban çalanını ortaya 

çıxartdılar (M.Hüseyn); TİMPAN (tar.).

TƏBİLÇİ,  BARABANÇI,  TƏBİLÇA- 

LAN

TƏBLİĞATÇI Təbliğatçı qadın Zeynəbi 

bu  cür  öyrədirdi  (Qantəmir);  MÜBƏLLİĞ 

[Ocaqqulu:]  ..Hər  zaman  senin  silahdan  da 

ötkəm  olan  miibəlliğ  dilin  rəvandır  (S.Rə­

himov).

1. TƏBRİK [Qulamrza:] Bu gün hər yerdə 

təbriklə  qarşılaşmışam  (Çəmənzəminli); 

GÖZAYDINLIĞI [Qumral:] Biz ki evimizə 

çatdıq, qohum-qardaş, qonşular xəbər tutub 



gözavdınlığa  gəldilər  (A.  Şaiq);  MÜBA- 

RƏKBADLIQ  Sizin  toyunuzun  mübarək- 

badlığı  da  doğma  övladlarımızın  xeyir  işi 

kimi bizə xoşdur (Mir Cəlal).



2. təbrik bax salam 2

təcavüz bax 1. hücum; 2. zorakılıq

Təcavüz

359


TƏCAVÜZKAR,  QƏSBKAR,  TƏCA- 

VÜZÇÜ

TƏCAVÜZKARLIQ,  QƏSBKARLIQ, 

TƏCAVÜZÇÜLÜK

TƏCİLİ (müxtəlif mənalarda) Düz buyu­

rursan, usta, - dedim. - Tez olun, yığışın ge- 

dek, 

təcili tədbir görək (M.Hüseyn); ƏLİM- 

YANDI Vəlişlə Muxtar gün batandan sonra 

Hindarxına çatanda eşitdilər ki, İbrahim bəy 

darğanı  əlimyandıda  axtarır  (Ə.Vəliyev); 

TƏLƏSİK Bunun iki səbəbi vardı. Biri o idi 

ki,  yığıncağımız  çox  tələsik  və  səsli-küylü 

olmuşdu, ikinci də Səfa ilə bu barədə çox da­

nışmışıq (M.İbrahimov); DƏRHAL, FÖV­



RƏN, FÖVRİ, O SAAT, TEZ, TƏXİRSİZ 

(bax).

L TƏCRÜBƏ (elmi təcrübə, sınaq və s.) 

[Toğrul:]  Srağagün  təcrübə  apanr,  mən  də 

baxıram  (C.Cabbarlı);  EKSPERİMENT 

[Professor:]  Bu  eksperimenti  mütləq  bir  də 

keçirmək  lazımdır  (H.Abbaszadə);  SINAQ 

(bax).

2. TƏCRÜBƏ Dur təcrübənizdən., danış.. 

(M.İbrahimov); SƏRİŞTƏ [Zübeydə:] Tica­

rətdə səriştəsi var, dövləti var (M.F.Axund- 

zadə).


3. TƏCRÜBƏ, PRAKTİKA Bizim Müd- 

hət  sizin  şəhərə  praktikaya  gəlir  (C.Məm- 

medquluzade).

TƏCRÜBƏLİ  (təcrübəsi  olan  adam) 

[Vəliş:]  Təcrübəli  adamın  səhvi  az  olur 

(Ə.Vəliyev);  BİŞKİN  Pirəli  xeyli  bişkin; 

Ehtiyatlı adamdı (M.Rahim); BİŞMİŞ Amma 

Mürsəl  bişmiş  adam  idi  (Anar);  KAMİL 

Maşallah, nə yaxşı qabilsən; Bağçabanlıqda 

xeyli kamilsən (A.Səhhət); PRAKTİK Nal­

bənd  Məşədi  Qulu  bir  praktik  kişi  olduğu 

üçün arvadına deyərdi.. (T.Ş.Simürğ); SƏ­

RİŞTƏLİ.

TƏCRÜBƏSİZ,  NAŞI  (bax),  SƏRİŞ­

TƏSİZ

TƏCRÜBƏSİZLİK,  NAŞILIQ  (bax), 

SƏRİŞTƏSİZLİK

tədarük bax ehtiyat

tədavi bax müalicə

Təcavüzkar

360

TƏDBİR [Mahmud bəy:] İnan, baş tutarsa 

qurduğum tədbir; Adam sayılarsan, əqlino vur 

bir (S.Rüstəm); BİNAGÜZARLIQ (köhn.) 

[Aslan bəy:] Sən dürüst arxayın ol və oğlu­

nun barəsində binagiizarlıq nə tövr sənin ke­

fin istəsə.. (N.Vəzirov); ƏLAC Der: Qanda 

bulum əlacın, ey yar? Kimdən yetə ehtiya­

cın, ey yar? (Xətayi); ÇARƏ, ÇIXIŞ YOLU, 



ƏNCAM, 

tədhiş bax terror 

tədhişçi bax terrorçu 

tədhişçilik bax terrorçuluq 

TƏDRİCƏN  ..ciddi  iztirablardan  sonra 

Əbiş tədricən öz mühakiməsini itirmək üzrə 

idi (S.Rəhimov); TƏDRİCİ [Gülnisə:] İstə­

səm bu saat hər ikisini evdən çıxarram, amma 

iş tədrici lazımdır (C.Cabbarlı); TƏDRİCLƏ 

[Səlimə:]  Və  onların  sayı  tədriclə  artırılır 

(İ.Əfəndiyev);  YAVAŞ-YAVAŞ  Əlbəttə, 

bu  hisslər  onun ürəyində anadangəlmə de­

yildi. Birdən-birə yox, yavaş-yavaş, tədriclə 

böyümüş, artmışdı (M.İbrahimov). 



tədriclə  bax  tədricən 

TƏDRİS Atamın özünəməxsus bir tədris 

üsulu var idi (Çəmənzəminli); TƏLİM Vah... 

bu imiş dərsi-üsuli-cədid?! Yoo...x! Yoo...x! 

Oğul, məktəbi-üsyandı bu! Molla deyil bun­

dakı təlim edən! (M.Ə.Sabir); DƏRS (bax).

TƏƏCCÜBLƏNDİRMƏK  [İnci:]  Sizin 

kimi  mədəni  adamın  ağzından  belə  sözlər 

eşitmək  məni  təəccübləndirir  (S.Rohman); 

MÜTƏHƏYYİR ELƏMƏK/ETMƏK Bu 

səda bizi lap mütəhəyyir elədi (C.Məmmed- 

quluzadə); HEYRƏTLƏNDİRMƏK, HEY­

RƏTƏ SALMAQ.

TƏƏCCÜBLƏNMƏK Ceyran tez gəldi. 

Rəfiqəsini  belə  həyəcanlı  görüb  təəccüb­



ləndi  (X.Hasilova);  HEYRƏTLƏNMƏK 

[Bahadur:]  Məni  hara  aparırsan?  -  heyrət­



ləndi (R.İbrahimov); TƏƏCCÜB ETMƏK/ 

ELƏMƏK, 

təərrüz  bax  hücum 

təəssüb bax 1. qeyrətkeş; 2. namus, 

təəssübçü bax təəssübkeş

Təəssübçü


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə