LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə197/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   193   194   195   196   197   198   199   200   ...   216

UTANMAQ, HƏYA ETMƏK/ELƏ-

MƏK {müxtəlif mənalarda) Baxır, sanki söy­

ləyir həya et, utan barı; Dünya alçalan görüb 

hər  zaman  saxtakarı  (M.Rahim);  BAŞI 

AŞAĞI OLMAQ [Pirverdi bəy:] Və bir dəfə 

olmayıb  ki,  men  dövlət  yanında  başı  aşağı 



olum (C.Məmmədquluzadə); ÇƏKİNMƏK 

(məc.) [Qəndab:] Mən həm tutulduğumdan, 

həm də əmimdən çəkindiyimə görə şoferdən 

Məzahirin niyə qayıtmadığının səbəbini so­

ruşa bilmirdim (B.Bayramov); HƏYA ET­



MƏK  Bir-iki  küçə  dolandısa  da  Nurəddin 

həya edib bir kəsə əl uzada [dilənə] bilmədi 

(S.S.Axundov); QIZARMAQ (məc.) [Leyla:] 

Heç gözləməzdim, Şəkər, eyib olsun! - Leyla 

qızardı  (B.Bayramov);  XƏCALƏT  ÇƏK­

MƏK [Şəkər:] Düzü budur ki, sizə verdiyim 

əziyyət  üçün  də  sıxılıram,  xəcalət  çəkirəm 

(B.Bayramov); 

UTANIB-QIZARMAQ 

[Məmməd] qalxdı, utanıb-qızararaq səs gə­

lən  tərəfə getdi (Çəmənzəminli); ARLAN­

MAQ,  XƏCALƏTLƏNMƏK,  QISQIN- 

MAQ (dan.), SIXILMAQ (məc.). 

utanmaz bax həyasız 

utanmazlıq bax həyasızlıq 

utopiya bax xəyal 1 

utopizm  bax  xəyalpərəstlik 

uyar(lı) bax uyğun 

uydurma bax yalan

UYDURMAQ [Nazlı:] ..guya böyük və­

zifə sahibi Xaspoladovu, bax həmin bu Fərəc 



uydurub  (Anar);  QONDARMAQ  Mirzə 

özündən  qondarıb  başqa  söz  yazır  (S.Rə­

himov);  GOPLAMAQ  (bax),  ÖZÜNDƏN 

DÜZƏLTMƏK.

UYĞUN, MÜNASİB, UYAR(LI)

1.  UYMAQ  Uymayın  ötəri  şöhrətə,  ada 

(B.Vahabzadə);  QAPILMAQ  [Tütünçü- 

oğlu]  gənc  olmasına  baxmayaraq,  başqaları 

kimi  həlli  müşkül  olan  arzulara  qapılmazdı 

(M.S.Ordubadi).

2. uymaq bax vurulmaq I

3. uymaq bax aldanmaq 



UYĞUNLUQ, AHƏNG, HƏMAHƏNG­

LİK, MÜNASİBLİK, MÜVAFİQLİK

uyqu bax yuxu

Utanmaq

380

uyqulu bax yuxulu 

uyqusuz bax yuxusuz 

uyumaq bax yuxulamaq 

UZAQ, İRAQ (müxtəlif mənalarda) [Şi­

rin:] Eldən uzaq düşdüm, vətəndən iraq; Bir 

daş qəfəsdəyəm, ürəyim dustaq... (S.Vurğun); 

ARALI Düşmüsən ordudan uzaqaralı; Özün 

ağır  xəstə,  ağır  yaralı  (S.Rüstem);  CÜDA 



(kl.əd.) Ey sevdiyim, səndən ciıda düşəli; Nə 

səbrü  qərarım,  nə  marəmım  var  (Q.Zakir); 



GEN  (dan.)  [Adilə  öz-özünə:]  Elsevərdən 

mümkün qədər gen gəzmək lazımdır (Ə.Qa- 

sımov);  SAQIN  (köhn.)  Saqın  gəzin,  laçın 

gözü görməsin; Qorxuram səfnizi poza, dur­

nalar! (M.P.Vaqif).

UZAQGÖRƏN Yox, Yox! Orda uzaqgö­

rən oyuqlar da var; Haqq, ədalət, sülh söylə­

yən  dayaqlar  da  var  (S.Rüstəm);  DURBİN 



(məc.)  Özünüz,  şükür,  durbin  adamsınız 

(Mir  Cəlal);  KAHİN  [Şapur:]  Bir  kahinəm 

mən;  Dünyada  sirr  qaçmaz  nəzərlərimdən 

(S.Vurğun);  QABAQGÖRƏN  Xalqın  bü­

tün açıqflkirli, qabaqgörən, igid və namuslu 

oğulları., düşmənlərlə öz mübarizəsini daha 

artıq gücləndirdi(lər) (H.Sarabski); UZAQ- 

GÖRÜCÜ  Onlann  arasında.,  uzaqgörücii 

adamlar olmuşdur (M.İbrahimov), 



uzaqgörücü bax uzaqgörən 

1. UZAQLAŞDIRMAQ [Səlimə:] Soyuq 

otaq menə soyuq bir təlqin edir, heyatda gö­

zəl, cazibədar nə varsa məndən uzaqlaşdırır 

(İ.Əfəndiyev); ARALAŞDIRMAQ Hatəm- 

xan sağ əli ilə mollanın döşündən yapışaraq 

bütün  gücü  ile  onu  özündən  aralaşdırmağa 

çalışdı (S.Rəhimov); AYRI SALMAQ Gəlin 

çox  yormayın  sevgilinizi;  Fələk  ayrı  saldı 

deyəsən  bizi  (S.Vurğun);  DUR  ETMƏK 

Göz nurudur uyqu, onu dur etmə gözündən; 

Yol  vermə  məbada  çıxa  bir  an  sözündən 

(M.Ə.Sabir); MƏN ETMƏK [Cavad:] Müt­

təhim  olduğumu  yazıb  bitirmək  istəyirdim, 

lakin  nədənsə  bir  qüvvə  məni  mən  edir 

(A.Şaiq);  SAQINDIRMAQ  [Əbülhəsən 

bəy:] Bunun müqabilində mən səni iki böyük 

şərəfsizlikden və tarixi xəyanətlərdən saqın-

Uzaqlaşdırmaq



Uzaqlaşdırmaq

dırmağa çalışıram (M.S.Ordubadi); AYIR­

MAQ,  İRAQLAŞDIRMAQ,  KƏNAR­

LAŞDIRMAQ {bax).

2. uzaqlaşdırmaq bax qovmaq

UZAQLAŞMAQ Atlılar., kənddən uzaq­

laşıb  meşəyə  doğru  getdilər  (Ə.Qasımov); 

ARALANMAQ [Davud və Abdulla] klub­

dan  yüz  metrə  kimi  aralanmışdılar  (H.Ab- 

baszade); ARALAŞMAQ, AYRI DÜŞMƏK 



Ayrı  düşmüş  vətənindən, elindən; Həmdər­

dindən aralanmış könlümü.. (M.V.Vidadi); 

ARALI  DÜŞMƏK  İstəkli  dostumdan  aralı 

düşdüm (Aşıq Ələsgər); AYRILMAQ Ayna 

ile  Ayaz  küçədə  bir-birindən  ayrıldılar 

(Ə.Məmmədxanlı);  UZAŞMAQ  *  Qırıldı, 

qaçdı,  qoymayın;  Gözdən 



uzaşdı,  qoyma­

yın! (M.Ə.Sabir); İRAQLAŞMAQ.

1. UZANMAQ Sonra Cavanşir otağa gi­

rib elə çəkməli, şalvarlı da çarpayıda uzandı 

(Elçin);  BÖYRÜNÜ  YERƏ  VURMAQ 

(fir.v.)  Böyriin  yerə  vurub  çoban  dağ  üstə; 

Hərdən deyir bir yanıqlı şikəstə (A.Səhhət); 

DÖŞƏNMƏK  Nizami  ..ağacın  kölgəsinə 

döşənib  axşama  kimi  yazırdı  (M.Hüseyn); 

SƏRƏLƏNMƏK  [Mehriban]  qapının  ağ­

zında  yerə 

sərələndi  (S.Hüseyn);  SƏRİL­

MƏK ..Xasay arxası üstə göy çəmənin üzə­

rində sərilmişdi (Ə.Voliyev).

2.  UZANMAQ  [Çingiz:]  Buna  “boyma- 

dərən” deyirlər, onu kim qoxulasa boyu ııza-

Uzunqulaq

nır (B.Bayramov); BOY ATMAQ Burda, bu 

ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb 

bir nər olacaq (S.Vurğun); ÇAYDAQLAŞ- 

MAQ/CAYDAQLANMAQ. 

uzaşmaq bax uzaqlaşmaq 

L UZUN [Kəble Bəybala] uzun kəhrəba 

təsbehini çevirə-çevirə Həmidə baxırdı 

(H.Abbaszadə); UPUZUN (çox uzun).

2. UZUN (məc.) {tez başa gəlməyən) [Qa­

raş  Mayaya:]  ..axı  gəlin-qayınana  işi  uzun 

işdir (M.lbrahimov); TUL [Aslan bəy:] Mən 

sənə kömək etməyə hazıram.. Ancaq tul çə­

kər (N.Vəzirov).

3. uzun bax uzunboy(lu)

4. uzun bax sürəkli 

uzunboy(lu) bax ucaboy(lu) 

uzunçu bax naqqal 

uzunçuluq bax naqqallıq 

uzundanışan bax uzunçu 

uzundraz bax ucaboy(lu)

1. UZUNQULAQ {qulaqları ıızun olan, 

bəzən qulaqlı papağa da deyirlər) [Osmanlı] 

..tez  uzunqulaq  papağını  çıxardı,  boş  əlini 

qulağına apardı (Ə.Kərim); ÇƏPİŞQULAQ 

..iriburun, yumru çənə, çəpişqulaq, alagöz bu 

oğlanın suyu şirin idi (Ə.Vəliyev); EŞŞƏK- 

QULAQ (eyf.) [Molla Qafar:] ..Ay eşşəkqu- 

laq, qaban baş, heç görmüsən yeriyən daş?.. 

(S.Veliyev).

2. uzunqulaq bax ulaq

381



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə