M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Cəmiyyətin mənşəyi, təbiəti və mahiyyəti, ictimai transformasiyalar



Yüklə 0,71 Mb.
səhifə97/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   93   94   95   96   97   98   99   100   ...   184
muhazire FELSEFEyeni

Cəmiyyətin mənşəyi, təbiəti və mahiyyəti, ictimai transformasiyalar.

İctimainin mahiyyətini və onun şərhini anlamağa müxtəlif yanaşmalar mövcuddur. Bununla belə praktiki olaraq onların heç biri iki şəraiti istisna etmirlər. Cəmiyyətin mövcudluğunun, onun fəaliyyətinin və inkişafının obyektiv ilkin şərti kimi, birincisi fəaliyyət göstərən fərdlər, ikincisi, onların həyatı üçün əlverişli olan xarici şərait çıxış edir. Cəmiyyətin yaranması üçün Yerdə onun üçün əlverişli olan təbii şəraitin nadir kompleksi yaranmalıdır – məhz bu insanın Homo Sapiens kimi formalaşmasına təkan vermişdir. İnsansız cəmiyyət, eyni zamanda cəmiyyətdən kənarda insan mövcud ola bilməz.

Ümumiyyətlə desək, cəmiyyətin “ilkin şərti” kimi insanın formalaşması prosesində sirli olan, bu gün də tam aydınlaşmamış, dəqiq cavabı olmayan suallar çoxdur. T.Şarden hesab edir ki, insan səssiz yaranmışdır, olduqca sakit gəlmişdir, biz onun varlığını göstərən daş alətlərdəki izlərini görəndə o artıq bütün dünyanı bürümüşdür. O artıq danışır, od əldə etmişdir, qrup halında yaşayır, lokal icmalar yaratmışdır. “İlk adam” bəlkə də adamlar çoxluğudur. Həm də “insanın paradoksu” ondan ibarətdir ki, keçid morfoloji yox, daxili dəyişiklik hesabına baş vermişdir, ona görə də hiss olunan iz qoymamışdır. Bu baxışı digər filosoflar da müdafiə edirlər, insanın qədim əcdadından insana keçidin məğzinə xüsusi “meymun insan” empirik formasının yaranması kimi yox, onun öz daxilinə getməsi, özününküləşməsi, həyat fəaliyyətinin xarici təzahürünün subyektivləşməsi kimi baxırlar. Bunun nəticəsində əvvəllər vahid olan obyektiv aləmi və onun qanunauyğunluqlarının məişətləşməsi prosesi bölünür, onda məişətin xüsusi forması, “özü üçün” forması “yapışır”. İnsanın təkamülündə bu “aralıq düyünün” olmaması bununla izah olunur. Lakin hələ də müəmmalı qalan odur ki, niyə inkişaf daxilə getmişdir və çox sürətlə olmuşdur, “tarixi an” keçən kimi böyük ərazilərdə daş alətlər, qrup halında yaşama, nitqin olması, oddan istifadə olunması müşahidə olunur.

Hər necə olsa da təbiətlə dərin vəhdətdə yaranan insan prinsipial şəkildə öz heyvan əcdadlarından uzaqlaşır. Heyvandan fərqli olaraq o yaratmağa, istehsal etməyə başlayır, həm də yalnız özünün yox, istənilən növün ölçüsündə yaradır, gözəllik qanunlarına onu uyğunlaşdırır. Heyvan əməli (fayda güdəni) öz təlabatına uyğun hərəkət edir, insan isə onun həddindən çıxmağa, azad və universal olmağa qadirdir. Heyvan öz həyat fəaliyyəti ilə bilavasitə eyniyyət təşkil edir, insan öz şəxsi həyatını öz predmeti edir. Nəticədə o fəaliyyətin ali formasına – özünü­fəa­liyyətə çatır, o azad olur. Bütün bunlar varisliyə olan prinsipial, inqilabi, keyfiyyət sıçrayışı hesabına – genetik forma və mexanizmlərin ictimai ilə əvəz olunması hesabına mümkün olur.

Bizim üçün vacib olan odur ki, cəmiyyət və insan demək olar ki, eyni vaxtda yaranmışdır. İnsan yalnız təbii yox, həm də ictimai - predmet varlıqdır, insan, ictimai – predmet dünyada yaşayan varlıqdır. Bu dünya, bir tərəfdən, insan tərəfindən yaradılır, digər tərəfdən – o insanı formalaşdırır, onu ictimailəşdirir. Hər bir ictimai “predmet” adamlar arasında vasitəçi olur, onları birləşdirən vasitəçiyə çevrilir, bu mənada o ictimai münasibət olur. İnsan bütövlük kimi yalnız ona görə özünü reallaşdırmır ki, onda ruh və bədən ayrılmazdır, həm də ona görə ki, insan həm ictimai sistemin hərəkət anıdır, həm də cəmiyyət – insanın hərəkət anıdır.

Lap əvvəldən yaranan cəmiyyət özünü ziddiyətli fenomen kimi göstərir. O daimi olaraq özünü dağıdır, belə ki, onda daim xaos, müxtəlif səviyəli fəlakətlər, cinayət­karlıq, korrupsiya, maraqların münaqişəsi vardır. Çoxlu sayda meyllər var ki, bu da cəmiyyəti daxilən “dağıdır”. Tarix çoxsaylı cinayətlərin (Babilistan, Roma imperiyası, hunlar, xəzərlər, qızıl ordu, inklərin, maya­larin, asteklərin və başqalarının dövlətləri), o cümlədən tarixəqədərki icmaların Yer üzündən silinməsi faktını həmişə xatırlayır. Bu o deməkdir ki, onlar hansısa çağırışa, imtahana tab gətirməyiblər. Onların iflası – tarixi faktdır. Əksər vəziyyətlər müasir cəmiyyətin riskli cəmiyyət olduğunu, insanın özünün yaşaması üçün riskli olduğunu göstərir.

Beləliklə, cəmiyyət daim yox olma həddində yaşayır – xaoslar, çoxsaylı müharibələr, ekoloji fəlakət, inqilabları özündə cəmləşdirən amillərin çoxluğuna baxmayaraq o hələ də mövcudluğunu saxlaya bilmişdir. Həyat bacarığı olan cəmiyyət nə isə yaratmağa, özünü bütövə daxil etməyə, onu dağıdanı düzəltməyə meylli olur. Cəmiyyət inteqrasiyaya uyğunlaşmayan dağıdıcı meylləri nəzarət altında saxlamağa çalışır. Öz genezisi və inkişafı prosesində cəmiyyət yalnız özünün yaşaması prosesini deyil, həm də bir çox parametrlərdə tərəqqi edən dina­mikanı təmin edən yeni mahiyyət, mexanizmlər işləyib hazırlaya bilmişdir.

Əgər tarixə nəzər salsaq adamları birləşdirən bütövlüyün iki böyük tipini aşkar edə bilərik. Birinci, ilkin olan tarixi görüntülərin dərinliklərini nəzərdən keçirir – bu ailə, qəbilə, tayfa, qəbilə və icma ittifaqlarıdır. Onları ənənəvi və ya arxaik lokal qrup adı altında birlədirmək olar. Bu birlik özünü adamların birgə məişəti və ya ümumi mənşə, dil, tale, dünyaya baxışları ilə bağlı olan adamların qarşılıqlı fəaliyyəti formasında özünü göstərir. İctimailiyin ikinci tipi dövlət və sivilizasiyanın qurulması gedişində yaranır və “böyük cəmiyyət” kimi özünü göstərir. Bu mahiyyətlərin prinsipial fərqi ondan ibarətdir ki, böyük cəmiyyətlər özündə yeni keyfiyyət yaradırlar – bu lokal və ya onların mexaniki cəminə uyğun gəlmir. Onun təbiəti, qanunları, üsulları, fəaliyyət formaları başqa olur. Böyük cəmiyyətlərin yeni keyfiyyətləri təbiətdən yenicə ayrılmış tarixəqədərki adamı tarixi adamdan ayıran astanadır. Burada bizi yeni keyfiyyətləri olan bu böyük cəmiyyət maraqlandırır – bu tip min illər ərzində olan dəyişikliklərə baxmayaraq özünü qoruyub saxlaya bilmişdir.

Böyük cəmiyyətə keçid – tarixi prosesdir. Təbii ki, bir neçə on və yüzlərlə adamlardan təşkil olunmuş qəbilə və tayfa qruplarının lokal cəmiyytdən fərqlənən böyük cəmiyyətə çevrilməsində obyektiv təlabat var idi. Nə üçün adamlar psixoloji baxımdan əlçatmaz olan bu addımı atmişdırlar? Necə oldu ki, onlar birdən dövlətin ağır yükünü öz üzərlərinə götürdülər? Güman etmək olar ki, bu cür nəhəng dəyişikliyə onları kəskin zərurət vadar etmişdir. Məsələ elə bir həddə idi ki, adamlar ya bu addımı atmalı, ya da məhv olmalı idilər. Bu zərurəti nəzərə almayanlar tarixin məngənəsində sıxılmışlar, həyat üçün vacib olan ehtiyatlardan uzaq düşmüşlər və tənəzzülə uğramışlar.

Ümumiyyətlə, insan bütün vaxtlarda həmişə böhranlı vəziyyətdə yaşamışdır. Qədim insanların təbiətlə harmoniyada yaşaması ilə bağlı baxışlar “qızıl əsr” mifologiyasının qalığıdır. Arxeologiya sübut etmişdir ki, hələ o vaxtlar insanlar heyvanların bir çox növlərini məhv etmişlər. Ona görə paleolitdən tarixi inkişafın növbəti mərhələsinə keçid ovçuluq obyektinin vəhşicəsinə məhv edilməsi ilə xarakterik olmuşdur. İnsanın ətraf mühitlə münasibəti daim pozması varlığın vaxtı keçmiş növlərindən uzaqlaşmasna gətirib çıxar­mış­dır. Çıxış yolu tapan qədim icmalar yaşaya bildilər, onlar varislik mexanizmini möhkəmləndirdilər, daha uyğun həyat modeli axtarmağa meyl etdilər. Nəticədə yeniləş­mənin yeni tipi daha effektli həyat və tarixi strategiya oldu. Yerdə qalanlar ətraf aləmin çağırışına cavab tapa bilmədiklərindən “getdikləri yolu” yarımçıq qoydular. Beləliklə böyük cəmiyyətlər zərurət kimi yaranır, sonra bu “mutasiya” möhkəmlənir və hakim möveyə keçir.

Böyük cəmiyyətin qurulması uzun sürən, ziddiyətli, ziqzaq, əyri-üyrü və dal-dalı hərəkətlərlə mürəkkəbləşən bir prosesdir. Yeni keyfiyyətli cəmiyyət əldə edən insanlar lokal dünyanı təmin edən vərdiş olunmuş həyat şəraitini, müdafiə olunmaq hissini, sabitliyi, mənəvi rahatlığı itirirdilər. Bundan başqa ətraf kontest kimi insanın özü də dəyişdi, başqalaşdı, belə ki, o böyük cəmiyyətdə prinsipcə başqa varlıq “mexanizmini və ünsiyyəti” mənimsəməli idi. Çox vaxt ətrafda olan arxaiklik böyük cəmiyyəti “dağı­dırdı”. Böyük cəmiyyət kompromisə getməyə, özünə lokal cəmiyyətin ünsürlərini qəbul etməyə məcbur olurdu. Dünya tarixində böyük cəmiyyətin təşəkkül tapdığı vaxt – ilkin dövlətlər dövlətəqədərki kortəbiilik okeanı ilə əhatə olunduğu vaxt insan varlığının yeni formasının həyatı və ölümü məsələsi kəskin dayanmışdır. O bu kortəbiiliyi assimilyasiya etmək gücünə malik deyildir. Ona görə də o çox vaxt ona qarşı dayanan lokal cəmiyyəti, dövlətə­qədərki ictimailiyi dağıdırdı, çox vaxt əhali məskunlaşan yerləri səhralara çevirir, tayfaları və xalqları məhv edirdi. Əlbəttə bu qəddarlıq idi, ancaq söhbət böyük cəmiyyətin - müasir cəmiyyətin surətinin yaşamasından gedirdi.

Böyük cəmiyyət qurulan vaxt o yalnız xarici deyil, həm də qədim dövrün daxili ünsürləri ilə toqquşur. Yeni yaranan cəmiyyətin elitası dövlət kateqoriyaları ilə düşünməyi öyrənirlər, dərk edirlər ki, birincisi, bu nədir, ikincisi nə üçün onun yaranması həyatı zərurətdir. Nəticədə dövlətin institutları və mexanizmləri yaranır, tədricən o cəmiyyətin bütün sahələrini və səviyyələrini özünə tabe edir, bununla yanaşı onun daha effektli inkişafı üçün şəraiti təmin edir. Patriarxal – tayfa kütləsi isə dövləti məcburiyyət qarşısında qəbul edir, ona məcbu­riyyətin qəbul etdirilmiş mexanizmi kimi (əslində bu belədir), təbii şəraitdə artıq mövcud olan varlığa əlavə yük kimi baxır. Hələ uzun müddət dövlət ideyası yeni tip ictimailəşmənin əsas ünsürü kimi bu kütlənin dəyərlər və ideallar məcmusuna daxil olunur. Nəticədə elə vəziyyət yaranır ki, bir cəmiyyətin çərçivəsində insan şüurunun iki müxtəlif növləri birgə yaşayırlar. Bir tərəfdən elitanın inzibati bürokratik mentallığı – bu öz xalqının kökündə möhkəmlənir, onun arxaik şüuruna sirayət edir, dövlətin, deməli böyük cəmiyyətin labüdlüyünü anlamaq səviy­yə­sinə yüksəlir. Digər tərəfdən, bu aşağı təbəqənin şüurudur, onların dünya haqqında arxaik təsəvvürləri demək olar ki, toxunulmaz qalmışdır, onda böyük cəmiyyətin, dövlətin və onun əsl təbiətinin zəruriliyini anlamaq hissi yoxdur, o bunları qəbul etməkdən imtina edir.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, cəmiyyət təbiətdən ayrılan və onun üzərində qurulan süni reallıqdır (“ikinci təbiət”), yalnız burada təbiətdən çıxan və onunla qırılmaz bağlı olan adamların həyatı təmin edən fəaliyyəti mümkündür və real baş verir. Cəmiyyət genetik olaraq təbiətdən “yaranmışdır” və onun qanunlarını inkar edə bilməz, lakin bir dəfə ondan ayrılanlar sonra öz əsasları ilə və öz şəxsi məntiqləri ilə inkişaf edirlər.

Cəmiyyətin substratı insandır. Ona görə də cəmiyyət fenomenini anlamaq üçün ictimai “atom” kimi insanın mahiyyətini aydınlaşdırmaq lazımdır. Bununla belə cəmiyyət sadəcə olaraq fərdlərin məcmusudur, lakin insanları bütöv halda birləşdirən yeni keyfiyyət yaradır. Cəmiyyətin təbiətini və mahiyyətini açan əsas anlayışlar fikrimcə “fəaliyyət”, “ünsiyyət”, “adamaların münasibəti”, “qarşılıqlı fəaliyyət”, “həyatın təmin olunması”, “mə­də­niyyət”, “varlıq və kommunikasiya”, “özgəninkiləşdirmə”, “sistem” (bütövlük) anlayışlarıdır.

Tarixi və məntiqi baxımdan cəmiyyətin əsasını təşkil edən adamlar fəaliyyət göstərən varlıqlardır. Fəaliyyət isə ətraf aləmə insanın fəal münasibətinin spesifik formasıdır – onun məzmununun adamların marağı naminə məq­səd­yönlü dəyişdirmək və yenidən qurmaq təşkil edir. İstənilən fərdi hərəkətə (fəaliyyətə) sövq edən müxtəlif



  1. Yüklə 0,71 Mb.

    Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə