LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   45   46   47   48   49   50   51   52   53

1
T
xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindən istehsal 
edilərək Azərbaycan  Respublikası  ərazisindən  çıxarılan  müxtəlif  növ 
mallar. 
“Tavan”, yuxarı məhdudiyyət (ceiling) – qanun və ya müqavilə ilə xərc 
və gəlirlərə qoyulan limit, resurslarla bağlı qərarlar və çoxillik maliyyə 
planlarını  da  misal  göstərə  bilərik.  Sonuncu  öhdəlik  təxsisatlarında 
hər xərc başlığı üçün illik yuxarı məhdudiyyətləri və ödəniş təxsisatları 
üçün illik qlobal yuxarı məhdudiyyətləri təyin edir.
Tender  (tender)  –  hər  hansı  bir  işin,  xidmətin  ən  səmərəli  üsul  və 
aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya 
bir  neçəsinin  seçilərək  həmin  işin  (xidmətin)  müqavilə  əsasında  ona 
(onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. İstehsal, alqı-
satqı, barter, lahiyələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, 
faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin 
mühafizəsi,  xidmət  göstərilməsi,  icarə  və  digər  məsələlərlə  bağlı  hər 
cür iş (xidmət) tender predmeti ola bilər. Tender keçirilməsi haqqında 
tender  keçirən  tərəfindən  müvafiq  qərar  qəbul  olunduqdan  sonra 
aşağıdakı işlər görülür:
a) tender komissiyasının formalaşdırılması.              
b) əsas şərtlər toplusunun hazırlanması.
c) tenderin formasının seçilməsi (açıq və ya qapalı).
ç) açıq tenderin elanı və ya qapalı tenderə dəvət.
Hər bir iddiaçı (bu status hüquqi şəxsin tender keçirənə iştirak haqqı 
adlanan pul vəsaitini ödəməsindən sonra əldə edilir) bir tenderə yalnız 
bir təklif verə bilər. Tender komissiyası ən əlverişli təklifin sahibini qalib 
elan edir. Tender yekun müqaviləsinin tender keçirən və tender qalibi 
və ya qalibləri tərəfindən imzalanması ilə bitir. 
Təbii inhisar (natural monopoly) – bir firma mal və xidmətləri bazarda 
digər  iki  və  daha  çox  firmanın  fəaliyyət  göstərdiyi  halla  müqayisədə 
daha az xərclərlə istehsal etdikdə meydana çıxır.
Tədiyə  balansı  (balance  of  payments)  –  müəyyən  dövrə  (il,  rüb, 
ay)  görə  ölkənin  xaricə  ödədiyi  və  xaricdən  aldığı  daxilolmaların 
nisbətidir (ikili mühasibat yazılışı əsasında). Tədiyə balansı beynəlxalq 
hesablaşmalar balansının geniş yayılmış forması olub ölkənin müəyyən 
vaxt  ərzində  xarici  iqtisadi  əlaqələrinin  vəziyyətini  əks  etdirir. Adətən 
tədiyə balansının strukturu aşağıdakı kimi olur:
1.  cari əməliyyatlar hesabı;
2.  kapitalın və maliyyənin hərəkəti hesabı;
3.  xalis səhvlər və buraxılışlar;
4.  valyuta rezervlərindəki dəyişikliklər.


1
T
Təftiş  (inspection)  –  dövlət  maliyyə  nəzarəti  standartlarına  uyğun 
olaraq  nəzarət  obyektinin  maliyyə-təsərrüfat  fəaliyyətinin  konkret 
dövrünün  bütün  sahələri  əhatə  olunmaqla  sənədli  və  faktiki 
yoxlanılmasıdır. Təftişin məqsədi nəzarət obyektinin maliyyə-təsərrüfat 
vəziyyəti  barədə  tam  və  dürüst  məlumatın  əldə  edilməsindən  və 
nəzarət  obyektinin  fəaliyyətində  maliyyə  və  təsərrüfat  nöqsanlarının, 
təsərrüfatsızlığın,  dövlət  vəsaitinin  təyinatından  kənarlaşdırılması 
və  mənimsənilməsi  hallarının  aşkar  edilməsindən,  nöqsanlara  yol 
verilməsinə səbəb olan şəraiti və dövlətə vurulmuş zərərin miqyasını 
müəyyən  etməkdən,  zərərin  təqsirkar  şəxslər  tərəfindən  bərpası  və 
gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlər 
görməkdən  ibarətdir.  Təftiş  aparılarkən  aşağıdakı  üsullardan  istifadə 
olunur:  “seçmə”  üsulu  –  bu  üsulla  nəzarət  obyektinin  hər  hansı  bir 
sahəsinin müəyyən dövrü seçilərək yoxlanılır və ciddi qanun pozuntusu 
aşkar  olunduğu  təqdirdə  həmin  sahə  təftiş  üçün  müəyyən  olunmuş 
bütün  dövrü  əhatə  etməklə  başdan-başa  yoxlanılır;  “başdan-başa” 
üsulu  –  bu  üsulla  nəzarət  obyektini  bank  və  xəzinə  hesablarındakı, 
kassasındakı  pul  vəsaitlərinin  hərəkəti,  əməkhaqqının  hesablanması 
və  ödənilməsi,  material  qiymətlərinin,  əsas  vəsaitlərin,  azqiymətli, 
tezköhnələn  əşyaların  hərəkəti  yoxlanılır.  Nəzarət  obyektində  onun 
fəaliyyətinin  xüsusiyyətlərindən  və  işin  həcmindən  asılı  olaraq  tətbiq 
ediləcək üsul nəzarətçilər tərəfindən yerində müəyyən edilir. “Seşmə” 
üsulu ilə aparılan yoxlamalar zamanı nəzarətçilər tərəfindən sahənin, 
dövrün  və  əməliyyatların  seçilməsi  əsaslandırılmalı  və  bu  barədə 
yekun  sənədlərində  müvafiq  qeydlər  edilməlidir.  Təftişetmə  audit 
institutlarının  pulun  norma,  qanun  və  qaydalara  uyğun  xərcləndiyinə 
dair  rəsmi  yoxlamasına  istinad  edir.  Milli  və  regional  audit  institutları 
zəif idarəetmə və ictimai pulun qeyri-münasib istifadəsini aşkarlamaqla 
dövlət idarəçiliyinə öz töhfəsini verir.
Təxsisatlar  (appropriations)  –  büdcə  maliyyələşdirilməsi.  Büdcə 
həm  öhdəlikləri,  həm  də  ödənişləri  proqnozlaşdırır.  Öhdəliklər 
və  ödənişlər  üçün  təxsisatlar  tez-tez  fərqlənir  –  diferensiallaşmış 
təxsisatlar – çoxillik proqramlar və layihələr adətən ildə verilir ki, onlar 
qərara  alınır,  proqramın  və  layihə  irəliləyişlərinin  yerinə  yetirmələri 
kimi  illər  ərzində  ödənilir.  Beləliklə,  əgər  büdcə  genişlənmə  üçün 
artırsa,  öhdəlilkər  ödənişlər  edildikdən  əvvəl  artır.  Bütün  layihələr  və 
proqramlar  bağlanılmır  və  ödənişlər  üçün  təxsisatlar  öhdəliklər  üçün 
olduğuna nisbətən buna görə daha da aşağıdır. Qeyri-diferensiallaşmış 
təxsisatlar  inzibati  xərclər  üçün  kənd  təsərrüfatına  bazar  dəstəyi  və 
birbaşa ödənişlər üçün müraciət edir.
Təxsisatların  ləğvi  (cansellation  of  appropriations)  –  ləğv  edilmiş 
təxsisatlardan  verilmiş  büdcə  ilində  uzun  müddət  istifadə  olunmaya 
bilər.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə