M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə221/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   217   218   219   220   221   222   223   224   ...   229

511 

 

raslarda; çay yatağı meşə zolaqları; meşə və çay məcrası əkinləri. Lazım ol-



duqda onları sadə hidrotexniki qurğularla birlikdə yaradırlar.  

Cədvəl 6.8 

Kiçik çayların su mühafizə zonalarında çay yatağı ətrafındakı meĢə 

zolaqlarının eni, m 

 

Çayın hissəsi, 

onun uzunluğu, km 

Çay yatağı məcrasının vəziyyəti 

Davamlı 

Aşağı hissədə 

yuyulan 

Bütün profil 

boyunca yuyulan 

Yuyutu 


torpaqları 

Mənbə,  10  m-ə 

qədər  

6...10 


4...6 

6...10 


4...6 

6...10 


4...5 

6...10 


4...6 

Yuxarı, 


25m-ə 

qədər 


6...11 

6...7 


11...13 

7...8 


13...15 

8...10 


10...11 

4...6 


Orta, 25...50 m  

12...14 


8...9 

14...17 


9...11 

17...20 


11...13 

12...14 


8...9 

Aşağı,  50  m-dən 

çox  

15...20 


10...18 

22...24 


13...16 

24...30 


16...20 

12...14 


14 

    


Kənd  təsərrüfatı  yerlərində  çoxillik  otların,  heriklərin,  becərilən 

bitkilərin  və  başdan-başa  əkilən  bitkilərin  zolaqlarla  əkilməsi,  kənd 

təsərrüfatı  bitkilərinin  ehtiyat  qoruyucu  texnologiyalarının  tətbiq  olunması 

nəzərə alınmalıdır. 

Suvarılan və qurudulan torpaqlarda magistral kanallar və su hövzələri 

boyunca  şumlanmamış  torpaq  zolaqları  saxlamaq  lazımdır  (0,002-dən  az 

meyllikdə suyun sərhəddindən 30 m-dən, 0,002-dən artıq olduqda isə – 100 

m-dən yaxın olmamaqla).   

Suvat  (poyma)  yerlərin  50-70%-ni  əsasən  biçənəklər  üçün  istifadə 

etmək  lazım  gəlir.  Şum  sahəsi  poymanın  10-15%-dən  çox  olmamalıdır. 

Meşə  zolaqları  və  suvat  meşələri  aqroekosistemin  davamlılığının  və 

məhsuldarlığının  saxlanmasını  təmin  edir,  əgər  onlar  poymanın  ümumi 

sahəsinin 20-25%-ni tutursa.  

Kənd  təsərrüfatı  tarlalarında  mineral  və  üzvi  gübrələrin  verilməsinin 

dozası, müddəti və texnologiyalarına ciddi riayət olunmalıdır, yuxarıda qeyd 

olunduğu  kimi,  qar  örtüyünə  və  donmuş  torpaqlara  gübrə  verilməsi  istisna 

olmaqla.  

Su mühafizə zonaları hüdudlarında qadağan olunur:  

●  zəhərli  kimyəvi  maddələrin  tozlandırılması  və  istənilən  gübrənin 

təyyarədən verilməsi;    

● pestisidlərin və mineral gübrələrin saxlanması üçün anbarların, hey-

vandarlıq  fermalarının  və  komplekslərinin,  peyin  tərkibli  çirkab  sulardan 

istifadə  olunan  suvarma  sisteminin,  peyinin  basdırılması  və  toplanması,  zi-



512 

 

billik  və  tullantıların,  aviasiya-kimyəvi  işlərin  aparılması  üçün  uçuş-eniş 



xətlərinin yerləşirilməsi;  

●  yeni  tikintilərin  aparılması  və  köhnə  müəssisələrin  genişləndiril-

məsi;  

●  dayanacaq,  benzindoldurma,  maşın  yuma  və  avtonəqliyyat  park-



larında təmir.  

Sahil xətlərində əlavə olaraq torpaqların şumlanması, otarılma və hey-

vanlar üçün yaylaqların yaradılması, kimyəvi-zəhərli maddələr və gübrələrin 

tətbiqi, istirahət bazalarının tikilməsi və palatka şəhərciklərinin salınması və 

s. qadağan olunur.  

Su mühafizə zonalarında biogenlərin nöqtəvi mənbələri olduqda (hey-

vandarlıq  kompleksləri  və  s.)  biogen  elementlərin  hidroqrafik  şəbəkələrlə 

daşınması  və  onların  su  obyektlərinə  daxil  olmasının  qarşısını  almaq  üçün 

əlavə tədbirlər həyata keçirirlər.  

Respublika  Prezidenti  cənab  İlham  Əliyevin  2008-ci  ildə  ―Ekoloji 

təmiz  kənd  təsərrüfatı  haqqında‖  Azərbaycan  Respublikası  Qanununun  tət-

biq  edilməsi  barədə  verdiyi  fərman  ölkəmizin  təbii  və  mədəni  yem  sahələ-

rinin məhsuldarlığının və yem keyfiyyətinin artırılması məqsədilə, müxtəlif 

ekoloji-iqlim şəraitinə asanlıqla adaptasiya edərək,  ekoloji sabit məhsuldar-

lığını  və  yem  keyfiyyətini  saxlayan  yem  bitkiləri  sortlarının  yaradılmasını 

qarşıya əsas məqsəd qoydu.   

Bu  məqsədlə  uzun  illərdir  ki,  RF-nin  V.R.Vilyams  adına  Ümum  Ru-

siya  Yemçilik  institutunun  əməkdaşı  V.A.Katkov  tərəfindən  uzaq  çarpaz-

laşma yolu ilə Festuca və Lolium cinslərindən yaradılmış Festulolium hibrid 

bitkiləri müxtəlif ekoloi-iqlim şəraitlərində quru və yaşıl kütlə, toxum  məh-

suldarlığı, yem keyfiyyəti, qışa davamlılıq, tezyetişkınlik kimi bioloji-təsər-

rüfat əhəmiyyətli əlamətlərinə görə tədqiq edilmişdir (Qasımova İ.T., 2012).  

Tədqiqatın  məqsədi  uzaq  çarpazlaşmış  Festulolium  hibridlərindən 

ekoloji sabit məhsuldarlığa və  yem keyfiyyətinə malik olan  sortların  alın-

ması  və  Azərbaycan  Respublikasında  mədəni  otlaq  -  biçənəklərin  yaradıl-

ması  və  təbii  otlaq  -  biçənəklərın  yaxşılaşdırılması  üçün  yeni  sortların  ra-

yonlaşdırılmasından,  eyni  zamanda  EMBS-in  yaradılmasında  əsas  kompo-

nentlərdən biri kimi olunmasından ibarətdir.    

Həmin  bitkilər  tərəfimizdən  2013  -  cü  ilin  sentyabr  ayında  Ismayillı 

rayonu ərazisində 80 m

2

 sahədə dağ-çəmən torpaqlarında, 35 sm cərgəarası, 



2  sm  dərinlikdə,  4  təkrarda  4  Festulolium  bitkiləri:  Sinta,  Aelita,  Debüt, 

İzyumdur  sortları  yerli  taxıl  otları  ilə  müqayisəli  əkilmişdir.  Əkin  11sen-

tyabrda  aparılmış,  19  sentyabrda  yüksək  cücərmə  enerjili  çıxış  alınmışdır. 

Hər  10  gündən  bir  bitkilərin  boyunun  ölçülməsi  göstərdi  ki,  yerli  ekoloji  - 

iqlim şəraitində onlar intensiv boy atır və mühitə asanlıqla adaptasiya edir.    



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə