M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə121/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   117   118   119   120   121   122   123   124   ...   184
muhazire FELSEFEyeni

Məhəbbət haqqındada qısa danışmaq məsləhətdir. Nigahın emosional – psixoloji, əxlaqi və estetik əsası məhəbbətdir, doğrudur, heç də bütün nigahlar bu hissə əsaslanmır, hətta nigahdan kənarda məhəbbət ola bilər. Ailə - məhəbbətin, hörmətin və qarşılıqlı qayğının təbii yuvasıdır. Məhəbbət qarşılıqlı olanda, biz bütöv, səmimi və sadiq sevəndə hər şey gözəldir. Arximed yaxşı demişdir: məhəbbət teoremdir, onu hər gün sübut etmək lazımdır. Məhəbbət - fərdi seçilmiş hissdir, o dərin və möhkəm həyəcanda, fikrin və işin sevimli adama istiqamətlənməsində, azad, məqsədsiz ona doğru can atmaqda təcəssüm edir. Sevmək həm də sevilmək istəyidir. Şəhvani baxımdan məhəbbət qarşılıqlı ələ almağı və qarşılıqlı verməyi nəzərdə tutur. Təbii, mənəvi fərqlər, hətta əksliklər məhəbbətdə vəhdət yaradır. Məhəbbət şəxsiyyətin formalaşmasına, onun özünü təsdiq etməsinə, onun yaradıcılıq imkanlarının üzə cıxmasına böyük təsir edir. Məhəbbətin əxlaqi təbiəti onun sadəcə olaraq digər cinsin varlığına can atmasına yox, onun şəxsiyyətinə, fərdi keyfiyətlərinə meyl etməsindədir. Məhəbbətin estetik tərəfi onda təzahür edir ki, sevən adam onda həyat gücünü qaldırır, təxəyyülünü oyadır, zövq alma hislərini gücləndirir, uzun müddətli sevinc bəxş edir, tərəddüd əzabı verir, bir sözlə daxili ziddiyyətlər yaradır. Əsil qarşılıqlı məhəbbət özündə öz başqasını: “qadın kişini, kişi isə qadını” birləşdirir. Sevən insan qarşısındakı sevgilisini ilahiləşdirir, onun müsbət keyfiyyətlərini görür.

Məhəbbət, nigah və ailə insanın və insan birliyinin yaranması ilə yaranmış və inkişaf etmişdir. Doğrudur, tək nigah bəzi heyvanlarda da müşahidə olunur, ancaq bu instinkt və təbii seçmə yolu ilə baş tutur. Uzaq keçmişdə cinsi münasibət nizamsız xarakter daşımış və ailə olmamışdır. Hər bir qadın hər bir kişiyə və eyni dərəcədə hər bir kişi hər bir qadına məxsus idi. Buna yalnız heyvani qısqanclıq mane olurdu. Sonradan cinsi münasibətlər valideynlər və uşaqların, daha sonra qardaş və bacıların ayrılması yolu ilə inkişaf etdi. Qəbilə quruluşunda qrup nigahı yarandı. Cinsi əlaqəyə girən kişi və qadın müxtəlif qəbiləyə məxsus idilər. Bir qəbilənin bütün qadınları o biri qəbilənin bütün kişilərinin potensial arvadları idilər. Ər arvad müxtəlif qəbilələrdə yaşayırdılar. Yalnız analarını tanıyan uşaqlar onun qəbiləsinə daxil olurdular və ya ananın ailəsinə - qadın xətti ilə yaxın qohumlarının ailəsinə daxil olurdular. Sonradan qrup nigahı çərçi­vəsində epizodik birgə yaşayış cüt nigahlara və möhkəm olmayan ailə cütlüklərinə gətirib cıxardı. Ər arvadın ayrı ayrı yaşaması tədricən ərin arvadın qəbiləsinə köçməsi ilə nəticələndi, lakin uşaqlar hələ də anasının nəslinə daxil idilər. Ailə cütlüyü hələlik öz təsərrüfatı ilə məşğul olurdular, ona görə də cəmiyyətin təsərrüfat özəyi hesab olunmurdu. Ailənin inkişafının bu ilkin mərhələsi üçün ər arvadın bərabər hüquqlu olmaları xarakterikdir, ana xaqanlığı dövründə isə qadınlar hökmranlıq etməyə başladılar: qadın əməyi (əkinçilik) kişilərin (ovçuluq) əməyindən daha effektli idi. Əməyin “kişi” növü (maldarlıq, ağır gücün və mürəkkəb alətlərin əkinçilikdə tətbiqi) cəmiyyətin və ailənin iqtisadi həyatında mühüm rol oynadıqdan sonra ana xaqanlığı -matriarxatlığı ata xaqanlığı - patriarxatlıqla əvəz etdi. Patriarxal ailələr, onunla yanaşi monoqam ailələr yarandı. Qadın kişinin ailəsində yaşamağa başladı. Uşaqlar atanın adını və mülkünü daşımağa başladı.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə