Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

45 

 

ən  zəif  il  olmuşdur.  Belə  ki,  2015-ci  ildə  vençur  fondlarla  maliyyələşdirilən 



şirkətlərdən  79-u  İPO  mərhələsində  iştirak  etsə  də,  səhm  satışı  cəmi  9,2  mlrd. 

dollar həcmində olmuşdur. Bu da son illərə nisbətən aşağı göstəricidir. 

2015-ci  ildə  vençur  dəstəkli  şirkətlərin  başqa  şirkətlərə  satılması  və  ya 

birləşdirilməsi  müqavilələrin  sayı  84  olmuşdur  və  bunun  dəyəri  16,3  mlrd.  dollar 

hesablanmışdır. Digər illərdə olan göstəricilərə aşağıdakı kimidir: 

 

   



 

 

 



 

 

 



 

                    Cədvəl 2.4. 



2005-2015-ci illər arasında ABġ-da vençur kapitaldan çıxıĢ göstəriciləri 

 

İllər 



İPO 

sayı 


Təklif 

məbləği 


( mlrd. $) 

Sonrakı 


dəyər 

( mlrd. $) 

Başqa şirkətə 

satılma və ya 

birləşmə 

müqavilələrinin 

sayı 

Başqa şirkətə 



satılma və ya 

birləşmə 

müqavilələrin 

dəyəri 


(mlrd. $) 

2005 


58 

4,8 


55,9 

201 


19,7 

2006 


67 

71,1 



207 

24,2 


2007 

90 


11,7 

66,1 


201 

30,7 


2008 

0,7 



3,6 

134 


14,9 

2009 


13 

1,9 


9,1 

109 


12,3 

2010 


67 

108 



151 

17,7 


2011 

50 


10,4 

92,5 


170 

24,1 


2012 

49 


21,4 

122,1 


132 

22,6 


2013 

81 


11 

62,7 


95 

16,9 


2014 

115 


15,2 

121,1 


137 

47,4 


2015 

77 


9,4 

N/y 


84 

16,3 


Mənbə: National Venture Capital Association, Yearbook 2015 

 



46 

 

ABŞ-da vençur fondların inkişafı və innovativ kiçik şirkətlərin dəstəklənməsi 



istiqamətində fəaliyyət göstərən çox sayda milli və regional qurumlar mövcuddur. 

Əgər 1980-ci ilə qədər kiçik və orta sahibkarların vençur maliyyələşdirməsində ən 

çox dəstəyi dövlət verirdisə, artıq 1980-ci ildən etibarən dövlətin rolu azalmış, özəl 

vençur  şirkətlər  bu  istiqamətdə  aktiv  iştirakçıya  çevrilmişdirlər.  Müasir  dövrdə 

ABŞ-da  vençur  maliyyələşdirmə  sahəsində  fəaliyyət  göstərən  əsas  qurumlar 

bunlardır:  Kiçik  Biznes  Administrasiyası  (SBA),  Kiçik  Biznes  İnvestisiya 

Şirkətlərinin Milli Assosiasiyası (NASBIC) və Milli Vençur Kapital Assosiasiyası 

(NVCA). 


Kiçik  Biznes  Administrasiyası  (SBA).  SBA  kiçik  şirkətlərə  uzunmüddətli 

maliyyə  imkanları  təmin  etmək  məqsədilə  1953-cü  ildə  qurulmuş  bir  ictimai 

təşkilatdır. Bəzi mənbələrdə bunu Təşəbbüslərin Dəstəklənməsi Agentliyi kimi də 

adlandırırlar. 

SBA  özünün  vençur  fəaliyyətini  bu  qurumun  idarə  etdiyi  Kiçik  Biznes 

İnvestisiya  Şirkətləri  (SBIC)  və  SBIC  proqramı  vasitəsilə  həyata  keçirir.  1958-ci 

ildə  “  Kiçik  Biznes  İnvestisiyaları  Qanun”unun  qüvvəyə  minməsi  ilə  qurulan 

SBIC-lər  kiçik  şirkətlərə  başlanğıc  və  böyümə-genişləmə  mərhələlərində  vençur 

kapital  dəstəyi  vermək  məqsədilə  yaradılsa  da,  günümüzdə  kiçik  şirkətlərin 

inkişafının  gec  mərhələrində  sərmayə  qoyuluşları  ilə  diqqət  çəkirlər.  Əvvəlki 

illərdə  kiçik  şirkətləri  faizli  kredit  şəklində  maliyyələşdirən  SBIC-lər,  bu  üsulla 

səmərəli nəticələr əldə etmədiyindən vençur maliyyələşdirmə üsulundan da istifadə 

etməyə  başlamışdılar.  Hal-hazırda  SBIC-lər  kiçik  şirkətlərə  hər  iki  üsulla  ─  həm 

kredit  şəklində,  həm  də  vençur  kapital  şəklində  investisiya  qoymanı  həyata 

keçirirlər. 

SBA kiçik şirkətlərə birbaşa investisiya qoyuluşu etməsə də, bu işlə məşğul 

olan  SBIC-ləri  və  onların  fəaliyyətlərini  tənzimləyir,  daim  nəzarət  altda  saxlayır. 

SBA-nın bu istiqamətdə gördüyü işlər aşağıdakılardır: 

-

 

 SBIC-lər  SBA  tərəfindən  qeydiyyata  alınır.  SBA-nın  icazəsi  ilə  qurulan 



SBIC-lər  yenə  SBA-nın  tənzimləmələri  çərçivəsində  öz  fəaliyyətlərini  həyata 

keçirirlər. SBIC-lər ən az 5 mln. dollarlıq başlanğıc sərmayəsi ilə qurulurlar. 




47 

 

-



 

 Maliyyə  cəhətdən  yaxşı  vəziyyətdə  olan  SBIC-lər  özəl  sərmayələrinin  300 

%-i qədər dövlət yardımı ala bilirlər. Bundan əlavə investisiya üçün ayrılmış bütün 

fondların  ən  az  50%-ni  investisiya  və  ya  vençur  maliyyələşdirmə  istiqamətində 

istifadə  etmək  şərti  ilə, özəl sərmayələrinin  400% dəyərində  əlavə  dövlət  yardımı 

ala bilərlər. SBIC-lər bu yardımların SBA tərəfindən verilmiş zəmanət kağızlarını 

başqa investorlara satmaqla gəlir əldə edirlər. 

-

 



 Kiçik  şirkətlər  SBIC-lər  tərəfindən  səhmlərinin  alınması  yolu  ilə 

maliyyələşdirilirlər.  SBIC-lər  özəl  sərmayələri  və  əlavə  olaraq  yuxarıda  qeyd 

etdiyimiz  SBA  zəmanətli  kağızların  satışından  əldə  etdiyi  gəlirlərlə  kiçik 

şirkətlərin səhm hissələrini alaraq vençur maliyyələşdirməni həyata keçirirlər. 

SBA-nın  illər  keçdikcə  ABŞ-ın  vençur  kapital  sektorunda  aktivliyi 

azalmaqdadır.  Bir  çox  SBIC-in  böyüyərək  SBA-dan  asılı  olmayan  özəl  vençur 

şirkətlərə  çevrilməsi,  bu  şirkətlərin  SBA-nın  dəstəyi  olmadan  da  çox  böyük 

maliyyə  ehtiyatlarını  vençur  kapitalda  istifadə  etmək  gücünə  sahib  olmaları, 

sərmayə gəlirlərindən tutulan vergi faizlərinin aşağı salınması, pensiya fondlarının 

vençur  maliyyələşdirmə  sektoruna  daxil  olması,  vençur  şirkətlərin  öz  aralarında 

müxtəlif birliklər təşkil etməsi və s. SBA-nın ABŞ-ın vençur kapital sektorunda öz 

yerini itirməsinə və aktivliyinin azalmasına səbəb olan əsas amillərdir. 



 Kiçik Biznes İnvestisiya Şirkətlərinin Milli Assosiasiyası (NASBIC). SBIC-

ləri  təmsil  edən  bir  təşkilat  olan  NASBIC  SBA-nın  SBIC  Proqramını  həyata 

keçirdikdən sonra qurulmuşdur. Dünyadakı ilk vençur investisiya şirkətləri təşkilatı 

olan  NASBIC  əlli  ildən  çoxdur  ki,  ABŞ-dakı  kiçik  şirkətlərin  getdikcə  artan 

maliyyə ehtiyaclarını qarşılanmasında önəmli rol oynayan SBIC-lərin fəaliyyətinin 

yaxşılaşdırılmasına və inkişaf etdirilməsi istiqamətində xidmət göstərən milli SBIC 

birliyidir.  Bundan  başqa  NASBIC  SBIC-lərin  kiçik  şirkətlərə  borc  və  ya  vençur 

kapital şəklində investisiya qoyması sahəsində qanunda dəyişiklərin edilməsi və bu 

istiqamətdə dövlət siyasətinin tənzimlənməsi işlərini həyata keçirir.  

Milli Vençur Kapital Assosiasiyası (NVCA). NVCA, 1973-cü ildə qurulan və 

hal-hazırda 400-dən çox firmanın üzv olduğu vençur şirkətlər birliyidir. NVCA öz 

fəaliyyətini aşağıdakı hədəflər ətrafında qurur: 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə