Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

40 

 

II  FƏSĠL.  VENÇUR  FONDLARIN  FƏALĠYYƏTĠNĠN  XARĠCĠ 



TƏCRÜBƏSĠ. 

 

2.1. Vençur fondların fəaliyyətinin ABġ təcrübəsi 

 

Müasir  maliyyə  alətlərindən  biri  olan  vençur  fondlardan  ilk  dəfə  ABŞ-da 

istifadə  olunmuşdur.  Vençur  fondlar  ilkin  formada,  ABŞ-a  müxtəlif  zaman 

aralığında  köçmüş  insanların  iş  qurmaq  məqsədilə  banklardan  aldıqları 

uzunmüddətli  investisiya  sərmayəsi  nəticəsində  fəaliyyət  göstərmişdir.  XVIII  və 

XIX əsrlərdə Avropadan Amerikaya kütləvi köç olan vaxtda, yeni qitədə iş qurma 

məqsədilə bu üsuldan çox istifadə edilmişdir. 

II Dünya Müharibəsi sonrası amerikan iş adamı Lovrens Rokfellerin öz əsgər 

yoldaşlarına müharibədən qayıtdıqdan sonra onlara iş qurmaqda dəstək olacağına 

söz  verməsi  və  bu  sözü  yerinə  yetirməsi  ilə  vençur  fondlar  müasir  məzmununu 

almışdır.  L.Rokfeller  bu  maliyyə  dəstəyini  kömək  və  ya  borc  olaraq 

dəyərləndirməmiş,  əksinə  vençur  kapital  vasitəsilə  dostlarının  qurduqları 

şirkətlərin səhmlərini alaraq onlara ortaq olmuşdu. 

Tarixdə  ilk  vençur  şirkət  məhz  ABŞ-da  yaradımışdır.  Bu,  K.Kompton, 

M.Qrisvold,  R.Flanders  və  C.F.Doriot  tərəfindən  1946-cı  ildə  əsası  qoyulmuş  “ 

American Research and Development  - ARD)” şirkətidir.  

ARD  şirkətinin  prezidenti  olmuş,  Harvard  Biznes  Məktəbinin  professoru  

Corc  F.Doriot  “  vençur  kapitalın  atası  “  adlandırılır.  C.Doriot  təkcə  şirkətlərin 

maliyyələşməsində  deyil,  həm  də  həmin  şirkətlərin  dəyər  qazanmasında  maraqlı 

idi. C. Doriotun rəhbərliyi altında ARD şirkətinin işçi heyəti şirkətlərə idarəetmədə 

və digər işlərdə köməklik göstərməklə böyük nailiyyətlər əldə olunmuşdur. 

ARD  tərəfindən  ilk  investisiya  1947-ci  ildə  Yüksək  Gərginlik  Texnikası 

(High  Voltage  Engineering)  şirkətinə  qoyulmuşdur.  1955-ci  ildə  bu  şirkətin 

səhmləri  ilk  dəfə  bazara  çıxarılanda  200  min  dollar  dəyəri  olan  investisiya  8  il 

ərzində dəyərlənərək 1.8 milyon dollar olmuşdur. 



41 

 

1958-ci  ildə  Federal  hökumət  kiçik  şirkətlərin  maliyyələşməsində  və  kiçik 



sahibkarlığın inkişafında aktiv rol oynamağa qərar verdi. Bunun üçün Kiçik Biznes 

İdarəsinin  (  Small  Business  Administration  )  dəstəyi  ilə  yeni  kiçik  investisiya 

şirkətləri  quruldu.  Bu  investisiya  şirkətləri  müxtəlif  sahələrdə  olan  şirkətlərə 

kapital  qoyuluşunu  həyata  keçirməyə  başladılar.  Artıq  1960-cı  illərdə  yeni 

yaradılmış 700 investisiya şirkəti ABŞ-da riskli kapitalın qoyuluşunda önəmli yer 

tuturdular.  ARD-dən  fərqli  olaraq,  bu  investisiya  şirkətləri  daha  kiçik  məbləğdə 

kapital qoyuluşu həyata keçirirdilər, həm də onların sənaye və idarəetmə tərübələri 

az  olduğundan pul  yatırdıqları şirkətin  informasiya  təminatında,  peşəkar  dəstəyin 

verilməsində  maraqlı  olmurdular.  Bundan  başqa  onlar  daha  az  riskli  layihələrə 

kapital  qoyuluşu  etdiyindən  qazancları  da  az  olurdu.  Bu  kimi  səbəblər  getdikcə 

vençur  şirkətlərin  artmasına,  onların  maliyyə  sektorunda  özünə  məxsus  yer 

tutmasına şərait yaratdı. 

XX  əsrin  70-ci  illərindən  sonra  vençur  fondlardan  istifadə  daha  da 

genişlənmişdir. Belə ki, informasiya texnologiyalarının inkişafı şəraitində dinamik 

və innovativ fikirlərin, layhələrin sayı sürətlə çoxalmış və bu sahədə vençur kapital 

qoyuluşu yüksək səviyyələrə qalxmışdır. 

1971-ci  ildə  ABŞ-da  inkişafda  olan  və  yeni  qurulmuş  şirkətlər  üçün  birja  ─ 

NASDAQ  (National  Association  of  Securities Dealers  Automated  Quotations  ) 

qurulmuş, bunun nəticəsində kiçik və orta şirkətlərin maliyyə ehtiyacları ilə bağlı 

problemlərin  həlli  istiqamətində  addım  atılmışdır.  Kapital  sahibi  investorlar  bu 

birja  vasitəsilə  səhmlərin  alış-satışını  həyata  keçirərkən  şirkətlər  haqqında  daha 

dolğun  və  etibarlı  informasiya  əldə  etməyə  imkan  tapır,  eyni  zamanda  vençur 

kapitalla böyüyən  şirkətlər də  burada listinq, kotirovka  şərtlərini  asanlıqla ödəyir 

və  özlərinin  səhm  satışlarını  həyata  keçirirlər.  NASDAQ,  hal-hazırda  yerinə 

yetirdiyi  əməliyyatların  sayı  və  həcminə  görə  dünyanın  ən  böyük  fond 

birjalarından biri hesab olunur. 

ABŞ  1978-ci  ildən  sonra  çıxardığı  qanunlarla  vençur  investisiya  sahəsində 

gəlir  vergisindən  azad  olmaları  artırmışdır.  Bu  da  öz  növbəsində  sosial-müdafiə 

fondlarının  böyük  hissəsinin  vençur  maliyyələşdirmə  üçün  ayrılmasını  təşviq 



42 

 

etmişdir. 1980-ci ilə kimi 1.2 milyard dollar həcmində vençur fondlardan istifadə 



olunurdusa,  bu  rəqəm  2000-ci  ildə  artıq  105  milyard  dollardan  çox  olmuşdur. 

Vençur fondlardan illər üzrə istifadə səviyyəsi aşağıdakı cədvəldə göstərilmişdir: 



               Cədvəl 2.1. 

ABġ-da vençur fondlardan istifadə göstəriciləri 

İllər 


Müqavilə 

sayı 


İllik dəyişmə 

( % ) 


Vençur fondların 

həcmi 


( mlrd. $) 

İllik dəyişmə 

( % ) 

1999 


5606 

54,9 



2000 


8042 

43,4 


105 

91,2 


2001 

4595 


-42,8 

40,9 


-61 

2002 


3217 

-29,9 


22,1 

-45,9 


2003 

3036 


-5,9 

19,6 


-11,3 

2004 


3236 

6,5 


22,8 

16,3 


2005 

3300 


1,9 

23,2 


1,7 

2006 


3890 

17,8 


27,6 

18,9 


2007 

4224 


8,5 

31,9 


15,5 

2008 


4178 

-1 


29,9 

-6,2 


2009 

3149 


-24.6 

20,3 


-32,4 

2010 


3640 

15,5 


23,4 

15,1 


2011 

3991 


9,6 

29,8 


27,1 

2012 


3826 

-4,1 


27,5 

-8,5 


2013 

4238 


10,7 

30 


10,7 

2014 


4361 

2,9 


49,3 

64,3 


2015 

4380 


0,4 

58,8 


19,2 

Mənbə: 


Pricewaterhouse 

Coopers/National 

Venture 

Capital 


Association 

MoneyTree™ Report,  Data: Thomson Reuters (2015). 

 

Cədvəldən də göründüyü kimi, ABŞ-da vençur maliyyələşdirmə 2000-ci ildə 



ən yüksək səviyəyə ─ 105 mlrd. dollara qalxmışdır. Buna səbəb isə həmin illərdə 

dünyada, o cümlədən ABŞ-da baş vermiş “texnoloji bum” (tech boom) olmuşdur. 

Ancaq  sonradan  vençur  maliyyələşmə  həcmi  getdikcə  azalmış,  yalnız  son  2-3  il 

ərzində bu sahədə canlanma yaranmışdır. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə