Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

57 

 

   



 

 

 



 

 

 



 

 

               ġəkil 2.2. 



2015-ci ildə Almaniyada Ģirkətlərin ölçülərinə görə vençur kapitaldan 

istifadə dərəcəsi 

 

Mənbə: BVK statistics/PEREP Analytics, 2016. 



Almaniyada  vençur  maliyyələşdirmənin  həcminə  görə  Bavariya  və  Şimali 

Reyn  əyalətləri  liderlik  edirlər.  Berlin  isə  3-cü  sıradadır.  Ancaq  başlanğıc 

mərhələdə olan şirkətlərin maliyyələşdirməsi baxımından paytaxt əyaləti ən yüksək 

göstəricilərə malikdir. 

   

 

 



 

 

 



 

 

 



     ġəkil 2.3. 

2015-ci ildə Almaniyada əyalətlər üzrə vençur maliyyələĢdirmənin həcmi 

 

Mənbə: BVK statistics/PEREP Analytics, 2016. 



57% 

10% 


17% 

7% 


5% 

4% 


ĠĢçilərin 

sayına 

görə 

             

 

 

        



0-9 

 

 



 

10-19 


 

 

20-99 



100-199 

200-499 500+ 

56% 

20% 


12% 

6% 


6% 

SatıĢın 

həcminə  

görə 

0-1m € 


1-10m € 

10-50m € 

50-100m € 

100+m € 


1617 

1495 


563 

425  412 

141  136  117  112 

63 


62 

35 


33 

25 





58 

 

 



Fransa. Fransada vençur kapitaldan ilk dəfə 1970-ci illərdə isifadə olunmağa 

başlamışdır.  1972-ci  ildə  vençur  sərmayə  ilə  bağlı  qanunvericilikdə  dəyişikliklər 

edilmiş,  innovativ  sahibkarlığı  dəstəkləyəcək  vençur  şirkətlərin  yaradılmasına 

qərar  verilmiş  və  bu  şirkətlərə  50  %  dəyərində  vergi  endirimi  edilmişdir.  Vençur 

kapital  sahəsindəki  qanunvericiliyə  görə,  Fransada  vençur  şirkətlər  6  il  ərzində 

sərmayələrinin  ən  az  80  %-ni  yeni  şirkətlərə  qoymalı,  sərmayələrinin  20  %-dən 

çoxunu eyni şirkətə qoymamalı və ortaq olduqları şirkətlərin səhmlərinin 33 %-ni 3 

ildən bir dəyişmək məcburiyyətindədirlər. 

Vençur  kapital  sektorunda  ilk  işlərdən  biri  də  Sofinovanın  qurulması 

olmuşdur.  Sofinova  yeni  texnologiya  sahələrindəki  şirkətlərin  səhmlərini  alaraq 

uzunmüddətli  kredit  açmağı  nəzərdə  tutur.  Bu  istiqamətdə  fəaliyyət  göstərən  bir 

neçə kiçik dövlət şirkətləri də vardır (Betinnova, Soginnova və s.). Ancaq bu cür 

şirkətlər qoyduqları investisiyadan istənilən həddə gəlir götürə bilməmşlər. 

İkinci  mərhələdə,  yeni  sahələrə  investisiya  qoyacaq  şirkətlərə  bəzi  vergi 

güzəştlərinin  edilməsi,  innovativ  kapital  qoyuluşlarında  yaranacaq  riskin  bir 

hissəsinə dövlət tərəfindən zəmanət verilməsi və kapital miqdarının 60 %-ə qədər 

təminat verilməsi kimi işlər həyata keçirildi.  

Üçüncü mərhələ isə, ikinci dərəcəli fond bazarları (OTC) qurularaq kotirovka 

şərtlərinin  yüngülləşdirilməsi  və  kiçik  şirkətlər  üçün  kapital  bazarlarının  daha 

məqsədəuyğun fəaliyyətinin təmin edilməsi kimi işləri əhatə edirdi.  

Fransada vençur kapital sektorunda fəaliyyət göstərən ən vacib təşkilatlardan 

biri  də  ANVAR-dır  (  Milli  tədqiqatların  dəyərləndirilməsi  agentliyi).  ANVAR 

1967-ci  ildə  Ş.  Qoll  hökuməti  tərəfindən  dövlət  telekommunikasiya  sahəsində 

tədqiqat  nəticələrinin  maliyələşdirilməsi  üçün  yaradılmışdır.  Sonradan  fəaliyyət 

sahəsini  genişləndirərək  təkcə  dövlət  sektoruna  deyil,  özəl  sektora  da  investisiya 

qoymağa başlayır. 

Artıq 2000-ci ildə ANVAR təşkilatının 280 tədqiqatçıdan ibarət 25 regional 

nümayəndiliyi  fəaliyyət  göstərirdi.  90-cı  illərin  sonlarına  doğru,  biotexnologiya 




59 

 

ANVAR-ın  əsas  investisiya  qoyduğu  sahələrdən  birinə  çevrilmişdi.  Belə  ki, 



kapitalın 27 %-i bu sahəyə yönəldilmişdir.  

Bundan başqa ANVAR təşkilatı həmin illərdə informasiya və kommunikasiya 

texnologiyaları  və  İnternet  xidmətləri  sektorlarına  qoyduğu  investisiyalardan 

yaxxşı  gəlir  əldə  etmişdir.  Buna  səbəb  2000-ci  illərdə  baş  vermiş  “tech  boom” 

olmuşdur. 

 

 



 

2.3. Vençur fondların fəaliyyətinin ġərqi Asiya təcrübəsi. 

 

Yaponiya. 

ABŞ 


təcrübələrindən 

yararlanan 

Yaponiya 

vençur 


maliyyələşdirmə  modelində  öz  iqtisadi  sisteminə  uyğun  olaraq  işlər  həyata 

keçirmişdir.  Ancaq  bu,  İngiltərə  qədər  uğurlu  nəticələr  verməmişdir.  Çünki 

Yaponiyanın  maliyyə  sistemi  böyük  şirkət  və  təşkilatlardan  çox  asılıdır.  Bu 

təşkilatlar  texnoloji  yeniliklər  sahəsində  qoyulan  investisiyaların  çoxusuna 

sahibdirlər.  Digər  tərəfdən  Yaponiyada  antiinhisar  qanununa  görə,  vençur 

kapitalistlər  maliyyələşdirdikləri  şirkətlərin  idarə  heyətində  öz  menecerləri  ilə 

təmsil oluna bilməzlər. 

Ümumiyyətlə,  Yaponiyadakı  vençur  maliyyələşdirmənin  digər  ölkələrdən 

fərqlənən özünəməxsus xüsusiyyətlərini aşağıdakı kimi verə bilərik: 

-

 



 İstehsal  sahəsindəki  böyük  şirkətlərin  Amerikadakı  şirkətlərin  əksinə 

texnoloji yeniliklərə tez müddətdə adaptasiya ola bilmələridir. Məsələn, Matsushita 

və  Sony  şirkətləri  ilk  radyodan  sonra  televizorun,  kompakt  diskin  və  kiçik 

kompyuterlərin  isehsalına  nail  ola  bilmişlər.  Ümumiyyətlə,  Yaponiyada  böyük 

şirkətlər  kiçik  şirkətlərlə  rəqabət  etməzlər,əksinə  onlardan  istifadə  edərlər.  Kiçik 

şirkətlərin təkbaşına fəaliyyət göstərməsi çox çətin olur. 

-

 

 Yaponiyaya xas bir digər sistem “ ömür boyu məşğulluq” sistemidir. Böyük 



şirkətlər  gəncləri  universitetdən  alıb  uzun  illər  boyu  öz  şirkətlərində  işlə  təmin 

edirlər. Əmək haqqı miqdarı da yaş və xidmət illərinə uyğun olaraq dəyişir. Əlbəttə 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə