Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

48 

 

-



 

 Yüksək  potensiallı  innovativ  şirkətlərə  yönəldilən  vençur  investisiyalar 

üçün istifadə olunan vençur fondların idarə edilməsi; 

-

 



 Vençur  fondların  ABŞ  iqtisadiyyatındakı  rolunun  daha  geniş  kütlələrə 

çatdırılmasında  vasitəçi  rolunu  oynamaq,  innovativ  yeniliklərlə  məşğul  olan 

insanların dəstəkləmək; 

-

 



 Vençur kapital sektorundakı cəlbedici irəliləyişlərə sponsor olmaq; 

-

 



 Bu sahənin etibarlı informasiya ilə təminatı; 

-

 



 Üzv şirkətlər arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması. 

NVCA  üzvlük  əsasında  fəaliyyət  göstərən  bir  qurumdur.  NVCA-ya  üzv 

olmaq  üçün  üzvlük  şərtlərini  yerinə  yetirmək  lazımdır.  Üzvlük  şərtləri  dedikdə 

aşağıdakı şərtlər nəzərdə tutulur: 

-

 

 Üzvlər  aktiv  şəkildə  vençur  investisiya  fəaliyyəti  ilə  məşğul  olmalı  və 



üzvlərin vençur fondları minimum 5 mln. dollar olmalıdır. 

-

 



 Üzv şirkətin full-time işləyən və ixtisas sahəsi investisiya qoyuluşu olan ən 

azı bir nəfər peşəkar işçisi olmalıdır. 

-

 

 Üzv  şirkətlər  sponsorluq  müqavilələrində,  həyata  keçirdikləri  investisiya 



fəaliyyətlərində profesional yanaşmalardan istifadə etmək məcburiyyətindədirlər. 

-

 



 Üzv  şirkətlər  öz  fəaliyyətini  ABŞ  sərhədləri  daxilində  yerləşən  bir  ofisdən 

həyata keçirməlidirlər. 

-

 

 Üzv şirkətlərin idarəçiləri ya ABŞ vətəndaşı, ya da ABŞ-da yaşayan xarici 



vətəndaş olmalıdır. 

-

 



 Üzvlərin  gördüyü  işlər  ABŞ-ın  vergi  sistemi  və  qanunları  çərçivəsində 

həyata keçirilməlidir. 

-

 

 Üzvlüklərin illik olaraq yenilənməsi xüsusi komissiyanın verəcəyi qərardan 



və  üzv  şirkətlərin  yuxarıda  qeyd  etdiyimiz  krteriyalara  nə  dərəcədə  əməl 

etməsindən asılıdır. 

NVCA  ümumilikdə  ABŞ-da  vençur  fondların  fəaliyyətinə  və  bu  sektorun 

inkişafına əsaslı təsir göstərən ən əsas təşkilatlardan biri hesab edilir. 




49 

 

Vençur  fondların  fəaliyyəti  texnoloji  yenilənmə  səviyyəsindən  və  kapital 



bazarının  vəziyyətindən  asılı  olaraq  enişli  çıxışlı  inkişaf  yolu  keçmişdir.  Vençur 

fondlardan  texnoloji  inkişafla  bir  başa  əlaqəsi  olduğu  üçün  ABŞ-da  çox  geniş 

istifadə  olunur.  Belə  ki,  Microsoft,  Google,  Apple  və  başqa  bir  çox  texnologiya 

nəhənglərinin  yaradılmasında  vençur  fondlar  qoyulmuş  kapitalın  əsas  hissəsini 

təşkil  etmişdir.  Bunlardan  başqa  Federal  Express  (FedEx),  İntel,  Digital,  Sun, 

Amgen, eBay, Cisco Systems, Genentech və s. dünyaca tanınmış ABŞ şirkətləri ya 

vençur  kapital  hesabına  yaradılmış,  ya  da  inkişaflarının  müxtəlif  mərhələlərində 

vençur  firmalara  müraciət  etmişlər.  Misal  olaraq,  Digital,  FedEx  və  Cisco 

şirkətlərinin  yaranmasında  və  böyüməsində  vençur  fondların  iştirakına  nəzər 

yetirək: 



Digital Equipment Corporation ( DEC ). 1957-ci ildə “American Research & 

Development”  vençur  şirkəti  iki  mühəndis  ─  Ken  Olsen  və  Harlan  Andersonun 

qurduğu Digital Equipment adlı şirkəti dəstəkləməyə qərar vermiş və şirkətin səhm 

paketinin 78%-ni 70 min dollar qarşılığında alaraq vençur investisiya qoyulmasını 

həyata  keçirmişdir.  Qoyulan  bu  investisiya  15  il  ərzində  öz  dəyərini  5  min  dəfə 

artıraraq 350 mln. dollara qalxmış və sonradan 1988-ci ildə Digital şirkətinin başqa 

bir  nəhəng  kompyuter  firması  olan  Compaq  ilə  birləşməsi  nəticəsində  50  mlrd. 

dollarlıq  bazar  dəyərinə  nail  olmuşdur.  Vençur  maliyyələşdirmə  sahəsində  ən 

gəlrirli  investisiyalardan  biri  hesab  olunan  bu  uğur  hekayəsini  hətta  Digital 

əfsanəsi olaraq da adlandırırlar. 



Federal  Express  (FedEx).  Bu  şirkət    1971-ci  ildə  Fred  Smit  tərəfindən 

özünün  4  mln.  dollar  və  vençur  fondlardan  aldığı  8  mln.  dollarlıq  kapitalla 

qurulmuşdur. Hal-hazırda FedEx daşınma, konsultasiya, arxivləmə, dokumentasiya 

və  təchizat  xidmətlərini  həyata  keçirən  47mlrd.  dollar  dəyərində  olan  şirkətlər 

zəncirinə malikdir. 

Cisco  Systems.  Şirkət  1984-cü  ildə  Stanford  Universitetinin  kompyuter 

mühəndisləri  tərəfindən  təsis  edilmişdir.  Vençur  kapitaldan  inkişafının  ilkin 

mərhələsində  maliyyə  dəstəyi  almaq  üçün  istifadə  edən  Cisco  Systems  şirkəti  69 

mln.  dollar  gəlir  əldə  etdiyi  1990-cı  ildə  ilk  dəfə  səhm  bazarına  çixarkən  artıq 




50 

 

dəyəri  224  mln.  dollar  idi.  Korporativ  şəbəkələr  üçün  avadanlıqlar  istehsal  edən 



Cisco  şirkəti  2016-cı  ilin  göstəricilərinə  görə  139  mlrd.  dollar  dəyərində 

hesablanır. 

Göründüyü  kimi,  ABŞ-da  vençur  fondlardan  düzgün  və  məqsədli  şəkildə 

istifadə etməklə bir çox böyük şirkətlərin yaradılmasına nail olunmuşdur. Bütün bu 

şirkətlərin  səmərəli  fəaliyyəti  ABŞ  iqtisadiyyatının  böyüməsinə,  güclənməsinə 

təsir  göstərmiş  və  yaratdıqları  brend  markalar  beynəlxalq  bazarda  ABŞ-ın  milli 

məhsulları kimi çıxış edirlər. Vençur dəstəkli bu şirkətlər milli gəlir, xarici ticarət 

balansı,  beynəlxalq  rəqabət  gücü,  vergi  və  məşğulluq  kimi  sahələrdə  müəyyən 

irəliləyişlərə  təsir  göstərir,  sosial-ictimai  rifahın  yüksəlməsində  böyük  önəm  kəsb 

edirlər. Bundan başqa ABŞ-da texnoloji yeniliklərin sahəsində tədqiqat və inkişaf 

işlərinin  həyata  keçirilməsi  üçün  bu  şirkətlərin  böyük  miqdarda  maliyyə 

ehtiyatlarının  ayırmasını  da  qeyd  etmək  lazımdır.  Təsadüfi  deyil  ki,  ABŞ-da 

tədqiqat və inkişaf işləri üçün ən çox maliyyə ayıran ilk 10 şirkət arasında yer alan 

vençur  dəstəkli  Microsoft,  İntel  və  Cisco-nun  2001-ci  ildə  bu  istiqamətdə 

xərclədikləri pul miqdarı 12,1 mlrd. dollar olmuşdur. 

 

 



 

2.2. Vençur fondların fəaliyyətinin Avropa təcrübəsi. 

 

Vençur  maliyyələşdirmə  məşğulluğun  artması  və  dövlət  üçün  əlavə  vergi 

mənbəyi  olması,  rəqabətcil  şirkətlərin  qurulması,  texnoloji  inkişaf,  beynəlxalq 

bazarlarda  rəqabətqabiliyyətliliyin  yüksəldilməsi,  ölkə  ixracatının  atması  və  s. 

funksiyaları  ilə  Avropanın  sosial  həyatında  və  iqtisadi  inkişafında  vacib  rol 

oynamışdır.  

Aparılan  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  vençur  dəstəkli 

şirkətlərin  89,7  %-də  vençur  maliyyələşdirmədən  sonra  işçi  sayılarında  artım 

olmuşdur.  Kiçik  və  orta  sahibkarların  vençur  kapitalla  öz  maliyyə  ehtiyaclarını 

qarşılaması  nəticəsində  ümumən  məşğulluğun  artması,  Avropadakı  işsizliyin 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə