Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   20   21   22   23   24   25   26   27   28

81 

 

asanlaşdırılması  tədbirləridir  və  şübhəsiz  qeyd  edilənlər  Azərbaycanda  vençur 



investisiyalarının  inkişafına  müsbət  təsir  göstərəcəkdir.  İctimai  kapital  bazarında 

investisiya  fəaliyyəti  ilə  müqayisədə  vençur  sahəsinin  dövlət  tərəfindən 

tənzimlənməsinin  xüsusiyyətləri  hər  hansı  bir  spesifik  tənzimlənmə  üsullarından 

heç nə ilə seçilmir.  

İnnovasiya  layihələrinin  vençur  maliyyələşdirilməsi  uzun  müddətli  xarakter 

daşıyır,  vençur  investorları  hər  şeydən  öncə  dövlətdən  bürokratik  prosedurların 

minimallaşdırılmasını,  korrupsiya  ilə  mübarizə  və  sabit  iqtisadi  siyasətin  həyata 

keçirilməsini  gözləyirlər.  Vençur  investorları  şüurlu  olaraq,  əlavə  gəlir  əldə 

məqsədilə  riskləri  öz  üzərinə  götürürlər  və  onlar  mülkiyyət  toxunulmazlığı 

hüququndan əlavə digər təminat hüquqlarının verilməsini tələb edirlər.  

Bütün  dünyada  vençur  investorları üçün  patent hüququ  sahəsində  mülkiyyət 

hüququnun  qorunması,  səhm  paketləri  üzərində  nəzarət  hüququ  olmayan 

səhmdarların hüquqlarının müdafiəsi, müflisləşmə prosedurları,  xarici investorlara 

ayrı-seçkilik  siyasətinin  yürüdülməməsi  və  s.  zəruri  xarakter  daşıyır.  Aparıcı 

ölkələrin  qanunverici  bazasında  əhəmiyyətli  yerlərdən  birini  institusional 

investorlar  və  kommersiya  banklarının  vəsaitlərinin  vençur  investisiyalaşdırılması 

fondlarında  yerləşdirilməsi  məsələsi  tutur.  Bu  gün  vençur  kapitalı  Azərbaycanda 

daha  da  inkişaf  etdirilməsi  zərurəti  yaranmışdır.  Belə  bir  şəraitdə  vençur 

maliyyələşdirmə  mexanizminin  populyarlaşdırılması,  yüksək  texnologiyalar 

sahəsində kiçik və orta biznesin dövlət tərəfindən dəstəklənməsi, milli kapitalın (o 

cümlədən,  institusional  investorların,  bankların,  xüsusi  şəxslərin)  cəlb  olunması, 

ümumi investisiya mühitinin ölkədə daha da sağlamlaşdırılması tələb olunur.  

Dünya  təcrübəsi  göstərir  ki,  kiçik  biznes  iri  şirkətlərə  nisbətən  yeniliklərə 

daha  çox  meyillidir.  Təşəbbüs  azadlığı  və  təşəbbüslərin  mükafatlandırılması 

məsələləri  nəzərdən  keçirilərkən  bürokratik  əngəllərin  yoxluğu,  risklərə  hazır 

olmaq,  irəli  sürülən  orijinal  təkliflərin  dərhal  həyata  keçirilməsi  cəhdləri  bütün 

bunlar kiçik şirkətlər üçün xarakterik olan xüsusiyyətlərin, ancaq az bir hissəsidir. 

Maliyyə  vəsaitlərinin  məhdudluğu  səbəbindən,  kiçik  biznes  texniki  layihələrin 

maksimal  surətdə  işlənilib  reallaşdırılmasında  daha  çox  maraqlıdırlar.  Mövcud 



82 

 

qiymətləndirmələrə  görə  texniki  yeniliklərin  hazırlanması  və  onların  sənaye 



nümunələrinin  hazırlanması  qərarının  qəbul  edilməsinə  kiçik  şirkətlər  adətən  iri 

şirkətlərə nisbətən daha az vaxt sərf edirlər.  

Zənnimcə, vençur kapitalın yuxarıda qeyd olunan spesifik aspektlərini nəzərə 

alaraq,  Azərbaycanda  vençur  maliyyələşdirilməsini  kifayət  qədər  yaxın  zamanda 

inkişaf etdirmək mümkündür. Bu prosesin başlanmasına və geniş inkişafına qeyd 

etdiyimiz vergi tənzimləməsinin optimallaşdırılması, təhsil sistemində institusional 

islahatlar,  xüsusən  də  milli  elmi  təşkilatların  aparıcı  xarici  institut  və 

universitetlərlə,  beynəlxalq  korporasiyaların  elmi-texniki  qurumları  ilə  elmi 

təcrübələrin  mübadiləsinin  sürətləndirilməsi  (məsələn,  scholarship  vasitəsilə) 

əhəmiyyətli  dərəcədə  təkan  verə  bilər.  Bu  istiqamətdə  görülən  tədbirlər,  eyni 

zamanda nəinki vençur biznesinə qoşulmaq istəyən milli şirkətlərin sayını artıracaq 

(hələlik  yalnız  2  şirkət  mövcuddur  -  “İnfipro”  və  “Khazar  Ventures”  şirkətləri), 

hətta  onların  daha  perspektivli  innovasiya  bazarlarına  üz  tutmasının  qarşısını 

alacaqdır. 

Qeyd  edək  ki,  vençur  kapitalı  hər  şeydən  əvvəl  ona  görə  əhmiyyətlidir  ki, 

onun  sayəsində  azərbaycanlı  alimlər  tərəfindən  illərlə  işlənmiş  olan  və  müvafiq 

patent,  müəlliflik  hüququ  alınmış  elmi  işlərin  istehsalatda  tətbiqini  daha  da 

sürətlənə bilər. Bununla yanaşı,vençur kapitalı vasitəsilə yeni istehsal sahələrinin, 

xüsusilə də informasiya kommunikasiya texnologiyalarının, nanatexnologiyaların, 

biotexnologiyaların və  digər  elm  sahələrinin  inkişafına  nail olmuş  olarıq. Bundan 

başqa, bütövlükdə iqtisadi sistemdə vençur maliyyələşdirmənin rolu onun ümumi 

innovasiya  prosesindəki  özünəməxsus  xüsusiyyətləri  ilə  seçilir  ki,  onların  da 

arasında aşağıdakılar əsas sayılır: 

 



vençur  maliyyələşdirmə  investisiya  fondlarının  akkumulyasiya 

prosesinə,  innovasiya  prosesini  təmin  edən  həmkar-investorların  fəaliyyətinin 

təşkilinə və koordinasiyasına təsir göstərir; 

 



vençur fondların fəaliyyəti innovativ layihələrin həyata keçirilməsində 

iştirak etməyə razılaşacaq potensial investorların mobil və daha effektiv axtarışına 

və seçiminə şərait yaradır; 



83 

 



 

vençur  şirkətlər  elmi-texniki  fəaliyyətlə  bağlı  olan  xidmətlərdə 

ixtisaslaşan  xüsusi  konsultativ  və  ekspert  firmalar  şəbəkəsi  üçün  mühüm 

informasiya mənbəyi rolunda çıxış edirlər; 

 

innovativ  fəaliyyətlə  məşğul  olan  şəxslərin  yaradıcı  və  elmi 



potensialından daha səmərəli istifadəyə şərait yaradır. 

Vençur fondların fəaliyyəti istiqamətində inkişafa nail olmaq üçün, bu sahədə 

böyük  təcrübəyə  və  uğurlu  nəticələrə  malik  olan  dövlətlərin  və  onların 

müəssisələrinin  fəaliyyəti  yaxından  araşdırılmalı  və  bunun  əsasında  institusional 

islahatları nəzərdə tutan proqramlar hazırlanaraq, ardıcıl şəkildə həyata keçirilməsi 

vacibdir. 

İndiki  vaxtda  isə,  vençur  kapitalının  inkişafından  danışmaq  tezdir,  o  hələ 

yaradılır.  Azərbaycanda  infrastruktur  hələ  inkişaf  edir.  Siyasi  sabitliyin  olması 

xarici  və  yerli  investorların  kapitallarının  cəlb  edilməsinə  gətirib  çıxarır.  Yerli 

malların, innovasiyaların və xidmətlərin rəqabətədavamlılığının artması və onlara 

tələbatın olması vençur kapitalın cəlb edilməsinə gətirir.  

 

 




84 

 

NƏTĠCƏ VƏ TƏKLĠFLƏR 

 

Aparılan təhlillər bizə aşağıdakı nəticələri çıxarmağa imkan yaradır: 



-

 

İqtisadi artımın və innovasiya fəaliyyətinin qarşılıqlı əlaqəsi innovasiyanın 



tətbiqinin    nəticələri  ilə  müəyyənləşir    və  XX  əsrin  son  onilliyindən  başlayaraq 

iqtisadi tsiklin nəticələri yeni informasiya-kommunikasiya texnologiyalarının əmək 

məhsuldarlığının, iqtisadiyyatın ümumi səmərəliliyinin yüksəldilməsindəki müsbət 

təsiri də bu cəhəti təsdiqləyir. 

-

 

vençur fondların formalaşması və  fəaliyyətinin   innovasiya 



yönümlü  

iqtisadi  inkişafda   ən əsas və effekiv mexanizmlərdən biridir;  

-

 

vençur  maliyyələşmədə  risklərin  mininmallaşdırılmasının  ən  mühüm 



mexanizmləri çoxşaxəli diversifikasiya ─ fondun vəsaitlərinin çoxsaylı və müxtəlif 

sahələri  əhatə  edən  layihələrə  yönəldilməsi  və  mərhələli  maliyyələşdirmə  ─ 

layihələrə mərhələlər üzrə vəsait ayrılmasıdır; 

-

 



vençur  fondların  formalaşması  və  fəaliyyətinin  tənzimlənməsinin  xarici 

təcrübələrinin  təhlili  əsasında  müəyyən  edilmişdir  ki,  klasterləşmə  siyasəti 

daxilində    vençur  maliyyələşmə  mexanizmindən  istifadə  daha  effektivdir  və  bu  

baxımdan  vençur  fondların  fəaliyyətinin  effektivliyinin  yüksəldilməsi  üçün 

klasterlərin  yaradılması  ─  texnoparkların,    biznes  inkubatorların,  tədqiqat 

mərkəzlərinin, maliyyə təşkilatlarının şəbəkəsinin yaradılması və klasterlərdə ucuz 

kredit, güzəştli vergi, sürətli amortizasiya rıçaqlarından daha əhatəli istifadə mühiti 

formalaşdırılmalıdır.  Bu  şərtlər  daxilində  vençur  fondların  səmərəli  fəaliyyəti 

gerçəkləşə bilər; 

-

 



innovasiya  inkişafının  hər  bir  effektiv  xarici  təcrübəsinin,  o  cümlədən 

vençur  fondları  formalaşması  və  fəaliyyəti  təcrübələrinin  müxtəlif  ölkələrdə  

yaradıcı tətbiqi səmərəli nəticələri şərtləndirə bilər; 

-

 



vençur  fondları  formalaşması  və  fəaliyyəti  təcrübələrinin    müxtəlif 

ölkələrdə tətbiqinin səmərəliliyini bu təcrübələrin əsaslı öyrənilməsi ilə hazırlanan 

tədbirlərlə  reallaşdırıla  bilər  və  effektiv  xarici  təcrübələrin  Azərbaycan 



85 

 

Respublikasında tətbiqi də zəruridir



-

 

Azərbaycan Respublikasında  milli  innovasiya  sisteminin  formalaşması 



üzrə  tədbirlər  reallaşdırılır  və  bu  tədbirlər  innovasiyaya  əsaslanmış  iqtisadiyyatın 

yaranmasını təmin  edəcək,  Azərbaycanın  dünya  innovasiya  proseslərində bərabər 

hüquqlu  tərəfdaş  kimi  iştirakına  dəstək  olacaqdır.  Bu  siyasətin  səmərəliliyinin 

artırılmasında vençur maliyyələşmə mexanizmindən də istifadə olunmalıdır; 

-

 

Ayrı-ayrı  ölkələrdə  vençur  fondları  formalaşması  və  fəaliyyəti 



təcrübələrinin  tədqiq  olunması  və  onların  Azərbaycanın  sosial-mədəni  və  iqtisadi 

mühitinə  uyğunlaşdırılması  xüsusiyyətlərinə  üstünlük  verməklə  Respublikamızda 

vençur  maliyyələşmə  mexanizminin    formalaşdırılmasında  vacib  olan  tədbirlər 

müəyyən  edilmişdir.  Hesab  edilmişdir  ki,  bu  baxımdan  innovasiya  proseslərinin 

təşkili  və  həyata  keçirilməsi  üçün  vacib  olan  tənzimləyici  mühitin  və 

mexanizmlərin  yaradılması,  perspektivli  elmi  istiqamətlərin  müəyyənləşdirilməsi 

və  prioritetli  innovasiya  proseslərinin  seçilməsi,  resursların  səfərbərliyi  və 

bölüşdürülməsi, innovasiya fəaliyyətinin inkişaf etdirilməsi tələblərinə cavab verən 

insan kapitalının formalaşdırılması və zəruri olan material aktivlərinin yaradılması 

və s.-lə birgə ilkin mərhələdə vençur fondların təşkili və fəaliyyətinə güclü dövlət 

dəstəyi gərəklidir; 

-

 



vençur  fondları  formalaşmasındakı  fəal  dövlət  dəstəyi  bu  fondlara 

yaradılan  vergi  güzəştləri  ilə  birgə  ilkin  mərhələdə  fondların  birbaşa  dövlət 

tərəfindən  maliyyələşdirilməsini,  güzəştli  kredit  imkanları  verilməsini  nəzərdə 

tutmalıdır; 

-

 

Azərbaycan  Respublikasındakı  mövcud  investisiya  fondlarının  fəaliyyəti 



ölkə  iqtisadiyyatının  innovasiya  inkişafında  pozitiv  rol  oynayır  və  bu  fondların 

fəaliyyət təcrübəsi vençur fondların formalaşmasına əsas yarada bilər. 

 

 



86 

 

ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT SĠYAHISI 



 

1. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə 

Milli Strategiya”nın   və  Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 4  may 2009-cu  il, №255.  

2. “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.   ─  Bakı, 

2012-ci il. 

3. Tağıyev A.H.   “İnnovasiya”.  Bakı, 2012. 

4. Musayev A.   “İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırması”. Bakı. 

“Azərbaycan Universiteti”, 184 s, 2014. 

5. Səfərov Q.Ə., Tağıyev A.H.  “İnnovasiya layihələrinin menecmenti”. Bakı, 

2013. 

6. Məmmədzadə E.E.   “İnnovasiya iqtisadiyyatinin formalaşmasinin bəzi 



iqtisadi və institusional alətləri”.  Azərbaycan vergi jurnalı, 2014, s.101-116. 

7. Qeybullayev Q.   “İqtisadi risk nəzəriyyəsinin əsasları”.  Bakı, 2003. 

8. Atakişiyev M., Süleymanov Q.   “İnnovasiya menecmenti”.  Bakı, 2004. 

9. Zaimoğlu T.   “Risk Sermayesi ve Türkiye’de Uygulaması Olanakları”. 

Ankara: SPK Yayınları, 2001. 

10. Tuncel K.   “Risk Sermayesi Finansman Modeli Dünya Uygulamalarının 

Analizi ve Türkiye İçin Özgün Bir Model Önerisi”.  Ankara: SPK Yayınları, 2000. 

11. Elçi Ş.    “İnovasyon Kalkınmanın ve Rekabetin Anahtarı”. ─  Ankara: 

Technopolis Group, 2007. 

12. Галицкий А.   “Российский венчурный бизнес: состояние, проблемы, 

перспективы. Венчурный капитал и прямое инвестирование в Pоссии”. 

Санкт-Петербург, 2000. 

13. Великий Ю.В.  “Влияние венчурного предпринимательства на инно- 

вационную деятельность”. Экономика. Финансы. Право. №5, с. 9-12, 2010.  

14. Валента Ф.  “Управление инновациями”. М.: Прогресс, 1985. 

15. Аньшин В.М., Дагаев А.А. “Инновационный менеджмент”.  2007. 




87 

 

16. Швандар В.А., Горфинкель В.Я. “Инновационный менеджмент”.   



«Проспект», 2013. 

17. Гончаренко Л.П.   “Инновационная политика”. М.:КНОРУС, 2009. 

18. Абалкин Л.И.   “Экономическая энциклопедия”.   Экономика, 1999. 

19. Леонтьев Л.И.   “Опыт стимулирования инновационной деятельности 

за рубежом”.  Инновации. №4, с. 85-90, 2003.  

20. Наджафов З.М.   “Методы стимулирования инновационной 

деятельности в Азербайджане”.  Баку, 2010. 

21. Eвдokимoвa T.Г., Maxoвиkoвa Г.A., Eфимова N.F.   “Инновационный 

менеджмент”. ─ Sankt-Peterburq, 2005. 

22. Медынский В.Г.    “Инновационный менеджмент”. ─ Mockвa, 2008. 

23. Gompers P., Lerner J.   “The Venture Capital Revolution”.  The Journal of 

Economic Perspectives, Vol. 15, No. 2, 2001, pp. 145-168. 

24. Lorenz T.   “Venture Capital Today”.  London, 1989. 

25. Achleitner A.K.    “Employment Contribution of Private Equity and 

Venture Capital in Europe”. Research Reports EVCA, 2006. 

26. Folta P.   “The Rise of Venture Capital in China”. The China Business 

Review,1996. 

27. Clark R.   “Venture Capital in Britian, America and Japan”. Croom Helm, 

London, 1987. 

28. Xiao S., Shan Z.   “Financial Development, Government Ownership of 

Banks and Firm Innovation”.  Journal of International Money and Finance, 2011. 

29. Walker T., Pukthuanthong K.   “Venture capital in China: a culture shock 

for Western investors”. Management Decision, Vol. 45 No. 4, 2007, pp. 708-773. 

30. Rogers E. M.  “Diffusion of innovations (3rd ed.)”. New York: Free Press, 

1983.  

31. Becker S.W., Whisler T.L.   “The Innovative Organization: A Selective 



View of Current Theory and Research”. The Journal of Business, Vol.40, 

No.4,1967. 




88 

 

32. Knight  K.E.    “A descriptive model, of the İntra-firm innovation 



process”. The Journal of Business, XL, No.4, 1967. 

33. Schumpeter J.A.   “History of economic analysis”. ─ London, 1954. 

34. Drucker P.    “The Discipline of Innovation”.  Harvard Business Review, 

1998. 


35. Pavitt K.    “Innovation Process”.   The Oxford Handbook of Innovation, 

86-115, Oxford University Press, 2004. 

36. Sokolov A., Rudnik P.   “Transnational Corporations and Russia’s 

National Innovation System”. New Delhi, Abingdon : Routledge, P. 133-188, 

2014. 

37. Blank S.   “China startup report: introduction to chinese venture capital”.  



2015 ─   https://www.startupgrind.com/blog/china-startup-report-introduction-to-

chinese-venture-capital-part-3-of-5/. 

38. Sood K.   “China’s venture capital industry regains confidence”, research 

report, The Larta Institute, Los Angeles, CA, 2004. 

39. NVCA Yearbook, 2015. 

40. McCaffrey M.    National Venture Capital Association MoneyTree™ 

Report. Yy: Thomson Reuters, 2015. 

41. https://fortune.com/fortune500/2013/. “Fortuna”biznes-analitik jurnalın 

(ABŞ) rəsmi saytı.  

42. http://www.evca.eu/research/activity-data/annual-activity-statistics/ 

investments- (2013). Qapalı Səhmdar Cəmiyyətlərin Səhmləri və Vençur Kapitalı 

üzrə Avropa Assosiasiyasının rəsmi saytı. 

43. http://www.aic.az/. Azərbaycan İnvestisiya Şirkətinin rəsmi saytı. 

44. http://www.azpromo.az/. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi 

Fondu (AZPROMO)-nun rəsmi saytı. 

45. http://www.stp.az/.  Sumqayıt Texnologiyalar Parkının rəsmi saytı. 

 

 



89 

 

РЕЗЮМЕ 



 

Цель  диссертационной  работы  является  анализ  зарубежных  опытов 

формирование  и  функционирование  венчурных  фондов  и  сформировать 

рекомендаций  для  использования  этих  опытов  в  Азербайджане.В 

диссертационной 

работе 


исследовано 

теоретические 

аспекты 

инновационного  развития  и  роль  венчурных  фондов  в  инновационном 

развитии.В  исследовании    обосновано  основные  направлении  применений 

зарубежных опытов формирование и функционирование венчурных фондов в 

Азербайджане. 

Диссертационная  работа  состоит  из  введение,  трех  глав,  выводы  и 

список литературы. 

В  первой  главе  исследовании  раскроется  сущность  инновационного 

развития  и  венчурного  финансирования,  анализируется  роль  венчурных 

фондов в инновационном развитии. 

Во  второй  главе    анализируется  зарубежные  опыты  формирование  и 

функционирование  венчурных  фондов.  В  этой  главе    подробно  исследуется 

опыт США, Западной Европы и Восточной Азии в области формирование и 

функционирование венчурных фондов. 

В 

третьей 


главе 

исследовано 

деятельность 

инвестициенно- 

инновационных  фондов  в  Азербайджане  и  влияние  деятельности  этих 

фондов  инновационному  развитию  было  оценено  позитивно.  Утверждено, 

что в первом этапе, формировании и функционировании венчурных фондов 

целесообразно использования активной государственной поддержки. Точнее, 

необходимо  государственное  финансирование  венчурных  фондов  и 

применение налоговых и кредитных льгот. 

Во  выводах  обобщенно  результаты  исследования  и  предложено 

практические  рекомендаций.  Основные  аспекты  диссертационной  работы 

было отражено в подготовленных нескольких тезисах. 

 

 




90 

 

SUMMARY 



 

An  aim  of  dissertation  work  is  analysis  of  foreign  experiments  forming  and 

functioning  of  venture  funds  and  to  form  recommendations  for  the  use  of  these 

experiments  in  Azerbaijan.  In  dissertation  work  the  theoretical  aspects  of 

innovative development and role of venture funds are investigational in innovative 

development.  In  research    the  basic  are  reasonable  direction  of  applications  of 

foreign experiments forming and functioning of venture funds in Azerbaijan. 

Dissertation work consists of introduction, three heads, conclusions and list of 

literature. 

In  the  first  head  of  the  research  revealed  the  essence  of  innovative 

development  and  venture  financing,  the  role  of  venture  funds  is  analysed  in 

innovative development. 

In the second head  analysed foreign experiments of forming and functioning 

of  venture  funds.  In  this  head    in  detail  experience  of  the  USA,  Western  Europe 

and East Asia is investigated in field of forming and functioning of venture funds. 

In  the  third  head  the  activity  of  investment-innovation  funds  in  Azerbaijan 

and  the  influence  of  activity  of  these  funds  to  innovative  development  has  been 

assessed positively.  

It is ratified that the uses of foreign experiments  of forming and functioning 

of venture funds in Azerbaijan is possible and important and in the first stage,  the 

forming and functioning of venture funds expediently uses active state support. 

In  conclusions  research  results  are  generalized  and  offer  the  practical 

recommendations.  The  basic  aspects  of  dissertation  work  were  reflected  in  the 

number of theses prepared. 



 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə