Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

31 

 

haqqında informasiyaların əldə olunması ilə qane olmur, həm də maliyyə dəstəyi 



verdiyi bu şirkətin bütün fəaliyyətində birbaşa iştirak etmək istəyir. 

Burada  “hands-on”un  mənası  idarəetmə  bacarığına  malik  olmaq,  bunu 

qarşısındakılara ötürə bilmək və qoyulan kapitaldan gəlir əldə etmək istəyən hər bir 

kəsə  bu  istiqamətdə  köməklik  göstərməkdir.  Eynilə  EVCA  (European  Venture 

Capital Association) quruluş müqaviləsinin beşinci maddəsində dəyişməz üzvlərin 

xüsusiyyətlərini nəzərdən keçirərkən buna oxşar ifadələrə rast gəlmək olar. 

Yuxarıda  bəhs  etdiyimiz  köməklik  məsləhətlərin  verilməsi  və  idarəetmə 

təcrübəsinin  paylaşılması  şəklində,  eləcə  də  yeni  yaradılmış  şirkətin  idarə 

heyətində öz nümayəndələri təmsil olunma yolu ilə də həyata keçirilə bilər. 

İdarə  heyətində  iştirak  hər  nə  qədər  “hands-on”  metodunda  məcburi  olmasa 

da, vacib məsələlərdən biridir. Qeyd etmək yerinə düşərdi ki, bu metoddan ən çox 

şirkətin  yaranmasının  ilk  mərhələlərində  daha  çox  istifadə  edilir.  Nəticə  olaraq, 

riskin  dərəcəsinin  yüksək  olması  “hands-on”  tipli  metoddan  istifadə  hallarının 

artmasına səbəb olur. 

Vençur  maliyyələşdirmənin  “hands-on”  metodunda  səhmlərin  satışa 

çıxarılması  maliyyə  baxımından  səmərəli  şəkildə  həyata  keçirilməlidir.  Bunun 

üçün  isə  yeni  yaranmış  şirkətlər  üçün  maliyyə  bazarları  mövcud  olmalıdır.  Bu 

mənada  USM  (Unlisted  Securities  Market),  2-ci  dərəcəli  maliyyə  bazarları, 

birjadankənar  bazarlar  (  Over  the  Counter,  OTC)  kimi  bazarların  inkişaf 

etdirilməsi, fəaliyyətlərini genişləndirməsi xüsusi önəm daşıyır. 

Şirkətin  səhmlərinin  satışa  çıxarılması  bəzi  sosial  problemlərə  səbəb  olur. 

Vençur kapitalistlər üçün səhmlərin satışı vacib olsa da, bu şirkəti quran sahibkar 

üçün  arzu  olunan  bir  şey  deyil.  Sahibkarın  şirkətini  itirmə  qorxusunun  qarşısını 

almaq  və  ya  onun  şirkət  üzərində  səlahiyyətlərinin  artırmağa  kömək  etmək  üçün 

məsləhət görülür ki, ölkənin şirkətlər haqqında qanunlarında sahibkarın ən azından 

vençur kapitalistlərin sahib olduğu şirkət paylarından müəyyən miqdarda almağına 

icazə verilsin. 

“Hands-on”  tipli  vençur  kapitalistlərin  çox  önəm  verdiyi  digər  məsələ  isə, 

həqiqi,  real  vəziyyəti  nəzərə  alan  bir  fəaliyyət  planının  təqdim  edilməsidir. 



32 

 

Fəaliyyət  planının  həyata  keçirilməsində  şirkətdənkənar  digər  şəxslərdən  kömək 



alınması, profesionallar tərəfindən verilən ictimai dəstək və s. vençur kapitalistlər 

tərəfindən  mənfi  qarşılanır.  Bu  halların  qarşısını  almaq  üçün  şirkət  qurucusu 

vençur  kapitalistlərlə  sıx  qarşılıqlı  əlaqə  şəklində  fəaliyyət  planını  həyata 

keçirməlidir. 

Bundan başqa bu tip vençur sərmayədarlar kapital qoyduğu şirkətin mövcud 

bazardan əlavə daha geniş bazarlara daxil olmasına kömək edəcək potensiala malik 

olmalıdır. Bu cür fəaliyyətdə hər iki tərəfin maraqlı olması aydın məsələdir. Bazar 

tamamilə  ələ  keçirilməsə  də,  o  bazarda  müəyyən  qədər  paya  sahib  olmaq  da 

yetərlidir. Texnologiya sürətlə inkişaf etdikcə, beynəlxalq bazarlara çıxma ehtiyacı 

da  bir  o  qədər  artır.  Bu  ehtiyacın  ödənilməsi  üçün  vençur  sərmayədarlar  bazarlar 

haqqında  dolğun  informasiyaya  sahib  olmalı  və  ya  ən  azından  bu  cür 

informasiyaları  əldə  etmə  mənbələrini  bilmələri  vacibdir.  EVCA  bu  mənada 

texnologiyaların gələcəyi və bazarların öyrənilməsi baxımından mühüm işlər görən 

təşkilatlardan biridir. 

“  Hands-off  ”  tipli  idarəetmə  metodunda  isə,  vençur  şirkət  idarəetmə 

bacarığına yetəri qədər sahib olan bir şirkətin sərmayə ehtiyaclarını ödəyir, ancaq 

idarəetmə məsələlərinə qarışmır. 

ABŞ-da vençur şirkətlər çoxusu “ hands-on ” tipli idarəetmədən istifadə etdiyi 

halda,  Avropada  və  digər  ölkələrdə  ixtisaslı  menecerlərin  tapılması  çətin  olduğu 

üçün  və  əlavə  xərclər  səbəbindən  vençur  şirkətlər  daha  çox  “hands-off” 

metodundan  istifadə  edirlər.  Ancaq  “hands-off”  tipli  idarəetmədən  istifadə  edilsə 

belə,  vençur  kapitalistlər  şirkətin  idarə  heyətində  bir  üzv  ilə  təmsil  olunur, 

mühasibatlıq, maliyyə və marketinq şöbələrinə öz işçilərini təyin edirlər. 

“  Reaktiv  ”  idarəetmə  üsulunda  isə,  vençur  kapitalistlər  şirkət  haqqında 

informasiyaları  tələb  edir  və  böyük  miqdarda  xərclər  zamanı,  ələ  keçirmə,  idarə 

heyətinə yeni üzvlərin təyin olunması kimi məsələlərdə söz sahibi olmağı və razılıq 

verməsi  şərtlərini  qoya  bilər.  “  Reaktiv  ”  və  “  hands-on  ”  vençur  idarəetmə 

metodlarını çox vaxt bir-birindən fərqləndirmək çətin olur. 




33 

 

 “  Hands-on  ”  idarəetmə  üsulunda  məqsəd  idarəçilərin  işinə  qarışmaq  deyil, 



şirkətin inkişafına və rentabelliyinə əlavə dəyər qazandırmaqdır. Bu zaman vençur 

şirkətlər  daha  çox  məsləhətçi  qismində  çıxış  edirlər.  Öz  maraqları  olduğu  üçün 

vençur  şirkətlərin  bu  işdən  alacaqları  komisyon  haqqı  da  az  miqdar  təşkil  edir. 

Digər  konsultasiya  xidməttlərində  olduğu  kimi  burada  da  sahibkarın  həyata 

keçirmək  istədiyi  iş  planı  və  qərarlar  çox  böyük  ehtimalla  vençur  şirkətlər 

tərəfindən də qəbul edilir, heç bir çətinlik yaradılmır. 

Effektiv  bir  “  hands-on  ”  idarəetməsi  ilə  vençur  şirkətlər  aşağıdakı 

istiqamətlərdə  müsbət  nəticələrin  əldə  edilməsinə  köməklik  edir:  (24,  səh.  118-

119) 

a)

 

Marketinq. Yeni bir məhsulun bazara çıxarılması zamanı və ya rəqib 

firmaların  bazara  daxil  olması  hallarında  vençur  kapitalistlər  həm  məhsul  və 

bazarları  yaxşı  tanıması,  həm  də  əvvəllər  həyata  keçirdikləri  beynəlxalq 

müqavilələr  nəticəsində  əldə  etdiyi  təcrübə  ilə  şirkət  qurucularına  bu  istiqamətdə 

hansı addımları atmaq barəsində  köməklik edirlər. Xüsusilə texnologiyanın sürətlə 

inkişaf  etdiyi  bir  vaxtda  vençur  kapitalistlər  şirkət  üçün  təhlükə  yaradacaq 

ünsürləri aşkarlayır və qabağına çıxacaq fürsətləri maksimum dəyərləndirə bilirlər. 

Şirkət qurucusu isə yalnız özünün peşəkar olduğu sahədə söz sahibidir. 

Bundan  başqa  vençur  kapitalistlər  öz  portfelində  olan  şirkətlər  arasında 

qarşılıqlı  əlaqə  və  informasiya  mübadiləsini  (crossfertilisation)  həyata  keçirirlər. 

Beləliklə,  bu  şirkətlər  öz  aralarında  istehsal  etdikləri  məhsul  və  xidmətlər  üçün 

müştəri və ya xammal tədarükçüsü rolunda olurlar. Eyni zamanda, patent, royalti 

və  birgə  müəssisə  (joint  venture)  müqavilələri  ilə  bu  şirkətlər  arasında 

texnologiyalarrın transferi həyata keçirilir. 



b)

 

Texnologiya.  Vençur  kapitalistlərin  idarə  heyətinə  göndərdiyi 

nümayəndə ,adətən, şirkətin fəaliyyət göstərdiyi sahə ilə bağlı texnoloji təcrübəyə 

sahib olur və bu sektoru yaxından tanıyır. 

Vençur  kapitalistlərin  universitet  və  elmi-tədqiqat  institutları  ilə  yaxın 

münasibətlərinin  olması  şirkətə  göndəriləcək  nümayəndənin  akademik 

təşkilatlardan birinin işçisi olması ehtimalını da artırır. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə