“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

60 

 

Qeyd edək ki, iqtisadi nəzəriyyə elmində ən geniş yayılan problemlərdən biri 



də  istehsalın  üç  amili  –  əmək,  torpaq,  kapital  nəzəriyyəsidir.  Sonralar  bu 

nəzəriyyəyə iki amil də – sahibkarlıq bacarığı və elmi-texniki tərəqqi (informasiya) 

– əlavə olundu. 

Faktiki  olaraq  göstərdiyimiz  amillər  bizə  tanışdır  və  bunlar  iqtisadi 

resurslardır.  Iqtisadi  artımın  amilləri  bir-biri  ilə  qarşılıqlı  asılılıqda  olan  və  bir-

birilə çulğalasan amillərdir. 

Bu amillər içərisində əmək daha aktiv və daha məhsuldardır. Istehsalı yüksək 

səviyyədə  təşkil  edən  sahibkarın  bacarığı  altında  əmək  müasir  avadanlıq  və 

materiallardan  istifadə  edərək  rəqabətə  dözümlü,  keyfiyyatli  məhsul  istehsal  edir. 

Məhz  buna  görə  də  bazar  mexanizmi  daxilində  iqtisadi  artımın  bu  amillərinin 

hansının  payının  daha  çox  və  az  olmasını,  hansının  daha  çox  aktiv  və  passiv 

olmasını  müəyyən  etmək  iqtisadi  nəzəriyyə  elmində  ən  çətin,  ən  qəliz 

problemlərindən biridir. 

Bütün  qeyd  etdiklərimizlə  yanaşı,  göstərə  bilərik  ki,  bu  amillər  iri 

problemlərdir.  Onları  ayrı-ayrı  xırda  elementlərə  (iqtisadi  nəzəriyyənin  təhlil 

metodundan  istifadə  etməklə)  ayırmaq  olar.  Bunun  nəticəsində  amilləri 

qruplaşdırmaq imkanı əldə edə bilərik. 

Belə ki,  iqtisadi elementləri daxili  və  xarici amillərə də ayıra bilərik.  Burada 

biz  ölkəyə  kənardan  daxil  olan  kapitalı,  ölkə  daxilindən  səfərbər  edilən  kaptalı, 

xaricdən ölkəyə gətirilən kapitalı və s. nəzərdə tuturuq. 

Belə  bir  məsələ  üzərində  dayana  bilərik  ki,  artım  qabiliyyətini  və  real  artım 

anlayışını  bir-birindən  ayırmaq  lazımdır.  Burada  iki  məsələni  qeyd  etmək 

məqsədəuyğun  olardı.  Birinci,  artım  tələb  amillərindən  asılıdır.  Daima  artın 

istehsal  potensialını  reallaşdırmaq  məqsədi  ilə  ölkənin  iqtisadiyyatı  resurslatının 

daima  artan  həcmində  istifadə  etməlidir.  Bu  məqsədə  nail  olmaq  üçün  məcmu 

resursların  səviyyəsinin  artması  tələb  olunur.  Ikinci,  iqtisadi  artıma  bölgü 

münasibətləri  də  təsir  edir.  Istehsal  potensialından  məqsədyönlü  istifadə  etmək 

üçün  resursları  iqtisadi  dövriyyəyə  cəlb  etməklə  yanaşı,  istifadə  olunmuş 

resursların utulləşdirilməsindən səmərəli istifadə etmək lazımdır. 



61 

 

Qeyd  edək  ki,  məhsul  istehslaını  artırmaq  təkcə  istehsalın  genişləndirilməsi 



ilə əlaqələndirmək düzgün olmazdı. Burada söhbət resursların mövcud həcmindən 

istifadə  etməklə  maksimum  dərəcə  faydalı  və  keyfiyyətli  məhsul  əldə  etməkdən 

gedir. 

Iqtisadi  ədəbiyyatda  iqtisadi  tipli  artımın  iki  tipini  qəbul  edirlər.  Iqtisadi 



artımın hər iki tipi maliyyə münasibətləri ilə əlaqədardır. Istər ekstensiv, istərsə də 

intensiv  iqtisadi  artım  müəyyən  kapital  qoyuluşunu  tələb  edir  və  bu  da  öz 

növbəsində  maliyyə  resurlarının  səfərbərliyə  alınması  deməkdir.  Məsələn, 

ekstensiv tipi iqtisadi artımın mahiyyəti ondan ibarətdir ki, əmtəələr və xidmətlərin 

istehsalı  istehsal  amillərinin  hesabına  artırılır.  Burada  yeni  torpaq  sahələrinin 

mənimsənilməsi,  daydalı  qazıntıların  çıxarılması,  yeni  tikinti  sahələrinin 

investisiyalaşdırılması  nəzərdə  tutulur.  Belə  ki,  ekstensiv  iqtisadi  artıma 

aşağıdakılarlı  aid  etmək  olar;  a)texnikanın  mövcud  səviyyəsini  saxlamaqla 

investisiyanın  həcminin  artırılması;  b)əmtəələr  və  xidmətlər  istehsalı  sahəsində 

məşğul  olan  işçilərin  sayının  artırılması;  c)dövriyyə  kapitalının  ünsürlərinin,  o 

cümlədən  istehlak  olunacaq  xammalın,  materialların,  yanacağın  və  sairənin  

həcminin artırılması; 

Intensiv  iqtisadi  artım  isə  məhsul  buraxılışı  üçün  tələb  olunan  istehsal 

amillərinin  elmi-texniki  tərəqqi  əsasında  keyfiyyət  baxımından  təkmilləşdirilmə-

sini tələb edir. Intensiv iqtisadi inkişafa aşağıdakı amillər aid edilir:  

a. Elmi-texniki  tərəqqinin  sürətləndirilməsi  (yeni  texnika  və  texnologiyanın 

tətbiqi nəticəsində əsas fondların yeniləşdirilməsi və s.); 

b. Işçilərin ixtisasının artırılması;  

c. Əsas fondlardan və dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılması;  

d. Iqtisadi 

fəaliyyət  daha  səmərəli 

təşkil  etməklə  təsərrüfatçılığın 

faydalılığının artırılması. 

Intensiv  və  ekstensiv  iqtisadi  artımın  hamısının  üstün  olmasının  müəyyən 

edilməsində və onların bir-birindən fərqləndirilməsində vaxt amili əsas rol oynayır. 

Bu  və  ya  digər  tipin  hansının  üstünlük  təşkil  etdiyini  iqtisadiyyatın  tarixi  inkişaf 

mərhələlərilə  müəyyən  olunur.  Başqa  sözlə  desək,  müəyyən  bir  vaxt  ərzində 



62 

 

istehsal  amilləri  intensiv  artım  üçün  xarakterik  xüsusiyyət  kəsb  edirsə,  bu  günkü 



ekstensiv iqtisadi artım üçün bu amillərdən istifadə daha səmərəlidir. Qeyd edək ki, 

hər  hansı  bir  texnika  və  texnologiyanın  eyni  bir  vaxtda  istehsala  tətbiqi  iqtisadi 

artımı  intensivləşdirilərsə  də,  sonralı  inkişaf  (mərhələ)  üçün  həmin  texnika  və 

texnologiya  nisbətən,  “mənəvi  baxımdan”  köhnəlmiş  hesab  olunur,  çünki  elmi-

texniki  tərəqqi  nəticəsində  mövcud  texnika  və  texnologiya  ilə  müqayisədə  daha 

məhsuldar texnika və texnologiya istehsal olunur və onlar istehsala tətbiq edilirlər. 

Ekstensiv  və  intensiv  amillərin  iqtisadi  artıma  təsiri  və  onların  bir-birilə 

müqayisəli  təhlili  göstərir  ki,  hər  iki  artım  tipi  istehsalın  strukturu  ilə  sıx  surətdə 

bağlıdır.  Ekstensiv  və  intensiv  amillərin  nisbətinə  müxtəlif  istehsal  sahələrinin 

proporsional inkişafı da təsir göstərir. 

Təkrar  istehsal  prosesində  ekstensiv  və  intensiv  iqtisadi  artımın  müəyyən 

edilməsi  aşağıdakı  amillərlə  bağlıdır:  istehsal  amillərinin  strukturu  baxımından 

istehsal  olunan  son  məhsulda  ifadə  olunan  fond  tutumu,  material  tutumu,  enerji 

tutumu  və  əmək  tutumu  göstəriciləri;  fond  tutumu,  məşğul  olan  bir  nəfər  işçinin 

payına  düşən  xammal  və  materialların  xüsusi  çəkisini  özündə  əks  etdirən 

göstəricilərin  idarəçilik  və  informasiya  baxımından  istehsalın  təmin  olunmasının 

qarşılıqlı  təsiri;  istehsal  amillərinin  keyfiyyət  baxışından;  ixtisaslaşdırılmış  işçi 

qüvvəsinin, tətbiq edilən xammalın, materialların və maşınların keyfiyyəti; istehsal 

prosesinin ekoloji baxımından təmizlik dərəcəsi. 

Iqtisadiyyat  bütövlükdə  bir-biri  ilə  sıx  əlaqədə  olan  mürəkkəb  makroiqtisadi 

amillərin  məcmuundan  ibarətdir.  Bu elementlər arasında olan  mütənasiblik  həmin 

iqtisadi 

sistemi, 

iqtisadi 

strukturu 

təşkil 


edir. 

Iqtisadi 

inkişafın 

balanslaşdırılmasında, onun səmərəli və sabit artımında iqtisadi strukturlar mühüm 

əhəmiyyət kəsb edirlər. Məsələn, göstərək ki, qərb ölkələrinin bir çoxunda qitisadi 

artıma nail olunması iqtisadi strukturların dərindən, köklü surətdə dəyişdirilməsi və 

bunun  nəticəsində  istehsalda  ümumi  dinamizm  və  s.  müsbət  keyfiyyət  dəyişikləri 

baş verməsilə əlaqədardır. 

Iqtisadi  nəzəriyyə  iqtisadi  strukturların  müsbət  baxımdan  dəyişməsini  nəzərə 

alaraq  “səmərəli  struktur”  anlarını  formalaşdırmışdır.  Səmərəli  strktur  iqtisadi 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə