LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

11
N
nəzərə  alınmaqla  həndəsi  ortasını  əks  etdirir  və  aşağıdakı  formulla 
hesablanır:
Burada,  n  –  xarici  ticarətdə  partnyor  ölkələrin  sayı;  e
it
  –  manatın  i 
ölkəsinin  valyutasına  nəzərən  t  dövründə  dəyişməsi;  wi  –  i  ölkəsinin 
xarici ticarət dövriyyəsində xüsusi çəkisini göstərir.


11
O
O
Ofşor  bankçılıq  (off-shore  banking)    reallaşdırılan  bank 
əməliyyatlarından və ya əldə edilən mənfəətdən vergi alınmayan və ya 
çox az vergi alınan yerlərdə həyata keçirilən bankçılıq. Ofşor banklarda 
açılan depozit hesabları ofşor hesablar adlanır.
Opsion (option) – qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə 
müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin 
qərarına  əsasən  bu  cür  əldəetmənin  anına  satış  qiymətlərinin  təsbit 
edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.
Ortamüddətli  büdcə  çərçivə  sənədi  (medium-term  budget 
framework) – fiskal siyasəti əlaqələndirmək və orta müddət boyunca 
büdcə prioritetlərini müəyyən edən çərçivə sənədidir. Gözlənilən xərclə 
növbəti büdcə ilində büdcə danışıqlarının əsas bazisi olur və gözlənilən 
qiymətlər son fiskal nəticələr məlumatında son nəticələrlə tənzimlənir. 
Orta seçici teoremi (median voter theorem)  əgər seçicilər hər hansı 
bir xətt parçası üzərində bir nöqtə seçirsə və hər bir seçici ən çox üstün 
tutduğu nöqtəyə daha yaxın olmaq istəyirsə, onda majoritar qaydada 
səsvermə median seçicinin ən çox üstün tutduğu nöqtəni seçəcəkdir.
Ouken qanunu (Okun’s law) – bu qanunauyğunluğa görə, əgər ölkədə 
işsizliyin faktiki səviyyəsi onun təbii səviyyəsini 1% keçərsə, onda ölkə 
potensial ÜDM-ə nisbətdə faktiki ÜDM-in 2-3%-ni itirir.


11
Ö
Ö
Öhdəliklər  (commitments)  –  mühasibatlıqda  öhdəliklər  müqavilə  və 
razılaşmanın  başqa  formalarının  əsasən  gələcək  mal  və  xidmətlərin 
çatdırılması üçün daxil edildiyi mərhələyə istinad edir. Məsuliyyət malın 
çatdırılmasına qədər tanınmır, lakin hökumət bir dəfə yüklənmə həyata 
keçirildikdə  öhdəlikləri  qarşılamaqda  məsuliyyət  daşıyır.  Öhdəlik 
termini ümumi mənada da işlənir. Qeyri-müqavilə mənasında öhdəlik 
dedikdə  dövlətin  siyasi  proqramlarda  üzərinə  götürdüyü  məsuliyyət 
başa düşülür.
Özəl  sektorun  kənarlaşması  (crowding  out)  –  dövlət  sektorunun 
gəlir-xərc tarazsızlıqları nəticəsində meydana gələn böyük borclanma 
tələbiylə  faizlərin  yüksəlməsi  ilə  özəl  sektorun  investisiyaları  üçün 
ehtiyac duyduğu fondların azalması və bahalaşması.


11
P
P
Pareto effekti (Pareto efficient) – resursların bölüşdürülməsi zamanı 
hamının maraqlarını təmin etmək olmaz.
Pareto  inkişafı  (Pareto  improvement)    bir  kəsin  maraqlarını 
tapdamadan digər şəxsin maraqlarını təmin edən resursların yenidən 
bölgüsü.
Paris  klubu  (Paris  Club)    xarici  borclarını  ödəməkdə  çətinlik  çəkən 
ölkələrin  başqa  ölkələrin  dövlətlərindən  aldıqları  borcların  (dövlətdən 
dövlətə  borclar)  restrukturizasiyasına  (strukturun  yenidəntəşkili)  aid 
görüşmələrin təşkil edildiyi rəsmi toplantı platformu. 
Peq (peg)  bir ölkənin milli valyutasının başqa bir xarici ölkənin valyutası 
qarşısındakı dəyərini digər üçüncü ölkənin valyutasına və ya bir qrup 
ölkənin valyutalarından ibarət səbətə bağlayaraq sabit saxlaması. 
Pensiya  kapitalı  (pension  capital)  –  müvafiq  olaraq  fərdi  hesabın 
sığorta  hissəsində  qeydə  alınan  və  fərdi  hesabın  yığım  hissəsində 
toplanan vəsaitlərin məbləğidir.
PIN-kod  (PIN  code)  –  plastik  kartlar  vasitəsilə  bankomatlardan  nağd 
vəsaitlərin  çıxarılması  zamanı  hesaba  giriş  üçün  parol  kimi  istifadə 
edilən rəqəmlər yığınıdır.
Portfel investisiyaları (portfolio investments) – qiymətli kağızların və 
digər aktivlərin əldə edilməsi yolu ilə yatırılan investisiya.
Portfelsiz  nazir  (minister  without  portfolio)  –  hər  hansı  nazirliyə 
rəhbərlik  etməyən,  yalnız  baş  nazirin  tapşırıqlarını  yerinə  yetirən  və 
hökumətin iclaslarında həlledici səsə malik olan hökumət üzvü.
POSDCORB (POSDCORB) – dövlət idarəçiliyinə yanaşmanın, idarəçinin 
vəzifələri  kimi  qəbul  edilən  proseslərin  ingilis  dilindəki  qarışıqlıqların 
baş  hərflərindən  süni  ifadə.  “POSDCORB”  ilk  dəfə  Lüter  Qalik  adlı 
menecerin  hesabatında  əksini  taparaq  idarəedicinin  (menecerin) 
funksiyalarını – vəzifələrini əks etdirir. POSDCORB-un tərkib hissələri: 
”planning”  –  planlaşdırma;  “organizing”  –  təşkiletmə;  “staffing”  – 
heyətin idarə olunması; “directing” – istiqamətləndirmə; “coordinating” 
– əlaqələndirmə; “reporting” – məlumatlandırma; “budgeting” – büdcə-
maliyyə fəaliyyəti.


11
P
POS-terminal  (POS    point-of-sale  terminal)    ticarət  və  xidmət 
müəssisələrinin  ərazilərində  quraşdırılan  və  məhsul  və  xidmətlərin 
haqqının ödənilməsini kartlar vasitəsilə aparmağa imkan verən cihazdır.
Pozitiv iqtisadiyyat (positive economics) – faktiki olaraq iqtisadiyyatın 
fəaliyyət göstərdiyini tədqiq edir.
Prebendlər  (prebends)  –  tarixi  kontekst  baxımından  prebendlər 
ruhanilər  tərəfindən  bölüşdürülən  kilsə  gəlirləridir.  İndi  prebendlər 
rüşvət və korrupsiyanın digər formalarından keçən gəlirdir.
Prezident  büdcəsi  (president’s  budget)  – ABŞ  büdcə  praktikasında 
prezidentin  hər  ilin  yanvar  və  ya  fevral  aylarında  Konqresə  təqdim 
edərək növbəti maliyyə ili və sonrakı 4 il üçün federal proqramlar və 
dəyərləndirilmiş  federal  gəlir  və  xərclər  üçün  səlahiyyətlərin  tələb 
edildiyi rəsmi sənəd.
Proqram  təsnifatı  (program  classification)  –  proqramlar  dövlət 
məqsədləri  ilə  əlaqədar  dövlətin  fəaliyyətlərinin  qruplaşdırılmasıdır. 
Proqram  təsnifatı  bütün  hökumət  fəaliyyətlərində  bu  prinsipi  tətbiq 
edir.  Proqram  planlaşdırması  xərc-gəlir  analizini,  proqram  tərəfindən 
xərclər  ayrılmasını  və  proqramın  məqsədlərlə  əlaqədar  nəticələrin 
qiymətləndirilməsini tətbiq edir. Bütövlükdə bu sistemin tətbiq edilməsi 
hər  bir  ölkədə  uğurla  tətbiq  olunmur,  çünki  geniş  informasiya  və 
kompleks menecment bu sistemin tələbləridir.
Proqressiv vergilər (progressive taxes) – konkret ödənilmiş minimuma 
və  vergiödəmə  bazasının  həcminin  artmasına  əsasən  hesablanan 
vergidir (proporsional, cəlb edilmiş).
Proteksionist rüsumlar (protected duties) – yerli istehsalçıları dəstək-
ləmək  məqsədilə  xarici  məhsulların  ölkəyə  idxalına  tətbiq  edilən 
rüsumlardır.
Proteksionizm  (lat.  protectio    müdafiə,  himayədarlıq)  –  dövlətin 
ticarət siyasətinin tarif və qeyri-tarif alətlərindən istifadə yolu ilə daxili 
bazarın xarici rəqabətdən qorunması siyasətidir. Proteksionizm, başqa 
sözlə, himayədarlıq siyasətinin bir neçə formasını ayırmaq olar:
a)  seçmə  himayədarlıq  –  müəyyən  ölkəyə  və  ya  müəyyən  əmtəəyə 
qarşı yönəldilən siyasətdir;
b)  sahə  himayədarlığı  –  müəyyən  istehsal  sahələrinin  iqtisadi 
maraqlarını müdafiə edir;
c)  kollektiv  himayədarlıq  –  ölkə  birliklərinin  bu  birliyə  daxil  olmayan 
ölkəyə münasibətdə tətbiq edilir;
ç) gizli himayədarlıq – daxili iqtisadi siyasət metodları ilə həyata keçirilir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə