M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə66/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   62   63   64   65   66   67   68   69   ...   171

158 

 

1.2.Ana karluqca 



1.3.Ana qıpçaqca 

1.4.Ana bulqarca 

1.5.Ana altayca 

 2. Әn qәdim türk yazısı 

2.1. Orxon-Yenisey yazısı-dili; VI-VII yüzillәr 

2.1.1. Qәdim oğuz dili  

2.1.1.1. Türkiyә türkcәsi 

2.1.1.2. Azәrbaycan türkcәsi 

2.1.1.3. Türkmәn türkcәsi 

2.1.1.4. Gaqauz türkcәsi 

2.1.2. Qәdim uyğur dili 

2.1.2.1. Uyğur türkcәsi 

2.1.2.2. Özbәk türkcәsi 

2.2. Böyük Bulqarıstan yazısı-dili; VIII yüzil 

2.2.1. Çuvaş türkcәsi 

2.2.2. Qәdim qazax, tatar, noqay, qıpçaq vә ya dәşti-qıpçaq dillәri  

2.2.2.1. Qazax türkcәsi 

2.2.2.2. Qaraqalpaq türkcәsi  

2.2.2.3. Balkar türkcәsi 

2.2.2.4. Noqay türkcәsi (Qafqaz) 

2.2.2.5. Tatar türkcәsi 

2.2.2.6. Başqırd türkcәsi 

2.2.2.7. Qumuq türkcәsi 

2.2.2.8. Qaraçay türkcәsi 

2.2.2.9. Karaim türkcәsi  

2.2.2.10. Noqay vә ya Krım-tatar türkcәsi 

2.2.2.11. Altay türkcәsi 

2.2.2.12. Qırğız türkcәsi  

2.2.2.13. Xakas türkcәsi 

2.2.2.14. Tuva türkçesi 




159 

 

2.2.2.15. Şor Türkcәsi 



2.2.2.16. Saqay türkcәsi 

2.3. Yenisey yazılı abidәlәrinin dili  

2.3.1. Saha (Yakut) dili” (Cулeймaнoв 2002: 316). 

Türk dillәri tarixinin sözügedәn dövrlәşdirilmәsindә Dәşti-Qıpçaq dillәrinin bütövlükdә 

Orxon-Yenisey vә böyük Bulqarıstan  yazısının,  ayrılıqda isә Yenisey  yazılı abidәlәrinin birbaşa 

xәlәfi  olduğu  göstәrilir.  Tarixi  Dәşti-Qıpçaq  dillәrinin  qәdim  uyğur  vә  oğuz  dillәrinә,  çağdaş 

Dәşti-Qıpçaq  dillәrinin  isә  uyğur  vә  özbәk  türkcәlәrinә  bağlı  olduğuna  işarә  olunur. 

Dövrlәşdirmәdәn  göründüyü  kimi,  Ana  Türkcә  üst  qavramı  Ana  Oğuzca,  Ana  Karluqca,  Ana 

Qıpçaqca,  Ana  Bulqarca,  Ana  Altayca  alt  qavramları  vә  ya  komponentlәri  ilә    birlәşdirilәrәk 

qvramlaşdırılır. Orxon-Yenisey yazısı, böyük Bulqarıstan yazısı vә Yenisey abidәlәrinin dili isә 

ümumi  bir әn qәdim türk  yazılı  dili  dönәmi  olaraq sәciyyәlәndirilir. Qәdim oğuzca vә uyğurca 

Orxon-Yenisey yazısına, Dәşti-Qıpçaq dillәri isә hәr üç qәdim yazı dilinә aid edilir (Cулeймaнoв  

2002:  316).  Türk  dillәri  tarixinin  sözügedәn  dövrlәşdirilmәsi  nәticәsindә  yuxarıda  göstәrilәn 

birinci vә ikinci fikrin sahiblәrinin birlәşdiyi ortaq nöqtә dә inkar edilir. Belә ki, qıpçaq vә bulqar 

dillәrinin  bu  vә  ya  digәr  şәkildә  orta  әsrlәrdә  qәdim  oğuz  vә  qәdim  uyğur-karluq  kontekstindә 

şәkillәnmәsi  (Cулeймaнoв  2002:  315)  fikrinә  qarşı  çıxılır.  Buna  baxmayaraq,  müәllif  hәm 

birinci,  hәm  dә  ikinci  fikrin  sahiblәrini  dәstәklәyir.  Çünki  Ana  Türkcә  Ana  Oğuzca,  Ana 

Karluqca, Ana Qıpçaqca, Ana Bulqarca, Ana Altayca olaraq öz daxili layları vә ya komponentlәri 

ilә  tәbәqәlәşdirilir.  Bu  da  әcdad  dilin  pra-  vә  prototürk  mәrhәlәlәri  ilә  müәyyәnlәşdirilәn  ilkin 

yazısız dövrünün tәsbit olunması mәnasına gәlir.  

 Yuxarıdakı sxemdә göstәrilәn hәr üç yazı-dil kontekstinin runik vә runik sәciyyәli VI-

XI yüzillәr olaraq birinci mәrhәlәni tәşkil etdiyi ifadә edilir. Bununla da digәr vә özәlliklә әrәb-

fars yazısı xarakterli XI-XIV yüzillәrin birinci mәrhәlә ilә bәrabәr, bütövlükdә ikinci bir qәdim 

türk  әdәbi  dili  müstәvisindә  dövrlәşdirilmәk  vә  ya  qavramlaşdırılmaq  istәnildiyi  müşahidә 

olunur. XV-XIX yüzillәrin isә ümumtürk dilinin dövrlәşdirilmәsindә bir tәrәfdәn әrәb-fars yazısı 

vә  dillәri  istiqamәtli  klassik  әdәbi  dillәr  (Osmanlıca,  Cağatayca)  olaraq  xarakterizә  olunduğu 

görünür. Digәr tәrәfdәn  hәmin dövrün Oljas Süleymanov tәrәfindәn türk dialektlәri vә şivәlәri, 

şifahi  xalq  әdәbiyyatı,  şәhәr  vә  regional  kәnd  danışıq  dillәri  ilә  bir  yerdә  öyrәnildiyi  dә    fәrz 

edilir. Bunların isә bu vә ya digәr şәkildә hәm birinci, hәm dә ikinci fikri irәli sürәnlәr tәrәfindәn 

dәstәklәndiyi bilinir. Qәdim oğuz, qәdim uyğur vә Dәşti-Qıpçaq dillәrinin milli vә ya әdәbi dillәr 




160 

 

olaraq formalaşmalarının qәdim türk dili dövrünün birinci dönәminә qәdәr uzandığı iddia edilir. 



Hәmin dillәrin әnәnәvi türk dillәri kontekstindә sonrakı inkişaf mәrhәlәlәri ilә  çağdaş Avrasiya 

türkcәlәri  olaraq  tәsvir  olunmaq  istәndiyi  dә  müşahidә  olunur.  Ancaq  belә  bir  vәziyyәtdә  o  da 

qeyd olunmalıdır ki, ümumtürk dilinin tarixi  sadәcә inkişaf mәrhәlәlәri bir-birindәn ayrı olaraq 

tәsәvvür edilәn uzaq qohum dillәrin vә ya әdәbi dillәrin tarixlәri kontekstindә öyrәnilmәmәlidir. 

Ümumtürk  dilinin  sözügedәn  inkişaf  mәrhәlәlәri  tarixi  kateqoriyalaşdırmalar  sәciyyәli    әdәbi 

dillәri,  dialektlәri  vә  şivәlәri  ilә  bir  bütün  olaraq  qavramlaşdırılmalıdır.  Çünki  konseptual 

xarakterli  qavramlaşdırmaya  görә  deyil,  müxtәlif  tarixi  kateqoriyalaşdırmalara  әsasәn  aparılmış 

olan tәsniflәndirmәlәr vә ya dövrlәşdirmәlәr indiyә qәdәr türkoloji dilçilikdә bir açıqlıq qazana 

bilmәmişdir.  Çox  vaxt  hәm  dil  tarixi,  hәm  dә  әdәbi  dil  tarixinin  öyrәnilmәsindә  vә 

müәyyәnlәşdirilmәsindә  eyni  mәnbәlәrdәn  vә  әdәbi  mәtnlәrdәn  istifadә  olunmuşdur.  Hansının 

“Dil Tarixi”, hansının “Әdәbi Dil Tarixi” fәnni olduğunu belә seçә bilmәk çәtin olmuşdur.  

Sovetlәr  Birliyi  dönәmindә  müxtәlif  türk  әdәbi  dillәrinin  tarixlәri  çox  vaxt  ümumi 

türkologiya  vә  ya  türkoloji  dilçilik  elmi  kontekstindә  deyil,  bir-birindәn  qopardılmış  müstәqil 

dillәr müstәvisindә (Cәfәrov 2004: 553-557) işıqlandırılmışdır.  Hәm dә bu iş rus dili vә ya rus 

әdәbi  dili  tarixinin  yazılması  prinsiplәri  әsasında  görülmüşdür.  Bunun  nәticәsindә  dil  tarixinin 

öyrәnilmәsindә dialekt vә şivәlәrin, әdәbi dil tarixinin öyrәnilmәsindә isә әdәbi mәtnlәrin rolları 

retrospektiv  vә  prospektiv  aspektlәrdә  uyğun  linqvistik  sәviyyәlәr  olaraq  düzgün 

göstәrilmәmişdir. Çünki ümumtürk dilinin vә ya türk dillәrinin tarixinә dair hәr hansı bir qavram 

vә  kateqoriya  prospektiv,  retrospektiv  vә  dinamik  bir  elmi  fәnn  olaraq  dәyәrlәndirilә  bilәn 

türkoloji  dilçiliyin  üst  vә  alt  qavramlaşdırılmaları  vә  kateqoriyalaşdırılmaları  çәrçivәsindә 

müәyyәnlәşdirilmәlidir. Tarixi bir kateqoriyalaşdırma olaraq müәyyәnlәşdirilә bilәn hәr hansı bir 

әdәbi dil tarixinin isә belә bir keyfiyyәtә vә kәmiyyәtә malik olmadığı çox açıqdır.  

 Ümumtürk  dilinin  tarixi  milli  türk  dillәri  tarixlәrinin  müәyyәnlәşdirilmәsi  ilә,  onların 

özәlliklәri  vә  konkret  dil  faktları  ilә  öyrәnilmәli  vә  әcdad  dilin  ilk  türk  (pra-  vә  prototürk) 

dönәmindәn  bәri  dövrlәşdirilmәlidir  (Cәfәrov  2004:  557).  İlk  türkcә  dönәminә  qәdәr  uzanan 

oğuzca,  qıpçaqca,  karluqca,  uyğurca  vә  s.  orijinal  dil  özәlliklәri  dә  ümumtürk  dilinin  ilk 

dönәmlәrinin  müәyyәnlәşdirilmәsindә  nәzәrә  alınmalıdır.  Ümumtürk  dilinin  tarixi  ayrı-ayrı 

klassik türk әdәbi dillәri, tarixi lәhcәlәri, şivәlәri vә çağdaş Avrasiya türkcәlәri ilә bir bütün tәşkil 

edir. Bu tarixin müәyyәnlәşdirilmәsindә ilk, ana, qәdim türk dönәmlәrinә aid olan dil faktları vә 

yazılı  abidәlәrimiz,  orta,  yeni  vә  әn  yeni  türk  dili  dövrlәrindә  yazılan  mәtnlәrimiz  fioloji-




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə