Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   20   21   22   23   24   25   26   27   28

66 

 

III  FƏSĠL.  VENÇUR  MALĠYYƏLƏġDĠRMƏNĠN  AZƏRBAYCANDA 



TƏTBĠQĠ ĠMKANLARI. 

 

3.1. Azərbaycanda innovasiya fondlarının fəaliyyəti. 

 

Müasir  dövrdə  dünyada  iqtisadi  inkişaf  «biliklərə  əsaslanan  iqtisadiyyat» 

mərhələsinə  qədəm  qoyub.  Bu  inkişaf  qaçılmazdır.  Ona  görə  də,  təkcə  fərdi 

bilikləri  maliyyələşdirmək  deyil,  həm  də  biliyin  səmərəli  istehsal  keçməsi  xüsusi 

əhəmiyyətə daşıyır. Sürətlə dəyişən dünyada üstünlük təhsil sistemini inkişaf etdirə 

bilən, əsas daşıyıcısı gənclər olan innovativ potensialından effektiv istifadə etməyi 

bacaran  ölkələrdə  olacaqdır.  Bununla  bağlı  olaraq,  Prezident  İlham  Əliyev  qeyd 

edir  ki,  “Gələcək,  əlbəttə,  yalnız  biliklərlə  bağlı  olacaqdır.  Gələcəkdə  o  ölkələr 

üstünlük qazanacaq ki, orada elmi-texniki tərəqqi, texnoloji yeniliklər vardır. Biz 

bu ölkələrin sırasına daxil olmağa çalışmalıyıq. Bu mümkündür…”. 

İnnovativ iqtisadiyyatda ən vacib olan amillərdən biri məhz insan kapitalının 

inkişafıdır.  Bunun  üçün  isə,  ölkədə  elm  və  təhsil  sisteminin  üstün  inkişafı  əsas 

prioritetlərdən olmalıdır. Qeyd etmək lazımdır ki, XXI  əsrdə Azərbaycanda təhsil 

sisteminin əsas missiyası məhz ölkənin modernləşməsi və onun beynəlxalq rəqabət 

qabiliyyətinin artırılması istiqamətində zəruri insan kapitalı yaratmaqdan ibarətdir. 

Bu, həll edilməli ən vacib məsələdir. Təhsil və elmin inkişafının milli strategiyası 

müasir  kompetensiyalara  yiyələnmiş,  yüksək  ixtisslı  menecer  və  müəllim 

hazırlığına  nail  olmaq  hesabına  qabaqcıl  texnologiyalara  əsaslanan  təhsil 

infrastrukturunun formalaşdırılması təşkil etmişdir. 

İqtisadi  islahatların  həyata  keçirildiyi  dövrlərdə  innovasion  fəallıq  nəzərə 

çarpacaq dərəcədə aşağı düşmüşdür. Bunun da əsas səbəbi yüksək təhsilli kadrların 

olmaması,  investisiya  resurslarının  məhdudluğu  şəraiti  və  innovasiya 

infrastrukturunun zəif inkişaf etməsidir. Burada elmlə istehsalatın, sənaye və kənd 

təsərrüfatının  bazarla,  istehsal  olunan  məhsulların  rəqabətqabiliyyətliliyinin 

texnika  ilə  zəif  əlaqəsini  əlavə  eləsək,  onda  həqiqətən  görərik  ki,  innovasion 

fəallığın yüksəldilməsi bir çox maneələrlə qarşılaşır. 




67 

 

İndiki şəraitdə Azərbaycanın beynəlxalq səviyyədə elmi-texniki proseslərdən 



geri qalmışdır. Texniki və texnoloji cəhətdən geri qalmanı səbəb olan amillərdən 

biri  də  Qərbin  inkişaf  etmiş  ölkələrinin  iqtisadi  inkişafın  investisiyalı  tipindən 

innovasiyalı tipinə keçməsidir. Məhz bu səbəblə hal-hazırda Azərbaycanda iqtisadi 

inkişafın  innovasiyalı  tipinə  keçid  daha  zəruri  xarakter  daşıyır  ki,  bu  da  bir  sıra 

amillərlə  əlaqədardır.  Hər  şeydən  əvvəl  innovativ  məhsul  istehsalçılarının  sayını 

artırmaq,  innovasiyativ  məhsul  istehlakçılarının  davranışına  üstünlük  vermək, 

innovasiyativ məhsul istehsalçıları ilə istehlakçıları arasında qarşılıqlı əlaqəni daha 

da gücləndirmək lazımdır.  

İnnovasiya  fəaliyyəti  əsasında  davamlı  iqtisadi  inkişafa  nail  olma 

istiqamətində  elmi  bazaya  əsaslanan  məhsulların  təklifinin  irəli  sürülməsi, 

innovativ  məhsul  istehsal  edənlərin  birbaşa  innovasiya  bazarına  sərbəst  daxil 

olması  mexanizmini  daim  təkmilləşdirməsi  vacibdir.  Bunun  üçün  də  innovasiya 

bazarının  təşkilati-hüquqi  bazasının  yaradılması  vacibdir.  Bu  da  öz  növbəsində 

intellektual  mülkiyyətçilərin  müdafiə  olunmasına  səbəb  ola  bilər.  Əlbəttə  ki, 

innovasiya  tipli  inkişafa  keçid  və  mütərəqqi  struktur  dəyişikliklərinin 

formalaşdırılması  hazırda  bir  sıra  tədbirlərin  görülməsini  tələb  etsə  də,  qısa 

müddətdə onların həll olunması mümkünsüzdür. Bu məsələlərin həlli yalnız yaxın 

orta müddətli və ya uzun müddətli perspektivdə prioritet istiqamətlər kimi qoyula 

bilər. 

Azərbaycanda  innovasiyaya  əsaslanan  iqtisadi  sistemin  qurulması,  ölkə 



iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması istiqamətində müəyyən kompleks 

tədbirlər həyata keçirilmişdir.  

 “2002-2005-ci  illərdə  Azərbaycan  Respublikasında  kiçik  və  orta  biznesin 

inkişafı  Dövlət  Proqramı”nda  ölkə  iqtisadiyyatında  özəl  bölmənin  inkişafını 

sürətləndirmək,  bu  sahəyə  investisiyaların  cəlb  olunmasını  həvəsləndirmək 

məqsədilə  kiçik  və  orta  biznes  subyektlərinin  innovasiya  layihələrinin 

maliyyələşdirilməsinə 

kömək  göstərilməsi,  vençur  fondundan  istifadə 

mexanizminin  yaradılması,  Bakı  şəhərində  texnoloji  biznes  inkubatorun 



68 

 

yaradılması  istiqamətində  innovasiya  yönümlü  sahibkarlığın  inkişafına  əlverişli 



şərait yaradılması üzrə dövlət orqanları, nazirliklərə konkret tapşırıqlar verilmişdir. 

İnnovasiya  prosesi  elmi  biliyin  və  ya  ideyanın  hər  hansı  məhsula, 

texnologiyaya,  xidmətə  və  onlardan  səmərə  almaq  məqsədi  ilə  praktiki  istifadəsi 

mərhələlərini  əhatə  edir.  Bu  prosesi  əsas  təşkil  edənlərdən  biri  də  innovasiyanın 

maliyyələşməsidir.  Yeni  texnologiyaların,  sənayenin  yeni  sahələrinin,  yeni 

iqtisadiyyatın maliyyələşməsinin əsasını vençur kapitalı təşkil edir.   

Bu  gün  Azərbaycanda  əsasını  yerli  kapital  təşkil  edən  vençur  biznesindən 

danışmaq hələ tezdir.  

Vençur  biznesinin  problemlərindən  söhbət  açmamışdan  öncə  inkişaf  etmiş 

vençur  bazarlarının  nailiyyətlərinin  əsas  başlanğıc  şərtini  təyin  etməli  və  onu 

müasir Azərbaycan şəraitinə tətbiq etmək lazımdır.   

ABŞ və Avropada müasir vençur biznesin yaradılması və dinamik inkişafının 

əsas istiqamətlərini sadalayaq: 

-

 



qiymətli kağızlar bazarının inkişafı;  

-

 



kiçik  innovasiya  istehsal-texnoloji  kompaniyaların  işləmələrinin 

yüksək kommersiya potensialı;  

-

 

verilən  istiqamətin  inkişaf  perspektivlərini  qiymətləndirə  bilən  və 



kapital, onu təşkil edicilərlə əlaqələndirici ola bilən professional menecerin olması;  

-

 



institusional investorlar deponə edilmiş kapitalın olması;  

-

 



vençur kapitalı şirkətlərin məhsul istehlakı bazarının yüksək həcmi və 

ödəmə qabiliyyəti və s.   

Şərtlərin tam siyahısı daha genişdir. Əsası yalnız ilk 3 şərtdir. Onlardan biri 

yerinə yetirilmədikdə vençur biznesinin mövcudluğu mümkün olmur. Qalan şərtlər 

biznesin həcmi və inkişaf dinamikasına, onun texnologiyasına təsir edir.  

Ümumiyyətlə, sənaye cəhətdən bütün İEÖ-də iqtisadiyyatın idarə olunmasının 

dövlət  mexanizmi  sistemində  xırda  biznesə  və  o  cümlədən  də,  vençur  fondların 

fəaliyyətinə qanunvericilik və təşkilati-iqtisadi dəstək mexanizmi mühüm yer tutur. 

Dövlət  aparatının  xüsusi  struktur  bölmələri  belə  bir  dəstəyin  təşkil  olunmasında 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə