M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə101/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   97   98   99   100   101   102   103   104   ...   184
muhazire FELSEFEyeni
1
Cəmiyyətin ictimai həyatı orada fəaliyyət göstərən bütün qrupların, onların qarşılıqlı fəaliyyətinin bütöv məcmusudur. Bu cür qruplara, icmalara (müxtəlif əsaslar və ölçülərlə götürülən) xalqları, millətləri, sinifləri, təbəqələri, stratları, kastaları, sosial – demoqrafik və peşə qruplarını, əmək kollektivlərini; qeyri-formal qurumları və s. aid etmək olar. Bu sahədə həyat, məişət, istehsal şəraiti; səhiyyə, təhsil, sosial müdafiə və təminat problemləri; ictimai ədalətə riayət olunması; etnik, milli, sosial – sinfi və qrup münasibətləri kompleksinin nizama salınması ilə bağlı qarşılıqlı fəaliyyət həyata keçirilir.

Siyasi sahə bir bütövlükdür, onun məzmununu subyektlərin qarşılıqlı fəaliyyəti təşkil edir – burada məqsəd subyektlərin marağının hakimiyyət, dövlət quruluşu, hüquq və azadlıq prinsipləri əsasında həyata keçirilməsidir – bunun üçün əvvəlcədən hazırlanan ictimai texnologiyalar və tətbiq proqramlarından istifadə olunur. Bu sahənin elementləri kimi siyasi institutlar (dövlət, təşkilatlar, partiyalar), siyasi və hüquqi normalar (konsti­tusiya, qanunlar, nizamnamələr), siyasi müna­sibətlər və fəaliyyət, siyasi şüur çıxış edir. Bəzi cəmiy­yətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində bu sahənin rolu böyükdür və yerdə qalan sahələr üzərində hökmranlıq edir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə