Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   2   3   4   5   6   7   8   9   ...   28

 

sahəsində  xeyli  təcrübəsi  olan  beynəlxalq  və  xarici  maliyyə  institutları  ilə  sıx 



əməkdaşlığın  təmin  edilməsi  vasitəsilə  bu  sferada  müəyyən  nəticələr  əldə 

olunmasına gətirib çıxarmışdır. 

Müasir  zamanda  dünyada  iqtisadi  inkişaf    “biliklərə  əsaslanan  iqtisadiyyat” 

mərhələsinə  keçib.  Bu  inkişaf  qaçılmazdır.  Ona  görə  də  yalnız  fərdi  bilikləri 

maliyyələşdirməklə  yanaşı,  biliyin  səmərəli  istehsal  keçməsi  xüsusi  əhəmiyyətə 

malikdir.  İnnovasiya  prosesi  elmi  biliyin  və  ya  ideyanın  hər  hansı  məhsula, 

texnologiyaya,  xidmətə  və  onlardan  səmərə  almaq  məqsədi  ilə  praktiki  istifadəsi 

mərhələlərini  əhatə  edir.  Bu  prosesi  əsas  təşkil  edənlərdən  biri  də  innovasiyanın 

maliyyələşməsidir.  Yeni  texnologiyaların,  sənayenin  yeni  sahələrinin,  yeni 

iqtisadiyyatın maliyyələşməsinin əsasını vençur kapitalı təşkil edir. Digər tərəfdən 

vençur  maliyyələşdirmə  ölkənin  texnoloji  cəhətdən  inkişafına  zəmin  yaradan 

faktorlardan biri hesab olunur. Bütün bu amilləri nəzərə alaraq təhlil edilən mövzu 

qeyd olunan cəhətlər baxımından müasir dövrdə çox aktualdır. 

Problemin 

öyrənilmə 

səviyyəsi. 

İqtisadi 

ədəbiyyatlarda 

vençur 


maliyyələşdirmənin araşdırılması, onun investisiya və innovasiya prosesinə müsbət 

təsiri  istiqamətində  bir  çox  elmi  əsərlər  və  fundamental  işlər  yazılmışdır.  Vençur 

kapital  iqtisadiyyatda  təzə  anlayış  olmasına  baxmayaraq,  bu  mövzu  ətrafında 

P.Drucker,  K.Pavitt,  T.Lorenz,  R.Clark,  T.Walker,  S.Blank,  K.Sood,  P.Folta, 

A.Qalitski,  Y.V.Velikiy,  A.Ançiskin,  A.Sokolov,  V.Medinski  və  başqaları  elmi 

araşdırmalar aparmışlar. 

Azərbaycanda  vençur  fondların  fəaliyyəti  hələ  yeni-yeni  inkişaf  etməyə 

başladığı  üçün  bu  istiqamətdə  iqtisadçı  alimlərimizin  tədqiqatları  kifayət  qədər 

deyildir.  Bununla  belə,  prof.  Ə.C.Muradov,  M.Ə.Əhmədov,  T.Quliyev, 

Z.Ə.Səmədzadə,  M.Atakişiyev,  Z.M.Nəcəfov,  Q.Süleymanov,  A.Musayev, 

Q.Ə.Səfərov və s. alimlərimiz vençur maliyyələşdirmə sahəsində öz tədqiqatları ilə 

seçilirlər. 



Dissertasiya iĢinin məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi xarici 

ölkələrin  təcrübəsi  əsasında  və  Azərbaycanın  müasir  biznes  sistemində  vençur 

fondların  fəaliyyətinin  spesifik  cəhətləri,  innovasiya  və  investisiya  prosesinin 



 

inkişafı  və  yerli  bazarın  xüsusiyyətləri  nəzərə  alınmaqla  sahibkarlıqda  vençur 



maliyyələşdirilməsinin  tətbiqi  üzrə  nəzəri  və  metodiki  cəhətdən  əsaslandırılmış 

təklif və tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.   

Tədqiqatın  gedişində  qarşıya  qoyulan  məqsədə  uyğun  olaraq  aşağıdakı 

vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 

-

 

 innovasiya anlayışı və onun inkişafının nəzəri əsaslarını araşdırmaq; 



-

 

 vençur  maliyyələşdirməni,  onun  həyata  keçirilmə  mərhələlərini  və 



formalarını ətraflı araşdırmaq; 

-

 



 vençur  fondların  ölkənin  iqtisadi  inkişafında  və  investisiya  imkanlarının 

genişləndirilməsindəki rolunu aydınaşdırmaq; 

-

 

 xarici  ölkələrin  vençur  maliyyələşdirmə  sahəsindəki  üstün  təcrübələrini 



dərindən öyrənmək və bunun ölkə iqtisadiyyatına tətbiqi imkanları; 

-

 



 Azərbaycan  Respublikasında  vençur  fondların  fəaliyyətinin  müasir 

vəziyyətini dəyərləndirmək; 

-

 

 Azərbaycan  Respublikasında  investisiya  fəaliyyətinə  və  vençur  biznesə 



dövlət dəstəyinin araşdırılması; 

-

 



 ölkəmizdə vençur investisiyanın innovativ inkişafdakı rolunu açıqlamaq və 

bunun üçün zəruri olan makro iqtisadi tədbirlər dəstini müəyyənləşdirmək. 



Tədqiqatın  obyekti  vençur  fondların  formalaşması  və  fəaliyyətinin 

tənzimlənməsinin  xarici  təcrübələridir.Tədqiqatın  predmeti  vençur  fondların  

fəaliyyətinin  xarici təcrübələrinin Azərbaycanda tətbiqi imkanlarıdır. 

Tədqiqatın nəzəri-metodoloji  əsaslarını  müxtəlif məktəblərə məxsus xarici 

müəlliflərin  fundamental  işləri,  MDB  və  digər  postsosialist  ölkələrin  iqtisadçı 

alimlərinin  tədqiqatları,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və 

sərəncamları,  respublika  hökumətinin  qərar  və  sərəncamları,  Milli  Məclisin 

qanunvericilik  aktları,  aparıcı  Azərbaycan  alimlərinin  innovasiya,investisya  və 

vençur bizneslə əlaqədar elmi əsərləri təşkil edir. 



Dissertasiya  iĢinin  informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət 

Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin məlumatları, AMEA-nın Elmi 




 

İnnovasiyalar  Mərkəzinin  və  digər  elmi  tədqiqat  institutlarının  hesabatları, 



respublika  və  beynəlxalq  miqyaslı  elmi-praktiki  konfransların  materialları, 

İnternetdə olan vençur fondların fəaliyyəti üzrə informasiyalar təşkil edir. 

Tədqiqat prosesində sistemli təhlil, məntiqi ümumiləşdirmə və qruplaşdırma, 

müqayisə, dinamika, statistik təhlil üsullarından istifadə edilmişdir. 



ĠĢin elmi yeniliklərinə aşağıdakıları göstərə bilərik: 

- vençur fondların  fəaliyyətinin   innovasiya  yönümlü  iqtisadi  inkişafda   ən 

əsas və effekiv mexanizmlərdən biri olduğu aşkarlanmışdır;  

-  vençur  fondların  formalaşması  və  fəaliyyətinin  tənzimlənməsinin  xarici 

təcrübələrindən  məqsədyönlü  və  yaradıcı  istifadənin  hər  bir  milli  iqtisadiyyat 

yararlı olması əsaslandırılmışdır; 

-  vençur  fondların  formalaşması  və  fəaliyyətinin  tənzimlənməsinin  xarici 

təcrübələrinin  təhlili  əsasında  müəyyən  edilmişdir  ki,  klasterləşmə  siyasəti 

daxilində  vençur maliyyələşmə mexanizmindən istifadə daha effektivdir

-  Azərbaycan  Respublikasında    innovasiya  meylli  iqtisadi  inkişafın 

reallaşmasında    vençur  fondların  formalaşması  və  fəaliyyətinin  genişlənməsinə 

zərurətin olması əsaslandırılmışdır; 

- Azərbaycanda vençur fondların formalaşması və fəaliyyətinin effektivliyinin   

yüksəldilməsi üçün müasir mərhələdə  klasterlərin yaradılması və klasterlərdə ucuz 

kredit,  güzəştli  vergi,  sürətli  amortizasiya  rıçaqlarından  daha  əhatəli  istifadə   

konseptual istiqamətlər kimi təklif edilmişdir



Dissertasiya  tədqiqatının  nəzəri  və  praktiki  əhəmiyyəti.  Tədqiqat  işində 

əldə  edilmiş  məntiqi  ümumiləşdirmələr  və  nəzəri  cəhətdən  əsaslandırılmış  elmi 

nəticələr  və  təhlillər  nəticəsində  irəli  sürülən  təklif  və  tövsiyələr  Azərbaycanda 

vençur  fondların  fəaliyyətinin  sistemli  şəkildə  genişlənməsində,  innovativ,  riskli 

investisiyaların  çoxalmasına  şərait  yaradan  müasir  bazar  infrastrukturunun 

yaradılmasında istifadə edilə bilər. 



ĠĢin strukturu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, 8 paraqraf, nəticə və 

təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. İşin həcm səhifədir.   



 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə