Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   20   21   22   23   24   25   26   27   28

72 

 

Ölkədə  investisiya  fəaliyyətini  stimullaşdırılması  istiqamətində  atılan 



addımlardan biri də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Azərbaycan İxracın və 

İnvestisiyaların  Təşviqi  Fondu  (AZPROMO)  kimi  qurumların  yaradılması 

olmuşdur.  

Nizamnamə  kapitalı  Dövlət  Neft  Fondu  vəsaitləri  hesabına  formalaşan 

Azərbaycan  İnvestisiya  Şirkəti  Açıq  Səhmdar  Cəmiyyəti  2006-cı  ilin  martından 

etibarən  ayrı-ayrı  layihələrə  investisiyalar  qoymağa  başlayıb.  Bu,  faktiki  olaraq 

ölkədə  neft  gəlirlərindən  istifadənin  yeni  mexanizminin  tətbiqinə  başlanması 

deməkdir. Çünki Prezidentin 30 mart 2006-ci il şirkətin yaradılmasına dair verdiyi 

sərəncama  əsasən,  AİŞ  bilavasitə  Azərbaycanda  “Neft  və  qaz  gəlirlərinin  idarə 

olunması  üzrə  uzunmüddətli  strategiya”ya  uyğun  olaraq  iqtisadiyyatın  qeyri-neft 

sahələrinin  inkişafına,  bu  sahələrdə  mövcud  müəssisələrin  maddi  və  texnoloji 

bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədi ilə yaradılıb. 

Şirkətin investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft 

sahələrində  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərinin  və  digər  kommersiya 

təşkilatlarının  nizamnamə  kapitalındakı  iştirak  payını,  o  cümlədən,  səhmlərini 

almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir. (43) 

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü 

ildə  yerli  istehsalın  inkişafı  ilə  ölkənin  ixrac  qabiliyyətinin  artırılması  və 

investisiyaların  cəlb  edilməsini  həvəsləndirmək  məqsədilə  yaradılmışdır.  Fond 

investorlar, yerli istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-

özəl sektor dialoqunda  əhəmiyyətli işlər görür. AZPROMO xarici investorlara öz 

investisiya  layihələrini  həyata  keçirmək  üçün  sahələrin  müəyyənləşdirilməsində, 

yerli  bürokratiya  ilə  mübarizə  aparmaqda  və  onların  Azərbaycana  gəlməsini 

asanlaşdırmaqda  yardım  edir.  Yerli  müəssisələr  də  AZPROMO-nun  məsləhət 

xidmətləri və xarici bazar tədqiqatlarından faydalanırlar. (44) 

Azərbaycanda 

texnologiyaların  transferi  də  inkişaf  etdirilməlidir. 

Texnologiyaların  transfer  mexanizmi  dedikdə,  dövlət  sektorunda  işlənib 

hazırlanmış texnologiyaların sahibkarlıq sektoruna verilməsi nəzərdə tutulur. Belə 

bir  mexanizmin  vacibliyi  onunla  əlaqədardır  ki,  çoxlu  kəşflər  və  vacib  texniki 




73 

 

qərarlar 



dövlət 

elmi-tədqiqat 

institutlarında 

alınır. 


Lakin, 

onların 


kommersiyalaşdırılması  üçün  əlavə  xərclərə  ehtiyac  duylur.  Həmin  xərclər  öz 

həcminə görə tədqiqat mərhələsində həyata keçirilmiş qoyuluşları xeyli ötüb keçir. 

Belə ki, dövlət innovasiya tətbiqi bazasının maliyyələşdirilməsi üçün kifayət qədər 

vəsaitlərə  malik  olmurlar.  Onda  həmin  innovasiya  tədqiqatlarının  istehsalda 

istifadə  imkanlarının  sahibkarlıq  strukturlarına  verilməsi  məqsədəuyğun  hesab 

edilir.  

Respublikada  “beyin  axını”nın  olması,  kommersiyalaşmış  texnologiyalar 

bazarının  inkişaf  etməməsi,  texnologiyalara  tələbin  olmaması  elmi-texniki 

potensialın azalmasına gətirir çıxarır ki, bu da vençur biznesin mövcudluğu şərtinə 

ziddir.  Elmi-texniki  potensialı  inkişaf  etdirmək,  müəssisələrin  innovasiya 

aktivliyini  artırmaq  lazımdır.  Bunun  üçün  həvəsləndirmə  tədbirləri  görülməlidir. 

İnnovasiya  aktiv  şirkətlərinin  stimullaşdırılması  üzrə  qanunçuluq  inkişaf 

etdirilməlidir. Rəqabətədavamlı texnologiyaların tətbiqi mexanizmi Azərbaycanda 

yerli kapitalın dəstəklənməsidir. Belə ki, Azərbaycanda yüksək ixtisaslı menecerlər 

var. Xarici şirkətlərdə yerli menecerlərin işləməsi buna sübutdur. Yerli investorlar 

öz  menecerlərimizə  inanmalı,  onların  potensialından  geniş  istifadə  etməyə 

başlamalıdırlar.  

Vençur  biznesinin  üçüncü  əsas  şərtlərindən  biri  də  milli  kapitaldır.  Əgər 

Azərbaycan  biznesi  deyilirsə,  onda  yerli  kapital  da  var.  Bu  gün  iqtisadiyyatımıza 

investisiyalar  cəlb  edilməlidir.  Müasir  texnologiyalara  vençur  cəlb  edilməsi  üçün 

imkanlar genişdir. Lakin bir çox inkişafda olan ölkələrin milli biznesləri qarşısında 

duran problemlər Azərbaycanda da mövcuddur:  

-  Azərbaycanda  vençur  kapitalın  xüsusi  fəaliyyətini  tənzimləyən  normativ-

hüquqi  baza  yoxdur.  Ona  görə  də  vençur  biznesi  inkişaf  etmiş  ölkələrdə  olduğu 

kimi, bu mexanizmlərdə dövlət dəstəklənməsi tədbirləri nəzərə alınmayıb;  

- Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etməməsi;   

- siyasi sabitliyin olmaması;  

- milli innovasiya sisteminin formalaşma mərhələsində olması; 




74 

 

- Vençur kapitalının çıxışının müxtəlif strategiyası proseduru işlənməyib. Bu 



da vençur biznesinin səmərəliliyinə maneçilik törədir. Ona görə də fond bazarının 

aktivləşməsi  və  bu  prosesin  dəstəklənməsi  çox  vacibdir.  Bu,  kapitalın 

yaradılmasını və texnologiyanın mükəmməlləşməsini təmin edir, maliyyə riskinin 

səviyyəsinin  azalmasına  səbəb  olur  və  vençur  biznesinin    investorlar  tərəfindən 

cəlbediciliyini artırır. 

 

 



 

3.2.  Azərbaycanda  vençur  fondların 

fəaliyyətinin  yüksəldilməsi 

perspektivləri. 

 

Müasir dövrdə dünyada postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə 

keçid şəraitində qloballaşan iqtisadiyyatın hər şeydən öncə innovasiya iqtisadiyyatı 

kimi  xarakterizə  edilməsi  fikrinə  sövq  edir.  Burada  əsas  sferalar  istehsalın 

səmərəliliyinin  yüksəldilməsini  stimullaşdıran,  bazarda  rəqabət  üstünlüklərinin 

əldə  edilməsinə  şərait  yaradan,  əmtəələrin  və  xidmətlərin  keyfiyyət 

xüsusiyyətlərinin 

təkmilləşdirilməsinə 

xidmət 

edən 


yeni 

informasiya 

kommunikasiya texnologiyalarının tətbiqidir. Qeyd etdiyimiz bu prosesdə əsas rol 

dövlət  tənzimlənməsinə  və 

müəssisələrin  innovasiyon 

təşəbbüslərinin 

dəstəklənməsinə  məxsusdur.  Sözügedən  tənzimlənmənin  istiqamətləri  çox 

cəhətlidir  və  müvafiq  olaraq,    təhsil  sahəsindən  vençur  biznesi  sferasına  qədər 

institusional  islahatların  həyata  keçirilməsi  tələb  olunur.  Yeni  texnologiyaların 

inkişaf  etdirilməsi  ilə  cəmiyyətin  iqtisadi  həyatında  prinsipial  dəyişikliklərin  baş 

verməsi labüddür.  

Bu  gün  Azərbaycanda  vençur  fondlarının  yaradılması  və  onların 

fəaliyyətlərinin  xüsusiyyətləri  innovasiya  iqtisadiyyatının  formalaşmasında  böyük 

rolu  ola  bilər.  Vençur  fondlarının  inkişaf  etməsi  üçün  birinci  şərt  ─  investisiya 

mənbələrinə çıxışın əldə olunmasıdır. Bu gün qüvvədə olan qanunvericiliyə əsasən 

nə  fiziki  şəxslər,  nə  də  ki  institusional  investorlar  (investisiya  fondları)  vençur 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə