M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə68/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   64   65   66   67   68   69   70   71   ...   171

164 

 

mәşhur  әsәrlәri  meydana  çıxmışdır?  A.  M.  Şerbakın  vә  digәr  Sovet  türkoloqlarının  türkoloji 



görüşlәrindәki başlıca fәrq nәdәn ibarәt olmuşdur? 

14.  Azәrbaycanda  sözün  әsl  mәnasında  müqayisәli  türkoloji  dilçiçiliyin  banisi  kim 

olmuşdur?  Hәmin  türkoloqun  hansı  әsәrlәrini  tanıyırsınız?  Bәs  onun  hansı  әsәri  bu  gün  qardaş 

ölkә Türkiyәdә türkoloqların stolüstü kitabına çevrilmişdir? 

15. Dilçiliyin sintaksis bәhsindә nә öyrәnilir? Bәs türkoloji dilçilikdә indiyә qәdәr tarixi-

müqayisәli vә ya müqayisәli-tarixi yöntәmlәrlә türk dillәri sintaksisinin әn çox hansı mövzuları 

qәlәmә  alınmışdır?  Filologiya  elmindә  arxetiplәr  vә  arxetiplik  hadisәsi  nә  demәkdir?  Hansı 

ümumi-mәdәni,  әdәbi-filoloji vә linqvistik xarakterli arxetiplәr vә ya arxetiplik hadisәlәri vardır? 

Dilin  sintaktik  arxetiplәri  bir  tipoloji  model  olaraq  onun  semantikası  vә  sintaktik  söz  sırası  ilә 

bәrabәr qiymәtlәndirilir. Bәs hәmin arxetiplәr dilçilkdә konkret olaraq  hansı morfoloji-sintaktik 

sıralanmalara  әsasәn  müәyyәnlәşdirilmişdir?  Türk  dillәrinin  müqayisәli-tarixi  sintaksisinә  dair 

XX yüzilin axırlarında rus dilindә yazılan ciddi bir elmi-monoqrafik araşdırma olaraq hansı әsәr 

diqqәti daha çox cәlb edir? 

16. İndiyә qәdәr türk dillәri sintaksisindә sadә vә mürәkkәb cümlә quruluşu haqqında әn 

çox  hansı  mövzu  XX  yüzildә  geniş  elmi  mübahisәlәrә  yol  açmışdır?  Hәmin  mövzunun  vә  ya 

sintaktik  problemin  öyrәnilmәsi  barәdә  nә  deyә  vә  hansı  faktları  göstәrә  bilәrsiniz?  Türkoloji 

dilçilikdә  mürәkkәb  cümlәlәrә  dair  indiyә  qәdәr  aparılan  semantik,  struktur  vә  konseptual 

tәsniflәndirmәlәr  hansılardır?  Bәs  әlinizdәki  dәrslikdә  mürәkkәb  cümlәlәr  necә 

tәsniflәndirilmişdir?  

17. Türk dillәri leksikasının lüğәt tәrkibini mәnşә etibarilә, әsasәn, hansı leksik vahidlәr 

vә  ya  ümumişlәk  sözlәr,  terminlәr  vә  s.  tәşkil  edir?  Bәs  hәmin  sözlәri  semantik  mәzmunu 

etibarilә hansı leksik qruplara ayırmaq olar? Daha doğrusu, türk dillәrinin leksikasını tәşkil edәn 

sözlәr anlam-mәna sahәlәrinә görә türkoloji leksikologiyda konkret olaraq necә tәsniflәndirilir? 

Türk dillәrinin leksikasının tarixi-müqayisәli vә ya müqayisәli-tarixi yöntәmlә öyrәnilmәsinә dair 

yazılmış  hansı  türkoloji  dilçilik  әsәrlәrini  göstәrә  bilәrsiniz?  Hansı  leksikoloji  vә  leksikoqrafik 

xarakterli  elmi-linqvistik  mononoqrafiyada  ilk  dәfә  olaraq  әcdad  dil  türkcәdәki  min  sözün 

rekonstruksiyası aparılmışdır? 

18.  Dilçiliyin  leksikoqrafiya  sahәsindә  tәrtib  olunan  müxtәlif  lüğәtlәrin  nә  kimi  elmi, 

ümumi mәdәni, siyasi vә filoloji-linqvistik әhәmiyyәti var? Bәs lüğәtlәrin tәlim-tәrbiyә vә tәdris 

sahәsindәki  әsas  önәmi  nәdәn  ibarәtdir?  Dillәrin  leksikası  ilә  dil-işlәnilmә  vә  ya  ünsiyyәt 




165 

 

saxlamaq  arasında  hansı  intellektual,  konseptual  vә  psixoloji  әlaqәlәr  vardır?  Türkcәnin  dil-



ünsiyyәt  modeli  filektiv  dillәrin  sözügedәn  uyğun  modelindәn  fәrqli  olaraq  hansı  fonetik, 

morfoloji vә sintaktik sistemә dayanır?  

19.  Türk  leksikoqrafiyası  vә  ya  lüğәtçiliyi  deyildiyi  zaman  ümumilikdә  nәyi  başa 

düşürsünüz? Türk dillәrinә dair tәrtib olunmuş lüğәtlәrin forma vә mәzmun vә linqvistik yöntәm 

baxımından  konkret  olaraq  hansı  növlәrini  göstәrә  bilәrsiniz?  1990-cı  illәrdәn  bәri  türkoloji 

dilçilikdә  hansı  lüğәtlәrin  tәrtib  olunması  ayrıca  bir  yeni  leksikoqrafik  sahәnin  vә  ya  linqvistik 

istiqamәtin  ortaya  çıxmasına  yol  açdı?  Hәmin  lüğәtlәrә  dair  әlinizdәki  dәrs  vәsaitindә  verilmiş 

leksikoqrafik örnәklәri açıqlayın. 

20.  Türk  dillәrinin  әnәnәvi-tәsviri  vә  tarixi-müqayisәli  yöntәmlәrlә  öyrәnilmәsinin 

ümumi  linqvistik  parametrlәri  nә  üçün  çox  vaxt  bir-birilә  üst-üstә  düşür.  Әnәnәvi-tәsviri 

yöntәmlәrlә  türk  dillәrinin  әsas  etibarilә  hansı  filoloji-linqvistik  sahәlәri  öyrәnilmişdir?  Hәmin 

sahәlәr  әlinizdәki  dәrslikdә  ayrı-ayrı  konkret  mövzular  üzrә  necә  qruplandırılmışdır?  Mәsәlәn, 

ayrı-ayrı  türk  dillәrindә  ümumi  vә  xüsusi  qrammatika  mövzularına  dair  yazılmış  hansı  dilçilik 

әsәrlәrinin  adını  çәkә  bilәrsiniz?  XX  yüzildә  mürәkkәb  cümlә  sintaksisinә  vә  feil 

kateqoriyalarına  dair  hansı  mövzular  türk  dillәri  qrammatikasının  öyrәnilmәsindә  başlıca 

problemlәrә çevrilmişdir? Hәmin problemlәr hansılardır? Onlar haqqında bildiklәrinizi söylәyin.  

21. XX yüzildә türk dillәrinin tarixi vә dialektologiyasına dair Azәrbaycanda, digәr Türk 

Cümhuriyyәtlәrindә  vә  türkloji  mәrkәzlәrdә  müxtәlif  dillәrdә  yazılmış  hansı  fundamental 

әsәrlәrin adlarını çәkә bilәrsiniz?  XX  yüzildә vә günümüzә qәdәr  әdәbi  dil vә söz  yaradıcılığı; 

leksika,  leksikologiya,  lekskoqrafiya,  frazeologiya,  toponimika,  üslubiyyat  kimi  dil  şöbәlәrinә 

dair hansı mövzular işlәnilmişdir? Sözügedәn sahәlәrә vә onlara uyğun mövzulara dair әnәnәvi-

tәsviri yöntәmlәrlә yazılmış hansı dilçilk әsәrlәrinin adlarını çәkә bilәrsiniz? 

22.  XI-XVIII  yüzillәrdә  әrәb  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  yazılmış  hansı  lüğәtlәri 

vә  qrammatika  kitablarını  göstәrә  bilәrsiniz?  Türkoloji  kontekstdә  vә  ya  türkologiya  fәnnindә  

әrәb dilçilik mәkәtәbi әnәnәlәrinin rolu nәdәn ibarәt olmuşdur? Hәmin rolun nә demәk olduğunu 

sözügedәn  kitablardan  gәtirdiyiniz  filoloji-linqvistik  xarakterli  örnәklәrlә  vә  ya  açıqlanmalarla 

göstәrin. 

23.  Türkologiyada  Hind-Avropa  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  dil  vә  qrammatika 

araşdırmalarının  aparılmasına  vә  onlara  uyğun  kitabların  yazılmasına  nә  zamandan  etibarәn 

başlanılmışdır?  Bәs  türkoloji  dilçilikdә  Hind-Avropa  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  ilk 






Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə