LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

1
İ
çəkinirlər.  Odur  ki,  belə  sahələri  inkişaf  etdirmək  əsasən  dövlətin 
üzərinə  düşür.  Öz  imkanı  olmadığı  hallarda  dövlət  bu  sahəni  inkişaf 
etdirmək  üçün  çox  zaman  Dünya  Bankından  uzunmüddətli  kreditlər 
alır. Xüsusilə əhali miqrasiyasının qarşısının alınması, yeni ərazilərin 
istifadəyə verilməsi ilə bağlı məsələlərin həllində infrastrukturun daha 
sürətli  inkişafı  planlaşdırılır.  Ölkədə  infrastruktur  iki  qrupa  bölünür: 
a)  istehsal  infrastrukturu  (bu,  bilavasitə  maddi  istehsal  sahələrinə 
xidmət göstərir); b) sosial infrastruktur (buraya ümumi və peşə təhsili 
və səhiyyə daxildir). İstehsal infrastrukturuna daxil olan sahələrin heç 
biri  məhsul  istehsal  etmir,  lakin  istehsal  prosesini  bunlarsız  davam 
etdirmək  mümkün  deyil. Yeni  ərazilərin  istifadə  edilməsi,  hər  şeydən 
əvvəl,  istehsal  infrastrukturunun  yaranmasını  tələb  edir.  Sosial 
infrastruktur əhaliyə xidmət edən idarələr, qurğular sistemidir (məsələn, 
sərnişin nəqliyyatı, əhaliyə məişət xidməti idarələri və s.). İqtisadiyyatın 
inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması bilavasitə 
infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Beləliklə, ölkədə iqtisadi-
sosial inkişafın təmin edilməsində infrastruktur mühüm rol oynayır.
İnkişaf  büdcəsi  (development  budget)  –  dövlət  büdcəsi 
vəsaitlərinin  kapital  xərclərinin  formalaşması  investisiya  layihələrinin 
maliyyələşdirilməsi  və  ya  kreditləşdirilməsi  məqsədlərinə  istifadə 
olunan hissəsidir. 
İnkrementalizm nəzəriyyəsi (incrementalism theory) – bu nəzəriyyəyə 
görə,  ən  yaxşı  dövlət  siyasəti  “kiçik  addımlar”a  əsaslanır  ki,  bu  da 
mövcud dövlət siyasətində kiçik, diqqəti çox cəlb etməyən dəyişikliklər 
edir. Başqa sözlə, bu nəzəriyyə mövcud dövlət siyasətinin birdən-birə 
kəskin dəyişilməsini deyil, tədricən təkmilləşməsini zəruri sayır.
İnnovasiya (innovation) – a) bir proses kimi texnika və texnologiyanın 
yeni nəslini təmin etmək üçün vəsaitlərin iqtisadiyyatda yerləşdirilməsi; 
b) bir obyekt kimi elmi-texniki tərəqqinin nailiyyətləri olan yeni texnika 
və texnologiya.
İnvestisiya  (investment)  –  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə 
etmək  məqsədilə  sahibkarlıq  və  digər  fəaliyyət  növləri  obyektlərinə 
qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən 
ibarətdir.  Bunlara  pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  kreditlər, 
paylar,  səhmlər  və  digər  qiymətli  kağızlar  və  s.  aiddir.  İnvestisiya 
fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi 
ilə  əlaqədar  bütün  hərəkətlərinin  məcmusudur.  Maliyyə  aktivlərinə 
investisiya  qoyuluşu
  qiymətli  kağızlara  və  digər  maliyyə  aktivlərinə 
(ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları 
əks  etdirir.  Onlar  ölkə  və  xarici  maliyyə  aktivlərinə  investisiyaları 
birləşdirir. 



İ
İnvestisiya fondu (investment fund) – səhmlərinin buraxılması və açıq 
yerləşdirilməsi  vasitəsilə  cəlb  edilən  pul  vəsaitini  qiymətli  kağızlara 
investisiya edən, habelə qiymətli kağızların alqı-satqısı üzrə fəaliyyəti 
həyata  keçirən  və  diversifikasiya  edilmiş  investisiya  portfelinə  sahib 
olan açıq tipli səhmdar cəmiyyəti.
İnzibatçı  (administrator)  –  rəsmi  qanunvericiliyə  əsasən,  bankın 
müşahidə  şurasının,  audit  komitəsinin  və  idarə  heyətinin  üzvləri, 
habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit 
bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin 
rəhbərləri və baş mühasibləri.
İpoteka (hypothec or mortgage) – öhdəliyin icrasının təmin edilməsi 
üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət 
hüquqları  qeydə  alınan  daşınar  əşyaların  girovudur.  İpoteka  qoyan 
ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm 
borclu, həm də üçüncü şəxs ola bilər.
 İpoteka saxlayan ipoteka hüququ 
olan  və  ipoteka  qoyanın  digər  kreditorlarına  nisbətən  üstün  qaydada 
ipoteka predmeti hesabına  əsas öhdəliyin icrasını tələb etmək hüququ 
olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.
İpoteka  hüququ  (mortgage  interests)  –  borclu  əsas  öhdəliyi 
icra  etmədikdə  ipoteka  saxlayanın  ipoteka  predmetinə  tutmanın 
yönəldilməsi hüququdur.
İpoteka  kağızı  (hypothec  paper)  –  ipoteka   hüququnu  təsbit  edən 
adlı  qiymətli  kağızdır.  İpoteka  kağızının  qanuni  sahibi  ipoteka  kağızı 
üzərində sahiblik hüququ əldə edən şəxsdir.
İpoteka  müqaviləsi  (mortgage  contract)  –  əsas  öhdəliyin  icrasının 
təmin  edilməsi  üçün  ipoteka  saxlayan  və  ipoteka  qoyan  arasında 
bağlanılan əqddir.
İpoteka predmeti (mortgage object) – ipoteka predmeti qanunamüvafiq 
olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən 
tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində 
mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 
İri korrupsiya (grand corruption) – siyasi qərarın sonunun qısaca və 
dürüst  ifadəsində  baş  verir.  İri  korrupsiyanı  cəlb  edən  razılaşmaların 
məbləği  bürokratik  korrupsiyadan  böyük  olur.  İri  korrupsiya  bəzən 
siyasi korrupsiyaya sinonim kimi işlədilir.



İ
İslah edilən büdcə (amending budget) – büdcə ili ərzində o ilin qəbul 
edilmiş büdcə aspektlərini islah edən qəbul edilmiş alət.
İsrafçılıq (embezzlement) – agent və ya himayəçi kimi ona həvalə edilən 
mövqedən istifadə edərək mülkiyyətin qanunsuz mənimsənilməsidir.
İstehlak büdcəsi (consumption budget) – ailənin gəlir və xərclərinin 
balansı,  yaxud  ev  təsərrüfatının  orta  statistik  büdcəsidir.  O,  ayrı-ayrı 
sosial  qrupların  həyat  səviyyəsini  xarakterizə  edir.  Ev  təsərrüfatı 
büdcələrinin seçmə müayinəsi əhalinin həyat səviyyəsinin öyrənilməsi 
üzrə dövlət statistik müşahidəsi metodu hesab olunur və dövlət statistika 
orqanları  tərəfindən  həyata  keçirilir.  İstehlak  büdcəsini  xarakterizə 
edən  göstəricilərdən  ayrı-ayrı  sosial  normativlərin  (məsələn,  mövcud 
sosial  standartlar  nəzərə  alınmaqla  minimum  istehlak  büdcəsi,  bir 
nəfərin  yaşayış  minimumu  və  s.)  hesablanmasında  istifadə  olunur. 
Ev  təsərrüfatı  gəlirlərinin  heşablanması  zamanı  ailənin  bütün  gəlir 
mənbələri – həm pul formasında gəlirləri (əməkhaqqı, sosial transferlər, 
sahibkarlıq  fəaliyyətindən  və  mülkiyyətdən  gəlirlər  və  s.)  və  həm  də 
natura  şəklində  (güzəştlər,  yardımlar,  məhsullar  və  s.)  daxilolmaların 
dəyəri  nəzərə  alınır.  Ailənin  son  istehlakına  çəkilən  xərclər  ev 
təsərrüfatının  natural  gəlirləri  məbləğində  istehlak  xərcləridir.  Ev 
təsərrüfatının bütün pul xərcləri özündə istehlak xərclərini və istehlakla 
bağlı olmayan xərcləri əks etdirir. İstehlak xərcləri ərzaq məhsullarının, 
alkoqollu içkilərin, qeyri-ərzaq məhsullarının alınması, habelə əməyin 
ödənilməsinə  çəkilən  xərcləri  əhatə  edir.  İstehlakla  bağlı  olmayan 
xərclər  məcburi  ödənişlərdən  və  müxtəlif  üzvlük  haqlarından  (vergi 
və yığımlar, sığorta üzrə ödənişlər, ictimai təşkilatlara ödənilən üzvlük 
haqqı,  pul  köçürmələri,  hədiyyələr  və  s.)  ibarətdir.  İstehlak  büdcəsi 
xərclərinə investisiya, xarici valyutaların və qiymətli kağızların alınması 
xərcləri, bank hesabındakı vəsaitlər daxil deyil.
İstehlak  zənbili  (consumption  basket)  –  il  ərzində  minimal  zəruri 
kaloriliyi  təmin  edəcək  qida  məhsullarının  hesablanmış  yekun 
keyfiyyəti. 
İstehsаlа digər vergilər (other production taxes) – məhsulа vergilər 
istisnа  оlmаqlа,  istehsаldа  iştirакı  nəticəsində  istehsаl  vаhidlərindən 
tutulаn  bütün  vergilərdir.  Bu  vergilər  istehsаlın  həcmindən  və 
rentаbelliyindən  birbаşа  аsılı  deyil.  Оnlаr  institusiоnаl  vаhidlərdən 
аlınmış  mənfəətə  vergilər,  yахud  digər  vergilərə  аid  deyil.  İstehsаlа 
digər  vergilərə  аiddir:  təbii  ehtiyаtlаrdаn  istifаdəyə  görə  vergilər 
(eкоlоgiyа  vergisi),  tоrpаğа  görə  ödəmələr  (tоrpаq  vergisi),  pаtentə 
görə ödəmələr, dövlət rüsumu və yığımlаr, müəssisə və təşкilаtlаrdаn 
yığılаn dаşınmаz əmlака görə vergilər. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə